Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

Milli Kitabxana

122


L i-x u n-c a n ğ.  Tanrı ədalət,  səxavət  sahibi  olan  Daxnaş  həzrətlərinə ömri-

tulani


1

baxş etsin. Bizlərə öz evladı kimi nəzər yetirir. Tiryəkimizi bol-bol verir.

U l u ğ.  Ey  azadlığım,  irz-namusunu,  istiqbalını  tiryəkə,  şəraba,  qızıla  satan

qocalar!  Daha  yetər.  Çəkiliniz,  yoxsa,  sizi  də bu  zalimlərə qatıb  inqilaba  qurban

ederəm. Qubad, Qasım, Xun-xuz, bunları tutunuz, həbs ediniz!

Marzavanın və məmurların üstə hücum edirlər. Çarpışma düşür. Marzavan və bir məmur

qətlə yetir. O biri məmur qaçır. Əkbər onun dalınca gedir.

Q o c a l a r. Vay bizim halımıza!

C ə m ş i d. Bu saat Daxnaşın qoşunu buraya töküləcəkdir, qaçmaq lazımdır.

Q o c a l a r. Qaçaq, qaçaq.

Gedirlər.

U l u ğ. Yoldaşlar, durmayınız. Divlərin hörmüş olduğu bu dağları uçurdalım.

Balta, külüng, sünbə, çəkic və qeyri götürüb dağı sökməyə başlayırlar, Əkbər daxil olur.

Ə k b ə r. Daxnaşın qoşunu gəlir.

U l u  ğ.  Yoldaşlar,  hazır  olun!  Kişilər  birinci  sırada,  qadınlar  ikinci  sırada

durunuz!


Uluğ dəstənin başında durub. Curcan bir taqım əcinnə qoşunu ilə daxil olur.

C u r c a n. Yahu! Sizsiniz inqilab qaldıran? Üsyan edən? Təslim olunuz!

U l u ğ.  Siz  alçaqlara  təslim  olmarıq! (Qılıncını sıyırıb.)  Mübariz  istəyirəm.

Curcan, cürətin var isə meydana çıx!

C u r c a n.  Ha...  ha...  ha...  Ey  yazıq  çocuq!  Gör  kimi  mübarizəyə çağırırsan.

Daxnaşın birinci pəhləvanı Curcanı!

U l u ğ. Qılınc meydanında söz lazım deyil. Buyur, meydan açıqdır.

C u r c a n. Ay... ay... belə... Al gəldi!

Uzun ömür



Milli Kitabxana

123


Uluğ ilə vuruşur. Uluğ Curcanı öldürür, qoşun qaçır.

U l u ğ. Yoldaşlar, indi iş dalınca olmalı.

İki  hissə olub  dağı  uçururlar,  dal  pərdədə bir  sərdabə görünür.  Onun  üç  tərəfində üç

böyük hərflə yazılmış: ELM

Q a s ı m. Uluğ, yenə zülmət. Bəs vəd etdiyin işıqlı dünya hanı?

F i r ə n g i z. Uluğ, o gözəl dünyanı ver.

Ə k b ə r. Uluğ, səndən cavab gözləyirik.

U l u ğ.  Yoldaşlar,  şübhəyə düşməyiniz.  Bizi  qaranlıqdan  işıqlığa  üç  şey

çıxarar. Qüvvət, zəhmət, bilik. İkisini əmələ gətirmişik, qalıbdır biri. Zənnimcə, bu

sərdabə zülmətdən işığa qapıdır. Onu açmaq lazımdır. Xun-xuz, üst qarmağı aşağı

çək.

X u n-x u z (E hərfini çəkir.) Açılmır.



U l u ğ. Qasım, sağ qarmağı çək.

Q a s ı m (L hərfini çəkir.) Açılmır.

U l u ğ. Əkbər, sol qarmağı çək.

Ə k b ə r (M hərfini çəkir.) Açılmır.

U l u ğ. İndi kənara çəkilin!

Üç  hərfi  bir-birinə yapışdırır.  Sərdabə üzərində qırmızı işıq  ilə böyük  bir

"ELM" yazılır. Sərdabədən ağ işıq görünür.

C ü m l ə s i. Ah açıldı.

Zeynəblə Firəngiz öpüşürlər.

U  l u ğ.  Xun-xuz,  inanmayan  babalarımızı  çağır,  gəlib  görsünlər,  taki

inansınlar.

Xun-xuz gedir.

Z e y n ə b. Ah, ürəyim dözməyir. İşıqlı dünyanı tez görmək istəyirəm.

Xun-xuz daxil olur.

F i r ə n g i z. Ah! O dünyanı işıqlı edən günəşi bircə tez görə idim.

Qocalar danışa-danışa gəlirlər.

C ə m ş i d. Elə şey ola bilməz.



Milli Kitabxana

124


L i-x u n-c a n ğ. Heç vaxt inanmam.

B a h a d ı r. Elə şey mümkün deyil.

Ə b d ü s s ə l a m.O müşkül işdir, inanmam.

İşığı görürlər.

C ü m l ə s i. Ah! Doğru. İşıq gəlir.

U l u ğ. Ey əhli-zülmət, hazır olun, işıqlı dünyaya çıxırıq.

Səhnə qaranlıq  olur.  Həzin-həzin  musiqi  səsi  gəlir.  Dal  pərdə qalxır.  Mənzərəli  dağlar,

ciçəklərlə bəzənmiş  çəmən və sular  görünür.  Bir  taqım  qız,  çiyinlərində cürdək  bulağın

başına toplasıb, kimi su doldurur, kimi söhbət edir. Bu halda dağın arasından cərgə ilə Uluğ,

Əkbər, Zeynəb, Firəngiz, Qasım, Qubad, Xun-xuz çıxırlar.

Z e y n ə b. Ah, işıqlı dünya nə gözəldir!

F i r ə n g i z. Ah, nə yüksək, nə işıqlı göylər!

Q a s ı m. Sənə baxdıqca göz doymayır, ey çeşməli, həm yaşıl dağlar.

Q u b a d. Nə xoş mənzərən var, ey çiçəkli çəmənlər.

Ə k b ə r.  Ey  göydə süzən  azadə şahin!  Məni  qaynağına  alıb  da  qaldır.  O

yüksək səmada bir qədər seyr edim. Bu təzə cahana doyunca baxım.

X u n-x u z. Ötünüz, ey xoş avazlı, qəlbə zövq verən quşlar!

C ü m l ə s i. Əhsən sənə, əhsən sənə, ey həqiqət işığı.

U l u ğ (al bayrağı qaldırıb). Məhv ol bu cahandan dəxi ey dəhşətli-zülmət!

Pərdə



Milli Kitabxana

125


ŞAHSƏNƏM VƏ GÜLPƏRİ

Bir pərdəli, üç şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

P i n ə ç i Q a f a r.

Ş a h s ə n ə m - onun arvadı.

M i r z ə F ə r ə c-küçə məktub yazanı.

G ü l p ə r i -onun arvadı.

A x u n d M o l l a Q a s ı m.

BİRİNCİ  ŞƏKİL

Pinəci Qafarın otağı. Yoxsul, zəhmətkeş otağı mənzərəsi. Pinəçi Qafar başmaq

yamayarkən oxuyur, Şahsənəm də tikiş tikir.

Pinəçi mənəm, işləməsəm, mədarım keçməz mənim.

Bu qışı burda qaşlamasam, mədarım keçməz mənim.

Ş a h s ə n ə m. Qafar, bircə o oxumağı kəs, mənə qulaq as.

Q a f a r. Buyur, kəsdim, nə deyirsən?

Ş a h s ə n ə m. Onu deyirəm ki, mən kimdən əskigəm?

Q a f a r. Arvad, nə demək istəyirsən? Başa düşmürəm.

Ş a h s ə n ə m. Çox yaxşı başa düşürsən. Ancaq özünü anlamazlığa qoymusan.

Q a f a r. A nadürüst balası, sən nə dedin ki, mən də başa düşəm.

Ş a h s ə n ə m. Deyirəm ki, kimdən əskigəm?

Q a f a r. Allahu əkbər, a Tıntın Həsənin qızı, Teleqraf Güllünün balası. Axı sən

nə deyirsən ki, mən başa düşüm.

Ş a h s ə n ə m. Bəli, mən deyirəm ki, kimin arvadından əskigəm?

Q  a  f  a  r. Əstəğfürullah.  Lənət  şeytana.  A  mürtədin  qızı,  elə tutuquşu  kimi

təkrar  edirsən  ki,  mən  kimdən əskigəm,  mən  kimdən əskigəm.  Bunu  keç,  bunu

eşitdim, sözünün dalını söylə.

Ş a h s ə n ə m. Belə sözümün dalı da budur, qabağı da. Mən kimdən əskigəm?




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə