Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə34/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   30   31   32   33   34   35   36   37   ...   135

Milli Kitabxana

107


M i r z ə F ə r ə c. Adə, mən düz yaza bilmirəm? Mənim kimi məktub yazmağı

heç sənin baban da bacarmaz!

Q  a  f  a  r.  Mənim  babam İranda  molla  imiş.  Rəhmətlik  sağ  qalsaydı,  indi

müctəhid olmuşdu.

M i r z ə F ə r ə c. Mənim də babam fərraş imiş. Rəhmətlik ölməsəymiş indi

Həmədanda hakim idi.

Ş a h s ə n ə m. A Gülpəri, görəsən bizi bu külbaşlara ərə verən zaman ağılları

harada imiş?

Q a f a r.  A  Mirzə Fərəc,  bu  dünya  gözəllərinə elçi  gedib  bəyənən  vaxtı

analarımızın gözləri harada imiş?

Bayırda avtomobil fit verir.

Ş a h s a n ə m (pəncərədən baxarkən). Qafar, qapımıza avtomobil gəlir. Bu nə

işdir?

Q a f a r (baxır.) Nə mənə? Molla əmidir?! Avtomobildə gəlir?!



M i r z ə F ə r ə c. Kişi nə deyirsən? (Durub baxır.) Doğru.

Molla Nəsrəddin daxil olur.

M o l l a N ə s r ə d d i n. Axşamın xeyir, a Şahsənəm! Gülpəri, kefin necədir?

Ş a h s ə n ə m.  Aqibətin  xeyir,  a  Molla əmi.  Mənim  bu  evim,  eşiyim  sənə

qurban olsun! Bu döşəkçənin üstə otur.

Molla  Nəsrəddin oturur.

Q a f a r.  Arvad,  mütəkkəni  qoy,  Molla əmi  söykənib  rahat  olsun.  Şahsənəm.

Bu saat.


Mütəkkə gətirib qoyur.

M i r z ə F ə r ə c. Molla əmi, səndən çox nigəran idik. Dedik görəsən kişinin

başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı.

M o l l a  N ə s r ə d d i n.  Mirzə Fərəc,  başıma  çox  qəzavü-qədər  gəlibdir.

Söyləyəcəyəm.

Şahsənəm çay töküb onun qabağına qoyur.

Ş a h s ə n ə m. Molla əmi, bilirəm, Təbriz çayına öyrəşmisən, bizim bu payok

çayı xoşuna gəlməyəcəkdir. Kişi bazardan gec gəldi. Yaxşı çay ala bilmədik.




Milli Kitabxana

108


M o l l a N ə s r ə d d i n.  Şahsənəm,  susuzluğum  var,  hər nə cür  çay olsa,

içəcəyəm.

Gülpəri çay tökür, Şahsənəm də paylayır.

Q a f a r. Molla əmi! Mənim kağızım işə gəldi?

M o l l a  N ə s r ə d d i n. Çox yaxşı!

Q a f a r. Mirzə Fərəc eşidirsənmi?

M i r z ə F ə r ə c. Molla əmi, demək mollalığı atıb Pinəçi Qafar oldun?

M o l l a  N ə s r ə d d i n (gülür.) Xeyr, Mirzə Fərəc hiyləyi-şər qurdum. Sabiq

ağalar  mənə bihörmətlik  etmək  istədilər.  Üstümə hücum  etdikdə Qafarın  kağızını

əlimə alıb dedim: - Hər kəs bu möhürlü kağızın sahibinə əl qaldırsa, özünü çekada

görər.  Ağalar  qorxudan  özlərini  itirib - xeyr,  Molla əmi  biz  səninlə zarafat  edirik

dedilər.


Gülüşürlər.

Q a f a r. Mirzə Fərəc, mənim kağızımın gücünü gördün?

M i r z ə F ə r ə c. Sənin kağızın yox, Molla əminin ustalığı, bəli.

Q  a  f  a  r. Sənin  deməyinə görə kommunxozun  kağızı  sənin  narkomprosunun

kağızından alçaqdır.

Molla Nəsreddin. Necə? Qafar o sözü bir də de!

Q a f a r. Kommunxoz.

M  o  l  l  a    N ə s  r ə d  d  i  n.  Kommunxoz!  Qoca  Nəsirin  başına  bəla  gətirən

kommunxoz!  A  kişilər, öylə ki,  ağaların əlindən  xilas  oldum,  bazan  bir  qədər

dolandım. Küçələri çox natəmiz gördüm. Kommunxozun qulluğuna getmək fikrinə

düşdüm. Lakin kommunxoz sözünü unutdum. Qocalıq əlaməti, hafizəsizlik bəlası.

G ü l p ə r i. Molla əmi, onda Mirzə Fərəcdən xəbərin yoxdur. Üç həftə bundan

irəli  kişi  Qızxanım və Şahpəri  üçün  İrana  kağız  yazır.  Qızxanımın kağızını

Şahpərinin  paketinə,  Şahpərinin  kağızını  Qızxanımın paketinə qoyub  başlarını

bağlayır. Arvadlar poçta salırlar. Kişi onların davalarını indi də çəkir.

Gülüşürlər.

M  o  l  l  a    N ə s  r ə d  d  i  n. Hə,  hər  kəsdən köhnə dumun yolunu soruşdum,

cavab əvəzinə məzəmmət  aldım.  Bir  rus  arvadından  soruşdum,  cavab əvəzinə

qaradovoy çağırdı. Məni özü ilə çasta apardı.



Milli Kitabxana

109


M i r z ə F ə r ə c. Molla əmi, qaradovoy yox, milisioner.

Q a f a r. A kişi, sözü yenə qələt deyirsən, "milisner".

Ş a h s ə n ə m. Daha bəsdir, yenə mübahisəni başlamayın. Qoyun kişi sözünü

desin.


M o l l a  N ə s r ə d d i n. Qoyun əhvalatı nəql edim, sonra ikinizin də qələtinizi

tutacağam. Mən çasta gedəsi Azərbaycanın daxili komissarı, orada olası. O mənim

əski  dostumdur.  Məni  görcək  dedi:  A  Molla əmi,  sən  bura  xoş  gəlmisən!  Dedim:

Ay  oğlum,  xoş  ilə gəlməmişəm,  məni  zor  ilə gətiriblər. Əhvalatı  nəql  etdim.  Çox

güldü,  dedi:  Sən  həmişə fəhlə-kəndli  tərəfdən  olmuşsan.  Biz  sənin  qədrini  bilirik.

Sonra mənə bir sizinki kimi, bir də başqa kağız verdi. Dedi: Molla əmi, indi hansı

idarəyə istəsən,  gedə bilərsən,  qüsurlarımızı  da  göstərə bilərsən.  Biz  tənqiddən

qorxmarıq.  Sonra  öz  avtomobili  ilə buraya  göndərdi.  Yolda  ağaların  üçün  də bir

yerdə gedən  gördüm.  Mənə elə bellərini  büküb  baş əydilər  ki,  heç  keçmiş  vaxt

kəndli, fəhlə də onlara öylə baş əyməmişdi.

Gülüşürlər.

M i r z ə F ə r ə c. Molla əmi, gərək mənim də işimə bir əncam çəkəsən.

M o l l a  N ə s r ə d d i n. Hansı işinə, a Mirzə Fərəc?

M i r z ə F ə r ə c. Narkomprosa deyəsən məni şkola müəllim təyin etsin.

Ş a h s ə n ə m. Elə bir o qalmışdı ki, sənin kimi qocalara uşaq tapşırsınlar!

Q a f a r. Arvad, sən bu işlərə qarışma...

M o l l a  N ə s r ə d d i n. Mirzə Fərəc! Şahsənəm doğru deyir. Sən ilə mənim

mollalığım keçdi. İndi cavan adamlar lazımdır.

M i r z ə F ə r ə c. Molla əmi,  başına  and  olsun  məndən  çox  qoca  adamları

müəllim təyin ediblər. Heç olmasa, mən də gecə kurslarına dərs deyərəm.

M o l l a  N ə s r ə d d i n. İndi səni imtahan edərəm. Bu təzə dili bilsən, mən də

təvəqqə edərəm. (Qoltuğundan dəftərçəsini çıxarıb baxır.)

M o l l a  N ə s r ə d d i n. De görüm, idarələrin ən böyüyü hansıdır?

M i r z ə F ə r ə c. Sovkom.

M o l l a  N ə s r ə d d i n. Qafar, belədir?

Q a f a r. Xeyr, Molla əmi, Narsovkom?




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə