Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

Milli Kitabxana

118


DÖRDÜNCÜ ŞƏKİL

İkinci şəkildəki səhnə.

A ğ a Ş i r ə l i (qışqırır.) Aman, toxdayın, qərq olduq, tufan, tufan...

A  ğ  a  S  a l e  h. Ədə,  Musa  bəy,  qoyma,  qoyma.  Çarx  dönmüş,  tormazla,

tormazla.

M u s a b ə y. Ay xozeyin, bu fələk çarxıdır. Ona tormoz vurmaq olmaz.

V ə l i a ğ a. Vay bizim halımıza, çərxi-fələk indi tərsinə dönmüş.

B a h a d ı r və yerdə qalanlar otağa girirlər.

B a h a d ı r. Ay ağalar, indi çərxi-fələk sizlər üçün tərsinə dönmüş. Piri-Faninin

komasına  buyurunuz.  Bizə söyləyən  kimi,  sizə də gözəl-gözəl  nağıllar  söyləsin.

Qurumuş ağacda sizin Üçün cavahir bitirsin. Qızıl meyvələr dərib versin.

Ağalar məyus, başlarını aşağı salıb Piri-Faninin komasına tərəf gedirlər.

B a h a d ı r. Xanımlar, siz də ağalarınızın qulluğuna təşrif aparınız.

M a r q o. Biz burada, siz ilə qalmaq istəyirik.

B  a  h  a  d  ı  r.  Bizim  nə pulumuz  var,  nə də şampanskimiz.  Buyurun  gedin.

(Qızlar gedirlər.) Sandro, bu içkiləri-zadı buradan götür.

S a n d r o. Ağa, bu saat.

B a h a d ı r. Biz ağa deyilik. Yoldaşıq.

S a n d r o. Bəli, bəli, yoldaş, yoldaş.

B a h a d ı r. Ustalar, internasional çalınız.

Onlar da çalırlar.

Pərdə



Milli Kitabxana

119


QARANLIQDAN İŞIĞA

Bir pərdəli pyes.

İŞTİRAK EDƏNLƏR

O ğ u z - qoca bir türk.

U l u ğ - onun oğlu.

Ə b d ü s s ə l a m - qoca bir ərəb.

Q a s ı m - onun oğlu.

Z e y n əb - onun qızı, Uluğun namizədi.

C ə m ş i d - qoca bir fars.

Q u b a d - onun oğlu.

F i r ə n g i z - onun qızı.

B a h a d ı r - qoca bir hindli.

Ə k b ə r - onun oğlu.

L i-x u n-c a n ğ - qoca birçinli,

X u n-x u z - onun oğlu.

M a r z a v a n - əcinnə jandarması.

C u r c a n - əcinnə komandanı, Daxnaşın pəhləvanı.

İ k i m ə m u r.

Bir taqım əcinnə qoşunu.

Səhnə qaranlıq bir mağara içini göstərir. Pərdə qalxdıqda cavanlar ayaq üstə və qocalar

oturmuş görünür.

Ə b d ü s s ə l a m.  Ey  Oğuz  oğlu  Uluğ,  bizi  buraya  toplamaqdan  məramın

nədir? Bilmək istərik.

C ə m  ş  i  d.  Ey  Oğuz  oğlu,  qəlyanımın vaxtıdır,  deyəcəyini  tez  söylə,  dözə

bilmirəm.

L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, tiryakim qaldı. Mətləbini əcələ söylə.

U l u ğ. Ey əhli zülmət! Bu qaranlıq dünyada əsrlərcə yatdığın yetər, bu qədər

sərxoş olub alçaqlara qul olduğun yetər, həşərat kimi ayaqlar altında süründüyünüz

yetər. Qəflət  yuxusundan ayıl. Acizliyi, zəifliyi burax. Kim olduğunu düşün. Səni

işıqdan  məhrum edib bu qaranlığa salan divləri, cinləri  yıx, əz, qır, özünü onların

zülmündən xilas et. Bu zülmət aləmindən işıqlı dünyaya çıx!..




Milli Kitabxana

120


B a h a d ı r. Ey Oğuz oğlu, nə söyləyirsən? Məyər bu zülmət aləmindən başqa

bir qeyri dünya da var?

U l u ğ. Bəli, var. Onun adı işıqlı dünyadır. Onu yüksək intəhasız fəzadan günəş

işıqlandırır.  İşıqlı dünyanın  gözəlliyi  vəsfə gəlməz.  Yaşıl  mənzərəli  dağlar,

üzərindən şıqqıltı ilə axıb mühitlərə tökülən nəhrlər, qayalardan fəvvarələnib uçan

şəlalələr,  çiçəklərlə bəzənmiş  çəmənlər,  seyrəngahlar,  gülşənlər,  onlarda  ötüşən

quşlar,  uçuşan  rəngbərəng  pərvanələr,  müxtəlif  heyvanlar  işıqlı  dünyanı

zinətləndirir...

Ə b d ü s s ə l a m. Ey Oğuz oğlu, toxda, əcaba əfsanəyi söyləmək üçünmü bizi

buraya toplamısan.

L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, elə nağılları bu çocuqlara söylə, biz qocaları

belə xürafat ilə aldada bilməzsən.

C ə m ş i d. Ey sükuta getmiş Oğuz! Oğlun dəli olmuş, başına çarə qıl.

Ə b d ü s s ə l a m. Oğuz, bu gündən əhdimiz pozulur. Mən qızım Zeynəbi belə

sərsəriyə vermərəm.

O  ğ  u  z.  Ey Əbdüssəlam, əhdini  tez  pozursan.  Uluğ  sərsəm  olmuşdur, - bu

doğru, fəqət onu əqlə gətirmək asandır.

U l u ğ. Ey mənə cünun nami verən əhli-zülmat! Mən söylədiyim əfsanə deyil,

həqiqətdir. Mən o işıqlı dünyanı bütün vücudumla hiss edirəm, görürəm, eşidirəm.

Sizlər isə paslanmış, qabarlanmış əqlinizlə qüvvətdən düşmüş, zəifləşmiş hissinizlə

onu dərk edə bilməyirsiniz.

Səhnə dalından kamança səsi gəlir.

Ah...  Yenə qulağıma  o  dünyanın  musiqi  sədası  gəlir...  Dinləyin,  dinləyin...

Eşidirmisiniz?

Q o c a l a r. Eşitmirik.

U l u ğ. Eşitməyirsiniz, çünki karsınız...

Yuxarıdan ağ işıq görünür.

Bax... bax... o səmadəki nuri görürmüsünüz?

Q o c a l ar. Görmürük.

U l u ğ.  Görmürsünüz,  çünki  korsunuz.  Ey əhli-zülmət!  Mən  Oğuz  oğluna

inanınız.  Bu  divlər  tərəfindən  hörülmüş  sədləri  yıxıb,  bu  qayaları  dəlib  deşərəm,

sizi  bu  zülmətdən  işıqlığa  çıxardaram.  Hər  kəs  mənə inanırsa,  bu  qırmızı  inqilab

bayrağı altına gəlsin.

Qırmızı bayrağı qaldırır.




Milli Kitabxana

121


Z e y n ə b.  Sənə inanıb  bayrağın altına  gəlirəm.  (Gəlib  bayrağın  allında

durur.)

F i r ə n g i z və Q u b a d. Biz də sənə inanırıq.

Onun tərəfinə keçirlər.

C a v a n l a r. Sənə inanıb bayrağın altına gəlirik. Uluğ tərəfə keçirlər.

Q o c a l a r. Ey divanələr, nə edirsiniz?

O ğ u z. Məyər Daxnaş divin əcinnə qoşununu unutmuşsunuz?

U l u ğ.  Xeyr,  unutmamışıq.  Onlarla  qovğa etməyə hazırıq.  İndiyə kimi  bizə

mane  olduğunuz  yetər.  Çəkiliniz,  daha  bəsdir.  Səbir  kasamız  dolub  daşmış.  Ya

hamımız bu yolda öləcəyik, ya da divlərə qalib gəlib işıqlı dünyaya çıxacayıq.

Marzavan iki nəfər məmur ilə daxil olur.

M a r z a v a n. A! Gizli yığıncaq! Qırmızı bayraq! Oğuz, bu nə işdir? Söylə.

O ğ u z.  Cənab  Marzavan,  bu  gün  bizim  bayramımızdır.  Cavanlar  bir  qədər

şadlıq etmək istəyirlər.

C ə m ş i d. Cənab Marzavan, bu gün bahar günüdür. Qədim zamandan bəri bu

gündə baharı  yad  edərək,  qırmızı  libas  geyib  bayram  etmək  rəsmdir.  Bu  qırmızı

bayrağa başqa məna verməyiniz.

U l u ğ. Cəmşid baba doğru deyir. Bu gün bizim üçün tarixi gündür. Bu gün biz

inqilab  bayrağını  qaldırıb  siz  zalimlərdən  xilas  olmaq  istəyirik.  Bəxtiyar,  azadə

insanlar sırasına girmək istəyirik.

C a v a n l a r. Bəli, istəyirik!

M a r z a v a n. A!.. Üsyan! İnqilab! Bunu alın! (Uluğu göstərir.)

Q a s ı m və Q u b a d (qılınclarını sıyırıb). Qoymarıq!

Ə k b ə r  (qılıncını çəkib).  Hər  kəs  Uluğa əl  qaldırarsa,  başını  boynundan

ayıraram.

X u n-x u z.  Görünür,  Xun-xuzun əyri  moğol  qılıncının  gücünü  bilmək

istəyirsiniz.

B a h a d ı r. Cənab Marzavan, bu əqilsiz cavanların sözlərinə fikir verməyiniz,

əfv  ediniz.  Biz  vəlinemətimiz  olan  həzrət  Daxnaşın ən  sadiq,  xalis, əməkdar

bəndələriyik.  Onun  mərhəmətləri  sayəsində səadətlə yaşayırıq.  Ona  itaət  etmək

bizim üçün vacib bir əmrdir.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə