Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

Milli Kitabxana

145


M ə ş ə d i S ə f d ə r q u l u. Ha-ha-ha...

K ə r b ə l a y ı N ə b i. Ədə, a bic, nəyə gülürsən?

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı,  o  da  lotudur,  sən  öləsən  şərabın

küpünə girir.

K ə r b ə l a y ı N ə b i. A kişi, nə danışırsan? Vay sənin zatına lənət, a bele

molla.


Şövkət daxil olur.

Ş ö v k ə t. Ağa!

K ə r b ə l a y ı N ə b i. Belə can, nə buyurursan mənim gözəlim, məzəlim?

Ş ö v k ə t. Pəricahan deyir ki, o sənə siğə olanda çalğıçı gətirmişdin. İndi mənə

də gətirsənə. Axı mən də oynamaq istəyirəm.

K ə r b ə l a y ı N ə b i. Belə mənim bu gözlərim üstə, mənim nazlı balam. Get

Pəricahana de ki, Şirəlini buraya çağırsın. Tarını da gətirsin.

Şövkət gedir.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, qız ilə aranı yaman sazlamısan, ha.

K ə r b ə l a y ı N ə b i. Sən öləsən  məşədi, özümü on  səkkiz yaşında cavan

kimi hiss edirəm.

M ə ş ə d i S ə f d ə r q u l u. Şərabdan da vurub qızmış şirə dönəcəksən.

K ə r b ə l a y ı N ə b i. Ədə,  məşədi,  gərək qızın  yanında  içməyəm.  Yoxsa

məndən ürküb qaçar.

M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, sənin toruna düşən haraya qaça bilər?

K ə r b ə l a y ı N ə b i. Əlbəttə, küçələrdə dilənçilik edən bir qızı gətirib özümə

arvad etmişəm. Daha niyə öz vəliyyinemətinə şıllaq atsın?

Ş i r ə l i  (əlində tar  daxil  olur.)  Salamünəleyküm  kərbəlayı,  toyun  mübarək

olsun.

K ə r b ə l a y ı N ə b i. Əleyküməssəlam Şirəli, səndən çox razıyam, mənim bu



işimdə çox zəhmət çəkmisən.

Ş i r ə l i. A kişi, təki sən belə toylardan tez-tez edəsən, mən də gələm.

Gülüsürlər.



Milli Kitabxana

146


M ə ş ə d i S ə f d ə r q u l u. Ədə, Şirəli,o gorbagorun qızı evə qayıtdı?

Ş i r ə l i. Qızxanımın qol-qıçını elə sındırmamısan ki, bir də xarabana qayıtsın.

M ə ş ə d i S ə f d ə r q u l u. Hələ ona o da azdır.

Ş i r ə l i. Kərbəlayı, süfrə ziynətini stolda görmürəm.

K ə r b ə l a y ı N ə b i. Bu piyaniskələr məni lar təngə getirdilər. (Şkafı açıb

şərab çıxardır.) Ala bu biri, bu da biri, bu da biri.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bundan Fatıya tuman olmaz.

K ə r b ə l a y ı N ə b i. Ədə, sən doymaz oğlu doymazsan.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bunun biri mənim, biri sənin, biri bu

cənabın.  Bəs  mollanın  payı?  Siz öləsiniz  mən  öz  payımdan  bir  damcı  da  ona

verməyəcəyəm, zalım oğlu il uzunu mənim xərcimə içir.

Ş i r ə l i.  Aşna,  kişinin  haqqında  böhtan  deyirsən.  Mən  insafımdan  keçə

bilmərəm, pul o yazığınkı olur, içmək də sənlə mənim. Ona da bir tula payı veririk.

Dinə de bilmir, çünki qorxur ki, paxırını açaq.

K ə r b ə l a y ı N ə b i. Görürəm,  siz  yaxşı  sirr  saxlayırsınız.  Yəqin  mənim

içməyimi də ona söyləmisiniz.

Gülüşürlər.

M ə ş ə d i S ə f d ə r q u l u. Əlbəttə, sizin içinizdə kişi bir özümü görürəm.

Apaçıq içirəm. Heç kəsdən gizlətmirəm.

Ş i r ə l i. Kərbəlayı, yenə gözləyəcək adamın var?

K ə r b ə l a y ı N ə b i. Xeyr, bircə Molla Rəhim qalıbdır.

M ə ş ə d i S ə f d ə r q u l u. O, şərabın qülqüləsini eşidən kimi burada hazır

olacaqdır.

K ə r b ə l a y ı N ə b i. Onda buyurunuz başlayaq. (Əyləşirlər, fincanları şərab

ilə doldururlar.)

Ş  i  r ə l i. Bu  piyaləni  kərbəlayının  sağlığına  içək  və arzu  edək  ki,  belə

siğələrdən çox etsin və biz dostları da unutmasın.

M ə ş ə d i S ə f d ə r q u l u. Sağol, kərbəlayı, bugecəki kefini allah ömrünə

hesab etsin.

K ə r b ə l a y ı N ə b i. Sağ olun, əziz dostlarım.

İçirlər.

M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gör mürtəd qızı mürtəd nə deyir. Kərbəlayı

qocadır. İş sinndə deyil, ürək cavan olsun.



Milli Kitabxana

147


M o l l a R ə h i m təğyiri-libas daxil olur.

M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gəldə, kərbəlayının xeyir işində də içməyib

haçan içəcəksən?

M o l l a R ə h i m. Adə, məni kərbəlayının yanında biabır etmə.

Ş i r ə l i. A kişi, kərbəlayı əhli-ruhdur, işlərdən baxəbərdir, buyur.

Molla Rəhim əyləşir.

M ə ş ə d i  S ə f d ə r q u l u. İndi mollanın payını meydana çıxar.

K ə r b ə l  a  y  ı    N ə b  i. Ədə,  bəs  nə fikir  edirsən?  Nə qədər  içirsən,  iç,  dalı

bağlıdır.

M ə ş ə d  i    S ə f  d ə r  q  u  l  u. Ha,  belə de, mən  də gülə-gülə içim.  Şirəli,

mollanın piyaləsini doldur.

Şirəli doldurur.

M ə ş ə d i  S ə f d ə r q u l u. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.

K ə r  b ə l  a  y  ı    N ə b  i. Şair  bu  sözləri  yəqin  mənim  məzəlicə gözəlimə

deyibdir:

Əzizim, gözlərim, canım, üzün göstərgilən ayə,

O düşsün torpağa, merac elə sən ərşi-əlayə.

M o l l a R ə h i m. Əhsən, əhsən.

İçirlər.

Ş i r ə l i. Kərbəlayı, şərab, nə şərab, adama ruh verir. Sağ ol.

K ə r b ə l a y ı  N ə b i. Nuşican.

Piyalələri doldururlar.

M ə ş ə d i  S ə f d ə r q u l u. Bu piyaləni də dostumuz əhli-ruh Molla Rəhimin

sağlığına içək, arzu edək ki, belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən

də bizi məhrum etməsin.

M o l l a R ə h i m. Əzizlərim, dünyanın ləzzəti iki şeydir: biri bu şərabdır, biri

də zənən. Əbəs yerə şair bunları tərif etmir, bu iki şeyi



Milli Kitabxana

148


dünyadan  götür,  gör  yerdə nə qalır.  Şərabın  nəhyi  biz  ürəfa  üçün  deyil,  avam

üçündür.


Ş  i  r ə l i. Kişi  haqq  söz  deyir.  Şərab,  qadın,  fəqət  şərab  Kərbəlayının  şərabı

kimi köhnə və qadın da onun zövcəsi kimi on yaşında olmalıdır.

M o l l a R ə h i m. Sağ ol!

İçirlər.


K ə r b ə l a y ı  N ə b i. (oxuyur.)

Zahid, çox eyləmə məni təklifi-cənnətə,

Mən qoymaram behiştə qədəm nazlı yarsız.

M o l l a R ə h i m.

Saqi kərəm eylə cam gəzdir,

Durma, qədəhi müdam gəzdir.

Dövrana çox etibar qılma.

Gəzdir qədəhi, qərar qılma.

Ş i r ə l i. Belə mənim başım üstə.

Piyalələri doldurur.

M ə ş ə d  i    S ə f  d ə r  q  u  l  u. Bu  piyaləni  içək  bizim  Şirəlinin  sağlığına  və

təvəqqə edək ki, bir az bizim üçün çalsın.

Ş i r ə l i. Ancaq bu şərt ilə ki, mən çalım, Molla Rəhim də oynasın.

M o l l a R ə h i m. Xeyr, xeyr, mən bacarmaram. O, kərbəlayının işidir, eşq

başına vermuş. Sən çalsan o davam etməyəcəkdir.

Pəricahanla Şövkət daxil olur.

P ə r i c a h a n. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca

oynayım.


Ş ö v k ə t.  Vay  dədə,  vay,  burada  çaxır  içirlər.  Yox,  mən  istəmirəm,  mən

gedirəm.


K ə r b ə l a y ı  N ə b i. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil,

qırmızı şərbətdir. Görmürsən, Molla Rəhim də içir. Molla




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə