Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə53/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   49   50   51   52   53   54   55   56   ...   135

Milli Kitabxana

172


T e y m u r.  Sadıq  baba,  bizi  şəhərdən  göndəriblər  ki,  kəndli  qardaşlarımıza

kömək edək.

A s l a n. Dəmirçiyə möhtac nə işiniz var isə qayıracağıq.

H ə s ə n q u l u. Mənim baltam sınıbdır.

Q a r a H ü s e y n. Mənim də dəhrəm və dəryazım.

T e y m u r. Yoldaşlar, hamısını qayıracağıq, arxayın olunuz.

S a d ı q k i ş i. Övladlarım, mən bu yaşa çatmışam, belə qardaşlıq, yoldaşlıq

dövranı görməmişəm. Cümlə insanlar birdir - deyən çox olmuş, lakin indiki kimi,

bolşeviklərdən savayı əmələ gətirən olmamışdır.

Şeytan təbib libasında, qoltuğunda bir davacat qutusu daxil olur.

S a d ı q k i ş i. Kimsən? Sənətin nədir?

Ş e y t a n. Mən təbibəm.

H ə s ə n q u l u. Nə yaxşı vaxtda gəlmisən, mənim balaca qızım naxoşdur.

Q a r a H ü s e y n. Mənim də arvadım.

Ş e y t a n. Mən sağlara həkimlik edirəm.

T e y m u r. Qəribə təbibdir, sağları sağaldır...

Ş e y t a n. Bəli, sağları sağaldıram. Sağ mən o şəxsə deyirəm ki, bü dünyada

heç  bir  qəmi  və qüssəsi  olmaya.  Hansınızın dərdi  yoxdur?  Hərəniz  bir  dərdə

mübtəlasınız.  Mən  ömrümü  sərf  edib  bu  dərmanları  icad  etmişəm.  Bunların  hər

birində başqa bir xasiyyət var. (Bir şüşə göstərir.) Bu dərmandan bir fincan içənin

bədəni qızışıb qüvvətə gəlir. Birin də içərsə, qəm-qüssəsi gedib şad və xürrəm olar.

Birisini  də içərsə,  qızmış  şirə dönüb  pəhləvan  tək  meydanda  mübariz  istər.  Bu

dərman da  yuxusuzlar üçündür. Bir həb atsa, şirin  yuxuya gedib rahat olar. Lakin

dərmanlarımın şahı budur.

Bunu  qəlyanın  başına  qoyub  çəkəndə adam  üçün  bir  başqa  aləm  açılır.  Onu

tərif etməkdən özüm də acizəm. Bir sözlə, rəbbiniz vəd etdiyi cənnəti bu dünyada

görürsünüz.

R i z v a n (daxil olur.) Mən sən hərifi yenə də görürəm.

Ş e y t a n. Yenə bu şiş papaq!

R i z v a n. Yoldaşlar, bu hərifi əhatə ediniz. Qaçmağa qoymayınız.

Onun ətrafını alırlar.

R i z v a n (qutudakı şüşəni əlinə alır.) Bilirsinizmi bu nədir?

H a m ı. Xeyr.



Milli Kitabxana

173


R i z v a n. Bu şeytan icadı konyakdır. Bunu içib məst olanları və nə halda, nə

cür pis işlər tutduqlarını görmüşsünüz.

S a d ı q k i ş i. Hə, adamı qızmış aslana döndərdiyini anladım.

R i z v a n. Bu da tiryəkdir. Həbbini atanları nə hala salır, onu da görmüşsünüz.

A s l a n. Ey hərif, bizi bunlarla aldadırdın?

R i z v a n. Bu da əsrardır. Bunu çəkən adam bir hala duşür ki, at ləpiri kimi su,

onun gözündə bir böyük çay görünür. Paltarını soyunur ki, o çayı üzüb keçsin.

Gülüşürlər.

T e y m u r. Vay sənə lənət, hərif gör bizi nəyə öyrədirmiş?

A s l a n. Teymur, deyəsən o bizi aldadan şəxsə oxşayır.

R i z v a n. Onun özüdür, ancaq libasını dəyişdirmiş. Bir az bundan irəli başqa

surətdə qızlarınızı aldadıb dağlara aparmaq istəyirdi, mən qoymamışam.

Q a r a H ü s e y n. Bəs nə üçün bunu tutub həbsə almırsınız?

R i z v a n. Tutulacaqdır və cəzasını da alacaqdır. Qoyun görək kimdir.

H ə s ə n q u l u. Kim olacaqdır? Şərir fəsadçının biri.

Ş e y t a n. Rütbəmi azaltma.

R i z v a n. Bəs sən kimsən?

Ş e y t a n (üst libasını atır.) Şeytan.

C ü m l ə s i. Şeytan!

Ş e y t a n.

Ey vay, bu nə aləm, bu nə dövran, bu nə halət?

Nərdən yetib insanlara boylə mələkiyyət?

Bu bəndələrim-qullarım hər an mənə tabe,

Olsunmu o zəhmətlərim indi hamı zayə?

Qan yağdıraram fitnə ilə ərzə səmadən,

Qorxmam nə bəşərdən, nə mələkdən, nə qəzadən:

Beş guşəli yıldız məni məğlub edir ey vah,

Mənsə yenə öz qüvvəmi-naçizimə gümrah.

Qaçmaq, bunların əmri olubdur mənə mükül,

Etmək gərək ol Asiyadə fitnəni təşkil.

Ha, ha, ha!

Pərdə



Milli Kitabxana

174


EŞQ VƏ İNTİQAM

Beş pərdəli, yeddi şəkildə faciə

İŞTİRAK EDƏNLƏR

Ə l i m ə r d a n - quldur dəstəsinin atamanı.

İ b a d - onun yoldaşı.

P i r i  b a b a - ovçu meşə qarovulçusu.

Y a s ə m ə n - Əlimərdanın arvadı.

X a l i s ə n ə n ə - Piri babanın arvadı.

Ç i n g i z - surətən Əlimərdanın oğlu,

Q ə m ə r - Əlimərdanın qızı.

C ə b i - Əlimərdanın nökəri.

Ş a h b a z b ə y - mülkədar bəy.

H ə c ə r x a n ı m - onun arvadı.

Ş ə m s i b ə y - onun oğlu

Z ö h r ə x a n ı m - onun qızı.

S ə f i b ə y - qəza naziri.

X a v ə r - xidmətci qız.

H e y d ə r q u l u -

}nökərlər

S ə f a

P r i s t a v.



S t r a j n i k l ə r.

BİRİNCİ PƏRDƏ

Səhnə meşə içində ağac çəpərlə hasarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri

babanın  koması,  sol  tərəfdə meşə sahibi  Həsənqulu  ağanın ikimərtəbəli evi  görünür,

Həyətde neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın onündə oturub özünü günə

verir. Yanında  bir  beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul daxil

olur.

P i r i b a b a. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.



Y a s ə m ə n. Ah, nə gözəl qırqovuldur.

P  i  r  i b  a  b  a.  Qızım,  gərək  bu  gün  də durmayaydın.  Özünü  gözlə,  yoxsa

üzülərsən.

Y  a  s ə m ə n.  Baba,  doğrudur,  mən  şəhərdə tərbiyə almışam,  amma əslim

kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə



Milli Kitabxana

175


atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım

ki, özümü bir az havaya verim.

P i r i b a b a. Bəs, Xalisə haradadır?

Y a s ə m ə n.  Xalisə nənə bulaqdan  su  gətirməyə,  həm  də çağanın əsgilərini

yumağa gedibdir.

P i r i  b a b a. Topal gəlib çıxdımı?

Y a s ə m ə n. Xeyr.

P i r i b a b a. Görəsən, nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa

bilmədi. (Tüfəngi ağacdan asıb Yasəmənin yanında oturur.) Yasəmən, Əlimərdanın

sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir.

Y a s ə m ə n. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi

aydır ki, Əlimərdan məni burada qoyub özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə

gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.)

P i r i  b a b a. Yasəmən, səbir et, naşükür olma.  Allaha  dua et,  ürəyin təsəlli

tapsın.  Bu  bəlalar,  bu  cəfalar  ki,  sən  çəkirsən,  hamısı Əlimərdanın  ucundandır.

Rəhmətlik  qardaşımın cəmi  xasiyyəti  oğlu Əlimərdana  keçmişdir.  Atası  kimi

təkəbbürlü,  kinli,  höcət,  qoçaq  bir  dəliqanlıdır.  Hansı  bir  rəiyyət  qızının irz-

namusuna ağaları toxunmamışdır?

Ya  s ə m ə n.  Allah  o  ağaları  dünya  üzündən  məhv  edəydi,  ta  bizlər də rahat

gün görəydik.

P i r i b a b a. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Qüvvətli

zəifi basacaq, əzəcək,  zalım  məzlumu incidəcək,  məhv  edəcək,  dövlətli  kasıbı

sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam

qırx  ildir  ki,  mən  bu  meşədə ömür  sürürəm.  Bu  bağlarda  ov  edirəm.  Hər  bir

heyvanın,  quşun,  həşəratın  yaşayışına  diqqət  etmişəm.  Bir  də görürsən,  bir  tərlan

kəklik ovlayıb qaya başında yeməyə məşğuldur. Qəflətən ondan qüvvətli bir şahin

ildırım  kimi  şığıdı,  onun əlindən  aldı,  havaya  qalxdı.  Bax,  böcəkləri  qurbağalar,

onlan ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər.

Y a s ə m ə n. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar

nə üçün bir-birlərini qırırlar?

P i r i  b a b a. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri

çoxdur.  Mənim  qardaşım  oğlu Əlimərdan  da  qeyrət,  namus  üstə.  Mənim

nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə