Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

Milli Kitabxana

162


M o l l a F ə t t a h. Atan səndən sorur ki, o hansı binadır?

M ə m m ə d. O binanın adı teatrdır.

M i r K a z ı m a ğ a və M o l l a F ə t t a h. Nə? Teatr?

M ə m m ə d. Bəli, teatr.

M i r K a z ı m a ğ a. Teatr! Lotular yığıncağı.

M ə m m ə d. Xeyr, ürəfa ocağı.

M o l l a F ə t t a h. Şeytan yuvası!

M ə m m ə d. Xeyr, mələk otağı.

M i r K a z ı m a ğ a. Ora meyxanadır!

M ə m m ə d. Xeyr, ora ibrətxanadır.

M o l l a F ə t t a h. Sən babı olmusan?!

M ə m m ə d. Xeyr, mən haqq yolu tapmış bir insan olmuşam.

M i r K a z ı m a ğ a. Sən dəli olmusan?!

M ə m m ə d. Xeyr, mən aqil olmuşam.

M o l l a F ə t t a h. Bunların hamısına bais o babı Molla Calaldır.

M i r K a z ı m a ğ a. Ağa, doğru deyirsən, odur.

M ə m  m ə d  .  Nahaq  yerə Molla  Calalı  müqəssir  edirsiniz.  O  sizdən  geriyə

qalmaz. O da sizin kimi... saç qoyanlara, çəkmə geyənlərə, rusca oxuyanlara kafir

deyənlərdəndir.

M i r K a z ı m a ğ a. Bəs səni bu şeytan yoluna kim və nə vadar edir?

M ə m m ə d. Məgər mənim tutduğum yol şeytan yoludur? Orada nə edəcəyimi

söyləmədimmi?

M o l l a F ə t t a h. Söylədin, orada oyunbazlıq, mütrüblük edəcəksən.

M i r K a z ı m a ğ a. Ah! Ürəyim partlayır! Seyid övladı oyunbazlıq?! Oğul, o

qoyduğum ad sənə haram olsun! Cəddim səni tezliklə əlimdən alsın!

M o l l a F ə t t a h. Mən qızımı belə mürtədə vermərəm. Bu saat Molla Vəlini

çağırıb nigahını pozduracağam.

M ə m  m ə d. Bax,  şəriəti  bu  günə salmışsınız,  ehkami-diniyyəyə belə əməl

edirsiniz.

M o l l a F ə t t a h. Necə?

M ə m m ə d. Kəriməniz öz ixtiyariləmi mənə gəlmiş?

M o l l a F ə t t a h. Bəli.

M ə m  m ə d.  Onda  çağırınız  gəlsin  və öz  ixtiyarilə də nigahını  geri  oxutsun.

Şəriətin yolu budur, dayını.

M o l l a F ə t t a h. Sus! Mənə şəriət öyrətmə. Dini-islamda sənin kimi dəliyə

nigah yoxdur. Bu burası. Səni şəkdən çıxarmaq üçün də




Milli Kitabxana

163


qızımı  bu  saat  buraya  gətirdərəm,  görərsən  ki,  sən  divanədən  ikrah  edib əl

çəkəcəkdir. Tükəzban! Tükəzban!

Tükəzban daxil olur.

T ü k ə z b a n. Nə buyurursan, qardaşım?

M o l l a F ə t t a h. Bu saat gedib Qonçanı gətirərsən.

T ü k ə z b a n. A qardaş, belə toy olurmu? Qoy qövm-əqrəbamı yığıb qayda ilə

toy  edim.  Qonça  anadan  yetimdir,  niyə onu  tay-tuş  yanında  xar  edirsən?  Niyə

könlünü sındırırsan.

M i r K a z ı m a ğ a. Tükəzban, sənin toyun yasa döndü!

T ü k ə z b a n. Vay! Ay kişi nə deyirsən? Ölənimiz kimdir?

M i r K a z ı m a ğ a. Bu oğlun Məmməd.

T ü k ə z b a n. A kişi, nə deyirsən? Sən allah, mənlə belə zarafat etmə.

M i r K a z ı m a ğ a. Arvad, oğlun dəli olmuş, dəliyə də qız vermək şəriətlə

caiz deyil.

M ə m m ə d. Ana, bunlar deyirlər ki, mən dəli olmuşam. Mən də istəyirəm ki,

Qonça gəlsin, özündən soruşum ki, mən dəliyə yoldas olmaq istəyir, ya yox?

T ü k ə z b a n. Elə bu?  Gör  məni  necə qorxutdular!  Oğlum  bunlar  yalan

deyirlər. Sənin eşqindən dəli-divanə olan Qonçadır.

M o l l a F ə t t a h. Heç vaxtı!

T ü k ə z b a n. A qardaş, nə deyirsən? Bizdən nə pislik gördün ki, daha qızını

vermək istəmirsən? Vallah, verməsən Qonça özünü öldürəcəkdir, ya da Məmmədə

qoşulub  qaçacaqdır.  Bu  saat  gedib  gətirərəm,  görərsən,  doğru  deyirəm,  ya  yox.

(Çıxır.)

M i r K a z ı m a ğ a. Bu  işlərdə müqəssir  mən özüməm.  Nə üçün  o  islam

torpağını buraxıb bu viranəyə gəldim. Nə bilim, dedim ki, bura mənim vətənimdir,

ata-babalarımın xaki-paki buradadır, qoy ölsəm də burada ölüm. Heç bu günlərimi

düşünmədim, övladlarımın fikrinə qalmadım.

M o l l a F ə t t a h. Əlbəttə, səhvətmisən. Gərək gəlməyəydin. İndi mən özüm

də Ərəbistana  köçmək  fikrindəyəm.  Bu  işləri  ki,  mən  görürəm,  bir  az  çəkməz

burada müsəlmanlıq nişanəsindən heç bir zad qalmaz.

Tükəzban Gülsüm, Qonça ipək çarşafa bürünərək daxil olurlar.



Milli Kitabxana

164


T ü k ə z b a n. Qardaşım,  indi  qızından  özün  soruş,  gör  Məmmədə getmək

istəyir, ya yox?

M ə m m ə d.  Qonçacığım,  hansı  zalımdan  qorxaraq  belə çadraya  bürünüb

gizlənmisən?  Yoxsa,  qələm  qaşlarında,  ahu  baxışlarında,  şəhla  gözlərində bir

qüsurmu görürsən? Yetər, yetər, gözəlim! Səni kimi qonça güllərin açılmaq zamanı

gəlmiş! (Cəld onun başından çarşafı çəkib atır.)

M i r K a z ı m a ğ a. Nadürüst, bihəya!

M o l l a F ə t t a h.  Qızım,  görürsənmi?  Bu  dini-təriqətdən  dönmüş  seyid

övladı, əmmaməni atıb, lotu libası geyib teatrda oyunbazlıq etmək fikrindədir. Sən

bu kafirə, bu divanəyə getmək istəyirsənmi?

Q o n ç a.  Ağa,  Məmməd mənim  qəlbimin  şahıdır,  özünə nə vəzifə seçərsə,

mənə xoşdur. Mən onun vəfalı bir quluyam.

M i r K a z ı m a ğ a və M o l l a F ə t t a h. Va şəriəta, va milləta!

M o l l a F ə t t a h.  Sus,  bihəya!  O  sənin  qəlbinin  sultanı  isə mən  də sənin

cisminin, həyatının sultanıyam.

T ü k ə z b a n. Qardaş, sənə yalvarıram, bu iki cavanın göz yaşı tökməyinə bais

olma, qızını bədbəxt etmə.

G ü l s ü m. Dayı, mən də yalvarıram, Qonçanı Məmməddən ayırma.

M o l l a F ə t t a h. Çəkilin, siz qadınların məsləhətinə qulaq asıb bu dünyada

biabır, axirətdə də cəhənnəm oduna yanmaq istəmirəm.

M ə m m ə d. Ey mənim seyid atam, ey mənim axund dayım.

M i r K a z ı m a ğ a. Sus,  şeytani-məlun,  sən  dinsiz  daha  mənim  övladım

deyilsən! Çəkil, evimdən çıx! Rədd ol!

M ə m  m ə d. İndi  mən  bağırıram:  vay  o  millətin  halına  ki,  sizin  kimi  yol

göstərəni var! (Getmək istəyir.)

Q o n ç a. Məmməd, məni bunlara buraxıb haraya gedirsən?!

G ü l s ü m. Qardaşım, məni də özünlə apar, burada qoyma.

M ə m m ə d. Səbir ediniz, ey qonca güllərim, Məmməd sizləri, bu zülmətdən,

bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir.

Pərdə



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə