Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə51/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   47   48   49   50   51   52   53   54   ...   135

Milli Kitabxana

165


ŞEYTAN

Bir pərdəli, üç şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

Ş e y t a n -iblis libasında.

M a r z a v a n

C u r c a n

cinlər


T e y m u r - dəmirçi.

Ə l i - onun oğlu, 12 yasında.

A s l a n - Teymurun yoldası.

D ə m i r ç i.

R i z v a n -kommunist.

S a d ı q k i ş i - qoca kəndli,

H ü s e y n q u l u - kəndli.

Q a r a H ü s e y n - kəndli.

G ü l p ə r i

Ş a h p ə r i

- kəndli qızları

N a z p ə r i

BİRİNCİ ŞƏKİL

Səhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş, hüzurunda Marzavan durmuş.

Ş e y t a n. Marzavan, Avropadan nə xəbər var? Söylə.

M a r z a v a n. Baba can, səpdiyin toxumların barını tez görəcəksən. Firənglər

tərəfindən  qovulmuş Əmir  Feyzəli  ingilislər  İraqi-ərəbə sultan  təyin  etmişlər.

İngilislərin  bu  siyasətindən  firənglər  rəncidə olaraq  türklərlə gizli  müahidənamə

bağlamışlar.

Ş e y t a n. Ha-ha-ha,  Marzavan,  bu  işin  aqibətini  öz  gözünlə görəcəksən.

Şeytan babana əhsən deyəcəksən.

M a r z a v a n. Yaxın Şərq məsələsi əski Antantanı pozdu. Yeni Antanta Uzaq

Şərqə əl atır.

Ş e y t a n. Bu da iblis babanın insan qanı tökmək üçün bir tələsidir.

M a r z a v a n. Almanların ölmüş cəsədindən müzəffər firənglər qorxurlar.

Bilirsənmi, onlar nə tədbir etmişlər?

Ş e y t a n . Söylə görək.



Milli Kitabxana

166


M a r z a v a n. Almaniyada  hərbə lazım  nə şey  varsa,  toplayıb  Firəngistana

göndərirlər.

Ş e y t a n. Türk-yunan müharibəsi nə haldadır?

M a r z a v a n. Kral Konstantin əhd etmiş ki, ta İstambulu alıb yenidən başına

tac qoymayınca, qılıncını qınına satmasın.

Curcan daxil olur.

Ş e y t a n. Söylə görüm, ulu Qafqazda nə xəbər var, Curcan?

C u r c a n. Səni şad edəcək bir xəbər yox, baba can.

Ş e y t a n. Söylə görək.

C u r c a n. Ulu Qafqaz unutmuş tanrısını...

Ş e y t a n. Bu xəbər şad edir iblisini.

C u r c a n. Səni də yad edən yoxdur, baba can.

Ş e  y t a  n. Buna  mən heç  inanmaram,  Curcan. Bəşəriyyət arasında olmaz elə

zaman ki, şeytanı unutsun insan.

C u r c a n. Gördüyümü söyləyirəm, baba can.

Ş e y t a n. Demək ki, ulu Qafqazda tökülmür daha qan?

C u r c a n. Xeyr, baba can.

Ş e y t a n. İnanmaram, Curcan, erməni, gürcü, azərbaycanlı qan tökməsinlər?

Bu  nə halət?  Bəs  bəylər,  xanlar,  knyazlar  necə olmuşlar?  Qoçular,  burjuylar,

qolçomaqlar nə edirlər?

C u r c a n. Cümləsini hökmdarlıqdan endirmişlər.

Ş e y t a n. Kimlər?

C  u  r  c  a  n.  Kommunistlər.  Ulu  Qafqazda  başqa  bir  halət:  büxl,  həsəd,  kin,

kədurət, ədavət büsbütün yox olmuş. Orada can deyib can eşidirlər.

Ş e y t a n. Nə pis xəbər gətirmişsən, Curcan! Yerüzündə sevgili bir məskənim

vardisə o da Qafqazdı. Kommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə

şeytan  deyərlər.  Erməni,  gürcü,  müsəlman  qardaş  olmuşlar?  Ha,  ha,  ha.  Rahat

yaşayıb  can  deyib,  can eşidirlər?  Ha,  ha,  ha. (Ayağa  qalxıb.)  Curcan,  Marzavan,

mən onların içərilərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaxsın, çapsın,

talasın,  qırsın,  oda  atsınlar.  Analar  bətnindən  balaları çıxarıb  nizəyə taxsınlar.

Nəhrlər su yerinə qanlar axıtsın, Bəhri-siyah ilə Xəzərin içləri qızıl qan ilo dolsun.

Kəndlər, şəhərlər, meşələr, çöllər od alıb məşəl kimi yansın, cəhənnəmə dönsün!

Ulu Qafqaz hazır ol! Şeytan gəlir!

Pərdə



Milli Kitabxana

167


İKİNCİ ŞƏKİL

Səhnə dəmirçi dükanını göstərir. Əli körük basır, Teymur ilə Aslan dəmir döyürlər.

T e y m u r. Oğlum, körüyü bas, yoxsa yorulmusan?

Ə l i. Xeyr, babacığım yorulmamışam.

A s l a n. Yorulma, oğlum, sən zəhmətkeş balasısan, sən işdən qorxma, qoy iş

səndən qorxsun.

Şeytan səyyah libasında daxil olur.

Ş e y t a n. Atəş... cahanda varsa tərifə layiq bir şey, o da sənsən, Ey yandırıcı

od,  səni  gördükdə qəlbim  şad  olur,  ruhum  rahat.  Ey  qırmızı işıq,  səni mən  çox

sevirəm!


A s l a n. Yoldaş, sən kimsən?

T e y m u r. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.

Ş  e  y  t  a  n. Doğru,  mən  atəşpərəstəm,  çünki  xamırım  oddan  yoğrulmuş,  odu

mən çox sevirəm.

A  s l a  n. Yoldaş,  bizim  torpaq  azadə bir  yerdir.  Hər  kəs  nəyə sitayiş  edirsə

etsin.  Burada din,  məzhəb  üstə qovğa  yoxdur,  müsəlman,  xristiyan,  büdpərəst,

atəşpərəst, hamısı insandır, bizə qardaşdır.

Ş  e  y  t  a  n. Pəh,  pəh,  nə gözəl  məslək!  Ey  azərbaycanlılar  mən  səyyaham,

dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz

çox bəxtiyarsınız... Əfsus ki... qonşu düşmənləriniz bunu puç edəcəklər...

Rizvan daxil olur, Şeytan onu görmür.

T e y m u r. Kimlər?

Ş e y t a n. Gürcülər ilə ermənilər.

A s l a n. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə

hökumətlə getdi.

Ş e y t a n. Ha-ha-ha. Ey sadədil azərbaycanlılar! Siz qəflətdəsiniz, ermənilər,

gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam

deyərək, müharibə üçün plan çəkirlər. İndi burada siz nə qayırırsınız?

A s l a n. Kəndli qardaşlarımız üçün əkin aləti qayırırıq.



Milli Kitabxana

168


Ş e y t a n. Bu işləri  buraxınız,  gecə-gündüz  siz  də onlar  kimi  qılınclar,

xəncərlər  qayırınız,  fürsəti  fövtə verən  aqil  deyil,  divanədir.  Keçmişinizi  yada

salın. Siz eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar.

T e y m u r. Sən kimsən? Bunu haradan düzəltmisən?

Ş e y t a n. O zaman mən burada idim.

Rizvan pusqudan çıxıb irəli gəlir.

R i z v a n.  Doğrudur,  o  zaman  sən  burada  imişsən.  Buna  şəkkim  yoxdur.

Yoldaşlar,  bayaqdan  bəri  mən  bu  hərifi  diniəyirəm.  Bunun  kim  olduğunu

anlayırsınızmı?

A s l a n. Kim  olduğunu  bilmirəm,  lakin  sözlərindən,  gözlərindən  şərarət  odu

yağır. Mən bunu görürəm.

R i z v a n. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir.

Bunlara  provakator  deyərlər.  Bunların əsil  adları Şeytandır.  Yoldaşlar,  bunlara

aldanmayınız,  gürcü,  erməni  zəhmətkeşləri  bizə düşmən  deyillər.  (Şeytan yox



olur.)  Onları bizlərlə toqquşduranlar  belə şeytanlar  idi.  Harada  belə araqarışdıran

adam gördünüz, tutub bizə veriniz. (Dönüb baxır.) Bax, hərif giriz vermiş. Hərgah

düz adam idi, nə üçün qaçdı?

T  e  y  m  u  r.  Yoldaş  Rizvan,  qorxmayın.  Belə fitnələrə aldanmarıq.

Qonşularımız ilə qardaşlığı pozmarıq.

R i z v a n. Elə də lazımdır, indi iş dalınca. (Çıxır.)

A s l a n. Oğlum, Əli, körüyü bas!

Pərdə

ÜÇÜNCÜ  ŞƏKİL

Səhnə Sadıq  kişinin  komasını  göstərir,  həyətdə Nazpəri  corab hörür,  Gülpəri

paltar və Şahpəri də köynək tikirlər. Şeytan səyyah libasında, qoltuğun da bir qutu

həyətə daxil olur.

Ş e y t a n (qızları başıaşağı işləyən halda gördükdə öz-özünə). Nə gözəl fürsət!

Bu  Həvva  övladlarını  aldadıb  buradan  aparmalı.  Sonra,  qızlarınızı  düşmənlər

aparmış, deyə fitnə salmalı... (Qızlara.) Ya rəb,




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə