Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

Milli Kitabxana

176


bəyin nəslini qırıb, yer üzündən məhv edəm. Onun əmisi oğlu Tağı bəyi və nökəri

Fərəci öldürüb qaçaq düşdü.

Y a s ə m ə n. Piri baba, nə vaxt ki, bədbəxtlik bizə üz verməmişdi, Əlimərdan

məni  sevib  mehriban  dolanırdı.  Qəmər  qəziyyəsindən  sonra  büsbütün dəyişilib,

arvad  adını  yanında  çəkmək  mümkün deyil.  Mənlə xudahafiz  edendə dedi  ki,

Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam. Baba, dönmüş

taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdum.

P  i  r  i b  a  b  a.  Qəm  etmə,  qızım,  övlad  şirin  olar.  Özün  görəcəksən  ki,  necə

əzizləyib sevəcəkdir.

Y a s ə m ə n. Allah sən deyən kimi edəydi, baba.

P i r i  b a b a. Qorxma, elə də olacaqdır, bax, bu meşə sahibi Həsənqulu ağa da

oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam,

amma  atanın  qıza elə məhəbbət  bağladığını  görməmişəm,  eşitməmişəm.  Bax,  bu

evi  Həsənqulu  ağa  qızı  üçün  tikdirmişdir.  Ağa  burada  həftələrlə ov  edəndə,

Züleyxa  xanım  da  qaravaşları  ilə

burada  yaşardı.  Xalisə

onun  istəkli

qulluqçularından  biri  idi.  Ağanın  ondan  başqa  övladı  olmadı.  İndi  bu  meşənin

sahibi  həmin  Züleyxa  xanımdır.  Yasəmən, Əlimərdan  da  qızını  inşallah  elə

sevəcəkdir.

Y a s ə m ə n. Ah, o günü görsəydim, ölməzdim.

P i r i  b a b a. Xalisə gəlib çıxmadı. Xörək nə vaxtı bişəcəkdir?

Y a s ə m ə n. Odun yoxdur, olsaydı durub özüm bişirərdim.

P i r i b a b a. Onda, mən durum oduna gedim, ona kimi də Xalisə gəlib çıxar.

(Baltanı və ipi götürüb gedir.)

Y a s ə m ə n (yalnız, çağanı beşikdən götürüb). Xudaya, dərgahına el götürüb

dua edirəm, mənə əta etdiyini - bu məsum balanı ata məhəbbətindən məhrum etmə.

(Laylay çalır.)

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Qızıl gül bağın olsun,

Kölgəsində yatasan.

Balam, a laylay.

Gülüm, a laylay, a laylay.

Mən aşiqəm balasın,

Laçın verməz balasın.

Mən balamı istərəm,

Balam istər balasın.




Milli Kitabxana

177


Bu  halda  həyət  qapısı  döyülür.  Yasəmən  gedib  açır,  Həcər  xanım  qucağında  bir  körpə

uşaq daxil olur.

H ə c ə r. Yasəmən, nə təəccüblə mənə baxırsan? Yoxsa məni tanımırsan?

Y a s ə m ə n. Bilmirəm, yuxu görürəm, ya doğrudan da Həcər xanımı görürəm.

H ə c ə r

x a n ı m.  Doğru deyirsən,  Şahbaz bəyin arvadı  quldurbaşı

Əlimərdanın  evində,  bu  yuxu  deyil  nədir?  Gəl,  otur  dərdimi  sənə söyləyim.

(Skamyada  otururlar.)  Yasəmən,  irəlidə sən  mənim  xidmətçim  olmusan.  Xeyr,

səhv  etdim,  xidmətçim  yox,  sevgili  bacım  olmusan,  sirr  yoldaşım  olmusan.

Yasəmən, o günlər yadındadırmı?

Y a s ə m ə n. Bəli, yadımdadır.

H ə c ə r x a n ı m.  Başımızda  eşq  sevdası,  ürəyimizdə məhəbbət  atəşi,  son

Əlimərdanı  sevirdin,  mən  Nadir  bəyi.  Sən  məhəbbət  uğrunda  cəfa  çəkdinsə de,

axırda  sevgilinə gedib,  məramına  çatdın.  Lakin  mənim  baharım  solub,  zimistan

oldu.  Yadındadırmı,  bir  gündə iki  şəxs  mənə elçi  düşdü,  biri  sevdiyim,  söz

verdiyim  Nadir  bəy,  o  biri  bədəxlaq,  bədxasiyyət,  çaxır  içən,  günlərini

meyxanalarda keçirən

Ş a h b a z  b ə y. Nadir bəy kasıb, Şahbaz bəy dövlətli. Borc boğazına çıxmış,

mülkü, evi Şahbaz bəyin yanında girovda olan atamın meyli kimdə olması məlum

idi. Yadındadırmı, mən Şahbaz bəyə getmək istəmədim.

Y a s ə m ə n.  Bəli,  yadımdadır.  Atanız  dedi:  Həcər,  Şahbaz  bəyə getməsən,

özümü öldürəcəyəm.

H ə c ə r    x  a  n  ı  m. Anam  da  saçlarını  yoldu  ki,  bizi  bədbəxt  etmə,  küçələrə

salma.  Axırı mən  razı  oldum.  Şahbaz  bəyə gözləri  yaşlı  getdim.  O  gündən

cəfalarım,  bəlalarım  başlandı...  Şahbaz  bəy  evimi  cürdüxanaya,  qumarxanaya

döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib

baş  götürüb  bu  vilayətdən getdi.  Axırda  Şahbaz  bəyin  binamusluğu  bir  dərəcəyə

çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanın bacısı Qəmərin namusuna toxundu.

Y a s ə m ə n. Ah, indi məni də gözü yaşlı qoyan o binamus oldu.

H ə c ə r  x a n ı m. Yasəmən, o zaman, o iki körpəm olmasaydı, biri Şəmsi, o

biri Zöhrə, inan ki, mən də özümü Qəmər kimi qayadan atmışdım.

Y  a  s ə m ə n. Yazıq Qəmər,  qardaşım  İbada  nişanlı  idi.  Bir-birlərini  çox

istəyirdilər. Sonra İbad da gedib Əlimərdanın qaçaq dəstəsinə



Milli Kitabxana

178


qoşuldu.  Piri  babanın deməyinə görə siz  altı  aydır  ki,  Züleyxa  xalanızın  yanında

olursunuz və heç kəsə də görünmürsünüz.

H ə c ə r  x a n ı m. Doğrudur, orada gizli olmağımın sirrini gılmişım sənı açıb

söyləyım və səndən kömək istəyəm. Başqası məni anlayıb dadıma çatmayacaqdır.

Y a s ə m ə n.  Söyləyiniz  görüm,  məndən  nə kömək  istəyirsiniz?  Özünüz

bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm.

H ə c ə r  x a n ı m. Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonar, qəflətən

Nadir  bəy  gəlib  çıxdı.  "Həcər,  sevgilim,  bu  iki  ilin  müddətində dünyanı səyahət

edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. Axırda sənin fəraqına dözə

bilməyib  gəlmişəm" - deyə fəryad  etdi.  Yasəmən,  biz  qadınlar hissimiz  ilə

yaşayırıq. Biz qadınlar ürəklərimizin quluyuq. Mən də eşq atəşinə yandım, nəticəsi

bu... (Oğlunu göstərir.)

Y a s ə m ə n. Demək, bu uşaq Nadir bəyindir? Həcər   xanım. Bəli, mənə tənə,

məzəmmətmi edəceksən? Mənə lənət, nifrətmi edəcəksən?

Y  a  s ə m ə n. Mən?  Xeyr!..  Başqalarını  bilmirəm.  İndi  söyləyiniz  görüm,

məndən nə kömək istəyirsiniz?

H ə c ə r x a n ı m. Nadirlə belə qət etmişik ki,  mən Şahbaz bəydən boşanıb

azad  olacaqdım,  sonra  ona  gedəcəkdim. Ah,  fələk  cəmi  səadətimi,  ümidimi  bir

anda puç etdi. Bir ay bundan əvvəl Nadir xəstə düsüb şam kimi əridi, axırda söndü.

(Ağlayır.)

Y a s ə m ə n. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gözlərini silir.)

H ə c ə r x a n ı m. Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki,

təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağını xəbər

verir, indi anlayırsanmı?

Y a s ə m ə n. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır.

H ə c ə r  x a n ı m. Bəli, onu da ancaq sən bacararsan.

Y a s ə m ə n. Nə tövr? Unutmayınız ki, siz mənim ərim Əlimərdanın düşməni

Şahbaz bəyin arvadısınız. Sizlərdən buraya gəliş-gediş ola bilməz.

H ə c ə r  x a n ı m. Mən onların hamısını fikir etmişəm. Ona görə də oğlumu

həmişəlik  sənə verirəm.  Üç  gündür  ki,  doğmuşam.  Sənin  qızın da  həmin  vaxtda.

Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə