Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə56/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   52   53   54   55   56   57   58   59   ...   135

Milli Kitabxana

183


P  i  r  i    b  a  b  a. Bir  neçə vaxtdan  bəri  meşədə strajniklər  görünür.  Birinə rast

gəlib  soruşdum:  burada  nə qayırırsınız?  Cavab verdi  ki,  Səfi  bəyin əmrinə görə

yolları qaçaqlardan mühafizə edirik.

İ b a d.  Ha-ha-ha...  Piri  baba  çox  yaxşı  mühafizə edirlər,  allah  onları

bədnəzərdən saxlasın. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir,

Razyonnı  poçt  üstə düşürlər,  bir-iki  güllə atan  kimi  igid  çaparlar  qoyub qaçırlar.

Yoldaşlarımız da xəzinəni qulluğumuza gətirdilər.

Ə l  i  m ə r  d  a  n. Əmi, mənim  qorxumdan  hökumət  qulluqçuları  cürət  edib

kəndliləri  incidə bilmirlər.  Mənim  üç  düşmənim  var:  hökumət, bəylər,  tacirlər  də

pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram.

Yasəmən  xörək  gətirib  süfrəyə qoyur,  bu  halda  meşədən tüfəng  səsi  gəlir.

Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər.

Ə l  i  m ə r  d  a  n. Əmi,  xudahafiz. Kürd qızı,  Çingizdən  muğayat ol. Bir igid,

qoçaq oğlan meydana çıxarmağı səndən tələb edirəm.

Y a s ə m ə n (onların qabağını kəsib). Qoymaram, sizi öldürərlər.

Ə l i m ə r d a n. Məni öldürərlər, yerimdə oğlum Çingiz qalar.

Gedirlər.

Y a s ə m ə n. Xudaya, dəxi səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar.

Yeddi ay həsrətini çəkdiyim sevgili ərim ilə belə görüşdük. (Ağlayır.)

P i r i b a b a. Yasəmən, səbir et, göz yaşı tökmədən nə çıxar?

Y a s ə m ə n. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan.

X a l i s ə n ə n ə (gəlir.)Əlimərdan getdimi? Vay, qızım, ağlayırsan?

Y a s ə m ə n. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk mən zavallını elə

tilsimə satıbdır  ki,  sevgili ərimin  gəlməsi mənim  üçün  qorxu,  getməsi  bəla.

(Ağlayır.)

X a l i s ə n ə n ə. Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir

ağ günü də var.

Bu halda Səfi bəy, pristav və ücstrajnik daxil olurlar.

S ə f i b ə y. Tərpənməyin! Piri kişi, Əlimərdanın yerini de.



Milli Kitabxana

184


P i r i b a b a. Səfi bəy, Əlimərdan burada yoxdur.

S ə f i b ə y. Yalan deyirsən, quldurbaşı qardaşın oğlunu ələ vermək istəmirsən.

Fəqət mən sənə dedirdərəm. Bunları alınız.

Strajniklər onları əhatə edirlər.

P i r i b a b a. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur

axtar.


S ə f  i

b ə y.  Mən  dedim  ki,  sən  özün  yerlərini  göstərəsən,  təki  həm  bu

arvadları,  həm  də özünü  Sibir  sürgünündən  xilas  edəsən. İndi Əlimərdan  buradan

çıxsa,  tənbehin  böyük  olacaqdır.  Tüfənglərinizi  bunların  döşlərinə tutun.

(Strajnikiər  tuturlar.)  Belə hazırda  durarsınız,  üzərinizə tüfəng  açılsa,  üçünü  də

güllələyib yerə yıxarsınız. Sən, İsrafil bəy, dalımca gəl.

Komaya girirlər. Bir azdan sonra cıxırlar.

P r i s t a v. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı.

S ə f i b ə y. Doğru.

Bu halda H ə c ə r xanım otaqdan çıxıb qaçaraq gəlir.

H ə c ə r  x a n ı m. Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz?

S ə f i b ə y. Çünki Əlimərdanı burada gizlədib yerini demək istəmirlər.

H ə c ə r  x a n ı m. İndi sizə məlum oldu ki, Əlimərdan burada ola bilməz.

S ə f i b ə y. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Piri



babagilə.) Azadsınız, Həcər xanım siz burada nə qayırırsınız?

H ə c ə r    x  a  n  ı  m. Şəhərə gedirdim,  buraya  döndüm  ki,  Züleyxa  xalamın

sifarişini Piri babaya yetirəm.

S ə f i b ə y. O yolda duran fayton sizinkidirmi?

H ə c ə r  x a n ı m. Bəli.

S ə f i b ə y. Həcər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm.

Əlimərdanın quldur  dəstəsi  meşədədir.  Mən  onu əhatə etmişəm.  Bu  gün  dayım

İlyas  bəyin  intiqamını  ondan  alacağam.  Buyurunuz  gedək,  adam  qoşum  sizi

xalanızgilə aparsınlar. Şəhərə getmək mümkün deyil.



Milli Kitabxana

185


H ə c ə r x a n ı m. Piri baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir

baxım.


S ə f i b ə y. Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?

H ə c ə r

x a n ı m.  Siz  bilirsiniz  ki, Yasəmən  mənim  sevgili  xidmətçim

olmuşdur.  Onun və bu  məsum  uşağın  nə günahı  var?  (Yasəməndən  uşağı  alıb



öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.

Tüfəng səsi gəlir.

S ə f i b ə y. Həcər xanım, gedək.

H ə c ə r x a n ı m. Xudahafiz. (Gözlərini silir, gedirlər.)

Y a s ə m ə n. Ey uca tanrı, mən də sevgili ərimi sənə tapşırıram.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.

P i r i  b a b a. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan.

Keçmişdə sənin  güllən  heç  puça  çıxmazdı.  Ağzından  od  parladıqda  ovu  yerdə

görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti

azalmış. İndi səni qaldırıb qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. O,

qaqqıltı ilə sanki deyir, ey piri-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil,

rahat  ol,  daha  vaxtın  keçmiş.  Bəli  keçmiş...  (Yasəmən  samovarı  gətirib  süfrəyə

qoyur.) Yasəmən Qəmər durubdurmu?

Y a s ə m ə n. Qəmər sübh tezdən durub meşəyə gedibdir.

P i r i b a b a. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman

meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun.

Y a  s ə m ə n.  Qəmər  şəhərdə o  qədər  darıxıb,  sıxılıbdır  ki,  buraya gələndən

bəri  evdə oturmaq  istəmir.  Deyir:  Ana  can,  doqquz  ay  dərs zamanı  günlərimi

sanamışam  ki,  yay  fəsli  haçan  gələcəkdir  ki,  Piri babama  qonaq  gedəm,  doyunca

meşəni, dağı, çəməni gəzəm.

P  i  r  i b  a  b  a.  Qoy  gəzsin,  yesin,  içsin,  hala  gəlsin.  Ancaq  gəzməyə yoldaşı

yoxdur. Məni tutur ki, Piri baba dur gəzməyə gedək. Deyirəm,




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə