Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə64/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   60   61   62   63   64   65   66   67   ...   135

Milli Kitabxana

210


Y a s ə m ə n. Bəs, Həcər xanım hanı?

Z ö h r ə. İçəridə Piri babanın yanındadır.

Yasəmən içəri girir.

Ç  i  n  g  i  z.  Şəmsi bəy,  bu  gün  siz  bir  yaxşı insan  olduğunuzu  mənə sübut

etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil.

Ş ə m s i b ə y.  Mən  özümü  sizə düşmən  hesab  etmirəm  və səy  edirəm  ki,

atalarımızın ədavəti biz övladlarına keçməsin.

Ç i n g i z. Mən də o fikirdəyəm.

Piri baba, Yasəmən və Həcər xanım komadan çıxırlar.

H ə c ə r  x a n ı m. Oğlum, Çingiz, biz qocalar belə qət etdik ki, səni özümüz

ilə aparaq.

Z ö h r ə. Çox gözəl fikirdir.

Ş ə m s i b ə y. Ondan başqa çarəsi yoxdur.

Ç  i  n  g  i z. Mənim  barəmdə etdiyiniz  fədakarlıqdan  artıqca  məmnum  olub

təşəkkür edirəm. Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam.

H ə c ə r  x a n ı m. Nə üçün?

Ç i n g i z. Çünki sizləri də fəlakətə salmaq istəmirəm. Bu saat mənim yoldaşım

Fərman  gələcəkdir.  O,  Kiyevə qayıtmaq  istəyir,  mən  də onunla  gedərəm.  Yoxsa

burada qalsam, məni arayıb taparlar.

P i r i  b a b a. Çingizin fikrini mən də bəyənirəm. Siz, Həcər xanım, tez gedin,

burada olmağınız açılmasın.

H ə c ə r  x a n ı m. Onda, uşaqlar, gedək.

Z ö h r ə x a n ı m. Ana, mən Qəməri tək qoymaq istəmirəm. İzin ver, bu gecə

burada qalım.

H ə c ə r  x a n ı m. Yox, izin verə bilmərəm, Çingiz gedəndən sonra gəlib nə

qədər istəsən qalarsan.

Heydərqulu daxil olur.

H e y d ə r q u l u. Həcər xanım, gedək, yoxsa Züleyxa xanım təşvişə düşəcək

ki, nə üçün gec gəldilər.

H ə c ə r  x a n ı m. Gedək. Salamat qalınız, allah sizə yar olsun.

P i r i  b a b a. Allah sizdən razı olsun, mən qocanı yaddan çıxarmırsınız.



Milli Kitabxana

211


Zöhrə Qəməri qucaqlayıb ağlayır.

Q ə m ə r.  Qəm  etmə,  inşallah  yenə görüşəcəyik.  Şəmsi bəy  (Qəmər əvəzinə



Zöhrəyə əl verib). Qəmər bəyim, xudahafiz.

Q ə m ə r. Ha-ha-ha...

Y a s ə m ə n. Yenə nəyə gülürsən, a dəli qız?

Q ə m ə r. Necə gülməyim,  Şəmsi  bəy  Zöhrəyə əl verib deyir:  Qəmər  bəyim

xudahafiz.

Gülüşürlər.

P i r i  b a b a. Qəmər yaxşı etdi ki, bizi güldürdü. Səfərə gedəni gülərüzlə yola

salmalı.


H ə c ə r  x a n ı m. Xudahafiz.

Gedirlər.

Ç i n g i z. Qəmər, cəld çamadanı içəridən gətir, kitablarımı qoy, camaşırlarımı

gətir.


Qəmər gedib gətirir.

Y a s ə m ə n. Anan ölsün, zalımlar səni qoymadılar bu üç ay yayı rahat yeyib-

içib, gəzəsən.

Ç  i  n  g  i z.  Qəm  etmə,  ana,  bu  gün-sabah  həkim  olub  gələcəyəm  və sizləri

götürüb  başqa  bir  şəhərdə təbiblik  edəcəyəm.  Qəmər,  kitabları  altdan  qoy,

camaşırları üstdən.

Səfi bəy iki strajnik ilə daxil olur.

Y a s ə m ə n. Uy, bizdən nə istəyirsiniz, niyə gəlmisiniz?

S ə f i b ə y. Bu quldur yuvası dağıtmağa gəlmişəm. Bunu mən gərək, iyirmi il

bundan əqdəm edəydim.

P i r i b a b a. Onda edə bilməzdin, çünki Əlimərdan sağ idi.

S ə f i  b ə y. İndi oğlunu da onun yanına göndərərəm.

Ç i n g i z. Səfi bəy, küy-qalmaqal edib nə üçün arvadları qorxudursan? Nəyə

gəlmisiniz?

S ə f  i  b ə y.  Onu  həbsxanada  bilərsən.  Qaçmağa  hazır  olmağından  görünür

mənim gəlməyimi sənə məlum etmişlər. Piri kişi, siz ilə işim sonradır. Çingizi alın.




Milli Kitabxana

212


Y a s ə m ə n (Səfi bəyin qabağında diz üstə çökür.) Səfi bəy, məni balalarının

başına çevir, oğlumu əlimdən alma.

Ç i ng i z. Ana, qalx, belə alçaqların önündə diz üstə çökmə.

Strajniklər Çingizi araya alırlar. Qəmər Çingizdən yapışır.

Q ə m ə r. Qoymaram.

S ə f i b ə y. Əllərinə qandal vurun.

Qəmər Çingizin əllərindən tutur.

Q ə m ə r. Qoymaram.

Ç i n g i z. Bacım, sakit ol, qoy vursunlar.

Q ə m ə r. Səfi bəy, məni qardaşım ilə bərabər zindana apar.

S ə f i  b ə y. Əlimərdandan törəyən ya quldur olar, ya üsyançı. Səbir et, sən də

oraya gedəcəksən, anan da, bu Piri baban da.

P i r i  b a b a. Qəmər, Yasəmən, Çingiz, belə şəxsə yalvarmaq lazım deyil. Səfi

bəy,  fələyin  işini  bilmək  olmaz,  bu  günkü  şad  sabah  ağlar.  Bu  günkü  hökm  edən

baş, sabah ayaqlar altında tapdalanar.

S ə f i b ə y. Sus, qoca kaftar, yoxsa o ayaqlar altında tapdalanan baş, öz başın

olacaqdır.

Y a s ə m ə n (Çingizin boynunu qucaqlayaraq). Oğlum, kaş anan kor olaydı,

səni qolu bağlı görməyəydi.

Çingizi aparırlar.

Ç i n g i z. Qəmər haraya gəlirsən?

Q ə m ə r. Mən də səninlə gedirəm.

Ç i n g i z. Bacım, qayıt.

P i r i b a b a gedib onu qucaqlayıb qoymayır. Səfi bəygil qapıdan çıxıb gedirlər.

Q ə m ə r (qışqırır.) Baba burax, yoxsa özümü öldürərəm.

P i r i b a b a. Yasəmən, gəl qızını qoyma, mən bacarmıram.

Y a s ə m ə n. Qızım, sakit ol, allah kərimdir, qardaşın tezliklə qurtaracaqdır.

Qəmərin ürəyi bitab olur, Yasəmən üzünə su çırpır.

C ə b i (daxil olur.) Qəmərə nə olmuş?



Milli Kitabxana

213


Y a s ə m ə n. Cəbi, Çingizi Səfi bəy tutub həbsxanaya apardı.

C ə b i. Nə deyirsən, çoxdanmı getdilər?

Y a s ə m ə n. Elə indicə.

C ə b i. Bu saat Çingizi burada görərsiniz. Mən getdim. (Cəld qapıdan çıxır.)

Q ə m ə r (zəif səslə). Ana, Cəbi lələ nə deyirdi.

Y a s ə m ə n. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm.

P i r i b a b a. Özünü nahaq yerə ölümə verəcəkdir. Bir tək Cəbi üç  misəlləh

adamın əlindən dustaqmı ala bilər?!

Y a  s ə m ə n. Cəbi  Çingizi  çox  istəyir.  Doğrudan  da  onun  xilası üçün  özünü

ölümə verecəkdir.

Q ə m ə r. Cəbi lələni  mən də çox istəyirəm. Ürəyi çox  nazik insandır. Bizim

cümləmizi çox istəyir.

Bu halda bir neçə tüfəng açılır.

Y a s ə m ə n. Aman, ya rəbb, bu güllələri Cəbi lələyə atdılarmı?

Q ə m ə r. Yazıq lələ, səni cəlladlar öldürdülərmi?

P  i  r  i    b  a  b  a. Demədimmi nahaq  yerə özünü  güdaza verəcəkdir,  qoy  gedim

görüm necə oldu?

Q ə m ə r. Yox, baba, qoymaram, səni də öldürərlər.

P i r i  b a b a. Mənim diri qalmağımdan nə fayda var. Cavanları gora göndərib

mənmi sağ qalacağam?

Y a s ə m ə n. Piri baba, biz iki arvadı pənahsızmı qoymaq istəyirsən?

Q ə m ə r. Ah!..Bu çərxi-fələk biz zavallıdan nə istəyir? (Ağlayır.)

Bu halda Əlimərdan çiynində tüfəng, düşündə iki qatar patrondaş daxil olur.

Y a s ə m ə n (cəld qalxıb ona tərəf gedir.) Sən... Kimsən?..

Ə l i m ə r d a n. Kürdqızı, məni tanımırsan?

Y a s ə m ə n (qışqırıb onun üstünə atılır.) Əlimərdan!

P i r i b a b a. Yasəmən nə deyirsən? Ölü də dirilərmi?

Ə l i m ə r d a n. Əmi ölü dirilməz, Əlimərdan dirilər.

P  i  r  i b  a  b  a (onu  qucaqlayıb  öpür.) Əlimərdan,  gör  Qəmərin  nə gözəl  qız

olmuş.


Ə l  i  m ə r  d  a  n (onu  öpərkən).  On  beş  ildir  ki,  sizdən  ayrılmışam. Qızım,

mənsiz gününüz necə keçir, düşmənlərim sənə sataşmamışlar ki?




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə