Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə65/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   61   62   63   64   65   66   67   68   ...   135

Milli Kitabxana

214


Q ə m ə r. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş

olaydın, Çingizimi məğrur düşmənin əlindən alaydın.

Ə l i m ə r d a n. Qəm etmə, qızım, məğrur düşmən cəzasına çatdı. Qardaşın bu

saat gələr.

Çingiz, İbad və Cəbi lələ daxil olur.

Q ə m ə r. Çingiz gəldi (gedib boynunu qucaqlayır.)

İ b a d. Qəmər, məni tanımırsan?

Q ə m ə r. Ah, İbad dayım. (Onu qucaqlayır.)

Y a s ə m ə n. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır.)

İ b a d. Bacım, nə üçün ağlayırsan?

Y a  s ə m ə n.  Necə ağlamayım.  Sizin  ikinizin  də ölüm  xəbəri gəlmişdi. İndi

bizim üçün yenidən dünyaya gəlmisiniz.

İ b a d.  Bacım  o  sizə yalan  xəbəri  çıxaran  Səfi  bəy  də,  bizi  bu  bəlalara  salan

Şahbaz bəy də cazalarını aldılar. Bacım, görməli idin Şahbaz bəy necə ayaqlarıma

düşüb  yalvarırdı  ki,  məni  öldürmə,  onsuz  da  mən  bidərman  azara  düşmüşəm,  bu

gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin

beş  gülləsini  də onun  ürəyinə boşaltdım.  Ruhun  şad  olsun,  ey  qeyrətli  nişanlım

Qəmər, İbad intiqamını düşməndən aldı.

Ç i n g i z. Qəmər, hərgah Cəbi lələ tez atamgilə xəbər verməsəydi, indi məni

burada sağ görməyəcəydin.

Q ə m ə r. Sağ olsun, Cəbi lələ.

P i r i  b a b a. Məgər sizin gəlməyinizi Cəbi bilirdi?

İ b a d. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.

Ə l i m ə r d a n. Topal, al bunu! (Pul verir.)

C ə b i. Sağ ol, sahib.

Ə l i  m ə r  d  a  n.  Kürd  qızı,  mən  gəlmişəm  sizi  aparmağa,  tez  ol  hazırlaş,  bu

ittifaqdan sonra sizi burada qoymaq olmaz.

Y a s ə m ə n. Bizi haraya aparacaqsan?

Ə l  i  m ə r  d  a  n. İrana,  Arazın o  tayına.  Yoldaşlarım  bu  saat  bizi  meşədə

gözləyirlər.  Gərək  sübh  açılınca  İran  torpağında  olaq.  Daha  durma,  cəld  ol!  Bir

dost paltardan və dəyişəcəkdən savayı  heç bir zad  götürmə. Uşaqlar, siz də gedin

üst paltarlarınızı götürün.

Çingiz və Qəmər gedirlər.



Milli Kitabxana

215


İ b a d. Piri baba, sən də hazır ol.

P i r i b a b a. Mən bu sinnimdə hara gedib çıxaram.

İ b a d. Piri baba, qorxuram sənə əziyyət verələr.

Ə l i m ə r d a n. Mənim qorxumdan heç kəs əmimə əziyyət verə bilməz, ancaq

uşaqlar gedirlər, ona burada kim qulluq edəcəkdir.

P i r i b ab a. Oğlum, Cəbini də aparırsan?

Ə l i m ə r d a n. Yox, Cəbi burada qalacaqdır.

P i r i b a b a. Onda məndən arxayın ol.

Ə l i m ə r d a n. Əmi, qorxma. Uşaqlan İranda qoyub özüm dəstəm ilə bu taya

keçəcəyəm.  Mənim hənirtim  gələn  yerdə heç  kəs  cürət  edib  sənə yaxın  düşə

bilməz. (Yasəmən, Çingiz və Qəmər gəlirlər.) Daha durmayın, gedək.

Cəbi lələ əlində bir dəsmal xiyar gəlir.

Ə l i m ə r d a n. Topal, o nədir?

C ə b i. Xiyardır, sahib, uşaqlara yığmışam, yola götürsünlər.

Q ə m ə r. Sağ ol, Cəbi lələ, bax, Piri babadan muğayat ol.

Ə l i  m ə r  d  a  n.  Daha  durmayın,  gedək!  Topal,  şeylərdən  götür. Əmi,

xudahafiz, qəm etmə, yenə görüşəcəyik.

Piri baba ilə xudahafizləşib gedirlər.

P i r i b a b a (yalqız). Komanın bülbülləri uçub getdi.

Pərdə

BEŞİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Dördüncü  pərdədən  üç il keçmişdir.  Səhnə meşə içində bir  bulaq göstərir. Pərdə

qalxdıqda Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.

Q ə m ə r. Seyrə çıxanın cümləsi gərək işləsin. Şəmsi, belədirmi?

Ş ə m s i. Bəli, elədir.

Q ə m ə r.  Onda  diniəyin,  hər  birinizin  vəzifəsini  deyim:  sən,  Zöhrə,  burada

qalıb süfrəni hazır edəcəksən, əti kabablıq doğrayıb, duzlayacaqsan...



Milli Kitabxana

216


Z ö h r ə. Əti mən tək necə doğrayacağam?

Q ə m ə r. A  Zöhrə xanım,  deyək  ki,  gimnaziyada  sənə qayğanaq  bişirməyi

öyrətməmişdilər, onun üçün də yumurtanı suya salıb sonra yağ tökmüşdün. Bəs ət

doğramağa nə deyirsən?

Gülüşürlər.

Z ö  h r ə x a  n ı  m. Canım,  bir insaf ediniz, tək adam necə ət doğraya bilər?

Gərək biri əti tutsun, o biri bıçaq ilə kəssin. Cəbi lələ, belədirmi?

C ə b i.  Bəli,  xanım,  elədir.  Siz  zəhmət  çəkməyin,  azardan  yeni  durmusunuz.

Mən bunların hamısını düzəldərəm.

Q ə m ə r.  Cəbi  lələ doğru  deyir.  Zöhrə,  sən  balışını  başının  altına  qoy  uzan,

kitab oxu. Biz də sənin əvəzinə işləyərik. Cəbi lələ, sən meşədən odun gətir, ocaq

qala,  biz  də Şəmsi,  ilə kabab  üçün  çubuq  kəsək,  şiş  hazır  edək.  Şəmsi,  tüfəngini

götür, bəlkə baxtımız gətirdi, rastımıza ov çıxdı, sən də atıb, səhvən vurdun.

Gülüşürlər.

Z ö h r ə. Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbdır?

Q ə m ə r. Xeyr, heç vaxtı çıxmaz, hazır ol! İrəli arş!

Gedirlər.

Z ö h r ə (yalqız), Gediniz, ey iki bəxtiyar cavan. Siz də mənimlə bahəm bu üç

il  qanlı  toqquşma,  vuruşma  içində min  dürlü əziyyət,  məşəqqət  çəkdinizsə də

axırda  məramınıza  nail  oldunuz.  Bu  gün-sabah  iki  xoşbəxt  quşcuğaz  kimi  uçub

özünüz  üçün  yeni  bir  yuva  tikəcəksiniz.  Orada  şad  və xürrəm  ömr  sürəcəksiniz.

Fəqət  mən, vərəmli qızcığaz,  öz arzuma çatmayıb, eşq atəşində şam tək əriyib bu

gün-sabah sönəcəyəm. Ey fələk, tökdüyüm bu qanlı yaşıma rəhm et, ya vüsalə tez

yetir  məni,  ya  al  bu  canımı.  Çingiz,  sevgilim,  tam  üç  ildir  ki,  səndən  bir  xəbər

yoxdur.  Məni  ölmüş  sanıb  cəlayi-vətən  oldun,  haradasan,  ey  cəfalı,  ey  bəlalı

aşiqim? Zöhrənin naləsini eşidirsənmi? Ah, ürəyim gedir.

Yerə yıxılıb  qəşş  edir.  Səhnə bir  müddət  sükut  içində qalır,  sonra  Çingiz  səyyah

libasında, əlində bir əl çamadanı daxil olur, Bulaqdan su içir.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə