Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə73/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   69   70   71   72   73   74   75   76   ...   135

Milli Kitabxana

242


təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər;

zamani  ki,  onu  dağıtdınız,  kövkəbi-hürriyyətin  nuru  canınıza  sirayət  edib  ruh  və

bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.

Elə ki,  elçilər  dərdlərinin  çarəsini  bildilər,  alimə artıq  razılıq  edib,  şad  və

xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta,

bel,  kürək,  ling  və qeyri alət  gotürüb  dağı  dağıtdılar  və kövkəbi-hürriyyətin üzü

açıldı.  Onun  şöləsi  üstlərinə düşüb  cümləsini  cavan  etdi.  İnsanlar  ruha  gəlib,  al

libaslara girib bayram etdilər.

Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar

kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.




Milli Kitabxana

243


YUXU

Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin

ayaqlarımın altında  torpaq  olduğunu  hiss  edirdim.  Bir  müddət  keçərək  gözlərim

zülmətə


öyrəşdi.  Yavaş-yavaş

ətrafımdakı

əşyanı  seçməyə

qadir  oldum.

Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim,

yaxınlaşdıqda  belə bir  şəkil  gördüm:  qoyunlar  başlarını  yerə əyib,  gözlərini  ota

dikib  guya  otlamaq  istəyirlər,  lakin  hərəkətsiz  durmuşlar.  Çobana  gəldikdə o  da

çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət

yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə

çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta

çayın suyu  görünərək  sanki  yuxuya  dalıb  dayanmışdı.  Məni  heyrət  götürdü.  Bu

anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.

- Gedim,  onlardan  harada  olduğumu  soruşum, - deyə yola  düşdüm.  Gəlib

çatdıqda  gördüm  ki,  qəbirlər  arasında əmmaməli,  fəsli,  papaqlı,  sarıqlı  insanlar

dərin yuxuya getmişlər.

- Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?.. Bu fikirdə ikən

gözümə bir gün bəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin

mərmər  divarın  üzərində barmaq  işarəsi,  qapı  bura  olduğunu  göstərirdi.  Diqqətlə

baxdıqda  bu  yazını  seçdim.  "Bura  zülmət  aləmidir. İşıqlığa  çıxmaq  istəyənlərin

yolu buradır".

Yazının  altında  belə bir  üçbucaq  çəkilmişdi:  l∆

ε

m.  Onun  hər  guşəsindən  qızıl



qarmaqlar  asılmışdı.  Bu  tilsimi  açmaq  qəsdi  ilə sağ  qarmağı  çəkib  sol  və üst

qarmaqla  bitişdirdim,  qapı  açılmadı.  Sonra  sol  qarmağı  üst  və sağ  qarmaqla

bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf

çəkib  bitişdirdim,  o  saat  qapı  açıldı.  Mən  girdim,  qapı  yenə üzümə örtüldü.  Bir

qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.

Bunların hansı məni işıqlığa çıxarar - fikrində ikən yol başında, dirək üzərində

barmaq  şəkli  "İ"  hərfini  işarət  etdiyini  gördüm,  o  yolu  tutub  getdim.  Başqa  bir

meydana  çıxdım.  Orada  da  yol  başında  qondarılmış  dirək  üzərində "R"  hərfi

yazılmışdı.  Bu  minval  ilə hər  meydanda, dirək  üstündə "Ş",  sonra  "A"  və axırda

"D"  hərfləri  göstərişi  ilə qapıya  çıxdım.  Bu  qapının üzərində dirəklər  üstündə

yazılmış  hərflər  mürəkkəb  olub,  "İrşad"  ləfzi  yazılmışdı.  Qapını  açdıqda  günəş

pəncərədən gözlərimə düşüb məni oyatdı.

Küçədən:

- "İrşad", "İrşad", təzə qəzet, - sədası gəlirdi.




Milli Kitabxana

244


QONAQLIQ

Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.

Hökumətin sütunu kimdir?

- Əlbəttə, bəylər! - Ev  sahibi  dedi. - Biz  nücəbasız  hökumət  yaşaya  bilməz.

Hökumətin sütunu bizik.

Tacir dedi:

- Ticarət  olmazsa,  pul  olmaz.  Pulsuz  da  heç  bir  hökumət  yaşaya bilməz.

Hökumətin sütunu biz tacirlərik.

Alim dedi:

- Hökumətləri  yaşadan  bilikdir,  onsuz  heç  bir  quruluş  davam  edə bilməz,

pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.

Ruhani dedi:

- Rəiyyəti  hökmranlar  itaətində saxlayan,  onlara  tabe  etdirən  biz ruhanilərik.

Bizsiz əxlaqlar  pozular,  üsyanlar  qalxar,  qanlar  tökülər, hökumətlər  də yıxılar.

Bizik hökumətin sütunu.

Zabit dedi:

- Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin  üstünə hücum etdikdə,

döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz.

Hökumətin sütunu biz əsgərlərik.

Qonaqlar  eyvana  çıxıb  qəlyan,  siqar  çəkməyə məşğul  oldular.  Bəhs  yenə

təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi,

onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:

- O qoca kəndlini həkəm seçək, nə desə, ona razı olaq.

Hamısı  bu  təklifə razı  oldular.  Kişini işdən  avara  edib  çağırdılar, bəhslərini

söylədilər. Kəndli dedi:

- Ey  ağalar,  düzünü  axtarsanız,  hökumətin  sütunu  biz  kəndlilərlə o qan-tər

içində yük daşıyan  fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə,  heç bir

hökumət yasaya bilməz. - Bunu deyib cəld işinə getdi.




Milli Kitabxana

245


TUTU QUŞU

(nağıl)

Biri  vardı,  biri  yoxdu  bir  çal-çəpəri  dağılmış,  gülləri  soluxmuş,  ağacları

yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün

keçirirdilər. Günlərin bir  günündə bu bağa  haradansa bir bülbül uçub  gəldi  və bir

neçə nəğmə oxumaqla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül

onlara  bir  fəsih və bilic  nitq  söylədi.  Bu  nitqdən  quşlar  bir  şey  anlamadılarsa  da,

yenə çoxları alqışlayıb  "Əhsən! Əhsən!"  dedilər.  Sonra  bülbül  özünün  gözəl

vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:

- Mənim əziz  qardaşlarım!  Mən  yaşıl  çəmənləri,  laləzar  gülşənləri buraxıb  bu

viranəyə gəldim  ki,  siz  bədbəxt  qardaşlarımı  da özüm  kimi musiqi  işlərinə aşna

edim.


Haydı, əfəndilərim, başlayalım!

Bunu deyib bülbül bir dəstgahdə cəmi muğamatı tamam etdi və sonra quşlarla

təliminə şüru  etdi. Qarğalar  qırıldaşdı,  bayquşlar  ulaşdı,  sağsağanlar  qığıldaşdı,

sərçələr  curuldaşdı,  xülasə hər  quş  öz  anasının  öyrətdiyi  səslə oxumağa  başladı.

Bülbül  nə qədər  çalışdı  quşlardan  heç  biri  onu  yamsılamağı  da  bacarmadılar.

Ancaq  bircə tutu  quşu  öz  adətinə görə onun  təqlidini  çıxardırdı.  Axırda  bülbül

quşlardan  naümid  olub  onları  tutu  quşuna  tapşırdı və özü  də gəldiyi  vilayətə

qayıtdı.  Bülbül  gedəndən  sonra  tutu  quşu  bülbülün ədası  ilə bir  "konsert"  məclisi

düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutu quşu bir uca

yerə çıxıb  kərahətli

1

bir  səslə qarğa  kimi  qarıldadı,  sağsağan  kimi  qığıldadı,  hətta



qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib

dedi:


- Ay  tutu  dayı!  Qabaqlarda  pis  də olsa,  öz  ana  dilində oxuyurdun, amma  indi

bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.

İyrənc



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə