Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə70/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   66   67   68   69   70   71   72   73   ...   135

Milli Kitabxana

230


A l l a h q u l u. Hansı ad ki, bizim əqidəmizə düz gəlmir onu dəyişdiririk. Mən

heç kəsə qul olmaq istəmirəm. Onda da adı var, özü yox allaha!

U s t a  İ m a n. Vay, allah sənə lənət eyləsin.

A l l a h q u l u. Varsa eləsin.

U s t a  İ m a n. Qız, eşidirsən, a allahı inkar edən şeytani-məlun! Bəs allah kimi

böyük bir adın əvəzinə nə qoymusan. Mənə xəbər veriblər ki, özünə zilimi, milimi

bir belə ad qoymusan.

A  l  l  a  h  q  u l  u. Doğrudur,  adımı  dəyişmişəm,  Böyük  Oktyabr  bayramı

münasibəti ilə yeni adlar qoyurdular...

U  s  t  a    İ  m  a  n. Daha  nə deyim?  Küfr  bu  torpağı  basmış.  Buradan  qaçmaq

lazımdır.  Gec-tez  allahtaala  və təbarək  Lut  şəhəri  kimi  bu  şəhəri  də alt-üst

edəcəkdir.

A l  l  a  h  q  u  l  u. Yoxsa  onun  üçün  Məşhəd  ziyarəti bəhanəsi  ilə buradan

qaçırsan?

U s t a  İ m a n. Xeyr, o deyil, fikrim odur ki, gedib imamhəzrətlərinin qəbri-

şərəfinə yıxılıb yalvaram ki, siz bidinləri həq yola gətirsin.

A  l  l  a  h  q  u  l  u. Xeyr,  biz  ilə işin  olmasın.  Ağana yalvar  ki,  məşədi,

kərbəlayıları  insafa  gətirsin.  Arvadlarını  heç  zad  üstə gündə dörd  dəfə döyüb

başlarını  yarmasınlar.  Qol-qabırğalarını  sındırmasınlar.  Onların  üstə üç  arvad

almasınlar. On yaşında qızlarını qoca kaftarlara ərə verməsinlır. Uşaqları məktəbə

girmək istıyındə mane olmasınlar.

N a z l ı. Ay dayı, Allahqulu bunları lap doğru deyir.

U  s  t  a    İ  m  a  n. Kəs  səsini,  bihəya...  Görürəm  səni  də bu  məlunlar  yoldan

çıxartmışlar.

N a z l ı. Dayı can, dünən gecə Məşhədi Səfdərqulu arvadı Şahsənəmi o qədər

döymüş ki, yazıq arvadın bədəni qara tuluğa dönmüş.

U  s  t  a    İ  m  a  n. Çox əcəb  də etmiş.  Görünür ərinin  itaətindən  çıxmış.  O  da

döymüş. Arvadın əqli kəm olar. Özü də hücət. Onları başına buraxmaq olmaz.

A  l  l  a  h  q  u  l  u (istehza  ilə). Düz  buyurursan,  atacığım.  Klara  Setkinin əqli

Məşədi Səfdərquludan kəmdir?

U s t a  İ m a n. Ay qız, sən bu səfih sözlərə nə qulaq asırsan. Get xörəyini bişir.

(Nazlı qaçır.)  Mən  Klaranı  tanımıram.  O  arvad əqilli  olsaydı,  allah-təala  onu  kişi

yaradardı.

Səlimə daxil olur.




Milli Kitabxana

231


U s t a  İ m a n. Arvad haradan gəlirsən?

S ə l i m ə. Sənə nə borcdur hardan gəlirəm.

U s t a  İ m a n. Bəs mən sənin ərin deyiləm?

S ə l i m ə. Əfsus ki, ərimsən.

U s t a  İ m a n. Nə ücün əfsus?

S ə l i  m ə.  Çünki gorbagor  olmuş  atam  məni  gözü  yaşlı  zor  ilə sənə vermiş.

İyirmi  il  bu  viranədə sənin  zülmün  altında  cəhənnəm  odu  çəkmişəm.  Elə indicə

işıqlı dünyaya çıxmışam.

U s t a  İ m a n. Çünki dinsiz, axirətsiz cinatdel olmusan, beləmi?

S ə l i m ə. Bəli, kluba çilen olmuşam. Bu da mənim üzvülük kitabçam. Buyur

bax. (Göstərir.)

U s t a  İ m a n. Cəhənnəmə başbilit çıxarmısan.

S ə l i m ə. Xeyr, sənin zülmünün müqabilində bu kitabça mənim qalxanımdır.

İndi hünərindi mənə əl qaldır. Atana od vurub yandıraram.

U s t a İ m a n. Odu mənə bu kafir oğlu vurmuş. Səninki lazım gəlməz. Arvad -

cinatdel, oğul - komsomol, qız - pənirkə. Bu cəhənnəm deyil, bəs nədir?

S ə l i m ə. Sən bizə sənələrcən cəhənnəm odu çəkdirmisən. Biz ki sənə bir şey

etməmişik.

U  s  t  a    İ  m  a  n. Tələsmə,  vaxt  gələr  yenə ixtiyarı əlimə alaram,  onda  sizə

göstərərəm.

A  l  l  a  h  q  u  l  u. Bilirik,  çox  sənin  kimi  məşədi,  kərbəlayılar əllərini  göyə

qaldırıb  dua  edirlər  ki,  Şura  hökuməti  yıxılsın.  Fəqət  Antanta  kimi  nərlər  yıxa

bilməyən  bir  hökuməti,  sizin  kimi məşədilər  yıxa  bilməz.  Proletariatın  parlaq

günəşini sizlər kimi yarasalar söndürə bilməzlər.

S ə l i m ə.  A kişi ey, bax, dilini  farağat qoy. Yoxsa jenotdelə xəbər verərəm.

Səni tutub Çekaya salarlar.

U s t a  İ m a n. Ay arvad, sən də qalmağal axtarırsan. Külfət söhbətidir edirik.

Bunun cinatdelə nə dəxli var.

S ə l i m ə. Çox dəxli var. Sənin kimilər ya gərək Şura hökumətinə tabe olalar,

ya da itilib hansı ölkəyə istəyirlər gedələr.

U s t a  İ m a n. Yaxşı ay arvad, onuda edərik, daha acığın tutmasın.

S ə l i m ə. Necə acığını tutmasın, o günü qızın kitab pulu istəyir, deyirsən itil

cəhənnəmə. Bəs belə atalıq olar?

U s t a  İ m a n. Axı mən başı küllü nə edim? Kitab bir olar, iki olar, yoxsa on

yaşında qıza altı-yeddi kitab lazımdır. Bu da sizin şura



Milli Kitabxana

232


məktəbiniz. Yazıq qızın başını doldururlar ki, yer belə fırlanır, ay, gün belə fırlanır.

Bəh, bəh bu da elm oldu. Onları yaradan istər belə fırladar, istər tərsinə fırladar. Ya

da  heç  fırlatmaz.  Bunun  balaca  qızlara  nə dəxli  var.  Canım  nə üçün  allahın  işinə

qarışırsınız? Allahın səbri çox isə də qəzəbi də az deyil. Axırda təngə gəlib ikinci

dəfə tufan  edər.  Bu  küfrə

1

mürtəkib  olmuş  ölkəni  suya  qərq  edər.  Deyər  indi  yer



hansı tərəfə fırlanır?

A  l  l  a  h  q  u  l  u (qəhqəhə ilə gülür.)  Ha-ha-ha...  atacığım,  belə mövhumat  ilə

sizləri aldatmışlar; elə nağıllara biz ancaq gülürük.

U  s  t  a  İ  m  a  n.  Nuhun  oğlanlarından  biri  də sənin  kimi  tufana  inanmırdı,

gülürdü, dalğalar içində boğulanda inandı ki, allah da varmış, onun qəzəbi də.

M ə h ə m m ə d R ə h i m (daxil olur.) Usta əmi, Xorasan yoldaşların dükana

xəbər  göndərmişlər  ki,  saat  beşdə İrana  böyük  paraxod  gedir.  Pəncşənbə gününə

qalmaq istəmirlər. Saat da xoşdur. Getmək istəsəniz hazırlaşın.

U s t a  İ m a n. Əlbəttə istəyirəm, sən get dükanı bağla, tapşırdığım şeyləri al

gətir ki, İranda satıb yol xərcimi çıxardım. Daha durma, vaxt azdır.

M ə h ə m m ə d R ə h i m. O tapşırdığın şeylərdən suvayı başqa mal alımmı?

U s t a  İ m a n. Xeyr, xeyr.

M ə h ə m m ə d R ə h i m. Ancaq sən də hazır ol. Vaxt azdır. (Çıxır.)

U s t a  İ m a n. Arvad, dur sən də tuman-köynək, yorğan-döşək hazır et.

S ə l i  m ə (istehza  ilə).  Usta  İman,  ziyarətin  qəbul  olsun.  Bəs  bu  evi  kimin

umuduna qoyub gedirsən?

U  s  t  a    İ  m  a  n. Cinatdel arvadımın, komsomol oğlumun, pənirkə qızımın

umuduna.


A l l a h q u l u. Anam doğru deyir. Sən ailənə zülm edirsən. Özün bilirsən ki,

mənim  sənə ehtiyacım  yoxdur. Həm qulluq  edirəm,  həm  də oxuyuram.  Öz

zəhmətim  ilə özümü  dolandırıram.  Evə də kömək  edirəm.  Lakin  bu  nə

ziyarətbazlıqdır.  Nə üçün  zəhmət  ilə qazandığın  pulları  aparıb  Xorasan  lotularına

yedirirsən?

S ə l  i  m ə. Oğlum,  sən  elə bilirsən  bunun  məqsədi  ziyarətdir?  Xeyir,  bu

Məşhədə kefə gedir.

Küfr - dinsizlik



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə