Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə68/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   64   65   66   67   68   69   70   71   ...   135

Milli Kitabxana

224


Q ə m ə r. Ana, gör sizə kimi gətirirəm.

Y a s ə m ə n. Ah, Çingiz, oğlum! (Boynunu qucaqlayıb öpür.)

Ç i n g i z. Şükür olsun ki, gəlib cümlənizi sağ və salamat tapdım.

Həcər xanım onu qucaqlayıb öpərkən bitab olur.

Ç i n g i z. Qəmər, stəkanda bir az su gətir, Həcər xanıma su verəcəyəm.

Qəmər su gətirir, Çingiz əl çamadanından dərman çıxarır, töküb Həcər xanıma verir.

Z ö h r ə x a n ı m. Ana, sənə nə oldu?

H ə c ə r x a n ı m.  Qorxma,  qızım,  həmişəki  ürək  döyünməmdir, indi  sakit

oldum.

Ç  i  n  g  i  z. Qəm  yeməyiniz,  sizi  bu  ürək  döyünməsindən  tezliklə xilas



edəcəyəm. Fəqət zəhmət haqqımı indidən təyin ediniz, mənim şərtim budur.

H ə c ə r  x a n ı m. Oğlum, nə istəsən verəcəyəm.

Ç i n g i z (Zöhrənin əlini tutub). İstədiyim bu qızın Zöhrədir.

H ə c ə r və Y a s ə m ə n. Vay!

Ç  i  n  g  i  z. Nə üçün  təəccüb  edirsiniz?  Bilmirsiniz  ki,  biz  çoxdan  bir-birimizi

sevirik.  Fəqət  atalarımızın ədavəti  buna  mane  olurdu.  İndi  isə o ədavət  bitdi.

Mənim atam Əlimərdan, Zöhrə xanımın atası Şahbaz bəy intiqama qurban olub bu

iki  aləmin  qanlı ədavətini  itmama  yetirdilər.  Yoxsa,  siz  analar  düşmənçiliyin

davamını istəyirsiniz?

H ə c ə r x a n ı m. Yox, yox.

Ç i n g i z. Bəs nə səbəbə razı deyilsiniz?

H ə c ə r  x a n ı m. Onu sorma, Zöhrəni sənə vermək olmaz, sənin üçün başqa

bir qız seçmişəm.

Ç  i  n  g  i  z.  Bəli,  anlayıram.  Şahbaz bəyin  arvadı  Həcər  xanım  qızını  öz

xidmətçisi Yasəmənin oğlu Çingizə verməyi özünə ar bilir.

Q ə m ə r. Həcər xanım, mənim qadaşım Çingiz, qızınız Zöhrəyə layiq deyilsə,

sizin  oğlunuz  Şəmsi bəy də mənə layiq  deyil.  Al  bu  da  sizin  nişanınız.

(Barmağından üzüyü çıxarıb onlara atır.)

Ş ə m s i b ə y. Ah, Qəmər nə edirsən? Ana, Çingiz məndən elmli, tərbiyəli bir

oğlandır, nə üçün bacımı ona vermisən?

Z ö h r ə. Ana, görünür mənim ölümümü istəyirsən?

H ə c ə r.  Xudaya,  mən  aciz  qadına  bir  belə əziyyət verməyi  özünə rəva

görürsən. Nə üçün məni öldürüb bu əzabdan xilas etmirsən?



Milli Kitabxana

225


Ç i n g i z  (rişxəndlə).  Bəli,  böyük əzabdır,  nəcibə bir  xanım  kəriməsini  öz

kənizi oğluna necə versin?

H ə c ə r. Çingiz,  yetər,  ürəyimi  daha  parçalama,  mən  sizi  özümə layiq

bilməsəydim, Yasəmənin qızını oğluma almazdım. Çingiz mən xalamın vəsiyyətini

yerinə yetirmək istəyirəm. Onun xahişi odur ki, sən Əli bəyin qızını alıb bu mülkə

sahib olasan.

Ç i n g i z. Mən məhəbbətimi dövlətə satan oğlan deyiləm. Ya Zöhrə, ya ölüm!

İndi iki ana bunu qət ediniz.

Ş ə m s  i  b ə y. Ana, unutmayınız ki, bu işdən  mənim də ömrüm asılıdır. Ya

oğlunuzu bəxtiyar edəcəksiniz, ya qayib.

Həcər xanım,  Yasəmən  ilə kənara  çəkilib  məsləhət  edirlər.  Çingiz  Zöhrə ilə,  Şəmsi

Qəmər ilə danışırlar.

Ş ə m  s  i  b ə y.  Qəmər  nə tez  mənim  nişanımı  üstümə atdın?  Görünür  məni

sevmirsən?

Q ə m ə r. Bəs sən istəyirsən biz xoşbəxt olaq, Çingiz ilə Zöhrə bədbəxt.

Ş ə m  s  i  b ə y. Xeyr,  mən  istəmirəm,  fəqət  burada  mənim  təqsirim  nədir  ki,

məni  bədbəxt  edirsən?  İndi  anamın  fikri  bizə məlum  oldu. Əlbəttə,  axırda  o

fikirdən əl çəkəcəkdir. O heç vaxtı Çingizin və Zöhrənin bədbəxtliyini istəməz.

H ə c ə r x a n ı m. Oğlum, Çingiz, biz belə qət etdikki, sən Piri babandan izin

istəyəsən, çünki o cümləmizin qoca babası və ağsaqqalıdır. Hərgah o bu əmrə razı

olarsa, biz də ona tabe olarıq.

Q ə m ə r. Çox gözəl, elbəttə, Piri baba buna çox şadlıqla razı olacaqdır.

Ç i n g i z. Mən də buna razıyam. (Komaya girir.)

Ş ə m  s  i    b ə y. Ana,  Çingiz  ali  məktəb  qurtarmış  bir həkimdir.  O,  bacım

Zöhrəni məndən artıq saxlayacaqdır. Bunu bilirsənmi?

H ə c ə r. Bilirəm, oğlum.

Ş ə m s i  b ə y. Bəs nə üçün razı olmursan?

H ə c ə r. Çünki məcburam.

Z  ö  h  r ə. Ana,  Züleyxa  xalam  bilsəydi  ki,  onun  vəsiyyəti  məni  bədbəxt

edəcəkdir, heç vaxtı istəməzdi.

Ş ə m  s  i

b ə y.  Bir  də xalamın vəsiyyəti  bizimçün  qanun  deyil  ki,  onu

pozmaqdan aciz qalaq.

H ə c ə r. Övladlarım, bu işdə bir qanun var ki, onu pozmaqda doğrudan da biz

acizik.



Milli Kitabxana

226


Bu halda Çingiz dəli kimi komadan çıxır.

Ç  i  n  g  i  z. Ha-ha-ha...  hərb  meydanı  açılmış,  yenidən,  yenə müharibə,  yenə

qovğa, yenə qan.

Q ə m ə r. Çingiz, qardaşım, kim ilə müharibə edirsən?

Ç i n g i z. Yer ilə, göy ilə, cümlə cahan ilə.

Z  ö  h  r ə. Çingiz,  sevgilim,  sənə nə olmuş?  Məgər  məhəbbətimiz  uğrunda

tökülən qan kifayət deyilmi ki, yenə də müharibəyə çağırırsan?

Ç  i  n  g  i  z. Sevgilim,  nazlı  dilbərim,  eşqim,  məhəbbətim,  insanlar  qovğası

bitmiş, fələk müharibəsi başlanmışdır!

Q ə m ə r. Çingiz, qardaşım, yenə nə olmuş ki, fələklə müharibə edirsən?

Ç i n g i z (Zöhrəni göstərərək). Bu bacıma bağladığım eşq üstə.

Q ə m ə r. Qardaşım,  nə söyləyirsən?  Ağlın  çaşmış,  bacın mənəm,  Zöhrə ilə

məni qarışdırırsan.

Z ö h r ə. Ah, Çingiz dəli olmuş! (Ağlayır.)

Ç  i  n  g  i  z.  Məni  öz  bacıma  aşiq  etdirməkdən  fikrin  nədir,  ey  çərxifələk?

Məcnun  kimi  səhrayi-biyabanlara  salmaq?  Məni  Fərhad  kimi  dağdaşları

gəzdirmək? Budur məqsəd? Məni divanə edib çöllərə salmaq? Bundan nədir hacət?

Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq.

Yox,  yox,  mən  sərsəri  olmaram,  divanəlik  acizlər,  zəiflər  işidir.  Çingizlər  ondan

azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər.

C ü m l ə s i. Ah!

Ç i n g i z. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir...

(Cəld tapançanı çıxarıb özünü öldürür.)

Z ö h r ə. Çingiz!

Özünü onun üstünə salır. Piri baba gəlir. Qəmər qəşş edir. Şəmsi onu tutur.

H ə c ə r  x a n ı m. Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə

yalvarıram, öldürün, məni bir gülləyə qurban ediniz. Niyə durmusunuz?

P  i  r  i    b  a  b  a. Ey  zor  ilə qızları özlərinə arvad  edən ərlər,  budur  tutduğunuz

əməlin nəticəsi.

Pərdə



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə