Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə66/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   62   63   64   65   66   67   68   69   ...   135

Milli Kitabxana

217


Ç i n g i z.  Ah,  nə sərin,  nə dadlısan,  ey vətənimin  gözəl  çeşməsi!  Ölmüş

ruhuma, yorğun cismimə yenidən bir həyat verdin. Nə həzin sədan gəlir, ey sevimli

bulağım!  Səni  bir  nazənin  pəri  çox  sevərdi.  Məni  tez-tez  buraya  gətirərdi.  Ah,

xatıratım məni boğur. Zöhrəm, ey parlaq ulduzum, nə tez söndün! Çingizin gəlmiş

məcnun tək məzarını qucub, yorgun ruhunu, sınıq qəlbini sənə təslim etsin. (Bülbül

oxuyur.)  Ötüş,  ötüş  ey  mənim  tək  möhnəti-yardan  fəğan  eyləyən  bülbül,  ey

həmdərd  rəfiqim!  Bu  bahar  aləmi  içrə insanlardan  uzaq,  yar  üçün  nalə etməkdə

yalnız  deyilsən.  (Zöhrəyə tərəf  gedir,  onu  görüb.)  Ah,  bu  röyamı,  ya  həqiqətən

Zöhrəmi  burada  yatımş  görürəm?!  Ya  rəbb,  bu  nə sirr?  Demək,  Zöhrə ölməmiş,

İrana  yalan  xəbər  gelmiş.  Ah  nə böyük  səadət!  Qoy  oyadım.  Nə şirin  yuxuya

batmış. Yox, oyatma, qoy bir qədər yatsın.

Ah, şair nə gözəl deyir:

Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!

Uyuyor yari-işvəkar, uyuyor.

Dalğalandıqda zülfi-zərrin tar

Sanyor pənbə hüsnü altın nur.

O gözəl çöhrənin əsiri ikən,

Əcəba qısqanırmısan məndən?

Əsmə, dur, dur! Burax, burax uyusun.

Nobaharın bu nazənin qızını.

Ötüşən quşlar! İştə siz də susun!

Susun artıq! Bu Zöhrə yıldızını

Seyr edin iştiyaqü həsrət ilə.

Bu gözəl lövhə sonra düşməz əls.

Günəş! Ey xilqətin gözəl gəlini!

Uyuyor, iştə nazlı həmşirən!

Sən də dur! Saçma bir ziyalərini,

Sən də bir an üçün çəkil, gizlən!

Bir az əylən bulutlu dünyada,

Mane olma bu tifli-nevzadə.

Uyuyor... uf! Ey bəlalı gönül,

Çarpınıb durma! Sən də sus artıq,

Vurma sus! İştə susdu həm bülbül:

Dur, həyatım da getsə dur azacıq,

Uyuyor, çünki aşinayi-xəyal,

Uyuyor, çünki qayeyi-amal.



Milli Kitabxana

218


Z ö h r ə (oyanır.) Ah, məni öldürmə.

Ç i n g i z. Zöhrə, ey mənim sevimli dilbərim! Məni tanımırsanmı?

Z ö h r ə. Ah, Çingiz! (Boynunu qucaqlayıb ağlayır.)

Ç i n g i z. Nə üçün ağlayırsan, ey parlaq ulduzum?

Z ö h r ə. Nə üçün ağlamayım, tam üç ildir ki, feraq oduna yanıb nalə etmişəm.

İndi bu tökdüyüm göz yaşı vüsal üçündür. Mane olma.

Ç i n g i z. Zöhrə, sən dirilmişsən, ah nə böyük səadət!

Z  ö  h  r ə. Ölən  mənim əmim  qızı  Nəcibə idi.  Kim  isə sizə yanlış  xəbər

vermişdir.

Ç  i  n  g  i  z. Ah,  Zöhrəm,  bilirsənmi  mən  nələr  çəkmişəm?!  Ölüm  xəbərin

gəldikdə özümü  həlak  etmək  istədim.  Qəmər  mane  oldu.  Sonra  atam  və dayım

tutulub  qətl  olundular.  Mən  də İrandan  qaçıb əcnəbi  ölkəyə getdim.  Almaniyada

həkimliyi  bitirdim.  Fikrim  bu  idi  ki,  heç  vətənə qayıtmayım,  çünki  sənsiz  vətən

mənə viranə idi. Fəqət dözə bilmədim, torpaq məni çəkib gətirdi.

Z ö h r ə. İndi bizi bir-birimizdən, ancaq qəbir ayıra bilər.

Ç  i  n  g  i  z. Xeyr,  o  da bacarmaz!  Mən  sənsiz  diri  qalmaram.  Zöhrə,  səni

gördükdə cümləni unutdum, başqalarını soruşmadım.

Z ö h r ə. Hamımız salamatıq. İndi biz burada yaşayırıq, çünki Züleyxa xalam

vəfat etmiş, mülkü anama qalmışdır.

Ç i n g i z. Bəs, sən tək-tənha burada nə qayırırsan?

Z  ö  h  r ə. Şəmsi  ilə Qəmər,  məni,  kefimi  açmaq  üçün  buraya  seyrə gətiriblər.

Onlar  meşəyə getmişlər.  Çingiz,  Şəmsi  ilə Qəmər  nişanlıdırlar.  Yaxında  toyları

olacaqdır.

Ç i n g i z. Bizdə edərik, bəlkə...

Z ö h r ə. Nə?

Ç i n g i z. Başqasına söz vermisən?

Z ö h r ə. Çingiz, məni elə bivəfa sanırsan?

Ç i n g i z. Əfv et, gözəlim, mən zarafat edirəm.

Z ö h r ə. Sənin gəldiyindən anamgilin xəbəri varmı?

Ç i n g i z. Xeyr, kimsə bilmir. Burdan gəldim ki, bulaqdan su içib evə gedəm.

Z  ö  h  r ə.  İndi  Qəmərgil  gələcəklər.  Gəl  ona  kimi  süfrəni  hazır  edək. Əti

doğrayaq.

Ç i n g i z. Çox gözəl.

Süfrəni salıb boşqabları düzürlər.




Milli Kitabxana

219


Z ö  h r ə. Fələyin işini bilmək olmaz. Bir az bundan irəli,  dünya  mənim  üçün

bir cəhənnəm idi, indi isə istəyirəm, onu qucub öpəm.

Ç i n g i z. Məncə, səadət ibarətdir məhəbbətdən. O olarsa, dünya bir cənnətdir,

olmazsa, yaşamağın mənası yoxdur.

Z ö h r ə. Mən də o fikrə şərikəm.

Ç i n g i z. Hazır etdik, indi sən dur get yat. Guya mənim gəlməyimdən xəbərin

yoxdur. Görək Qəmər nə edəcəkdir. Yəqin gedib səni oyadacaqdır. Sən oyandıqda

mənə məhəl qoyma.

Z ö h r ə. Yaxşı deyirsən.

Q ə m ə r. Cəbi lələ au-u-u..

Ç i n g i z. Zöhrə, tez ol, yat.

Zöhrə gedib ağacın dalında uzanır.

Q ə m ə r. A-u-u-u...

Ç i n g i z. A-u-u-u...

Şəmsi bəylə Qəmər gəlir.

Q ə m ə r (Çingizi görməyib). Ay sağ ol, Cəbi lələ, hər şeyi hazır edibdir.

Ç i n g i z. Siz də sağ olunuz, ay mənsiz seyrə çıxan cavanlar.

Q ə m ə r. Çingiz! (Atılıb boynuna sarılır, buraxmaq istəməyir.)

Ç i n g i z. Bacım, qoy Şəmsi ilə də görüşüm.

Q ə m ə r. Doğrudan sən Çingizsən?

Ç i n g i z. Xeyr, mən Çingizin kölgəsiyəm. (Şəmsi ilə öpüşürlər.)

Qəmər Şəmsini kənara çəkib pıçıldaşırlar.

Ç i n g i z. Orada nə pıçıldaşırsınız?

Q ə m ə r. Çingiz, sənə bir xəbər verəcəyəm, amma deməyə qorxuram.

Ç i n g i z. Qorxma, bacım, de.

Q ə m ə r. Bax ürəyini bərk saxla, qorxma... Belə... Zöhrə sağdır, ölməyibdir...

Ç i n g i z. Ah, ürəyim! (Əllərini ürəyinə qoyur.) Yox, sən məni aldadırsan.

Q ə m ə r. Vallah, aldatmıram, bu saat gətirim, gör. (Gedib Zöhrəni durquzur.)

Zöhrə, dur, kabab hazırdır.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə