Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə63/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   59   60   61   62   63   64   65   66   ...   135

Milli Kitabxana

206


Ç i n g i z. Məsetən...

Q ə m ə r. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib

saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.

Ç i n g i z. Elə bu?

Q ə m ə r. Bəli, elə bu!

Ç i n g i z. Mənim ulduza baxmağımda sən nə sirr görürsən?

Q ə m ə r. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan?

Ç i n g i z. Çünki o ulduz qeyrilərindən parlaqdır. Mən onu çox sevirəm.

Q ə m ə r. Elə mən də bunu bitmək istəyirdim. O ulduzun adı nədir?

Ç i n g i z. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər.

Q ə m ə r. Daha adı yoxdur?

Ç i n g i z. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adına da

Diana deyirdilər.

Q ə m ə r. Bəs, ərəblər o ulduza nə deyirlər?

Ç i n g i z. Bilmirəm, gərək ki... Zöhrə.

Q ə m ə r. Ha-ha-na... gərək ki... Zöhrə.

Ç i n g i z (acıqlı). Çəkil!

Q ə m ə r. Gedirəm, gedirəm acığın tutmasın.

Bir  az  gedib  dayanır.  Çingiz  başını əlləri  ilə tutub fikrə gedir. Qəmər  gizli

daldan onun boynunu qucaqlayıb saçlarından öpür, qaçır.

Ç i n g i z. Qəmər. (Qalxıb otağına gedir.)

Q ə m ə r  (yalnız).  Ey  zavallı  qardaşım,  görürəm,  aslan  ürəyini  eşq  atəşi

yandırır.  Söndürmək  istəyirsən  fəqət  bacarmırsan.  Çünki  atəş  bütün  vücudunu

almış, damarlarına yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir

rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacın Qəmər də Şəms oduna

yanır.


Yasəmən və Piri baba komadan çıxırlar.

Y a s ə m ə n. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi?

Q ə m ə r. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı.

P i r i  b a b a. Əlbəttə, yaxşı olardı, yoxsa  səhərdən axşama kimi  kitabdan əl

çəkmir.

Y a s ə m ə n. Çingiz.




Milli Kitabxana

207


Çingiz otaqdan çıxır.

Ç  i  n  g  i  z.  Ana,  mən  gedə bilməyəcəyəm.  Yoldaşım gələcəkdir,  onu

gözləyirəm.

Q ə m ə r. Ana, yalan deyir, getmək istəmir, yoldaşını bəhanə gətirir.

Ç  i  n  g  i  z. Qəmər, indi  də məni  yalançı  edirsən?  Çox  sağ  ol.  Mən  səni  belə

bivəfa bacı bilmirdim. Get, get...

Q ə m ə r (əlindən tutub). Yox, yox, mən bivəfa bacı deyiləm. Şəms ilə Qəmər

altında mənim tək bacı tapa bilməzsən.

Ç i n g i z. Bu gün Şəms ilə Qəmər dilindən düşməyir. Bu nə sirdir?

Q ə m ə r. Çünki... xudahafiz. Ana, gedək.

Gedirlər.

P i r i b a b a. Ay oğul, bir belə nə oxuyursan?

Ç i n g i z. Piri baba, tibb çox çətin elmdir, gərək həmişə mütaliə edəsən.

P  i  r  i    b  a  b  a. Həkimlik  çətin  isə də gözəl  sənətdir.  İnsanlara  böyük  xidmət

edir.

Ç i n g i z. Piri baba, mənim fikrim odur ki, həkimliyi qurtarandan sonra gəlib



kənddə oturam, kəndlilərə kömək edəm.

P i r i b ab a. Çox gözəl fikirdir, allah sənə tövfiq versin.

Bu halda Həcər xanım, Şəmsi bəy, Zöhrə xanım və Heydərqulu daxil olurlar.

P i r i b a b a. Həcər xanım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurunuz,

buyurunuz...

Çingiz onlara əl verir.

H ə c ə r  x a n ı m. Bəs Yasəmən və Qəmər hanı?

Ç i n g i z. Onlar indicə meşəyə gəzməyə getdilər.

H ə c ə r x a n ı m. Oğlum, bəs sən nə üçün getməmisən?

Ç i n g i z.  Mən  məktəb  yoldaşım  Fərmanı  gözləyirəm,  onunla  dərslərimizi

mütaliə edəcəyik.

Ş ə m s i  b ə y. Ana, mən də meşəyə gedirəm.

H ə c ə r x a n ı m. Get, Yasəməngilə də xəbər et gəlsinlər. Vaxt yoxdur, tez

gedəcəyik.




Milli Kitabxana

208


Şəmsi bəy gedir.

P i r i b a b a. Niyə o səfərki kimi tələsirsiniz?

H ə c ə r  x a n ı m. Xalam naxoşdur, Heydərqulu bizim dalımızca göndəribdir.

P i r i b a b a. Allah şəfa versin. Heydərqulu, Züleyxa xanımın naxoşluğu nədir?

H  e  y  d ə r  q  u  l  u. Soyuq  dəymədir,  qorxusu  yoxdur.  Piri  baba,  xanım  mənə

göyərti tapmışdır.

P i r i  b a b a. Get xanıma nə lazımdır yığ.

Heydərqulu gedir.

H ə c ə r  x a n ı m. Piri baba, içəri gedək, sizə deməli sözüm var.

Komaya girirlər.

Z ö h r ə (Çingizin əlindən tutub). Çingiz, səni döymək lazımdır.

Ç i n g i z. Döy.

Z ö h r ə. Səni sevmək lazımdır.

Ç i n g i z. Sev.

Z ö h r ə. Bəs sən.

Ç i n g i z. Əfsus ki, mən də sevirəm.

Z ö h r ə. Nə üçün əfsus, Çingiz,  məhəbbət bir elə dövlət, bir elə nemətdir ki,

allah onu ən bəyəndiyi dostuna bəxş edər.

Ç i n g i z.  Görünür  ki,  mən  onun  dostu  deyiləm.  Dosta  bir  belə bəla,  cəfa

vermək rəvadırmı?

Z ö h r ə. Çingiz,  bəlanı,  cəfanı  özünə,  sən  özün  çəkdirirsən.  Nə üçün  mənim

kimi ürəyinin dalınca getmirsən?

Ç i n g i z. Çünki mane olan səbəb çoxdur.

Z ö h r ə. Bilirəm, yenə deyəcəksən sən düşmənimiz Şahbaz bəyin qızısan. Sən

bir bəy qızı,  mən  bir  rəiyyət  oğlu.  Çingiz,  məhəbbət  aləmində bəy,  gəda  yoxdur,

mən səni sevirəm, sən də məni. Başqaları bizə nə lazımdır? Mən məhəbbət uğrunda

hər  şeydən  keçirəm.  Mən  səninlə haraya  istəyirsən  getməyə hazıram.  Bir  başqa

ölkəyə gedək, orada bəxtiyar yaşayaq.

Ç i n g i z. Zöhrə, nə demək istəyirsən?

Z ö h r ə. Onu demək istəyirəm ki, bu gün səni həbs edecəklər, gəlmişəm səni

xəbərdar edəm.



Milli Kitabxana

209


Ç i n g i z. Məni kim həbs edəcəkdir?

Z ö h r ə. Qəza naziri Səfi bəy.

Ç i n g i z. Səfi bəy məni nədə müqəssir edir?

Z ö h r ə. Guya sən hökumətin əleyhinə işləyirsən.

Ç i n g i z. A... bu hiylə ilə Səfi bəy məni tələf etmək istəyir. Sən bunu kimdən

eşitmisən?

Z ö h r ə.  Səfi  bəy  özü  dedi.  Keçən  səfər  buraya  gəlməyimiz  ona  məlum

olmuşdur.  Məndən və Şəmsidən  böyük  silist  etdi və tapşırdı  ki,  sənlə əlaqə

etməyək, əks  halda  bizi  də həbs  edəcəkdir.  İndi  gəlmişik  səni  xəbərdar  edib

qaçırdaq.

Ç i n g i z. Zöhrə, sizin bu fədakarlığı ölənə kimi unutmaram. Ələlxüsus Şəmsi

bəyi, onda siz buradan tez gedin, yoxsa fəlakətə düşərsiniz.

Z ö h r ə. Anamgil getsin, mən getməyəcəyəm.

Ç i n g i z. Nə üçün?

Z ö h  r ə. Ah, Çingiz...  görünür,  sən  mənim  məhəbbətimə inanmırsan,

inansaydın  bu  sualı  mənə verməzdin.  Sən  fəlakətə düşdükdə,  mən  kənardanmı

baxım?

Ç i n g i z. Zöhrə, ağıllı ol, elə iş etmə, nahaq yerə özünü bəlaya salma.



Z ö h r ə. Aqil olub qorxaqlartək canımı salamat saxlamaqdan, eşq cünunu olub

sevgilim ilə hebsxanaya düşməyi daha əfzəl bilirəm.

Ç  i  n  g  i  z. Zöhrəm,  ey  parlaq  ulduzum,  sənə and  içirəm  ki, əgər bu  bəladan

xilas olaramsa, sənin arzunu yerinə yetirərəm.

Şəmsi  bəy,  Qəmər  və Yasəmən  daxil  olurlar.  Qəmər

Çingizin  boynunu  qucaqlayıb

ağlayır.

Ç i n g i z. Ay dəli bacım, nə üçün ağlayırsan?

Q ə m ə r.  Ah,  səni  tutmaq  istəyirlər,  zindana  salmaq  istəyirlər.  Yox,  yox,

qoymaram. Səni heç kəsə vermərəm.

Ç i n g i z. Qəmər, sakit ol, görürsən qardaşını nə tutublar və nə də həbsxanaya

salıblar.

Y a s ə m ə n. Çingiz, əhvalatı bilirsənmi?

Ç i n g i z. Bilirəm, Zöhrə xanım söyləyibdir.

Q ə m ə r (Zöhrə xanımı  öpərkən).  Zöhrə,  bizə etdiyin  yaxşılığı  ölənə kimi

unutmaram.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə