Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə61/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   57   58   59   60   61   62   63   64   ...   135

Milli Kitabxana

199


Xavər daxil olur.

X a v ə r. Nə buyurursan, ağa?

Ş a h b a z  b ə y. Şəmsi bəyi buraya çağır.

X a v ə r. Şəmsi bəy getdi.

S ə f i  b ə y. Zöhrə xanım evdədirmi?

X a v ə r. Bəli, evdədir.

S ə f i  b ə y. Çağır gəlsin.

Xavər gedir.

Ş a h b a z  b ə y. Sən Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan?

S ə f  i    b ə y. O  da  qardaşından  geri  qalmaz.  Dayı,  Çingizə bir  elə tələ

qurmuşam  ki, əlimdən  qurtarası  deyil.  Çingiz  guya  gizlin,  hökumətin əleyhinə

işləyir.  Onu  həbs  edib  tutduracağam,  həbsxanaya  göndərəcəyəm.  Yolda  guya

qaçırdı deyə güllələdəcəyəm, necə tədbirdir.

Ş  a  h  b  a  z    b ə y. Çox  gözəl  tədbirdir.  Dayın  İlyas  bəyin  qanını  yerdə

qoymursan.

Z ö h r ə x a n ı m (daxil olur.) Bibioğlu, xoş gəlmisən.

S ə f  i    b ə y. Sağ  ol,  dayıqızı...  Zöhrə,  səndon  bir  şey  barəsində məlumat

istəyəcəyəm. Rica edirəm düzünü deyəsən, əyləş.

Zöhrə oturur.

Z ö h r ə x a n ı m. Demək, məndən silist edəcəksiniz.

S ə f i  b ə y. Bəli, buyurunuz görüm, bir ay bundan irəli ananız Həcər xanım,

qardaşınız Şəmsi bəy ilə Züleyxa xanımgilə qonaq gedərkən, yoldan dönüb haraya

getmişsiniz?

Z ö h r ə x a n ı m. Piri babagilə.

S ə f i  b ə y. Doğru! Orada kim ilə görüşmüsünüz?

Z ö h r ə x a n ı m. Piri baba, Yasəmən və qızı Qəmər ilə.

S ə f i b ə y. Daha kimin ilə?

Z ö h r ə x a n ı m. Onu demərəm.

S ə f i  b ə y. Nə üçün?

Z ö h r ə x a n ı m. Çünki məcburam.

S ə f i b ə y. Sizi məcbur edən kimdir?

Z ö h r ə x a n ı m. Mənim vicdanım.

Ş  a  h  b  a  z    b ə y. Yox,  sənin  anan  Həcər  xanım!  Mənim  düşmənlərim  onun

dostudur, dostlarım düşməni.




Milli Kitabxana

200


S ə f i b ə y. Siz demək istəmirsiniz, mən deyirəm. Orada siz, bizim nəslimizin

düşməni, quldurbaşı Əlimərdanın oğlu Çingiz ilə görüşmüşsünüz, belədirmi?

Z ö h r ə x a n ı m. Elədir.

S ə f i b ə y. Bəs nə üçün bunu demək istəmirdiniz?

Z ö h r ə x a n ı m. Çünki bu yolda tökülən qanı daha kifayət bilirəm. Ataların

ədavətinin övladlarına keçməyini artıq bilirəm.

Ş a h b a z  b ə y. Mənim övladlarımın heç birində qeyrət, namus olmadığını da

mən bilirəm.

Z  ö  h  r ə x  a  n  ı  m. Ata,  qeyrət,  namus  gözləyən  şəxs,  gərək bu ədavətin

binasını qoymayaydı.

Ş a h b a z  b ə y. Səsini kəs, Həcərin qızı.

S ə f i  b ə y. Dayı, doğru deyirsən, bunların heç birində qeyrət, namus yoxdur.

Əmiləri İlyas bəyin qatili Əlimərdanın oğlu ilə dostluq edirlər.

Ş a h b a z  b ə y. Bunların belə olmağına yenə də Həcər baisdir.

S ə f i b ə y. Zöhrə, bu səfər ikinizin də təqsirinizdən keçirəm. Bir də Çingiz ilə

mülağat etsəniz, məni əfv edəsiniz, onda sizin ilə başqa cür rəftar edəcəyəm, çünki

qulluq qohum-əqrəba tanımaz. Zöhrə, onu bil ki, Çingiz hökumətin ziddinə işləyir,

mən onu həbs edəcəyəm.

Ş a h b a z  b ə y. Sən Gəncədə neçə gün qalacaqsan?

S ə f i b ə y. Üç-dörd gündən artıq qala bilmərəm. Dayı, vaxt keçir, gedək.

Ş a h b a z  b ə y. Səfa, Səfa!

S ə f a (daxil olur.) Nə buyurursan, ağa?

Ş  a  h  b  a  z    b ə y. Çamadanı  götür  faytona  qoy.  (Səfa  götürüb  aparır.)  Səfi

halımı görürsən, ata bir yerə gedəndə evini oğluna tapşırar. O da olmasa arvadına,

qızına.  Həcər  xanım  məni  görmək  istəmir.  Oğul  elə,  qız  belə.  Bunlar  hamısı  dua

edirlər ki, mən bu müalicədən şəfa tapıb salamat qayıtmayam.

Z  ö  h  r ə x  a  n  ı  m. Ata,  sənin  azarının  xasiyyəti  elədir  ki,  hamını  özünə

düşmən  hesab  edirsən.  Xeyr,  biz  istəyirik  ki,  sən  Gəncədən  bu  azardan  sağalıb

salamat gələsən, biz də rahat olaq.

S ə f  i    b ə y. Dayı qızı  doğru  deyir,  sən əsəbi məcazsan.  İnşallah  Gəncədən

sağalıb gələrsən, bu qara fikirlər də başından çıxıb gedər.

Ş a h b a z  b ə y. Yenə ümidim sən qızımadır. Xudahafiz. (Onu öpür.)




Milli Kitabxana

201


S ə f i  b ə y. Dayıqızı, xudahafiz.

Z ö h r ə x a n ı m. Xudahafiz, yaxşı yol.

Şahbaz bəy və Səfi bəy gedirlər.

Z  ö  h  r ə x  a  n  ı  m (yalnız).  Ah...  Çingiz,  sevgilim,  nə üçün  mənə qulaq

asmadın.  Nə üçün  məni  də,  özünü  də bəlaya  saldın.  A...  h...  səni  tutacaqlar,  sənə

min əziyyət verəcəklər, zindana salacaqlar... Yox, yox, qoymaram, səni cəlladların

əlindən  alaram...  Ya  sənlə bir  yerdə həbsxanaya  gedərəm...  Sənsiz  mənə dirilik

yoxdur.


H ə c ə r x a n ı m (daxil olur.) Zöhrə, Səfi bəy səni niyə çağırmışdı?

Z ö h r ə x a n ı m. Səfi bəy məndən silist edirdi.

H ə c ə r  x a n ı m. Nə barədə?

Z ö h r ə x a n ı m. Bizim Çingizlə görüşməyimiz ona məlum olmuşdur.

H ə c ə r  x a n ı m. Nə deyirsən, onu haradan bilmiş?

Z ö h r ə x a n ı m.  Bilmirəm,  o  barədə bir  söz  demədi.  Çingizi  həbs  etmək

istəyir.

H ə c ə r x a n ı m. Nə səbəbə?

Z ö h r ə x a n ı m.  Səfi  bəyin  deməyinə görə guya  Çingiz  hökumət əleyhinə

işləyir. Amma mən buna inanmıram. Bu hiylə ilə onu tələf etmək istəyir.

H ə c ə r  x a n ı m. Ah, bu nə pis xəbər. Tezliklə Çingizə xəbər verib qaçırmaq

lazımdır.

Z ö h r ə x a n ı m. Mən də o fikirdəyəm, ancaq nə yol ilə.

H ə c ə r  x a n ı m. Əhvalatı Qəmərə yaz, o da Çingizi qaçırsın.

Z  ö  h  r ə x  a  n  ı  m. Xeyr,  məktubla  xəbər vermək  qorxuludur,  başqa  yol

aramalı.


H ə c ə r    x  a  n  ı  m. Başqa  nə yol  var.  Onda  gərək  birimiz  gedək.  O  da

qorxuludur.

Z ö h r ə x a n ı m.  Qorxulu  olsa  da  məktubdan  bu  yaxşıdır.  O  səfərki  kimi

Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır.

H ə c ə r  x a n ı m. İndicə atan yola düşdü. Bizdə onun dalınca getsək şübhəyə

düşərlər.

Z  ö  h  r ə x  a  n  ı  m. Doğru deyirsən.  Ona  görə sən evdə qal,  mən  Şəmsi  ilə

sabah gedərəm.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə