Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə59/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   55   56   57   58   59   60   61   62   ...   135

Milli Kitabxana

192


Ş ə m s i b ə y.  Çingiz,  mən elə fikir  edirdim  ki,  atalarımızın ədavəti  biz

övladlarına  keçməyəcəkdir,  çünki  hər  iki  tərəf  bir-birlərindən  intiqamını  almış.

Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət

indi  görürəm  ki,  siz  başqa fikrə düşmüşsünüz,  bismillah,  mən  meydandan  qaçan

oğlan deyiləm.

Ç i n g i z. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü büruzə verdi.

Ş ə m s i b ə y. Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.

Ç i n g i z. Mənə gəda deyirsən?

Onun üstünə yeriş edir, Zöhrə xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında

durur. Həcər xanım qışqırıb qəşş edir, Qəmər ağlayır.

Z ö h r ə x a n ı m. Çingiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq

olmuşuq, qonağın ehtiramı beləmi olur?

Ç i n g i z (başını aşağı salaraq). Zöhrə xanım, məni əfv ediniz, xəcalətimdən

üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.

Z ö h r ə x a n ı m. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çingizi indi

tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.

Ç i n g i z. Həcər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Həcər də onun

alnından öpür.)

H ə c ə r  x a n ı m. Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, allah səni

hər bəladan hifz etsin.

Q ə m ə r (gedib Çingizin əlindən tutub Şəmsi bəyə tərəf gedir.) Çingiz, Şəmsi

bəylə də barış.

Ç i n g i z (ona əl verərək).  Şəmsi  bəy,  məni əfv  ediniz,  o  sözləri  deməyə

ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı,

sevgili  bacımı,  qoca  babamı  sağ  və salamat  gördükdə bəxtiyar  ömrünü  Sibirdə

çürüdüb  axırı  canını  namus  yolunda  fəda  edən  yazıq  atam  yadıma  düşdü.  Özümü

saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.

Y a s ə m ə n (gedib onu qucaqlayaraq). Oğlum, bu sözlərin ilə yaralı ürəyimi

oxladın. (Ağlayır.)

P i r i b a b a. Yasəmən, sakit ol, naşükür olma, Çingiz kimi oğlun, Qəmər kimi

qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çingiz, bəs mən qoca baban ilə

nə üçün görüşmürsən?



Milli Kitabxana

193


Ç i n g i z.  Bağışla  baba,  bu  gün  özümü  başqa  halda  görürəm.  (Gedib  onun

əllərini öpür.)

Q ə m ə r. İndi gəl gedək, su töküm əl üzünü yu.

Otağa gedirlər.

Ş ə m s i b ə y. Ana, siz də hazır olun, mən də gedib faytonu qoşdurum.

P i r i  b a b a. Oğlum, nə tələsirsən, çörək yeyib gedərsiniz.

H ə c ə r    x  a  n  ı  m. Şəmsinin  fikrini  anlayıram,  o  qorxur  ki,  yenə aralarında

toqquşma ola. Mən də onun fikrinə şərikəm.

Y a s ə m ə n.  İndi  Çingiz  nəinki  yenidən  toqquşmaq,  hətta  səy  edəcəkdir ki,

sizin könlünüzü alsın.

P i r i b a b a. Yasəmən doğru deyir, Çingizin  ürəyi çox  yumşaqdır, heç kəsi

özündən incitməz.

Z ö h r ə x a n ı m. Biz  Çingizdən  rəncidə olmuruq.  Ürəyi  yanıqlı  idi,  onun

üçün  də təbiətindən  çıxdı.  Sonra  peşman  olub  bizdən  üzr istədi.  Bu  bizə kifayət

edər. İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir. Çox mehriban rəftar edibdir.

Çingiz və Qəmər gülə -gülə gəlirlər.

Ç i n g i z. Piri baba, eşitdim səni sultanlıqdan əzl ediblər.

P  i  r  i b  a  b  a. Ay  oğul,  çox  da  yaxşı  ediblər,  mənim  sultanlığım  keçmiş.

Cavanlıqda atdığım güllə boşa çıxmazdı, indi isə çox vaxtı ovdan əliboş qayıdıram.

Ç i n g i z. Demək on iki addımda durmuş dovşanı daha vura bilmirsiniz.

Gülüşürlər.

Z ö h r ə x a n ı m. Şəmsi, payını aldın?

Ş ə m s i b ə y. Allah heç kəsi Qəmər bəyimin dilinə salmasın.

Q ə m ə r. Allah  heç  kəsi  Şəmsi bəy  kimi  ovçunun  ümidinə qoymasın,  çünki

şamsız yatar.

Gülüşürlər.

Ç i n g i z. Allah  heç  qardası  Qəmər  kimi  bacının  ümidinə qoymasın,  çünki

səfərdən gəlmiş qardaşım çaysız qoyar.



Milli Kitabxana

194


Q ə m ə r. Bu  saat,  qardaşım.  (ona  çaytöküb verir.)  Gör bacın  sənə

badımcandan, pamidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir.

Ş ə m s i b ə y. Qəmər bəyim, nə qədər xörək bişirməkdə mahir olsanız, yenə

də mənim bacım Zöhrəyə çata bilməzsiniz.

Z ö h r ə

x a n ı m. Yəqin  yenə də mənim  qayğanaq  məsələm  meydana

çıxacaqdır.

Ş ə m s i b ə y. Əlbəttə çıxacaqdır. Camaat, bir dəfə çox bərk acmışdım, evdə

də Zöhrədən başqa heç kəs yoxdu. O da oturub roman oxuyurdu. Dedim, bacım dur

mənə qayğanaq bişir, yeyim. O vaxtı Zöhrə xanım təzəcə gimnaziyanı qurtarmışdı.

Bacım bişirdi, mən də yedim. Nəticəsi - indi də qayğanağa baxa bilmirəm.

H ə c ə r

x a n ı m  (gülür.)  Zöhrə yumurtanı əvvəl  suya  salıb  sonra  yağ

tökmüşdür.

Gülüşürlər.

Ş ə m s i b ə y. Ana, mən bacımın icadının sirrini açmaq istəmədim, sən niyə

açırsan?

Ç i n g i z. Piri baba, arıların nə haldadır?

Y a s ə m ə n. Anan ölsün, hər bal yeyəndə boğazımdan getmirdi. Bilirəm, sən

balı çox sevirsən.

P i r i  b a b a. Oğlum, sənin bəxtindən bu il balım boldur, nə qədər xətrin istəsə

ye, qurtaran deyil.

Ç i n g i z. Cəbi lələ, get Piri babanın o tərifli balından kəs gətir, yeyək.

P i r i  b a b a. Topal, cökə ağacının altındakı səbətdən kəs gətir. Onun balı çox

dadlıdır.

Cəbi gedir. Səfa daxil olur.

H ə c ə r  x a n ı m. Səfa nə var, xeyir ola.

S ə f a. Xanım siz gedəndən sonra Şahbaz bəy gəlib çıxdı. Nurəli bəyin evində

qumar oynayırmışlar. Ağa gecə də orada yatıb qalıbmış. Məndən soruşdu ki, Həcər

xanım  və usaqlar  haraya  gediblər.  Dedim  Züleyxa xanımgilə qonaq  gediblər,  üç

gündən sonra gələcəklər. Elə bunu demiş oldum, ağa hirslənib qışqırdı, söyməmiş

bir xidmətçi qoymadı.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə