Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə55/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   51   52   53   54   55   56   57   58   ...   135

Milli Kitabxana

179


Y a s ə m ə n. Bəs, Piri baba ilə Xalisə nənə necə olsun.

H ə c ə r  x a n ı m. Bu barədə xalam ilə danışmışam. O deyir ki, mənim xatirim

üçün onlar razı olarlar və sirri də kimsəyə açmazlar.

Y a s ə m ə n. Mənim qorxum Əlimərdandan və Cəbidəndir.

H ə c ə r    x  a  n  ı  m. Mənə məlumdur  ki,  Cəbi  sənin  doğmağından hələ

xəbərsizdir.

Y a s ə m ə n. Yenə də qorxuram. Bu  sirr bir vaxtı açılar, onda  mənim  halım

necə olar? Yox, yox, bu ağır və qorxulu işi öhdəmə götürməyə cürət etmirəm.

H ə c ə r x a n ı m (ayağa qalxır.) Onda bircə yol qaldı.

Y a s ə m ə n. Hansı?

H ə c ə r    x  a  n  ı  m. Mən  müqəssir  ananın əli  ilə bu  məsum  uşağın  ölməyi.

(Getmək istəyir.)

Y a s ə m ə n (onun qabağını kəsir.) Yox, yox, onu etməyiniz, veriniz, razıyam.

(Uşağı  alıb  beşiyə qoyur.  Bu  halda  qapı  döyülür.)  Siz  içəriyə giriniz,  görüm

kimdir.

Həcər xanım komaya girir.



P i r i b a b a (qapının dalından). Yasəmən, bizik qapını  aç. Yasəmən qapını

açır, Piri haba ilə Xalisə nənə daxil olurlar.

P i r i b a b a. Xalisə, tez ol ocağı qala, xörək bişir. Xalisə nənə. Bu saat.

Y a s ə m ə n. Xalisə nənə, xörəyi mən hazır edərəm. İçəridə bir əziz qonaq səni

gözləyir.

X a l i s ə n ə n ə. Kimdir? Buraya qorxudan heç kəs gəlməz.

Y a s ə m ə n. İçəri get, görərsən.

Xalisə nənə komaya girir.

P i r i  b a b a. Yoxsa Əlimərdandır?

Y a s ə m ə n. Xeyr, Həcər xanımdır, Piri  baba.

P i r i  b a b a. Həcər xanım?.. O bura əbəs yerə gəlməz, nə böyük qəziyyə üz

veribdir ki, cürət edib gəlibdir.

Y a  s ə m ə n.  Baba,  doğrudan  da  böyük  qəziyyədir.  Həcər  xanım səndən  bir

şey təvəqqə edəcəkdir, onu qəbul etməyinizi mən də rica edirəm.




Milli Kitabxana

180


P i r i  b a b a. Nədir?

Y a s ə m ə n.  Sizi  gözləyir,  gediniz  desin. (Piri  baba  girir.  Yasəmən  Həcər



xanımın oğlunu  qucağına  götürür.)  Ah,  nə gözəl  uşaqdır,  mən  oğul  həsrəti

çəkirdim, allah verdi. Bunu öz balam kimi sevəcəyəm. Əlimərdan da məndən razı

qalacaqdır. Allahın sirrini bilmək olmaz, gör kimi Əlimərdana oğul göndərdi.

Cəbi daxil olur.

C ə b i. Gözləriniz aydın olsun, oğlandır, qız?

Y a s ə m ə n. Oğlandır.

C ə b i. Onda sahib şad olacaqdır.

Y a s ə m ə n. Topal, biri də var.

C ə b i. O kimdir?

Y a s ə m ə n. O da mənimdir, əkiz doğmuşam, biri oğlan biri qız.

C ə b i. Sahib bu saat özü gələcəkdir.

Y a s ə m ə n (özünü itirir.) Ah, ürəyim  nə döyünür. Cəbi, o sudan tök, mənə

ver içim.

C ə b i (su verərkən). Sahibin gəlməsindən niyə qorxursan?

Y a s ə m ə n. Qorxuram ki, ona burada bir xətər yetə.

C ə b i. Sahibin dəstəsi meşədədir.

Piri  baba komadan çıxır.

P i r i  b a b a. Topal, bu üç gündə harada qalmışdın?

C ə b i. Kəndə anamı yoxlamağa getmişdim. Bərk naxoş olduğuna görə qoyub

gələ bilmədim. İndi bir az yaxşıdır.

P i r i  b a b a. Xalisə çağanın əsgisini yuyanda birini orada unudubdur, get onu

gətir, gəl.

Cəbi gedir.

Y a s ə m ə n. Baba, böyük bəlaya düşdük. Cəbinin deməyinə görə, Əlimərdan

bu saat buraya gələcəkdir. Mən çox qorxuram.

P  i  r  i  b  a  b  a.  Özünü  itirmə,  toxdaq  saxla,  hər  bir  şey  allahın əlindədir,  nə

istərsə, o olacaqdır. Xalisə, Xalisə!

X a l i s ə n ə n ə (komadan çıxır, Yasəmən uşağı beşiyə qoyub cuna ilə üzünü



örtür.) Nə var?

P i r i  b a b a. Cəld Həcər xanımı Həsənqulu ağanın otağında gizlət, özün də

yanında ol.



Milli Kitabxana

181


X a l i s ə n ə n ə. Nə var, nə olubdur?

P i r i b a b a. Danışıq yeri deyil, Əlimərdan bu saat gələcəkdir.

X a l i s ə n ə n ə. Vay, evimiz yıxıldı.

Qapı bərk döyülür.

P i r i  b a b a. Arvad, cəld ol.

Xalisə nənə otağa girir.

Ə l i m ə r d a n (qapının dalından qışqırır.) Topal!

Piri baba gedib qapını açır, Əlimərdan və İbad üstlərində əsləhə daxil olurlar.

Ə l i m ə r d a n. Əmi!

P i r i  b a b a. Can!

Ə l i m ə r d a n. Hamı salamatmı?

P i r i  b a b a. Salamat!

Yasəmən onun boynunu qucaqlayır.

Ə l i m ə r d a n. Kürd qızı, toxda, oğlandır, ya qız?

Y a s ə m ə n. Qız.

Ə l i m ə r d a n. Qız?

P  i  r  i    b  a  b  a. Qəm  etmə,  allah  hər  ikinizin  istəyini veribdir.  Yasəmən əkiz

doğubdur, biri oğlan, biri qız.

Ə l i m ə r d a n. Bu yaxşı. Kürd qızı, oğlan mənim, qız sənin. Gətir baxım.

Y a s ə m ə n (cunanı götürüb). İkisi də yatıbdır.

Ə l i m ə r d a n. Onda tərpətmə, qoy yatsınlar. Kürd qızı mən oğlumun adını

Çingiz qoydum... Sən qızının adını nə qoyursan?

Y a s ə m ə n. İzin versən Qəmər qoyaram.

Ə l i m ə r d a n. Onda izni qardaşın İbaddan al.

İ b a d. Bacım, hərgah onun kimi qeyrətli, namuslu bir qız yetirəcəksənsə, izin

verirəm. Mən əhd etmişəm ki, nişanlım Qəmərin intiqamını düşməndən almayınca

dünyada rahat yaşamayam.

Ə l i m ə r d a n. Əmi, Şahbaz bəyin qardaşı İlyas bəy elə bildi ki, İrana qacmaq

ilə mənim əlimdən  qurtaracaqdır.  Qardaşın  oğlu onu  da  babalarının  yanına

göndərdi.




Milli Kitabxana

182


P i r i  b a b a. Əlimərdan, bu işdən əl çək, su sənəyi axırda suda sınar.

Ə l i m ə r d a n. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır.

İ b a d.  Piri  baba,  biqeyrət  olub  uzun  ömür  sürməkdənsə,  namus  üstə cavan

ölmək daha əfzəldir.

P  i  r  i   b  a b  a. Ay  dəliqanlılar,  aqibətinizi  çox  pis  görürəm.  Gəlin,  mən  qoca

babanızın nəsihətinə qulaq asın.

Ə l i m ə r d a n. Əmi, ac qonaqları nəsihət ilə doydurmaq olmaz, nəyin varsa

əmr et gətirsinlər, yeyək.

Y a s ə m ə n. Bir azca səbir ediniz, bu saat hazır edim.

Ə l i m ə r d a n. İbad, xörək hazır olunca biz də bir az rahat olaq.

Otağa tərəf yönəlirlər. Yasəmən onların qabağını kəsib.

Y a s ə m ə n. Ay, oraya getməyiniz.

Ə l i m ə r d a n. Nə üçün?

P i r i  b a b a. Orada Xalisə çimir.

Ə l i m ə r d a n. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha.

İ b a d. Piri baba bizim kimi cavanları yarı yolda qoyub keçər.

Ə l i m ə r d a n. Kürd qızı, buraya palaz sal oturaq.

Yasəmən  palaz  salır, Əlimərdan və İbad  tüfəngləri  ağacdan  asıb  otururlar.  Bu

halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb.

Ə l i m ə r d a n. Kim ola?

P i r i b a b a. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını açır.)

Ə l i m ə r d a n. Topal?

C ə b i. Sahib.

Ə l i m ə r d a n. Haradan gəlirsən?

C ə b i. Bulaqdan, sahib.

Ə l i m ə r d a n. Ətrafda qaraltı-zad görünürmü?

C ə b i. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır.

Ə l i m ə r d a n. Get pusquda dur, şübhəli adamlar olsa cəld gəlib xəbər ver.

C ə b i. Baş üstə, sahib. (Gedir.)

İ b a d.  Təzə uyezdni naçalnik  Səfi bəy  bizim  müqabilimizə çıxmaq  ilə

qubernatordan malades almaq istəyir.

Ə l i m ə r d a n.  Eybi  yoxdur,  buyursun,  onu  daknyaz  Vaçinadzenin  gününə

salaram.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə