Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə58/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   54   55   56   57   58   59   60   61   ...   135

Milli Kitabxana

189


P i r i  b a b a. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.

Ş ə m s i b ə y. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar,

buyurunuz.

H ə c ə r  x a n ı m. Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan

sonra gedəcəyik.

Ş ə m s i b ə y. Yaxşı, deyərəm.

Gedirlər.

Y a s ə m ə n. Xudaya, Çingizi de bunlar ilə belə mehriban görsəydim dünyada

bir qəmim olmazdı.

H ə c ə r  x a n ı m. Yasəmən, iyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz

üçün  göz  yaşı  tökmüşəm.  Sən  Yasəmənə həsəd  aparmışam  ki,  Çingizi  bağrına

basıb əzizləmisən,  ona  süd vermisən,  oğlum  demisən.  Amma  mən  yad kimi

kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı?

P i r i  b a b a. Həcər xanım, bugünə kimi səbir etmisiniz, yenə də etməlisiniz.

Yoxsa  cümlənizi  böyük  bəlaya  salarsınız.  İndiyə kimi  sirr  açılmayıbdır,  bundan

sonra da açılmamalıdır.

Y  a  s ə m ə n. Həcər  xanım,  mən  də sizdən  rica  edirəm  ki,  məni  bəlaya

salmayasınız, məgər mən Çingizə doğma ana kimi baxmamışam?

H ə c ə r  x a n ı m. Dogru deyirsən, sən Çingizə həqiqi analıq etmisən. Ölənə

kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm.

P i r i  b a b a. Həcər xanım, indi bizim seyimiz onda olmalıdır ki, ataları kimi

cavanların da arasına ədavət düşməsin.

H ə c ə r  x a n ı m. Piri baba, Çingizin burada olmasının xətası çoxdur, Şahbaz

bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf

edələr.

Y a s ə m ə n. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan



Çingizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram.

P i r i b a b a. Həcər xanım, Çingizin gələcəyi üçün heç fikirləşmisinizmi?

H ə c ə r  x a n ı m. Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki,

dayısı oğlu Əli bəyin qızını ona ala və cəmi mülkünü də




Milli Kitabxana

190


onların  adına  keçirə. Əli  bəyin  qohum-əqrəbası  çoxdur,  ona  heç  kəs  bata  bilməz.

Yasəmən, sən bu fikrə nə deyirsən?

Y a s ə m ə n . Mən nə deyəcəyəm? Çox gözəl fikirdir.

Qəmər, Zöhrə və Şəmsi bəy daxil olurlar.

Q ə m ə r. Ha-ha-ha...

Z ö h r ə. Ha-ha-ha...

H ə c ə r x a n ı m. A qızlar, deyin görüm, nəyə gülürsünüz?

Q ə m ə r.  Piri  baba,  bu  saatdan  sən  sultanı əzl  edib  yerinə Şəmsi  bəyi  təyin

edirəm.

P i r i b a b a. A qızım, buna səbəb nə olmuş?



Q ə m ə r. Şəmsi bəyin bimisl ovçu olmağı.

Zöhrə gülür.

Ş ə m  s  i  b ə y. Qəmər  bəyim,  rica  edirəm  məni  Piri  babanın  yanında  xəcil

etməyəsiniz.

Z ö h r ə x a n ı m. Xeyr, gərək nağıl oluna, yoxsa mən Piri babanın əzlinə razı

deyiləm.


Ş ə m s i b ə y. Onda qoyun mən özüm söyləyim.

Z ö h r ə x a n ı m. Xeyr, mən razı deyiləm. Qoy Qəmər söyləsin.

Ş ə m s i b ə y. Nə etməli, siz iki, mən tək, Qəmər bəyim, söyləyiniz.

Q ə m ə r. Piri baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə

Şəmsi  bəy,  bizim  ölkənin  birinci  ovçusu,  xeyli  nəzakət  ilə qoşalüləsini  çiynindən

çıxarıb...

P i r i b a b a. Ov etdikdə, ovçunun tüfəngi əlində hazır olmalıdır.

Z ö h r ə x a n ı m. Buda onun özünə arxayın olmasına bir sübut.

Q ə m ə r.  Dovşan  dayanıb  durmuşdu.  Şəmsi  bəyin  gülləsi  açıldı,  dovşan

yerindən  tərpəndi.  Güllənin  biri  də açıldı,  dovşan  yenə qaçmadı.  Burada  Zöhrə

xanım ilə inən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü.

Gülüşürlər.

P i r i  b a b a. Görünür, dovşan uzaqda durmuşmuş.

Z ö h r ə x a n ı m. Xeyr, Piribaba, sonar ölçdük, bizim ayağımız ilə dovşan on

iki addımda durmuşdu.



Milli Kitabxana

191


Ş ə m s i b ə y. Piri baba, bunlar mənim ovçulğumu lağa qoyub güldü, fəqət öz

qüsurlarını açmaq istəmirlər.

P i r i b a b a. Sən də onlarınkını aç söylə, görək nə olmuş.

Ş ə m s i b ə y. Piri    baba meşəyə bir  az  qalmış  onda  gördük  ki,  bu  iki  igid

xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır.

Bilirsinizmi, Piri baba, bunlar nə görmüşlər?

P i r i b a b a. Yəqin siçan görmüşlər.

Ş ə m s i b ə y. Bəli.

Gülüşürlər.

P  i  r  i    b  a  b  a. Oğlum,  arvad  tayfasının əksəri  siçandan  qorxur.  Rəhmətlik

Xalisə də belə idi.

Bu halda Cəbi əlində bir çamadan, dalınca Çingiz daxil olurlar.

Q ə m ə r. Çingiz gəldi. (Qaçaraq gedib onun boynunu qucaqlayıb öpür.)

Y a s ə m ə n. Ah, oğlum, gəldi, Allah, sənə şükür. Ay qız, bir dayan, mən də

öpüm! (Çingizi öpür.)

H ə c ə r  x a n ı m. Oğlum, gəl səni mən də öpüm.

İstəyir öpsün, Çingiz kənara çəkilir.

Ç i n g i z.  Həcər  xanım,  mən  haradan  sizin oğlunuz  oldum.  Mən  sizin

qulluqçunuz kürd qızının oğluyam.

H ə c ə r    x  a  n  ı  m. Ah,  Çingiz,  oğlum,  məni  atəşə yaxma,  Yasəmən  mənim

qulluqçum olmayıbdır, sevgili bacım olubdur.

Q ə m ə r.  Çingiz,  gəl  su  töküm əl-üzünü  yu,  yoldan  gəlmisən,  yorulmusan.

Gəl, qardaşım, sonra danışarsan.

Ç  i  n  g  i  z.  Toxda,  Həcər  xanım, Əlimərdanı  ölmüş  görüb,  mən  oğlu  Çingizi

Rusiyada bilib buraya gəlməyə cürət etmisiniz?

P i r i  b a b a. Çingiz, Həcər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə

dəxli yoxdur.

Ç i n g i z.  Bəs  sən Əlimərdanın əmisi  deyilsən?  Necə qeyrətin  qəbul  edir  ki,

onun  düşmənlərini  qonaq  edirsən?  Məgər  bilmirsən  ki,  mənim  atam Əlimərdanın

Sibirdə əlləri,  ayaqları  qandalda,  sızlayıb  fəryad  etməyinə səbəb  binamus  Şahbaz

bəy olmuşdur.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə