Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə60/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   56   57   58   59   60   61   62   63   ...   135

Milli Kitabxana

195


Mənə dedi  ki,  atı  minib  çaparsan,  harada  çatdın  qaytararsan.  Bu  halda  ürəyi

bitab olub yıxıldı. Qurban həkim dalınca getdi, mən də sizin.

Ş ə m s i b ə y. Ana, durma gedək. Ax, atamın köhnə azarı qalxmış.

H ə c ə r  x a n ı m. Gedək. (Qalxırlar.) Səfa, get faytonun yanında gözlə.

Səfa gedir.

P i r i b  a b  a.  Allah  şəfa versin,  daha  sizi  saxlaya  bilmərəm. İnşallah  yaxşı

olar, yenə mənə qonaq gələrsiniz.

Həcər xanım ilə Yasəmən, Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım kənara

çəkilib məxfi danışırlar.

Ç i n g i z.  Zöhrə xanım,  siz ilə əlvida  edərək  yenə də rica  edirəm  ki,  sizə

etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız.

Z ö h r ə x a n ı m. Çingiz,  mənim  qəlbimdə,  bilirsən,  sənə ədavət  yoxdur,

başqa bir hiss...

Ç i n g i z. Müşgül.

Z ö h r ə x a n ı m. Nə üçün?

Ç i n g i z. Çünki çox sədd var...

Z ö h r ə x a n ı m. Ürəyin incə oxları müqabilində elə sədlər durmaz...

Ç i n g i z. Ürəyin özünə sədd çəkməli.

Z ö h r ə x a n ı m. O nə üçün?

Ç i n g i z. Fələyin istədiyi bu.

H ə c ə r  x a n ı m. Uşaqlar, gedək.

Z ö h r ə x a n ı m. Əlvida, Çingizim.

Ç i n g i z. Əlvida, xoyali-naümidim.

H ə c ə r  x a n ı m. Xudahafiz.

P i r i  b a b a. Xudahafiz, yaxşıyol.

Gedirlər.



Pərdə


Milli Kitabxana

196


ÜÇÜNCÜ PƏRDƏ

Səhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş.

Ş a h b a z b ə y səfərə hazırlaşır.

Ş a h b a z b ə y. Xavər, Xavər.

Xavər daxil olur.

X a v ə r. Nə buyurursan, ağa?

Ş a h b a z b ə y. Şəmsi evdədirmi?

X a v ə r. Bəli, evdədir.

Ş a h b a z  b ə y. Get de, atan çağırır.

X a v ə r. Baş üstə. (Gedir.)

Ş  a  h  b  a  z    b ə y (dərman  içərək.)  Bunun əvəzinə bir  dəfə zəhər  içib  bu

dünyadan xilas olmağa cürət edə bilmirəm.

Şəmsi bəy daxil olur.

Ş  a  h  b  a  z    b ə y. Oğlum, əyləş,  sənə deyəcək  sözüm  çoxdur.  Şəmsi,  mənim

bədənimdə bir  sağ  ezam  yoxdur.  Ürəyim,  ciyərim  xarab,  mədəm  xarab,  dilim  də

gah  tutulur,  gah  açılır.  İndi  müalicəyə gedirəm.  Fəqət sağalmağa  ümidim  yoxdur.

Demək,  bir  az  gec,  bir  az  tez,  məni  qəbrə qoyacaqsan.  Sən  mənim  tək  oğlumsan,

babalarımızın  yurdunun  sahibisən.  Doğrudur,  sənin  dövlətinin  çoxunu  mən  tələf

etmişəm, qumara vermişəm, kef etmişəm, fəqət o tələf etdiyimdən ziyada mərhum

qardaşım İlyas bəydən sənə dövlət düşəcəkdir. İndi de görüm, dərdin nədir ki, əmin

qızı Nəcibəni evdə dustaq etmisən.

Ş ə m s i b ə y. Mən əmim qızını dustaq etməmişəm.

Ş  a  h  b  a  z    b ə y. Bəs  nə üçün  evlənmirsən?  Özün  bilirsən  ki,  o  sənə ad

olubdur.  Ağıllı,  kamallı,  qoyulduğu  ada  layiq  nəcibə bir  gözəldir.  Belə qızdan  nə

üçün qaçırsan?

Ş ə m s i b ə y. Ata, o tərif etdiyin sifətlərin cümləsi əmizadəmdə mövcuddur.

Fəqət yenə də mən özümü və o zavallını bədbəxt etmək istəmirəm.

Ş a h b a z  b ə y. Səbəb?

Ş ə m s i  b ə y. Səbəb odur ki,  mənim onda könlüm  yoxdur. Qəlb istəmədiyi

halda nə zövc və nə də zövcə.

Ş a h b a z  b ə y. İstəmədiyinə səbəb nədir?



Milli Kitabxana

197


Ş ə m s i  b ə y. Onu ürəkdən sormalı və bir də mən uşaqlıqdan əmim qızı ilə bir

yerdə böyümüşəm, mən ona bacı kimi baxıram.

Ş a h b a z  b ə y. Oğlum, məhəbbət bir yalan şeydir. Onu şairlər icad etmişlər.

İsmi  var,  özü  yox  o,  bir  xəyaldır.  Uzaqdan  dadlı,  nəşəli,  yaxından  zəhərli,  cəfalı,

bəlalı, ömrü puç edən bir şeydir. Beş gün səfa versə, beş il cəfa verər. Atan onların

hamısından keçmişdir.

Ş ə m  s  i  b ə y.  Demək,  qəlb  sevmədiyi  bir  zövcə ilə ömür  sürmək,  cəfa-bəla

deyilmiş, eləmi?

Ş  a  h  b  a  z    b ə y. Bilmirəm  sən  bu  arvad  tayfasına  nə böyük  məna verirsən.

Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol...

Ş ə m  s  i  b ə y. Ata,  mən  onu  edə bilməyəcəyəm.  Sizin  nəzəriniz  qadınlara

başqa, mənimki başqa. Mən könlüm sevməyəni almayacağam.

Ş  a  h  b  a  z    b ə y. Bəlkə sənin  könlün  bir  kəndlinin,  bir  hammalın  qızını

istəyəcəkdir.

Ş ə m s i b ə y. Eybi nədir, istər alaram.

Ş  a  h  b  a  z    b ə y. Eybi  coxdur,  Şahbaz  bəyin  gəlini  kimin  qızıdır.  Kəndli

Cənnətəlinin?..  Bir  özün  insaf  et,  bu  mənə yaraşarmı?  Onda  mən  xəcalətimdən

məclislərə çıxa bilərəmmi? Taytuşlarımın üzünə baxa bilərəmmi?

Ş ə m s i  b ə y. Ata, siz məni öz getdiyiniz yola dəvət edirsiniz, fəqət mən o yol

ilə getməyəcəyəm, çünki nəticəsi gözlərimin önündədir.

Ş  a  h  b  a  z    b ə y. Necə?  Mən  nə fəna  iş  görmüşəm  ki,  sən  ondan  xəcalət

cəkirsən?

Ş ə m  s  i    b ə y. Ata,  mən  istəmirəm  ki,  ata  ilə oğulun  arasından  pərdə

götürülsün. Sizin sualınıza cavab versəm, o pərdə götürüləcəkdir.

Ş  a  h  b  a  z    b ə y. Ananız  Həcərxanımın  səyi  ilə o  pərdə,  siz  övladlarım  ilə

mənim  aramdan  çoxdan  götürülübdür.  Siz  məni  qapımdakı  nökərimcən

saymırsınız.

Ş ə m s i b ə y. Təqsir özünüzdədir. O, məzlumə, bədbəxt anamızı nahaq yerə

müqəssir edirsiniz.

Ş  a  h  b  a  z    b ə y. Ananız  nə üçün  bədbəxt  olsun?  Mən  onu  hansı  xanımdan

əskik saxlayıram? Libas almamışam, cavahirat almamışam? Yoxsa, qulluq etməyə

xidmətçilər tutmamışam? Hansı şeyi kəsir qoymuşam?




Milli Kitabxana

198


Ş ə m s i b ə y. Nəzərinizcə bundan başqa şey qadına lazım deyil?

Ş a h b a z  b ə y. Mən bilmirəm, sən bilirsənsə de.

Ş ə m s i  b ə y. Ümdəsi məhəbbət, sonra ərin gözəl, mehriban rəftarı. Bunların

hansı  sizdə olubdur?  Anamı  qız  ikən  pul  gücünə,  gözü  yaşlı özünüzə zövcə

etmişsiniz. Sonra gözəl rəftar ilə könlünü alıb özünüzə rağib etmək əvəzinə, həmin

bu evi şərabxanə, çəngixanə edib, onun incə qadınlıq hissini ayaqlarınız altına salıb

tapdalamışsınız.

Ş  a  h  b  a  z    b ə y. Yalan!  Bunun  hamısı  Həcərin  düzəltməsidir.  Məni  sizin

nəzərinizdən salıb düşmən etmək fikridir. Sizi məndən uzaqlaşdırmaqdır.

Ş ə m s i  b ə y. Bizi sizdən uzaqlaşdıran anamız deyil, sizin fəna əməlinizdir.

Uşaq  ikən  biz  bacı-qardaş  sizdən  bir  mehriban  söz  eşitmədik. Həmişə evə sərxoş

gəlmisən, biz də qorxumuzdan qaçıb otağımızda gizlənmişik. Bədbəxt anamız bizi

bağrına  basıb  biz  ilə bahəm  göz  yaşı  tökübdür.  Mən  deyərdim,  ana,  dur  buradan

qaçaq, deyərdi: Bala, haraya qaçaq, adam da öz evindən qaçarmı, bizə nə deyərlər.

Yenə səbir  etməli.  Anamız  bizi  bu  evdə belə saxlayıbdır.  Biz  böyüdükdə də

tutduğunuz binamus əməllərdən xəcalət çəkib, Şahbaz bəyin övladları olduğumuzu

gizlətmişik.

Ş a h b a z  b ə y. Sus, nadürüst, daha sən mənim övladım deyilsən, çıx haraya

istəyirsən  get! Gözümün önündən sürün. (Şəmsi bəy çıxır.) Az qalmışam bunların

əlindən baş götürüb yenə Firəngistana qacam.

Səfi bəy daxil olur.

S ə f  i    b ə y. Dayı,  deyəsən  yenə Şəmsi  ilə sözləşmisən,  çox  hirsli  gedirdi,

mənə də məhəl qoymadı.

Ş a h b a z  b ə y. Gör mənə nə deyir, Şahbaz bəyin övladı olmaqdan  xəcalət

çəkirəm.

S ə f i b ə y. Odur ki, düşmənimizin oğlu ilə də dostluq edir.

Ş a h b a z  b ə y. Kim ilə?

S ə f i b ə y. Əlimərdanın oğlu Çingiz ilə.

Ş a h b a z  b ə y. Nə deyirsən. Cingiz odur Rusiyada.

S ə f  i b ə y.  Xeyr,  Çingiz  bir  aydır  ki,  anası,  bacısı ilə Piri  babanın  yanında

olur.

Ş a h b a z  b ə y. Səfi, Şəmsi Çingiz ilə dostluq etməz.



S ə f i b ə y. Çağırın, mənim yanımda özündən soruşun.

Ş a h b a z  b ə y. Xavər, Xavər!




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə