Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə67/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   63   64   65   66   67   68   69   70   ...   135

Milli Kitabxana

220


Z ö h r ə. Mənim xatirim kabab istəmir, qoy yatım.

Q ə m ə r (onun əlindən  tutub  qaldırır.)  Belə sənə kababdan  şirin  şey

verecəyəm. O da sevgilin Çingizin ağuşu. (Onu çəkə-çəkə gətirir.) İndi gördünmü,

doğru deyirəm.

Z ö h r ə. Çingiz?

Q ə m ə r.  Zöhrə,  Zöhrə,  oyan,  belə yuxu  deyil  ey,  doğrudan  da  Çingizdir,

görürsən?

Z ö h r ə. Çingiz, xoş gəlmisən. Salamatmısan?

Ç i n g i z. Teşəkkür edirəm, xanım, salamatam.

Ş ə m s i. Bacım, Zöhrə, nə edirsən? Üç ildən bəri ayrılmış sevgilin ilə beləmi

görüşürsən?

Q ə m ə r. Çox  gözəl  dedin.  Ey  bunun  eşqindən  məcnun  olan  qardaşım,  bu

hissiz, qurumuş cəsədə bənd olmusan?

Ç i n g i z. Bəli, bacım, əfsus ki, bu bivəfa Leylaya bənd olmuşam.

Zöhrə və Çingiz gülürlər...

Q ə m ə r. Aha, bunlar bizi ələ salıblar, çoxdan görüşüb, öpüşüblər.

Bu halda Cəbi lələ daxil olur.

Cə b i.  Vay,  Çingiz!  Çingiz!  (Gah  gülür,  gah  gözlərini  silir.)  Mən  gedim,

xanımları muştuluqlayım.

Ç i n g i z. Yox, lələ, hələ kababı bişirək yeyək, sonra bir yerdə gedərik. Sənin

haqqın bizim boynumuzda çoxdur. Səni lazımınca razı edəcəyik.

C ə b i. Allah sizi salamat etsin. Mənə də o qədər ömr versin ki, Qəmər xanımın

uşaqlarına lələlik edim.

Ç i n g i z. Cəbi lələ, burada üzgörəlik etdin ha. Bəs mənim uşaqlarıma?

C ə b i. Sənin uşaqlarına da edərdim, ancaq qorxuram verməyəsən.

Ç i n g i z. Nə üçün?

C ə b i.  Sən  abrazonnısan.  Uşaqlarına  da  rus  dayəsi  tutacaqsan.  O  da  məni

yaxına qoymayıb deyəcək: ey birit basqa, barançuq netorqay.

Gülüşürlər.

Q ə m ə r. Cəbi lələ, netorqay nədir?

C ə b i. Yəni uşağa dəymə.



Milli Kitabxana

221


Ç  i  n  g  i  z. Yox,  Cəbi  lələ,  elə iş  olmaz.  Necə məni  saxlamısan,  elə də

uşaqlarımı saxlayacaqsan. Görürəm rusca yaxşı bilirsən. Ona görə səni öz yanımda

feldşer edecəyəm.

C ə b i. Oturunuz, bu saat kababınızı bişirim, gətirim.

Əyləşirlər. Cəbi lələ kabab gətirir, onlar da şişdən çəkib yeyirlər.

Ş ə m s i.  Çingiz,  nağıl  et  görək  harada  qalmışdın  və nə səbəbə bizə məktub

yazmayırdın?

Ç i n g i z. Şəmsi, başım çox bəlalar çəkmişdir. Buradan gedən zaman əhvalım

çox pərişan idi, ona görə də üç ay əcnəbi vilayətləri səyahət etdim ki, bəlkə qəm və

qüssədən  bir  qədər  azad  olam.  Sonra  Almaniyada  tibb  fakültəsinə girib  təhsilimi

bitirdim.

Q ə m ə r. Ah, sən nə daş ürəkli qardaşsanmış. Məni heç yad edirdinmi?

Ç  i  n  g  i  z. Necə etmirdim.  Şəklinə baxdıqca  hər  zaman  səni  qarşımda

görürdüm.

Q ə m ə r (Zöhrəni göstərərək). Bəs bu xanımın rəsmini?

Ç i n g i z. O xanımın rəsmi ürəyimin ən dərin bir guşəsində məskən etmiş, onu

buradan çıxarmaq qeyri-mümkündür

Q ə m ə r. Demək, indi sən həkimsən?

Ç i n g i z. Bəli.

Q ə m ə r. Onda qulağını ürəyimə qoy, gör nə səbəbə belə çırpınır.

Çingiz baxır. Qəmər onun başını qucub öpür.

Q ə m ə r. Ha-ha-ha... tapa bildinmi?

Ç i n g i z. Tapdım, bacım, xəstəliyin çox yamandır. (Cəbi lələ kabab gətirir.)

Gərək pəhriz saxlayasan. Ələlxüsus, Cəbi lələnin gətirdiyi bu kababdan.

Gülüşürlər.

Q ə m ə r. O həkimliyi bu xanıma elə.

Ç  i  n  g  i  z. Biləks  bu  xanım  gərək  hər  səhər  çay əvəzinə bir  şiş  kabab  yeyib,

üstdən bir stəkan qırmızı şərab içsin ki, hala gəlsin.

C ə b i. Yenə kabab gətirimmi?

Q ə m ə r. Yox, lələ, bəsdir, al bu çörəyi də, kabab bişir ye.

Cəbi alıb səhnənin dalına gedir.



Milli Kitabxana

222


Z  ö  h  r ə. Bilmirəm  Çingizin  gəlmək  xəbərini  anama  nə tövr verəcəyik.  Axır

zamanlarda  ürəkgetmə azarına  düşübdür, gecələr  oyanıb  bizdən  gizlin  "Çingiz,

Çingiz" - deyə ağlayır.

Q ə m ə r. Mənim  anam  ondan  geriyə qalmaz.  İndiyə kimi  mən onu

aldatmışdım  ki,  Çingizi  İstambulda  görən  olubdur,  orada  oxuyur;  qurtaran  kimi

gələcəkdir. Yaxşı oldu ki, sözüm yalan olmadı.

Q ə m ə r. Gedək, zavallı analarımızı şad edək. Cəbi lələ, Cəbi lələ.

Ş ə m s i b ə y. Cəbi lələ, au-u-u-u-u-u...

Q ə m ə r. Cəbi lələ, au-u-u-u-u...

Z  ö  h  r ə. Nahaq  yerə boğazınızı  yırtmayın.  Cəbi  lələ yəqin  evə qaçmışdır  ki,

Çingizin müjdəsini versin.

Ç i n g i z. Haydı, gedək.

Q ə m ə r. Gedək.

Z ö h r ə. Bəs bu boşqabları kim aparacaq?

Q ə m ə r. Sən indi də mənə naz edəcəksən? İstədiyin bu idi, o da gəlib çıxdı.

Ç i n g i z. Bəhs etmək lazım deyil, hamısını mən apararam.

Q ə m ə r. Sən allah, sən bunu xarab eləmə, qoy işləməyi öyrənsin. Yoxsa, bu

tənbəldən sənə nə arvad olacaqdır.

Ş ə m s i  b ə y. Canım, hamısını aparıram, bəhsiniz bitsin.

Q ə m ə r.  Can!  Bax, ər  belə olar...  (Gülüşürlər.)  Şəmsi,  tüfəngi  mən

aparacağam, boşqabları sən.

Ş ə m s i  b ə y. Eybi yoxdur, apararam. Mənim kimi ovçunun gərək sənin kimi

arvadı olsun.

Gülüşürlər. Qəmər boşqabları bağlayıb Şəmsiyə verir, özü də tüfəngi çiyninə salır,

Zöhrə xanım da Çingizin çamadanını götürür.

Q ə m ə r (əl çalaraq Zöhrəyə). Ha beləcə, görünür, sözüm, sənə təsir etdi.

Ş ə m s i b ə y. Qəmər elə ki, qarşına siçan çıxdı, güllənin ikisini də təpəsindən

çax...


Gülüşürlər.

Q ə m ə r. Hazır ol! İrəli arş!..

Gedirlər.

Pərdə



Milli Kitabxana

223


İKİNCİ ŞƏKİL

Səhnə dördüncü  pərdənin  mənzərəsini  göstərir.  Həcər xanımla Yasəmən  skamyada

əyləşib dərdləşirlər.

H ə c ə r  x a n ı m. Yasəmən, Qəmər ilə Şəmsi necə bəxtiyar oldular. Onlara

baxdıqda ürəyim şad olur. Fəqət Zöhrəni elə pərişan, qəmgin, şikəstədil gördükdə

ürəyim paralanır. Zavallı qızcığaz, Çingizin eşqindən şam kimi yanıb əriyir.

Y a s ə m ə n. Yazıq Çingiz, Zöhrənin ölüm xəbərini eşidib cəlayi-vətən oldu.

Kim bilir, başına nə fəlakət gəldi. Sağ olsaydı indiyə kimi sədası bir yerdən çıxardı.

H ə c ə r    x  a  n  ı  m. Atası Nadir bəyin macərası  oğlu Çingizdə təkrar  etdi.

Bilmirəm  bu  çərxi  dönmüş  fələk  bizdən  nə istəyir,  məgər  bu  iki  bədbəxt  ailədən

aldığı  intiqam  kifayət  etməyir  ki,  yenidən  bizə bəla  hazırlayır.  Zöhrə Çingizin

fəraqına dözə bilməyib vərəmləyib.

Y  a  s ə m ə n. Həcər  xanım;  Çingizin  təvəllüd  sirrini  açıb  Zöhrəyə

söyləməlisiniz. Taki sakit olub, axırda başqasına ərə getməyə razı olsun.

H ə c ə r   x  a  n  ı  m. Yox,  yox,  onda  övladlarımın  ikisıni  də qayib  edəcəyəm.

Onlar mənə lənət, nifrət edib küçələrə atacaqlar.

Y a s ə m ə n. Onda bəs nə etməli?

H ə c ə r  x a n ı m.Özüm də bilmirəm.

Y a s ə m ə n. Səhərdən ürəyim iztirab içində çırpınır, gələcək bəlanı hiss edir.

Cəbi lələ təngnəfəs daxil olur.

H ə c ə r və Y a s ə m ə n. Nə var, nə olmuş?

C ə b i. Qorxmayın, yaxşı xəbər gətirmişəm, Çingiz gəldi.

Y a s ə m ə n. Ah, xudaya sənə şükür, oğlum gəldi.

H ə c ə r. Bəs hanı?

C ə b i. Bulaq üstə kabab yeyirlər, çoxdan gəlmişdi, mən istəyirdim qaçıb sizə

xəbər verim, Çingiz qoymadı. Dedi, Cəbi lələ, kababı bişir yeyək, sonra bir yerdə

gedərik. Mən dözə bilmədim, onları qoyub gizlincə qaçdım.

Y a  s ə m ə n  .  Çox  sağ  ol,  Cəbi  lələ, həmişə belə xeyirxəbər  olasan. Hər  nə

istəsən verəcəyəm.

C ə b i. Çingizin sağlığı mənə hər şeydən artıqdır.

Çingiz, Zöhrə, Qəmər və Şəmsi daxil olurlar.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə