Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə72/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   68   69   70   71   72   73   74   75   ...   135

Milli Kitabxana

236


U s t a  İ m a n. Çəkil, itin belindən gəlmiş. Yoxsa durub əlindəki deyənək ilə o

açıq  baldırına  o  qədər  döyərəm  ki,  çolaq  olub  bir  də küçələrdə curavəy-curavəy

oxumazsan.

S ə k  i  n ə.  Ata,  pioneri  döymək,  söymək  olmaz.  Bir  azadə şanlı  proletariat

qoşunuyuq.

R ə h m ə t u l l a h.  Siz əcinnə qoşunusunuz.  Allah  kökünüzü  yer  üzündən

götürsün.

S ə k  i  n ə.  Molla,  sən  yerində farağat  otur,  çox  mənim  kimi  balaca  qızların

kəbinlərin qoca kişilərə kəsmisən.

U s t a  İ m a n. Sus, mürtəd qızı mürtəd.

S ə l i m ə (daxil olur.) A kişi, nə qışqırırsan, nə olmuş?

U  s  t  a    İ  m  a  n. Daha  nə olacaqdır.  Kim  bu ərə getməli  qızı  belə döşü  açıq,

baldırları açıq, əli dəyənəkli etmiş? Kim? Kim?

S ə 1 i m ə. Belə mən, mən.

U s t a  İ m a n. Sən qələt etmisən. Atan Cəfərqulu ilə, baban Kosa Mehdi ilə. İt

qızı it. Bu saat səni boğub öldürəcəyəm. Bu evə də od vurub yandıracağam. Daha

mən təngə gəldim. (Onun üstə hücum edir.)

S ə k i n ə (ağac ilə qarşısını alaraq uca səslə). Yasaq.

U s t a  İ m a n. Çəkil, itin qızı it.

M ə h ə m m ə d R i h i m. Usta əmi sakit olunuz uşaqdır. Qəbahətini anlamır.

R ə h m ə t u l l a h ilə Hacı İsmayıl (qalxıb gedərkən).Usta İman, xudahafiz.

İltimasi-dua.

U s t a  İ m a n. Bağışlayınız, halımı görürsünüz...

Çıxırlar.

S ə l i m ə. A kişi məni boğub öldürəcəksən? Məhəmməd Rəhim. Səlimə bacı,

rahat olunuz.

Paroxod iki defə fit verir. Nazlı bir böyük bağlama ilə daxil olur.

N a z l ı. Dayı, sənə lazım olanların hamısını buraya qoymuşam.

U s t a  İ m a n. Ədə, Məhəmməd Rəhim, paraxod iki dəfə fit verdi. Tez fayton

dalınca get.

M ə h ə m m ə d R ə h i m çıxır.



Milli Kitabxana

237


S ə l i  m ə. İndi  bu  dava-şavadan  sonra  çıxart  görüm  evə nə qədər  pul

verəcəksən?

U  s  t  a    İ  m  a  n. Bir  də görüm  sənə pul  nə lazımdır?  Hər  nə lazım  olsa

Məhəmməd Rəhim alıb verəcəkdir.

S ə l i m ə. Mən Məhəmməd Rəhimin əlinə baxan deyiləm, çıxart öz əlimə ver.

S ə k i n ə. Ata, mənə çəkmə pulu ver.

U s t a  İ m a n. Sənə çəkimə lazım deyil. Baldırını açan qız ayaqyalın da gəzər

bilər.


Allahqulu daxil olur.

S ə l i m ə. Oğlum, yaxşı vaxtda gəlmisən, atan gedir, evinə pul vermək istəmir.

A l l a h q u l u. Elə iş ola bilməz. Kişi kimi söz vermisən. Kişi kimi də əmələ

gətir. Yoxsa, səni buraxmaq yoxdur.

U s t a İ m a n (qoltuğundan  kisəsini  çıxardıb  açıtr,  bir  qədər  pul  götürüb

Səliməyə verir.) Ala bu da sənin ev xarcın. Daha ürəyin sakit olsun.

S ə l i m ə (sanıyıb). Elə bu? Bir elə puldan evə bunu verirsən. Bu pul heç beş

günə də çatmaz.

U  s  t  a    İ  m  a  n. Bu  pulları  tərpətmək  olmaz.  Bunlara  İrandan  mal  alıb

gətirəcəyəm. Mənim də çalışıb vuruşduğum sizinçindir.

S ə l  i  m ə. A  kişi,  bizi ələ salmısan?  Özünü  lotuluğa  qoymusan?  (Pulu  onun



döşünə çırpır.) Al, Xorasanda sənə siğə üçün lazım olar.

Yenə fit səsi gəlir.

U s t a  İ m a n. A dinsiz balaları dinsiz, siz mənim başıma nə gətirirsiniz? İndi

ki, belə oldu heç qara köpük də vermirəm. A qız, Nazlı, şeyləri götür gedək.

Getmək istəyir. Səkinə qapının ağzını kəsib.

S ə k i n ə. Yasaq.

U s t a  İ m a n. Çəkil, kafir balası kafir.

S ə k i n ə. Yasaq!




Milli Kitabxana

238


M ə h ə m m ə d R ə h i m  (daxil  olur.)  Usta əmi,  paraxod  sən  fit verdiyinə

görə fayton tutmadım.

U  s  t  a  İ  m  a n.  Vay  sizin  zatınıza  lənət,  məni  ziyarətdən  qoydunuz.  A  kafir

uşaqları kafir, cəmi vəbalım sizin boynunuza gəlsin.

Al l a h q u l u, S ə l i m ə, S ə k i n ə (üçü də). Gəlsin.

U s t a  İ m a n. Axirətdə nameyi- əmalınız sol əlinizə verilsin.

Ü ç ü d ə. Qoy verilsin.

U s t a  İ m a n.Ay müsəlmanlar, axı mən başı daşlı, mən gözü yaşlı nə edim?

Arvad - cinatdel, oğul - komsomol, qız - pənirkə.

Pərdə



Milli Kitabxana

239


HEKAYƏLƏR

Hekayələr


Milli Kitabxana

240



Milli Kitabxana

241


KÖVKƏBİ-HÜRRİYYƏT

1

Şahzadə nağıla başlayaraq deyir:

- Şahim,  zamani-sabiqdə,  Süleyman  peyğəmbərin əsrində,  tərəfi-şimalda  bir

tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət  misal məkan idi ki, təbiət öz

gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla

olub, o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18

yaşında  cavanın  saçı-saqqalı ağarıb,  bəli  ikiqat  olurdu. Əlləri,  ayaqları əsib

gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş

yaşına  çatan  olmamışdız.  Bir  gün  bu  tayfa  məclisi-kübra  qurub  mərəzlərinə çarə

tapmağa  şüuru  etdilər.  Lakin  aciz  qalıb  məyus  oldular.  O  vaxt  onlardan  biri

kürsüyə qalxıb dedi:

- Qardaşlar,  biz  özümüz  bu  azara  çarə tapa  bilmədik.  Mənim  başıma  bir  fikir

düşmüş;  söylərəm,  bəyənsəniz,  onu əmələ gətirərik.  Tərəfi-cənubda,  Asiya

torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə

əlac və hər bir dərdə dərman  bilir. Ağıllı adamlar  seçib, onun hüzuruna  göndərək

və dərdimizə çarə istəyək.

Hamı  bu  təklifə razı  oldu.  Elçilər  seçib,  hədiyyələrlə bərabər,  o  alimin  yanına

göndərdilər.  Elçilər  o  zaman  gəlib  çatdılar  ki,  alim  həzrətləri əyləşib,  işə məşğul

idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:

Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan.

Biz, əhli-şimalıq.  Yerimiz  cənnətmisal  bir  yerdir.  Xuda  hər  nemətini  bizə əta

etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piri-

faniyə dönürük.  Ey  sultani-hökmran,  bizə bir  nəzər  et.  Bax,  qamətimiz  bükülüb,

saç-saqqalımız  ağarmış,  lakin  heç  birimizin  yaşı  iyirmidən  ziyadə deyildir.  Bu  nə

mərəzdir? Lütf elə, çarəsini söylə.

Alim dedi:

- Ey əhli-şimal,  bu  azarın  dərmanı  kövkəbi-hürriyyətin  şəfaətidir. O,  ulduz

torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ

Azadlıq ulduzu



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə