Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

Milli Kitabxana

153


Ş a h z a m a n. Ağa dərvişin xahişinə əməl gətiriniz.

Şəmsəddindən başqa cümləsi cıxır.

Ş ə m s ə d d i n. Qibleyi-aləm, əmrinizdən çıxmağa  üzr istəyirəm. Məhz  sizi

naməlum dərviş ilə tək qoymağa cürət etmirəm.

A b d u l l a. Şahım, əgər vəzirinizi özünüzə ən müqərrib bir şəxs sanırsınızsa

və mənim sizi bu mərəzdən xilas etmək tədbirimə mane olmazsa, burada qalmasına

razıyam.

Ş a h z a m a n. Ağa dərviş, Şəmsəddin mənim ən müqərrib vəzirlərimdəndir və

sənin tədbirindən çıxmaz, söylə.

A  b  d  u l  l a.  Şahim,  bu  mərəzdən  xilsa  olmaq  üçün  gərək  tam  bir  il  mənim

əmrimə tabe olub müalicəmi əmələ gətirəsiniz. Nə cür ağır təklif etsəm, bitirəsiniz.

Müalicə qəsdilə sizi  bir  ilin  müddətində vilayətimizi  seyr  etdirəcəyəm.  Təyin

etdiyim bir il tamam olduqda sizi sağ və salamat yenə buraya gətirəcəyəm. Əgər bu

şərtimə razısınızsa, dalını söyləyim.

Ş a h z a m a n. Razıyam, söylə.

A  b  d  u l  l a. Əcnəbi  vilayətə müalicəyə gedirəm – deyə elan  edirsiniz və

hökumət işlərini ərkani-dövlətə tapşırmağı əhaliyə məlum  edirsiniz. Onu da əlavə

edirəm ki, nərəyə getdiyiniz məxvi qalmalıdır. Bu gecə mənim ilə bərabər təqyiri-

libas olub saraydan çıxacağıq. Zəif olmağınıza görə bir kəniz də götürünüz ki, sizə

qulluq etsin.

Ş a h z a m a n. Şəmsəddin, ağa dərvişin tədbirinə nə deyirsiniz?

Ş ə m s ə d d i n. Şahım bir tədbir ki, zati-alilərinizin şəfa tapmağına səbəb ola -

mən nə deyə bilərəm.

Ş a h z a m a n. Onda ərkani-dövləti hüzuruma çağırınız.

Şəmsəddin çıxır.

Ş a h z a m a n. Ağa dərviş, mənim mərəzim nədən əmələ gəlmiş?

A  b  d  u l  l a.  Şahım,  təbiətdən  uzaqlaşıb,  onun  qanunun  pozmaqdan.  Mənim

müalicəm də sizi ona yavuqlaşdırmaq olacaqdır.

Ş ə m s ə d d i n. Cəmaləddin, Şeyx İbrahim daxil olurlar.

Ş a h z a m a n.  Ey ərkani-dövlət!  Bu  xəstəlikdən  xilas  olmaq  üçün əcnəbi

vilayətə müalicəyə gedirəm.  Hökumət  işlərini  sizlərə tapşırıram.  Mən  qayıdana

kimi Şəmsəddinin hökmünə tabe olmalısınız və




Milli Kitabxana

154


onun  itaətində bulunmalısınız.  Müalicə bir  sənə çəkəcəkdir.  Padşahlıq  işlərinə

diqqətlə baxmağınızı əmr edirəm. İndi mürəxxəssiniz.

Çıxırlar.

Pərdə

ÜÇÜNCÜ ŞƏKİL

Səhnə bağ içində bir kəndli koması göstərir. Pərdə qalxdıqda

Şahzaman kəndli libasında odun gətirir.

B u l q e y s.  Ah, əzizim,  nə bərk  tərləmisən? (Dəsmalı ilə onun  tərini  silir.)

Odun səni yordumu?

Ş a h z a m a n. Yox, əzizim, artıq yorulmamışam, amma çox acmışam. Bir az

su ver içim. Ürəyim yanır.

Bulqeys cürdəyi verir, o da içir.

B u l q e y s. Xörəyi hazır etmişəm, Cəfər babanı gözləməyə dözməyəcəksənsə

ye.

Ş a h z a m a n. Yox,  Bulqeys,  qoy  baba  da  gəlsin,  birlikdə yeyek.  Qaydanı



pozma,  Sən süfrəni hazır et,  ona kimi  Cəfər baba da  gəlib çıxar. (Bulqeys  süfrəni

hazır edir.) Bulqeys, bu gün ağa dərviş təyin etmiş vaxt bitir.

B u l q e y s. Ah! (Əlindən qabı salır.)

Ş a h z a m a n. Niyə təlaş etdin? Məgər bu xəbər səni şad etməyir?

B u l q e y s. Yox, şahim.

Ş a h z a m a n. Nə səbəbə saraya qayıtmağa şad deyilsən?

B u l q e y s. Şahim, qızıl qəfəsə salınmış bir quş halına şadmı olur? Əgər quş

özündən  də oxuyursa,  öz  halından  nalə edir.  Böylə təbiət  içində azadə yaşadığını

yad edib fəğan eləyir.

Ş a h z a m a n. Gözəl  bir  cavab!  Bulqeys  bu  sualı  sənə verməkdə fikrini

bilmək istəyirəm.

B u l q e y s. Bəs sizin fikriniz nədir, şahim?

Ş a h z a m a n. Sən ilə bu gözəl təbiət içində yasamaq!

B u l q e y s. Ah, sevgili Zamanım! Sən mənə yeni bir həyat verdin! (Boynunu

qucaqlayır.) Sən də mənim kimi o qızıl qəfəsə qayıtmaq istəmirsən?!



Milli Kitabxana

155


Ş a h z a m a n. Əvət istəmirəm.

Cəfər kişi dalında bir kisə un daxil olur. Şahzaman kisəni onun dalından alıb yerə qoyur.

Ş a h z a m a n. Baba, niyə mənə demədin gedib gətirəydim. Sən qoca kişi bu

ağır kisəni necə götürdün?

C ə f ə r k i ş i. Oğul, onsuz da sənin yanında xəciləm. Bu sənə mənim işimin

hepsini sən görmüsən. Gör buğdamdan nə ağ un çıxıbdır?

Göstərir.

B  u l q  e  y  s. Baba,  mən  də bu  ağ  undan  yaxşı  çörək  bişirəcəyəm. Əyləşin,

xörəyi verim, acsınız.

Əyləşirlər nahar yeməyə məşğul olurlar.

C ə f ə r k i ş i. Oğlum Zaman, ağa dərviş çoxdan bəridir bizə qonaq gəlməgyir.

Görəsən bir qəziyyə üz verməyib ki?

Ş a h z a m a n. Baba, ağa derviş bu gün gələcəkdir və özü ilə bir neçə qonaq

gətirəcəkdir. Odur gəlirlər.

Şəmsəddin, Cəmaləddin, Şeyx İbrahim və Abdulla daxil olurlar.

Şahzamana təzim edirlər.

C ə f ə r k i ş i. Buyurunuz, əyleşin, bizim ilə allah verenden yeyiniz.

A b d  u l l a.  Cəfər baba, bu əşxas sizin  xörəyinizə adət etməmişlər. Bunların

yeməkləri başqadır.

C ə f ə r k i ş i. Doğru deyirsiniz. Bu şəxslər çox böyük adamlara oxşayırlar.

Mən fəqir kəndlinin çörəyini bəyənməzlər.

Ş ə m s ə d d i n. Kəndli baba, ən böyük şəxs yanında əyləşibdir.

C ə f ə r k i ş i. Kim? Zamanmı?

Ş ə m s ə d d i n. Bəli.

C ə f ə r k i ş i. Zaman nəçidir?

Ş ə m s ə d d i n. Məmləkətimizin şahı, cümləmizin qibleyi-aləmi.

C ə f ə r k i ş i. Oğlum, bunlar nə söyləyirlər? Sən doğrudanmı şahsan?

Ş a h z a m a n. Baba, bir il bundan irəli mən şah idim. Amma indi yox.

C ə m a l ə d d i n. Qibleyi-aləm, sizi təxtinizdən kim xələl edə bilər?

Ş a h z a m a n. Cəmaləddin, mən özüm etmişəm.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə