Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

Milli Kitabxana

142


M ə ş ə d i S ə f d ə r q u l u. O barədə arxayın ol.

Şövkət ilə Pəricahan daxil olurlar.

K ə r b ə l a y ı N ə b i. Qızım,  Şövkət,  bizim  şəriətimizdə arvad  tayfası

naməhrəm  kişilərə üzü  açıq  görükə bilməz.  Mən  sənə naməhrəməm,  belə açıq

mənim  yanıma  girib  çıxanda  həm  sən,  həm  də mən  günah  edirik.  İndi  gərək  bu

molla bizə siğə oxuya ki, biz bir-birimizə məhrəm olaq.

Ş ö v k ə t. Siğə nədir?

K ə r b ə l a y ı N ə b i. Siğə bir duadır ki, bu molla oxuyacaq, onda biz bir-

birimizə ər-arvad kimi olacağıq.

Ş ö v k ə t. Ər-arvad? Yox, mən onu istəmirəm.

M  o l  l a  R ə h  i  m.  Qız,  kərbəlayı  səhv  dedi,  yəni  sən ər-arvad  kimi

kərbəlayının yanına üzü açıq girib-çıxa bilərsən.

Ş ö v k ə t. Pəricahan, sənə də belə dua oxuyublar.

P ə r i c a h a n. Bəli.

Ş ö v k ə t. Onda mən də razıyam.

K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim gül balam, bülbül balam. A kişilər

bilirsinizmi, necə bu mənim məzəlim, gözəlimdir. İndi get, Pericahan sənə aldığım

paltarı və qeyri şeyləri göstərsin.

Gedirlər.

M o l l a R ə h i m. İndi vəkillər və şahidlər lazımdır.

M ə ş ə d i S ə f d ə r q u l u. Onların hamısını mən bu gecə hazır edərəm.

K ə r b ə l a y ı N ə b i. A kişi, sən nə yaxşı adamsan. Ala bu pulu cibinə qoy.

(Pul verir.) Ədə birdən,  evi  bərbad  oğlu,  gedib  içib  məst  olarsan,  işləri  xarab

edərsən.


M ə ş ə d i S ə f d ə r q u l u. Xeyr, arxayın ol, içməyin də vaxtı var.

M o l l a R ə h i m. İndi mürəxxəs olaq!

K ə r b ə l a y ı N ə b i. Buyurun, işinizdə olun. Bu axşam məxsusi burada bir

balaca kef çəkərik.

M e ş ə d i S ə f d ə r q u l u.  Kərbəlayı,  sənin  bu  gecəki  kefin  kaş  məndə

olaydı. Xudahafiz.

K ə r b ə l a y ı N ə b i. Adə, bu Ərdəbil lotusu nə deyir?

M ə ş ə d i S ə f d ə r q u l u. O söz.

Gedirlər.



Milli Kitabxana

143


K ə r b ə l a y ı N ə b i. Adə nə əcəb ih oldu. (Çırtıq vura-vura oynayır.)

Məzəlim, ay məzəlim,

Gözəlim, ay gözəlim.

Gözəlim, ay gözəlim.

Səni mən çox sevirəm.

Pərdə

İKİNCİ ŞƏKİL

Həmin otaqda gecə. Pəricahan süfrə salıb masaya bosqab düzür, yanında Şövkət.

P ə r i c a h a n. Mən stolu hazır edirəm, sən də o şamları yandırıb düz.

Ş ö v k ə t. Lap toya oxşayır.

P ə r i c a h a n. Toy deyil, bəs nədir?

Ş ö v k ə t. Bu kimin toyudur?

P ə r i c a h a n. Sənin.

Ş ö v k ə t. A qız nə danışırsan? Məni kimə verirlər?

P ə r i c a h a n. Ağaya, özün mollanın yanında razı olmadınmı?

Ş ö v k ə t. Mən dua oxumağa razı oldum, o duanın adı nə idi?

P ə r i c a h a n. Siğə.

Ş ö v k ə t. Hə, siğə.

P ə r i c a h a n. Nə təfavütü var? O da o birisinin tayıdır.

Ş ö v k ə t. Sən allah doğru deyirsən?

P ə r i c a h a n (gülür.) Yox, zarafat edirəm.

Ş ö v k ə t. Sənə də siğə oxunanda belə qonaqlıq oldu?

P ə r i c a h a n. Əlbəttə, hətta oxuyan, çalan da vardı. Mən də o qədər oynadım

ki, ayaq üstə durmağa taqətim qalmadı.

Ş ö v k ə t. Ah, oynamağı mən çox sevirəm.

P ə r i c a h a n. Sən də ağaya de, Məşədi Səfdərqulu qonşusu Şirəlini çağırsın,

o çalsın, sən də belə nə qədər kefin istəyir oyna.

Ş ö v k ə t. Pəricahan, sən allah doğru deyirsən? Yəni ağaya desəm, gətirdər?

P ə r i c a h a n. Əlbəttə, gətirdər.

Ş ö v k ə t. Yaxşı, sən de oynayacaqsanmı?



Milli Kitabxana

144


P ə r i c a h a n. Əlbəttə, oynayacağam. İndi gəl gedək səni geyindirim.

Gedirlər, sonra Kərbəlayı Nəbi, Məşədi Səfdərqulu daxil olurlar.

K ə r b ə l a y ı N ə b i. Sənə dedimki, bu zəhriman içmə, yoxsa işləri  xarab

edərsən. Genə qulaq asmadın. İndi bu gecə iç nə qədər qarnın tutur.

M ə ş ə d i S ə f d ə r q u l u  (yarımməst).  Kərbəlayı  biyol  bunu  bil  ki,

müsəlman arvadı döyülməyə yaranıbdır. Başı yarılmağa, qabırğaları sınmağa.

K ə r b ə l a y ı N ə b i. Elə gərək mənim xeyir işimdə bunu edəydin?

M ə ş ə d i S ə f d ə r q u l u. Axı, a kişi, mən nə edim? Sən verdiyin pula bir az

zəhrimar alıb evdə içirdim. Arvad da tutdu ki, bəs bu pulu haradan almısan? Bu söz

biləmə toxundu, dedim arvad necə? Mən kişi deyiləm? Mənim cibimdə pul olmaz?

Dedi yox, sən kişi deyilsən, kişi olsaydın mən arvadın pulu ilə dolanmazdın, yəqin

yenə mənim şeylərimdən satmısan.

K ə r b ə l a y ı N ə b i. Ədə deyəydin,  pulu  mənə Kərbəlayı  Nəbi veribdir,

dava qurtarardı.

M e ş ə d i S ə f d ə r q u l u. Bəs demədim, ondada tutduki, sən yalan deyirsən.

Sən kərbəlayıya pul verməkdən kərbəlayı sənə nə səbəbə pul versin. Mən əhvalatı

nağıl etdim. Yenə bidin qızı inanmayıb dedi: sən məni aldadırsan. O qocalıqda kişi

on bir yaşında qulluqçusunu almaz.

K ə r b ə l a y ı N ə b i. Yəni belə dedi? O qocalıqda kişi?

M ə ş ə d i S ə f d ə r q u l u. Bəli!

K ə r b ə l a y ı N ə b i. Onda əcəb  etmisən  ki,  onun  qol-qıcını  sındırmısan.

Mən qocayam?

M ə ş ə d i S ə f d ə r q u l u. Bu söz mənim lap biləmə toxundu. Ağacı götürüb

nə yemisən turşulu aş. Başını yardım, qolunu sındırdım, ağlaya-ağlaya birbaş çıxıb

getdi.

K ə r b ə l a y ı N ə b i. Ədə,birdən Qızxanım gedib şikayət-zad edər.



M ə ş ə d i S ə f d ə r q u l u. Allah vurub onu, küsüb yenə xalasıgilə gedər. A

kişi, onları boşla getsin, kefini pozma. Kərbəlayı, süfrədə şüşə görünmür.

K ə r b ə l a y ı N ə b i. Qorxma, almışam, ancaq molla Rəhim gələcəkdir, onun

yanında  mən  içə bilməyəcəyəm.  Qoy  gəlsin,  onu  yedirdək,  yola  salaq,  sonra  öz

kefimizdə.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə