Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

Milli Kitabxana

132


Q a f a r. Bas bayıra!

M o l l a Q a s ı m.  Allah  sizin bərəkətinizi  kəssin. Bu  gecə vaxtı  məni avara

etdiniz.

M i r z ə F ə r ə c. Sənə deyirəm, uzun müşərrəf etmə! Dur rədd ol!

Molla söylənə-söylənə gedir.

Ş a h s ə n ə m.  Ay  qız  Gülpəri,  dur  biz də bunların  acığına  dəniz  kənarına

gəzməyə gedək.

G ü l p ə r i. Dur gedək.

Qapıya tərəf gedirlər, Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.

M i r z ə F ə r ə c və Q a f a r. Hara gedirsiniz?

G ü l p ə r i və Ş a h s ə n ə m. Bulvara, gəzməyə.

Vuruşurlar.

M i r z ə F ə r ə c və Q a f a r. Biz də gedirik.

Onlara qoşulub gedirlər.



Pərdə


Milli Kitabxana

133


BİR EŞQİN NƏTİCƏSİ

Bir pərdəli, iki şəkilli

İŞTİRAK EDƏNLƏR

K ə r b ə l a y ı N ə b i - əlli yaşında, şişman.

Ş ö v k ə t - on iki yaşında, qaçqın bir qız, Kərbəlayı Nəbinin xidmətçisi.

P ə r i c a h a n - 35 yaşında, Kərbəlayı Nəbinin qulluqçusu.

M o l l a R ə h i m

M ə ş ə d i S ə f d ə r q u l u

Kərbəlayı Nəbinin kirayənişinləri.

Q ı z x a n ı m - Məşədi Səfdərqulunun arvadı.

M a r a l x a n ı m - kommunist.

Ə l i - onun oğlu, səkkiz yasında.

Ş i r ə l i.

İki milis nəfəri.

BİRİNCİ ŞƏKİL

Səhnə Kərbəlayı  Nəbinin  qonaq  otağını  göstərir, otaq  bəzəkli  bir  otaqdır.  Üç

tərəfdən qapı açılır.

P ə r i c a h a n (otağı nizama salarkən söylənir.) Kişilərdə heç vəfa olmazmış.

Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür, yaşı da əlli beşdən

yuxarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında

cavan  kimi  gah  oxuyur,  gah  oynayır,  gah  güldən  dəm  vurur,  gah  bülbüldən.  Bir

söz,  eşq  başına  vurmuş.  Ancaq  başa  düşə bilmirəm  ki,  bu  eşq  kimədir.  Məndən

başqa  burada  arvad  yoxdur.  Ağa əvvəllərdə də mənlə mazaqlaşardı,  məni

çimdiklərdi,  mənə söz atardı.  Yəqin bu eşq  mənədir. Nə yaxşı  iş olardı  ki, birdən

ağa məni alaydı, bu evə xanım edəydi. Odur oxuya-oxuya gəlir.

K ə r b ə l a y ı N ə b i (əlində həna daxil olur.)

Məzəlim, ay məzəlim,

Gözəlim, ay gözəlim.

Mən səni çox sevərəm.

Mən səni çox sevərəm.



Milli Kitabxana

134


Ay qız ey, irəli gəl. (Pəricahan irəli gəlir, saqqalını göstərərək.) De görüm, bu

nədir?


P ə r i c a h a n. Buy, ay ağa, nə deyirsən? Saqqaldır, dayna.

K ə r b ə l a y ı  N ə b i. A kişilər, bu qız düz iyirmi beş ildir ki, mənim evimdə

qulluqçudur.  Mən  bu  "dayna"  sözünü  buna  tərk  etdirə bilmədim.  A  mürtəd  qızı,

mürtəd! Xeyr, saqqal deyil.

P ə r i c a h a n. Ağa bəs nədir?

K ə r  b ə l  a  y  ı    N ə b  i.  Nə bilim  nədir?  Süpürgə çöpüdür.  Koldur,  kosdur,

qanqaldır. Hər nə zibil isə, ancaq saqqal deyil.

P ə r i c a h a n. Ay ağa, nə danışırsan? Üzdə də qanqal bitərmi?

K ə r b ə l a y ı N ə b i. Elə məndə onu səndən soruşmaq istəyirdim. Bu gün

məni,  sən  kafir  qızı,  taytuşlar  yanında  biabır  etmisən.  Hər  kəs  görür,  deyir  ki,

Kərbəlayı Nəbi, nə bərk qocalmısan. Balam, mən haradan qoca oldum? Çox olsa,

çox olsa, otuz beş sinnim var.

P ə r i c a h a n.  Vaxsey,  ay  ağa,  nə deyirsən?  Demək,  mən  bu  evə qulluqçu

gələndə sən on yaşında uşaq idin?

K ə r b ə l a y ı N ə b i. Kəs səsini, kafir qızı kafir. Dəli şeytan deyir bu saqqalı,

bığı qırxdır tök yerə, 25 yaşında cavan ol. Onda da söyəcəklər ki, Kərbəlayi Nəbi

komsomol olubdur.

P ə r i c a h a n.  Ağa,  Maral  xanım,  belə bizim  qonşumuz  hər  gün  küçədən

gedəndə mənə deyir ki, gəl səni də kluba yazım.

K ə r b ə l a y ı N ə b i. Ay qız, nə deyirsən? Kluba!

P ə r i c a h a n. Ağa, vallah, doğru deyirəm. O axşam Məşədi Səfdərqulu yenə

piyan gəlib yazıq Qızxanımı döyməyə başladı. Onun qışqırığına Maral xanım gəlib

çıxdı.  Vallah,  ağa,  Məşədi  Səfdərqulunun  üstə elə qışqırdı  ki,  kişi  qorxusundan

piyanlığından lap ayıldı. Maral xanım dedi ki, bir də eşidəm sən arvadını döyürsən,

ya incidirsən, tutub çekaya salacağam.

K ə r b ə l a y ı N ə b i. Çekaya?

P ə r i c a h a n. Bəli, çekaya!

K ə r b ə l a y ı N ə b i.  Bilmirəm,  bu  kafir  qızı  haradan  gəlib  mənə qonşu

oldu?  Pəricahan,  bolşeviklər  kafirdirlər,  onlar  allahı  inkar  edirlər.  Peyğəmbərə,

imama,  müctəhidə,  pirə inanmırlar.  Birdən  ağlını  unudub  onlara  qoşularsan,  onda

inkir-minkirə nə cavab verəcəksən. Məgər cəhənnəmin odundan qorxmursan?

P ə r i c a h a n. Xeyr, ağa, mən elə dinsizlərə qarışmaram, arxayın ol.




Milli Kitabxana

135


K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu şeytanı sən haradan mənim yadıma

saldın. Lap ovqatımı təlx etdin. Xülasə, xalasına lənət, gələk saqqal məsələsinə. Bir

de görüm, mənim bu saqqalım əvvəllərdə nə tövr olardı?

P ə r i c a h a n. Ağa, qapqara şəvə kimi.

K ə r b ə l a y ı N ə b i.  Belə atan  oldu  rəhmətlik.  Onu  şəvə kimi  edən  kim

olardı?


P ə r i c a h a n.  Belə mən.  Həftədə iki  dəfə,  üç  dəfə xına  qoyub  yuyardım,

saqqalın da qapqara kömür kimi olardı.

K ə r b ə l a y ı N ə b i. Bəs onu indi niyə etmirsən, a zalım qızı?

P ə r i c a h a n.  Ağa,  dedim  yəqin  xanımın yasını  saxlayırsan,  onun  üçün  də

saqqalına xına qoymursan.

K ə r b ə l a y ı N ə b i. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın

günahı nədir ki, bu günə düşsün?

P ə r i c a h a n. Ağa, buyurarsan, elə bu gecə saqqalına xına qoyaram.

K ə r b ə l a y ı N ə b i. Gecə nədir? Elə indicə bu xınanı suya qoyarsan, bir

azdan sonra da saqqalıma qoyarsan. Bu gecə xeyir işim var.

P ə r i c a h a n. Ağa, o necə xeyir işdir?

K ə r b ə l a y ı N ə b i. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki, eşq

topuğuma vurubdur?

P ə r i c a h a n. Ay ağa, eşq adamın başına vurar.

K ə r b ə l a y ı N ə b i. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də,

ayağıma da, hətta bağırsaqlarıma da vurubdur, cəmi vücudum eşq oduna yanır. Bu

dəmdə mənə bir  spiçka  vursan,  şam  kimi əriyib  tökülərəm.  Mən  qabaqda  eşq-

məşqə inanmazdım,  deyərdim,  ele  şey  yoxdur,  onu  şairlər  icad  ediblər.  Demə,

kişilər  doğru  deyirmiş.  Nədir  eşq?  "Məhəbbət  bir  bəla  şeydir,  giriftar  olmayan

bilməz". Vallahi ki, belədir. İndi Pəricahan, iş sənə qalıbdır.

P ə r i c a h a n. Ağa, mən razıyam.

K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim ağıllı Pəricahanım.

P ə r i c a h a n. Ancaq, ağa, gərək bir az səbir edək, el bizə nə deyər? Bir aydır

ki, xanım ölübdür, heç olmasa qoy qırxı çıxsın.

K ə r b ə l a y ı N ə b i. Xeyr, xeyr, eşq məni yaman hala salıbdır. Davam edə

bilmirəm. Gərək bu gecə nə tövr olsa iş bitsin. El özü çox yaxsı bilir ki, müsəlman

olan şəxs, heç bir gün də arvadsız dura bilməz.

P ə r i c a h a n. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə