Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

Milli Kitabxana

139


Tapır-tupur atdılar,

Qolları bazbəndlilər...

Şah evinə gedərsiz,

Siçan bəyə deyərsiz:

Pıspısa xanım.

Dabancığı xəstə xanım,

Düşüb dəvə gölünə,

Boğulur xəstə xanım.

Gülüşürlər.

Ə l i. Axşam bizə gələcəksənmi?

Ş ö v k ə t.  Gələcəyəm,  həm sənin  dərsini  öyrədəcəyəm,  həm  də Maral

xanımdan dərs alacağam.

Ə l i. Anam deyirdi ki, Şövkəti məktəbə qoyacağam.

Ş ö v k ə t. Ah, nə yaxşı olardı. Atam yazıq məni oxudurdu.

Ə l i. Mən gedim.

Şövkət ilə öpüşür, bu halda Kərbəlayı Nəbi saqqalı bağlı daxil olur.

K ə r b ə l a y ı N ə b i. Ədə sən  kimsən?  Burada  aşnabazlıq edirsən?  Sənin

qulağını elə çəkərəm ki, yerindən qopar. Qurumsağın biri.

Ə l i. Mən Maral xanımın oğluyam.

K ə r b ə l a y ı N ə b i. Maral xanımın oğlu? Bala mən sənnən zarafat edirdim.

Mən səni çox istəyirəm. (Cibindən konfet çıxarıb ona və Şövkətə verir.) Alın, gedin

həyətdə oynayın. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. Mən sənnən

zarafat eləyirdim. Dedim görüm, qorxaq uşaq deyilsən ki?

Ə l i. Mən heç kəsdən qorxmuram.

K ə r b ə l a y ı N ə b i (kənara). Niyə qorxasan, Maral xanım kimi kommunist

anan var. (Əliyə.) İndi, balalarım, gedin oynayın, buraya qonaq gələcəkdir.

Əli və Şövkət gedirlər.

K ə r b ə l a y ı N ə b i. O şeytan qızı Maral xanımdan çox qorxuram.

Molla Rəhim və Məşədi Səfdər qulu daxil olurlar.

M o l l a R ə h i m. Səlamünəleküm.




Milli Kitabxana

140


K ə r b ə l a y ı N ə b i. Əleküməssəlam.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bizə görə qulluq?

K ə r b ə l a y ı N ə b i.  Qulluq  deyil,  buyruqdur.  Atam,  siz  mənim  ilə bu

xarabaya  şəriksiniz?  Sən  Molla  Rəhim  üç  aydır  ki,  kirayə vermirsən,  bu  da  beş

aydır.

M o l l a  R ə h i  m. Kərbəlayı, and içirəm o hərəmi  möhtərəminizin pak olan



ruhuna, heç gəlirim yoxdur. Tükəzbanı satıb paltarı çılpaq qoymuşam.

Səfdərqulu qəhqəhə ilə gülür.

K ə r b ə l a y ı N ə b i. Ədə bu nə deyir? Tükəzbanı  satıb paltarı çılpaq

qoymuşam.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, biyol bil ki, Molla Rəhim çox səhv

vurandır.  O  demək  istəyirdi  ki,  paltarı  satıb  Tükəzbanı  çılpaq  qoymuşam.  O  gecə

evinə bir  qonaq  gəlib  gedəndə deyib,  arvad,  tez  ol  başmağı  tut  qoanq  lampanı

geysin.


Gülüşürlər.

K ə r b ə l a y ı N ə b i. Yazıq nə etsin, kitaba baxmaqdan başı xarab olubdur.

Xub, deyək ki, mollanın işi xod deyil, gəliri yoxdur. Bəs, Məşədi Səfdərqulu, sən

nə deyirsən?  Özün  görürsən  ki,  bir  gün  ev  naloqunu  kassaya  gec verəndə

kommunxoz  adamın atasını  yandırır.  Sənin  arvadın  Qızxanım  səhərdən-axşama

kimi o evdə, bu evdə çörək bişirib, paltar yuyub, pul qazanır; hamısını gətirib sənə

verir. Sən də onun hamısını şəraba verirsən, heç mənzil kirayəsi dərdinə qalmırsan.

Yəni bu zəhrimarı içməsən olmaz? A kişi, sən niyə buna nəsihət etmirsən?

M o l l a R ə h i m. Etməkdən yorulmuşam, tərk edə bilmir.

M ə ş ə d i S ə f d ə r q u l u. Ay kərbəlayı, biyol bunu bil ki, hər kəs bir şeyə

eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoça, biri nə bilim  nəyə. Mən başı

daşlı da bu şəraba eşq bağlamışam.

M o l l a R ə h i m. Mən də pula aşiqəm, amma onun üzünü heç görmürəm.

M ə ş ə d i S ə f d ə r q u l u. Əsil aşiq sənsən. Aşiq gərək məşuqəsini az-az

görsün.

K ə r b ə l a y ı N ə b i. Molla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o



məşuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım.


Milli Kitabxana

141


M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə

olacaqdır?

K ə r b ə l a y ı N ə b i. Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o

məşuqən şərabın küpünə girib nə qədər istəsən içəsən.

M ə ş ə d i S ə f d ə r q u l u. Ay sağ ol kərbəlayı, mən də bu yolda başımdan

keçərəm.


M o l l a R ə h i m. İndi əmrinizi buyurun.

K ə r b ə l a y ı N ə b i. Mən istəyirəm qulluqçum Şövkəti alam. Qız hərçəndi

kiçikdir, amma on iki yaşı var, şəriət ilə kəbin düsər. Mən bilirəm ki, qız öz ixtiyarı

ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hiyləyi-şər oluna. Onun da yolunu,

Molla Rəhim, siz bilirsiniz.

M o l l a R ə h i m. Madam ki, qız razı deyil, nə etmək olar?

K ə r b ə l a y ı N ə b i. A Molla Rəhim,bunu mənə deyirsən?  Hansı  qızın

razılığı  ilə kəbinini  kəsmisən?  Hansı  qızı  özünüz  danışdırıb  razılığını  almısınız?

Yalançı şahid də dünyada çox.

M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, kərbəlayı düz deyir, şahidin biri də mən.

K ə r b ə l a y ı N ə b i. Ay sağ ol,Məşədi Səfdərqulu, fikrimi anlamısan.

M o l l a R ə h i m. Məncə qızın yanında nə nigah, nə kəbin sözü açılmamalı,

nə qədər  kiçik  olsa  da  bu  sözləri  anlar.  Gərək  onu  çağırıb  deyək  ki,  kərbəlayını

sənə siğə edirik, çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin, o da qulluqçu üçün

çətindir. Ancaq Pəricahan da təsdiq etsin ki, o da kərbəlayıya siğədir.

K ə r b ə l a y ı N ə b i. Çox gözəl fikirdir. Pəricahandan arxayın olunuz. Onun

ilə bu barədə danışmışam. Molla sonra?

M  o l  l a

R ə h  i  m. Daha  bunun  sonrası  yoxdur.  Kəbini  kəsərik,  basqa

razılığını almaq, o sizin xüsusi işinizdir.

K ə r b ə l a y ı N ə b i. Çox əcəb, Pəricahan! Pəricahan!

P ə r i c a h a n (daxil olur.) Nə buyurursan?

K ə r b ə l a y ı N ə b i. Şövkəti buraya çağır, özün də gəl.

Pəricahan gedir.

M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı,  neçə gündür  ayıqlıqdan başım  lap

çatlayır.

K ə r b ə l a y ı N ə b i. A kişi, sən nə səbirsiz adamsan, elə bu gecə sənnən

məxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə