Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

Milli Kitabxana

104


M o l l a N ə s r ə d d i n. A balam, mən sizi başa düşə bilmirəm, açıq danışın.

C  a  v  a  d. Düzü,  biz  qızıl  alış-verişi  edirik.  Bizə speklyant  deyərlər.  Sən,

deyəsən, İrandan gəlmişsən. Qrandan, lirədən, dollardan nəyin var isə qiymətini de,

sövdəni başlayaq.

M o l l a N ə s r ə d d i n. Düzdür,  mən  İrandan  gəlmişəm,  lakin  siz  deyən

şeylər məndə yoxdur.

R ə c ə b.  Sənə demədim  ki,  bizim  molla  ilə yoldaşlığımız  tutmaz.  Onlardan

kim xeyir görmüş ki, biz də görək.

C a v a d. Rəhmətliyin oğlu, bizi işdən, gücdən qoyubdur ki, nə var, sizdən söz

soruşacağam.

R ə c ə b. Gəl gedək. İndi malakan bağında rəqiblərimiz işlərini düzəltdilər.

C a v a d. İndi allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu!

Gedirlər.

M o l l a N ə s r ə d d i n. Bolşeviklərin də möhtəkirliklərlə bacarmadıqlarını

görürəm! (Erməni keşişini görüb.) Axper, bir dayan!

K e ş i ş.  Kila  niyə dayanmıram,  dayanaram.  Görürəm  sən  də mən  dərdlisən.

Gəl  iki  badbaxt  ürəyimizi  bir-birimizə boşaldax.  Kila,  a  Molla!  Gördün  ki,  bu

şeytan bolşeviklər biz ruhanilərin başına nə gətirdilər?

M o l l a N ə s r ə d d i n. Nə gətirdilər, axper?

K e ş i ş. Daha  nə gətirəcəklər?  Kila,  bu  evi  bərbad  olmuş  bolşeviklər

çörəyimizi kəsdilər.

M o l l a N ə s r ə d d i n. Necə?

K e ş i ş. İndi  heç  kəs  gəlib  bizə kəbin  kəsdirmir.  Hamı  dindan,  masapdan

çıxıbdır.  Kila,  indi  oğlan  qıza  deyir:  Bana  gələrsən?  Kila,  qız  da  oğlana  deyir,

gələrəm. İş bunla qurtarır. Daha bizə işləri yoxdur.

M o l l a N ə s r ə d d i n. Axper, burada təqsir kimdədir?

K e ş i ş. Kimdə olacaq? Əlbəttə, bolşeviklərdədir.

M o l l a N ə s r ə d d i n. Xeyr, axper, bizdədir. Biz din, məzhəbilə alış-veriş

edib ciblərimizi pul ilə doldururduq. Molla ilə keşişin cibinin böyüklüyü də zərb-

məsəl olmuşdur.

K e ş i ş. Ban elə bildim ki, molladan bolşevik olmaz. Sən, kila, bolşeviklərin

atasısanmış. Banım sənlə söhbətim tutmaz. Kila, xudahafis. (Gedir.)




Milli Kitabxana

105


M o l l a N ə s r ə d d i n. Bizim mollalara həqiqəti söyləyəndə ya kafirsən, ya

da  babısan  deyərdilər.  İndi  onların əvəzinə bolşeviksən  deyirlər.  (Memar  keçir.) -

Tovariş, bacaliska...

M  e  m  a  r.  Kakoy  çort  ya  tebe  tovariş.  Stolka  let  trudilsiya,  okonçil  vısşeye

uçebnoye zavədeniye i vdruq tovariş kakomuto staromu mulle! (Gedir.)

M o l l a N ə s r ə d d i n. Mənə acığı  tutdu.  Görünür  Qafar  deyən  həqiqi

ruslardandır.  (Çörəkçi  başında  çörəklə dolu  tabaq  oxuya-oxuya  gəlir.)  A  çörəkçi

qardaş, bir dayan!

Ç ö r e k ç i. Baş üstə! (Tabağı başından endirib yerə qoyur.) Molla əmi, indicə

təndirdən  çıxartmışam.  Gör  nə ağ  çörəkdir.  Xalis  sarıbuğda  unundan  bişibdir.

Deyəcəksən  girvənkəsi otuz  min  manata  bahadır.  Vallahi,  kişi,  baha  deyil!  İndiki

otuz min köhnə pul ilə üç köpik edir. Bahadır?

M o l l a N ə s r ə d d i n. A balam,mən çörək alınıram. Səndən köhnə dumun

yolunu soruşuram. Oraya gedəcəyəm.

Ç ö r ə k ç i.  Rəhmətliyin  oğlu,  işdən-gücdən  avara  edibdir  ki,  mənə köhnə

dumun  yolunu  göstər.  Bilirəm bizdən  şikayət  etmək  istəyirsiniz.  (Tabağı  başına



qaldırır.)  Biz  çörəkçilərlə nə köhnə dum,  nə tazə dum,  nə sovnarkom,  nə

kommunxoz,  nə refkom,  nə uçkom,  nə domkom  heç  kəs  bacara  bilməz.  Çörəyi

gündə beş min artıracayıq. (Gedir.)

M o l l a N ə s r ə d d i n. O dediyin  sözlərin içində mən axtaran da  var idi.

Amma  zalım  oğlu öylə tez-tez  dedi  ki,  bir  kom,  komdan  başqa  heç  biri  yadımda

qalmadı. (İvanova gəlir.) Bacaliska, madam. Dom mini bakacı, baydom domoy...

İ v a n o v a. Çto? Ax tı stany çort! Menya domoy priqlaşayeş? Ya tebe seyças

pokaju.


M o l l a N ə s r ə d d i n. Bunun da acığı tutdu.

M o l l a N ə s r ə d d i n. Milisioner!

Milisioner gəlir.

M i l i s i o n e r. Çto skajite tovariş?

İ v a n o v a. Etot stany çort priqlaşayet menya k sebe domoy. Ponimayete.

M i l i s i o n e r. Da ponimayu.

İ v a n o v a. Tak vozmite yeqo v rayon.



Milli Kitabxana

106


M i l i s i o n e r. Molla, gedek!

M o l l a N ə s r ə d d i n. Haraya?

M i l i s i o n e r. Rayona!

M o l l a N ə s r ə d d i n. Nə üçün?

M i l i s i o n e r. Sən bu arvada sataşmısan.

M o l l a N ə s r ə d d i n. Mən ona sataşmamışam. Söz soruşmuşam. Görünür

məni başa düşməmiş.

İ v a n o v a. Çto yeqo sluşayete? Vozmite v rayon, tam razberut.

M i l i s i o n e r. Molla, gedək, orada məlum olar.

M o l l a N ə s r ə d d i n. A balam, vallah, mənim təqsirim yoxdur.

M i l i s i o n e r. Çox danışma. Orada məlum olar.

Üçü də gedir.



Pərdə

DÖRDÜNCÜ ŞƏKİL

Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki

dolab.  Birisi  qab-qacaq üçün.  O  biri  yorğan  döşək  üçün.  Rəf  üstündə stəkan,

nəlbəki,  qəndqabı,  piyalə,  çaynik və qeyri.  Buxarı.  Onun  sağında  Mirzə Fərəc,

solunda  Qafar,  döşəkcə üstə oturmuşlar.  Pərdə qalxdıqda  Gülpəri  ilə Şahsənəm

samovarın yanında oturub biri qənd doğrayır, o biri stəkan yuyur.

Q a f a r. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən, kişinin başına nə iş

gəldi?

M i r z ə F ə r ə c. Adə Məşədi Qafar, olmaya ağalar Molla əmini dolaşdırıb



tutdurdular. Kişinin başbileti də yoxdur.

Q a f a r. Bəs mən verdiyim udastaverenni nədir?

M i r z ə F ə r ə c. O kağız senin adınadır,Molla əminin adına deyilki?

Q a f a r. Molla əmi deyər ki, Məşədi Qafar mən özüməm.

M i r z ə F ə r ə c. Molla əmi onu deməz, desədə inanmazdılar. Çünki  molla

libasında başı əmmaməli pinəçi olmaz. Mənim udastaverennim olsaydı inanardılar.

Çünki o da oxumuş adamdır mən də. O da abalı, qurşaqlıdır mən də.

Q  a  f  a r.  A  Mirzə Fərəc,  yenə oxumaqdan  dəm  vurursan?  Mən  sənin  kimi

oxumuşlara  bir  qara  köpük  də vermərəm.  Kişi  sən  düz  kağız  yazmağı  da

bacarmırsan.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə