Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

Milli Kitabxana

114


P i r i - F a n i. Şikayətəmi gəlmisiniz?

B a h a d ı r (əllərini  belinə qoyub.)  Xeyr,  siz  Piri-Faninin  bu  məzlumlara

verəcəyi cavabı gözləyirik.

P i r i - F a n i. Əyləşiniz, eşidərsiniz.

Bahadır yoldaşlarını başına cəm edib ayrı əyləşir.

P  i  r  i - F  a  n  i.  Ta  cavablarınızı  alınca  sükutda  olmalısınız.  Piri-Fani  başını

aşağı salıb fikrə gedir, sairləri də sakit, ona müntəzir olurlar.

Pərdə

İKİNCİ ŞƏKİL

Sandro otağıtı qapısını açır. Vəli ağa, Ağa Saleh, Ağa Şirəli və Musa bəy daxil olurlar.

V ə l i a ğ a. Sandro!

S a n d r o. Padano.

V ə l i a ğ a. Qatso! Dünya nədən ibarətdir?

S a n d r o. Ağa, şərabdan, qızdan, qruzinski düdükdən.

V ə l i a ğ a. Malades,  Sandro,  keçmişləri  unutmamısan,  hanı  Tiflisdə sizin

qəsdində kef etdiyim günlər? Hanı Tamara, hanı Marqo?..

S a n d r o. Ağa, Marqo dünən Tiflisdən gəlmişdir.

Vəli  ağa.  Sandro,  bu müjdə iləməni  diriltdin.  Al.  (Pul verir.)  Bu  sənin

muştuluğun, qoy başqa lakey padavat etsin. Sən Marqonun dalınca get.

S a n d r o. Ağa, xəbər etmişəm, gələcəkdir.

A ğ a S a l e h. Sandro, bizim qızlara da xəbər vermisənmi?

S a n d r o. Bəli, xozeyin, vermişəm.

A ğ a Ş i r ə l i. Sandro, stolu düzəlt, mən acından ölürəm.

S a n d r o. Ağa, bu saat. (Çıxır.)

A ğ a Ş i r ə l i. Ağa Saleh, eşitdim bu gün raboçilərin zabastovka ediblər?

A ğ a S a l e h. İstədilər muzdlarını artırsınlar, öz yerlərini də itirdilər.

M u s a b ə y. Xozeyin, gərək bir qədər artırıb ağızlarını yumaydın. Gündə on

iki saat zəhmətə heç bir fəhlə dözməz.



Milli Kitabxana

115


A  ğ  a

S  a l e  h. Niyə dözməz,  qoy  bir-iki  gün  ac  qalsınlar,  hamısı  gəlib,

ayaqlarıma yıxılıb yalvaracaqlar. Allah onları bizlər üçün işləməyə yaradıbdır.

V ə l i a ğ a. Bizləri də şampanski içməyə.

Sandro daxil olur, stola içki və yemək qoyur.

A ğ a Ş i r ə l i. Ay sağ ol, Sandro. Şampanskini buza qoymusanmı?

S a n d r o. Bəli, qoymuşam.

V ə l i a ğ a. Sandro, qızlar necə oldu?

S a n d r o. Ağa, bu saat gələrlər.

A ğ a S a l e h. Vəli ağa, tamada vəzifəsi siz ilədir.

V ə l i  a ğ a.  Oğul  deyirəm,  bu  gün  mənimlə içə bilsin.  Hamınızı  şəhid

edəcəyəm.

Bu halda Lida, Marusya və Zina daxil olurlar.

Q ı z l a r. Ura!

X o z e y i n l ə r. Ura!..

L i d a. Şiroçka! (Ağa Şirəlinin üstə yüyürür.)

M a r u s y a. Sali! (Ağa Salehin üstə yüyürür.)

Z i n a. Musiçka! Musiçka! (Musa bəyin üstə yüyürür.)

V ə l i a ğ a. Sandro, evimi yıxdın. Marqo harada qaldı. Məni xanımsız qoydun.

S a n d r o. Ağa, bu saat gedim gətirim. (Gedir.)

A ğ a S a l e h, Tamada, nə yatmısan? Xanımlar yemək istəyirlər.

V ə l i a ğ a. Bu saat, kim nə içmək istəyirsə desin: konyak var, zubrovka var,

benedektin var, nastoyaşşiy smirnovka var.

A ğ a Ş i r ə l i. Mən konyak içəcəyəm. Ağa Saleh, Mən də.

M a r u s y a. Mən vodka içəcəyəm.

V ə l i a ğ a. Sağ olsun Maruska xanım, mən özüm də vodka içəcəyəm.

Bu halda Marqo və çalğıçılar daxil olurlar.

M a r q o.  Valya!  Valiçka!  (İstəyir  Vəli  bəy  tərəfə gəlsin.)  Vəli  ağa.  Marqo,

yerində dur. Ustalar çalınız! Marqo, oradan süzə-süzə gəlib mənlə görüşərsən.

Çalğıçılar çalırlar. Marqo da oynaya-oynaya gəlib Vəli ağa ilə görüşür.




Milli Kitabxana

116


A ğ a Ş i r ə l i. Sağ olsun Marqo, nə gözəl oynayır.

A ğ a S a l e h.  Sağ  olsun  belə Gürcüstan  tavadı.  Qospada,  Marqo  xanımın

sağlığına içək.

İçirlər.


A ğ a Ş i r ə l i. Dövran bizimdir, bizim.

A ğ a S a l e h. Mülki-Süleyman bizimdir, bizim.

V ə l i a ğ a. Marqo xanım da mənimdir, mənim.

A ğ a Ş i r ə l i. Çərxi-fələyi döndərən olmaz.

A ğ a S a l e h. Biz ağaları bu büsatdan endirən olmaz.

V ə l i a ğ a. Sandro, şampanski və meyvə gətir.

S a n d r o. Bu saat, ağa. (Gedir.)

M a r u s y a. Sali, pul var?

A ğ a S a l e h. Var, var.

L i d a. Şiroçka, ev var?

A ğ a Ş i r ə l i. Var, var.

M a r q o. Valiçka, mülk var?

V ə l i a ğ a. Duşoçka, var, var.

Z i n a. Musiçka, bəs sənin nəyin var?

M u s a b ə y. Mənim də səni sevən ürəyim var.

Z i n a. Fu! O, hammalda da var. Dilənçidə də var.

S a n d r o  şampanski və meyvə gətirir,  ağalar  yemək-içməyə məşğul  olurlar,

səssiz bir-birinin sağlığına içirlər, söhbət edirlər.



Pərdə

İKİNCİ PƏRDƏ

ÜÇÜNCÜ ŞƏKİL

Əvvəlinci səhnə.

P i r i-F a n i. Ey məndən dərdlərinə çarə istəyən füqarəyi-kasibə! Siz o vaxt bu

əziyyətdən,  bu  zillətdən  xilas  olarsınız  ki,  çərxi-fələk  sizə çönə.  O  zaman  bu

qurumuş  ağac  kötüyü  göyərər, əlvan  çiçəklər  ilə bəzənər,  yarpaqlanar,  bar verər.

Onun çiçəkləri, yarpaqları və meyvələri adi nəbatat kimi olmaz. Hər çiçəyin başqa

bir rəngdə yarpaqları və meyvəsi, həmçinin yer üzündə gördüyünüz və eşitdiyiniz



Milli Kitabxana

117


cavahir,  qızıl və gümüş  kimi  ziqiymət  daşlı  o  mədən  şeyləri  bu  ağacda əmələ

gəldikdə, Simürq adında bir quş uçub gələr, bu ağacda məskən edər, onu qoruyar.

Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz Simürq qağası ilə dərib atar.

Al l a h q u l u. Ey pir baba, sənə canım qurban. O zaman haçan olar?

P  i  r  i - F  a  n  i. Onun  vaxtını  bilmək  olmaz.  Fəqət  səbir  edib  zəhmətinizdə

davam edərsinizsə, elə nemətə nail olarsınız.

Bahadır ucadan qəhqəhə ilə gülür.

P i r i - F a n i. Nəyə gülürsən, ey cavan?

B a h a d ı r  (ayağa  qalxıb  ona  tərəf  gəlir.)  Sənin  belə dediyin əfsanəyə

gülürəm. Ey ağlını qayib etmiş qoca, nə üçün bu avam zavallıları belə xurafat ilə

aldadırsan.  Bu  qurumuş,  çürümüş,  qurtlanmış  kötük  yenidən  göyərərmi?

Çiçəklənərmi?  Belə əfsanə ilə məzlumları aldatdığın  yetər.  Al!  (Ayağı  ilə vurub



ağac kötüyünü Sındırır.)

Hamı. Ah...

P  i  r  i - F  a  n  i (ayağa  qalxıb).  Nə etdin!  Ey  dəli  qanlı?  Bu  biçarələrin  ümid

çırağını söndürdün.

B a h a d ı r. Elə yalançı çıraqlar çoxdan sönməli idi.

P i r i - F a n i. İndi nə etmək istəyirsən?

B a h a d ı r. İndi çarxı döndərmək istəyirəm.

P i r i - F a n i. Bacarmazsan, çoxları bu yolda fot olmuşlar.

B a h a d ı r. Qəhrəman,  Fərman,  Nadir,  yoldaşlar,  heç  bir  fikir  dünyada

qurbansız  yeriməmiş.  Hərgah  çarx  məni  vurub  fot  edərsə,  Qəhrəman  dalımca  sən

gələrsən,  sonra  Fərman,  dalınca  Nadir  ta  çarxı  saxlayıb  tərsə çöndərməyincə ol

çəkməyin. Haydı, igid yoldaşlarım.

Q ə h r ə m a n.  Yoldaş  Bahadır,  toxda,  sən  bizim  rəhbərimizsən,  sənin  sağ

qalmağın bu  məzlumlara  lazımdır. Əvvəl  mən  qurban  olmaq istəyirəm.  (Atılıb



çarxın pərindən tutur, çarx onu kənara atır.)

H a m ı. Ah, zavallı! Öldü!

Qurbanəli özünü atır, carx onu da vurur.

P  i  r  i - F  a  n  i. Dayanın,  divanələr.  Bahadır  çarxdan  tutub  saxlayır.  Nadir

kömək edir, çarxı döndərirlər.

Pərdə



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə