Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

Milli Kitabxana

110


M i r z ə F ə r ə c. Adə, sən get pinəçiliyini elə! Belə şeyləri bilməzsən. Molla

əmi, sən ona qulaq asma, mən deyənə bax.

Q a f a r.  Mirzə Fərəc,  bir  mənə qulaq ver.  Kişi,  bu  yeni  dildə "kom",  "sov",

"nar" sözləri çox işlənir. Mən bunların mənasını bilmirəm. Bunu boynuma alıram.

Ancaq  onu  bilirəm  ki,  "nar"  böyüklük  göstərir.  Hansı  komun  başına  qonursa  onu

böyük edir. İndi anladınmı?

M o l l a N ə s r ə d d i n. A Şahsənəm, deyəsən bunların heç biri bu təzə dili

yaxşı bilməyir.

Ş a h s ə n ə m.  Molla əmi,  yaxşı  başa  düşmüsən.  Bunları qoyasan oylə

mübahisə edələr. Mən də, Gülpəri də bunların sözləşməsindən təngə gəlmişik. Kişi,

belə söyüşməyə, davaya çıxırlar. Həftələrlə küs baxılırlar.

M i r z ə F ə r ə c. A  Molla əmi,  sən  özün bizə həkəm  ol.  Mən  deyirəm  bu

"dankom  sözü  bizim  "dam"  sözündəndir.  Qafar  deyir  xeyr,  urusun  "dom"

sözündəndir. Hansımız düz deyirik?

M o l l a N ə s r ə d d i n. Hansınız düz deyirsiniz mən də bilmirəm. Ancaq bu

gün məni bəlaya salan o "dom" sözü oldu. Oylə ki, o matışkaya dedim: - madam,

bacalıska poydom domoy - mənim üstümə qışqırıb rayona apardı. O dostum böyük

idarələrin  adlarını  dedi  mən  də bu  dəftərimə yazdım.  Hə,  tapdım  "sovnarkom"

gördünüz ki, ikiniz də qələt deyirsiniz.

Q a f a r. Molla əmi, sənin dostun səhv edir. Kişi, "nar" gərək başda dursun.

Ş a h s ə n ə m. Aley, kül sənin o höcət başına. O hökumət adamı bilmədi, sən

Pinəçi Qafar bildin?

M o l  l a  N ə s r ə d d i n.  Burada ən  böyük  idarənin  adını  yazmışam,  amma

özüm də oxuya bilmirəm. Tərs kimi zirzəbərin də qoymamışam.

Q a f a r. Molla əmi, sən ora-burasından de, mən düzəldərəm.

M o l l a N ə s r ə d d i n. Baş kəlməni aydın oxuyuram. "Az"tsik...

Q a f a r. Hə, Aztsika.

M o l l a N ə s r ə d d i n. Yox, Qafar, sən də düz demirsən. Qoy qalsın. Bu dili

yaxşı biləndən öyrənərik. Ay uşaqlar, dil bəlasını çəkdiyimiz zaman ortalığa əlifba

bəlası gəldi. Deyəsən, bu ərəb əlifbasının dəyişilmək zamanı gəlib çatmışdır.

M i r z ə F ə r ə c. Kişi, nə danışırsan?

M o l l a N ə s r ə d d i n. İran durur, sən durursan.




Milli Kitabxana

111


Ş a h s ə n ə m. Molla əmi, izin ver süfrəni salım.

M o l l a N ə s r ə d d i n. Çox gözəl olar.

Ş a h s ə n ə m ilə G ü l p ə r i süfrə salmağa məşğul olurlar.

M i r z ə F ə r ə c. Molla əmi, bolşeviklər  hər şeyə əl atırlar. Qorxuram, sən

demiş, bu əlifbaya əl atalar.

M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, əlifba məsələsi çoxdandır. Dəyişilməsi

əski hökumətlərə sərfə deyil idi. Onun üçün də qoymayırdılar. İndi Şura hökuməti

latın hərflərinə keçəcəklər.

Q a f a r.  Molla əmi,  bu  bədbəxt  heç  indikini  yaxşı  bilməyir.  O  təzəni  necə

öyrənəcəkdir?

M i r z ə F ə r ə c. Qafar! Sən pinəçi adamsan, nə üçün aləm işinə qarışırsan?

Ş a h s ə n ə m. Molla əmi, süfrə hazırdır. Buyur.

Qalxıb süfrə tərəfə gedirlər.

Molla əmi, gəl irəli.

Şahsənəmin can pitisi

Gör nə pişib lap yeməli

Dərdinə dərman pitisi.

Pərdə



Milli Kitabxana

112


ÇƏRXİ-FƏLƏK

İki pərdəli, dörd şəkilli pyes.

İŞTİRAK EDƏNLƏR

P i r i - F a n i -uzun, ağsaqqallı və saçlı bir qoca. Libası uzun ağ ləbbadə, üstdən qurşaq.

V ə l i a ğ a - mülkədarbəy.

A ğ a S a l e h - zavod sahibi.

A ğ a Ş i r ə l i - mülkədar.

M u s a b ə y - Ağa Salehin zavod müdiri, mühəndis.

B a h a d ı r - gəcə bir işçi.

Q ə h r ə m a n

F ə r m a n

} Bahadırın yoldaşları

N a d i r

Q u r b a n ə l i - kəndli.

G ü l s ə n ə m - onun arvadı.

Q a f a r - pinəçi.

S a n d r o - restoran xidmətçisi (lakey).

L i d a

Z i n a


M a r u s y a

} çəngilər

M a r q o

A l l a h q u l u - işçi.

Bir neçə işçi arvad və kişilər.

BİRİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Səhnə pərdə ilə iki  hissəyə bölünür.  Bir  hissəsi  restoran  otağını  və digər  hissəsi  Piri-

Faninin  komasını və həyətini  göstərir.  Komanın  yanında  bir  qurumuş  ağac  kötüyü;  hər  iki

mənzilə qapılar  açılır.  Pərdə qalxdıqda Piri-Fani  komanın  ağzında  oturmuş və bir  carx

hərəkət halında görünür. Çarxın pərləri həm otaqda, həm də həyətdə görünür. Qurbanəli və

Gülsənəm Piri-Faninin həyətinə daxil olurlar.

Q u r b a n ə l i. Ey pir, daha səbrim tükənmiş, bir ilimin zəhmətini bir gündə

itirdim. Qan-tər içində əkib becərdiyim məhsulu Vəli ağa



Milli Kitabxana

113


zor ilə əlimdən aldı. Uşaqlarımı ruzisiz qoydu. Bu qış günündə gözləri yaşlı çöllərə

saldı. (Ağlayır.)

G ü l s ə n ə m. A kişi, qızıl inəyi demədin.

Q u r b a n ə l i. Onu da sən söylə, mənim danışmağa taqətim yoxdur.

G ü l s ə n ə m. Ay pir baba, belə sənə bu Gülsənəmin canı qurban olsun. Mal-

qaradan  təkcə bir  inəyimiz  qalmışdı. İnək  demə,  bir  maral,  buynuzları  göylə

gedirdi, yelini yer ilə sürünürdü. Kənddə qızıl inəyin tərifi dillərdə söylənilirdi. Üç

gün  bundan  irəli  ağanın naxırçısı  inəyimi  damğalayıb bəyin  naxırına  qatmış.

Səbəbi  guya  qızıl  inək  ağanın  qoruğuna  girmiş.  Ey  pir  baba,  o  ağaya  biz  nə edə

bilərik? Səndən başqa bizim imdadımıza yetən yoxdur. Bizə bir çarə qıl.

P i r i - F a n i. Əyləşin, cavabmızı alarsınız.

Əyləşirlər. Pinəçi Qafar daxil olur, pirə təzim edib ərz eləyir.

Q a f a r.  Ey  pir,  bu  qabarmış əllərimin  zəhməti  ilə Ağa  Şirəlinin

karvansarasının  qarşısında  pinəçilik  edib  yeddi  baş  külfət  ruzisini  bir  tövr  ilə

qazanıram.  Bu  gün  xozeyindən əmr  çıxmış  ki,  Pinəçi  Qafar  ya  tutduğu  yerə kirə

versin,  ya  da  tutduğu  yeri  azad  etsin.  Hər  iki  hal  mənim  üçün  müşküldür.  Bu  qış

zamanı  mən  haraya  gedim?  Nə qazanıram  ki,  uşaqlarımın boğazından  kəsib  ona

kirayə verim? Məgər sansız evlərinin kirayəsi ona kafi deyil ki, mən zavallı kasıbı

küçələrə buraxır. Ey pir, səndən İmdad istəyirəm.

P i r i - F a n i. Əyləş, cavabını alarsan.

Allahqulu və bir neçə işçi daxil olur, pirə təzim edirlər.

A l l a h q u l u.  Ey  Piri-Fani,  Ağa  Saleh xozeyin  bu  gün  bizləri  zavoddan

çıxarıb, küçəyə atdı. İndi biz nə edək? Arvad-uşaqlarımız acından fəryad edirlər.

P i r i-F a n i. Səbəb nə olmuş?

A l l a h q u l u.  Gündəlik  muzdumuz  çox  az  idi.  Aldığımız  pul  külfətimizi

ödəmirdi. Bir qədər artırılmasını xozeyindən rica etdik, qəbul etməyib dedi: İndiyə

kimi gündə on  saat  işləmisiniz,  bu  gündən  həmin  məbləğə on  iki  saat

işləyəcəksiniz. Bu şərtə biz razı olmadıq.

P i r i - F a n i. Əyləşiniz, cavabınızı alarsınız.

Əyləşirlər,  bu  halda  Bahadır  qolları  çirməkli,  döşü və başı  açıq,  dalınca  Qəhrəman,

Fərman və Nadir daxil olurlar.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə