Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

Milli Kitabxana

91

M e h r ə l i b ə y. Sabaha kimi möhlət istəyib bu gün qəflətən hücum edərdik.



Ə m  i r a s l a  n a  ğ a. Heç  təfavütü  yoxdur. Bolşeviklər  biz tərəfdən  hücum

gözləmirlər. Onlar inanmışlar ki, biz hücumdan qorxub qaladan çıxmayacağıq. Hər

halda cavab vermişik.

M e h r ə l i b ə y. Doğru. İndi hücum planını buyurunuz.

Ə m i r a s l a n a ğ a. Cəmi qüvvə dörd yerə bölünəcəkdir. Bir qismi Mehrəli

bəylə Pəricahanın  ixtiyarında  olub  "Laçın  yuvası"nı  müdafiə edəcəkdir.  Yerdə

qalan  üç  hissənin  birinin  başında  Muxtar  bəy,  o  birinin  başında  Səlim  bəy  və

üçüncüsünün başında Heydər bəy duracaqdır.

Muxtar bəy, sənin dəstənə böyük əhəmiyyət verirəm. Əgər mən çəkdiyim planı

əmələ gətirə bilsən,  şəksiz  düşmənə qalib  gələcəyik. O da  budur:  dəstəni  "Laçın

yuvası"nın  arxasında  duran  "Keçi  dağı"ndan  endirib,  "Yaşıl  orman"  deyilən

meşəyə keçirsən. Sonra orman içi ilə gizli yürüş edib, Qayadibi kəndinin arxasında

pusquya  yatarsan.  O  zaman  Səlim  bəy  Uçurum  dərəsindən,  mən  də Heydər  bəylə

Qayadibi  keçidindən  hücumu  başlaram.  Düşmən  qüvvəsini  bizim  üstümüzə atar.

Sən,  Muxtar  bəy  yenə də pusquda  qalıb  müharibəyə girməzsən.  Elə ki,  gördün

düşmənin  arxasında  qüvvə qalmadı,  cümləsi  hücuma  başladı,  qəflətən  arxadan

soxularsan. Bu plana etiraz varmı?

B ə y l ə r. Xeyr.

M e h r ə l i b ə y. Plan  yaxşıdır.  Lakin"Laçınyuvası"nda qalan qüvvəni  də

hücuma atmalı.

Ə m i r a s l a n a ğ a. Yox. O qüvvə ehtiyat üçün olub, təhlükə zamanı hərbə

atılmalı. Daha nöqsanı varsa deyiniz.

M e h r ə l i b ə y. Xeyr, yoxdur.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. İndi  son sözümü dinləyiniz.  Cümləniz şir-jəyan  kimi

hücuma  atılmalısınız.  Geri  çəkilməni  bilmərrə unutmalı, beyninizdə,  fikrinizdə,

xəyalımzda  bu  olmah: - İrəli,  irəli,  irəli.  Belo  olursa,  düşməni  bu  dağlardan,  bu

qayalardan  geriyə atıb  mülklərimizi əlimizdə saxlaya  biləcəyik. Əgər  bu

taleyimizdə yox  isə, ərlərə yaraşan  mərdliklə ölüm  şərbətini  içərik.  Bizim  üçün

başqa yol yoxdur. (Ayağa qalxır.) Haydı, igidlərim, gedək.

Molla Sadıqdan və Hacı İmamquludan savayı hamı gedir.

M o l l a S a d ı q. Hacı, bu divanələrin oduna biz nə üçün yanaq?



Milli Kitabxana

92

H a c ı İ m a m q u l u. Molla Sadıq, nə demək istəyirsən?



M o l l a S a d ı q.  Bolşeviklər  bizə qalib  gələcəklər,  buna  mənim  şübhəm

yoxdur.


H a c ı İ m a m q u l u. Mənim də şübhəm yoxdur.

M o l l a S a d ı q. Onda bizim halımız necə olacaqdır?

H a c ı İ m a m q u l u. Yəqin bolşeviklər cümləmizi qətlam edəcəklər.

M o l l a S a d ı q. Etməyə də haqları var, çünki Əmiraslan ağanın tərsliyindən

hər iki tərəfdən çox qan tökülmüşdür, o indi bu uçuq qalaya pənah gətirmişdir.

H a c ı İ m a m q u l u. Xeyr a!  O  cəngavərlərin  müqabilində belə qalalar

davam etməz.

M o l l a S a d ı q. Cahangir ağa ədalətli bir hakim kimi qan tökmək tərəfdarı

deyil,  lakin  ağlını qayib  etmiş  kişi,  görmürsənmi,  eşitmək  belə istəmir.  Hacı,

bunların içində bir  özümlə səni  ağıllı görürəm.  Aqil  olan  şəxs  canım  bihudə yerə

güdəza verərmi?

H a c ı İ m a m q u l u. Xeyr, verməz, fikrin nədir?

M o l l a S a d ı q. Bolşeviklər tərəfə keçmək.

H a c ı İ m a m q u l u. A kişi, nə deyirsən? Dəli olmusan nədir?

M o l l a S a d ı q. Nə üçün dəli  oluram?  Biz  öz  ixtiyarımızla  bolşeviklərə

təslim  oluruq.  Qan  tökməkdə də iştirak  etmirik.  Bundan əlavə mən  Cahangir

ağanın şəriət  müəllimi  olmuşam.  Sənin  də oğlun  Həsən  onun  köməkçisidir.

Onlardan bizə nə xəta yetişə bilər?

H a c ı İ m a m q u l u. Bu doğru, fəqət nə yol ilə bu zalım ağalardan xilas ola

bilərik? Qaladan çıxmaq imkanı varmı?

M o l l a S a d ı q. Var. Mən ancaq sənin razılığını gözləyirəm.

H a c ı İ m a m q u l u. Mən razıyam. Bəs arvad-uşaq necə olsun?

M o l l a S a d ı q.  Nə arvad-uşaq?  Ölüm  zamanı  arvad-uşaqmı yada  düşər?

Gedək öz canımızı xilas edək.

H a c ı İ m a m q u l u. Doğru deyirsən, gedək:

Çıxırlar, sonra Gövhər

xanım  Sənəmin  köməkliyi  ilə alt  qatdan Əmiraslan  ağanın

salonuna gəlir. Divanın üstündə oturur.

G ö v h ə r x a n ı m.  Gör nə zəif düşmüşəm. Bir  mərtəbəni çıxmağa  məndə

taqət  qalmayıbdır.  Sənəm,  Pəricahanın  otağından  bir  yastıq  gətir,  bir  az  uzanıram

rahat olum.

Sənəm yastıq gətirib divana qoyur, Gövhər xanım uzanır.




Milli Kitabxana

93

G ö v h ə r x a n ı m. Sənəm, qaladan nə xəbər var?



S ə n ə m. Hələ davam edir.

G ö v h ə r x a n  ı  m.  Allah,  sənə pənah  aparıram.  Bizi  bu  qan  içici  düşmən

əlinə vermə! Sənəm, deyirlər bolşeviklər körpə uşaqları da qırırlar.

S ə n ə m.  Xanım,  hamısı  yalandır.  Mən  onlardan  heç  qorxmuram.  Onların

böyükləri  çox  rəhmli  adamdır.  Neçə dəfə təklif  etdi  ki,  mənə qan  tökdürməyin,

təslim  olun.  Hayıf  ki Əmiraslan  ağa  qulaq  asmır.  Bu  gün  yenə təklif  etmişdi,

bilmirəm ağa razı oldu, ya yox.

G ö v h ə r x a n ı m. Olmaz. Mən onun tərsliyini bilirəm, heç kəsə qulaq asan

deyil. Sənəm, canım xəstə olmasaydı, gedib o böyüyün ayaqlarına yıxılıb öpərdim,

yalvarardım,  işə qansız əncəm  edərdi.  O,  böyük  Rusiyadan  gəlmiş.  Görəsən,

mənim oğlumdan bir xəbər bilərmi?

S ə n ə m. Onu bilmirəm, ancaq Cahangir ağanın sağ olduğunu söyləyirlər.

G ö v h ə r x a n ı m. Ay qız, onu kim deyir? Bəs niyə mənə xəbər vermirsiniz?

O adamı tapdırıb doğru xəbər bilərdim.

S ə n ə m. O  günü Əhmədgil  deyirdilər  ki,  Bakıda  bir  adam  söyləyirmiş  ki,

Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur.

G ö v h ə r x a n  ı  m. Hər nə olursa-olsun,  ta  ki,  sag-salamat  olsun.  Sənəm,

pəncərəni aç, kürsü qoy, oturub bir az özümü havaya verim, nəfəsim təngiləşir.

Sənəm pəncərəni açır, kürsü qoyur. Sonra Gövhər xanımın qoluna girib aparır.

S ə n ə m. Qoy yastığı da qoyum, yumşaq olsun.

Yastığı qoyur, Gövhər xanım oturur.

G ö v h ə r x a n ı m. Nə gözəl hava! Hər yan gül, çiçək! Nə üçün bu insanlar

bir-birlərini qırırlar?

S ə n ə m. Xanım, izin ver, gedim, xörəyini hazırlayım.

G ö v h ə r x a n ı m. Yaxşı, get.

S ə n ə m (gedirkən). Dərmanını gətirimmi, içəsən?

G ö v h ə r x a n ı m. Yox, lazım deyil. Dərmandan heç bir xeyir görmürəm.

Sənəm  çıxır.  Səhnə bir  müddət  sükutda  qalır.  Sonra  tüfəng,  top  səsləri  gurultu

salır.Gövhər  xanım  qalxır ki, pəncərəni örtsün,  bu zaman ayaq üstə dura bilməyib  yıxılır,

Top, tüfəng səsi kəsilir. "Ura!" sədası qalxır. Bir azdan sonra o da kəsilir, Sənəm daxil olur.

Gövhər xanımı yıxılmış görüb cəld üstünü alır.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə