Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

Milli Kitabxana

63

da  keçə bilsin.  Burada  bəylik,  xanlıq,  rəiyyətlik  bilmərrə gərək  mülahizə



olunmasın.

S ə m ə d

b ə y.  Parlamanlar  məhkəməyə bənzər.  Orada  Rəsul  bəy kimi

vəkillər artıq mənfəət gətirə bilərlər. Firidun bəy düz buyurur. Gərək zakon biləsən,

bu da vəkil işidir. Natiqlik də onların sənətidir.

K ə r b ə l a y ı H ü s e y n.  Mən  ticarət  üçün bir  neçə dəfə zağranitsaya

getmişəm. Orada çoxdan parlamanlar işləyir. Zağranitsada oxumuş cavanlarımız o

üsula  yaxşı  bələddirlər.  Məsələn,  bacının  oğlu Əli  Heydər  parlaman  zakonlarını

yaxşı bilir. Özü də üç xarici dildə danışır.

M ə ş ə d i X u d a v e r d i. Kərbəlayı düz deyir. Çox layiqli oğlandır. Fikir

eləməyiniz  ki,  bacım  oğlu  olduğuna  görə tərif  edirəm.  Xeyr,  doğrudan  da  başlı

oğlandır.

Ə l i  b ə y.  Bu  işdə qohumluq,  dostluq,  aşnalıq  gözləmək  lazım  deyil.  Məhz

vətənimizin  xeyrini  mülahizə etmək  lazımdır.  Bizim  ölkədə nəcabətdə,  mal

dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki, onun pulu

ilə təhsil  edirəm,  lakin  bununla  belə o  da  seçkiye  qutu  qoya  Firidun  bəy  də,  mən

insafımdan keçib Firidunu qoyub Heydərqulu ağaya şar salmaram.

H e y d ə r q u l u a ğ a (tez ayağa qalxıb). Necə? Necə? Nə deyirsən? A gədə

Firidun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş.

F i r i d u n b ə y. Mən  sizin nökəriniz  deyiləm.  Təvəqqe edirəm ədəb  ilə

danışasınız.

H e y d ə r q u l u a ğ a. Kəs səsini gəda oğlu, gəda! Atan ölənə kimi mənim

qapımda  nökər  idi.  Baban  da  atamın  nökəri.  Buyur  görək,  Ağa  Firidun  bəy  mən

səninlə nə tövr  rəftar  edirəm.  Sən gərək  minlərcə şükür  edəsən  ki,  mənimlə bir

məclisdə oturub söhbət edirsən.

F i r i d u n b ə y. Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki,

siz  ağalar  dilsiz,  ağılsız  rəiyyətin  malının,  canının,  namusunun  sahibi  olub  nə

istəmişsinizsə etmişsiniz - getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə

yox, elm, ədəblə şərəf qazanır.

H e y d ə r q u l u a ğ a. Ha-ha-ha.  Camaat,  eşidirsiniz  nə deyir?  Daha  biz

Motal  Qurbanəlinin  oğluna  nə üçün  rişxənd  edirik.  A  gədə,  mən  qəflət

yuxusundayam ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq duması sənin

kimi köpəklər yeridir?

S ə m ə d b ə y, R ə s u l b ə y, M i r z ə K ə r i m, Ə l i b ə y (hamısı birdən).

Eyib olsun sizə, Heydərqulu ağa.



Milli Kitabxana

64

H e y d ə r q u l u a ğ a. Xeyr,  eyib  sizə olsun  ki,  bu  kibi  eşşəyi  meydana



çıxarıb vəkil seçməyi təklif edirsiniz.

F i r i d u n b ə y. Bimərifət, nadan.

H e y d ə r q u l u a ğ a. A gəda, mən bimərifətəm? Mən nadanam? Ayı oğlu,

ayı!


Kürsünü əlinə götürüb  Firidun bəyin  üstə hücum  edir.  Qonaqlar  ayağa  qalxırlar.  Cəfər

bəy Heydərqulu ağanın əlindən tutur.

C ə f ə r  b ə y.  Heydərqulu  ağa,  sənə qurban  olum,  sakit  ol.  Heydərqulu  ağa.

Çəkil kənara,görüm bu pota oğlu nə cürət edib o sözləri mənə deyir?!.

Kürsü ilə vurub Firidun bəyin başını yarır. Küy, qalmaqal qalxır.

Pərdə



Milli Kitabxana

65

LAÇIN YUVASI



Drama 3 pərdədə

İŞTİRAK EDƏNLƏR

Ə m i r a s l a n a ğ a - 50 yaşında, böyük mülkədar.

C a h a n g i r a ğ a - onun oğlu, 22 yaşında, bolşevik.

P ə r i c a h a n x a n ı m - onun qardaşı qızı, Cahangirin nişanlısı, 20 yaşında.

G ö v h ə r x a n ı m - Əmiraslan ağanın arvadı.

Ə d i l b ə y - Cahangir ağanın dayısı, bolşeviklərin tərəfdarı.

H a d i l ə l ə - Cahangirin lələsi.

S ə l i m b ə y

H e y d ə r b ə y

}Bəylər.

M u x t a r b ə y

M e h r ə l i b ə y

H a c ı İ m a n q u l u - tacir, 60 yaşında.

M o l l a S a d ı q - axund.

Cəfərqulu - qolçomaq,

S ə n ə m

S ə f ə r

}Əmiraslan ağanın xidmətçiləri.

Ə h m ə d

Bir neçə qoşun əhli, bir neçə kənd əhli.

B İ R İ N C İ P Ə R D Ə

Hadisə ilk  baharda,  böyük  mülkədar Əmiraslan  ağanın  dağ  döşündəki  kəndində vaqe

olur.  Kəndin  üst  tərəfində hasarlanmış əski  bir  köşk  (qala),  onun  yaxınlıgında Əmiraslan

ağanın  evi.  Səhnə Əmiraslan  ağanın otağını  göstərir.  Otağın  divarları  və səqfi Firdovsinin

"Şahnamə"

əsərinin  qəhrəmanlarının  rəsmi  ilə

müsevver,  pəncərələrin  şüşələri

rəngbərəngdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.

G ö v h ə r x a n ı m (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə

böyük  bir  bəlaya  giriftar  etdin?  Tam  üç  ildir  ki,  gözlərimin  nuru,  ciyərparəm,

yurdumun  çırağı,  tək  bir  övladımın  həsrətini  çəkirəm.  Cahangirim,  gözəl  oğlum,

cavan  oğlum,  başına  nə bəla  gəldi  ki,  bu  uzun  müddətdə gəlib əziz  vətəninə çıxa

bilmədin?  Söyləyirlər  ki,  Rusiyada  inqilabdır.  Orada  su  yerinə qan  axır.  İnsanlar

acından



Milli Kitabxana

66

tələf  olurlar.  Ya  rəbbi!  Bu  tökülən  göz  yaşıma  rəhmin  gəlsin.  Ey  uca  tanrı!  Ey



böyük  allah!  Ey  cəmi  yaranmışın pənahgahı!  Oğlumu  səndən  istəyirəm.

Ciyərparəmi  tezliklə mənə yetir  (Hadi  lələ daxil  olur.  Gövhər  xanım  iztirab  ilə.)

Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

H a d i l ə l ə (məyus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki,

ondan  Cahangir  ağanı  soruşmamış  olam.  Lakin  bir  şey  hasil  olmadı.  Rusiya  yolu

hər tərəfdən bağlı, bir gediş-gəliş yox...

G ö v h ə r x a n ı m (ağlar səslə). Demək,heç ümid yox, çarə yox...

H a d i l ə l ə. Xanım, bircə çarə var...

G ö v h ə r x a n ı m. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir!

H  a  d  i l ə l ə.  Xanım,  sənə məlumdur  ki,  Cahangir  ağanı  bu əllərim  üstə

böyütmüşəm.  Gecələr  nağıl  deyib  yatırtmışam.  Gündüzlər  gəzdirib  muğayat

olmuşam.  Mən  bilirdim  ki,  onun ayrılığına  dözə bilməyəcəyəm.  Onun  üçün  də

Rusiyaya  gedən  zaman Əmiraslan  ağanın  ayaqlarına  yıxılıb  yalvardım  ki,  məni

Cahangir ağadan ayırma, onunla Rusiyaya getməyə, mənə də izin ver, razı olmadı.

Bu əhvalat yadındadırmı?

G ö v h ə r x a n ı m.  Bəli,  yadımdadır.  Sənin  də yadındadırmı,  mən  onun

ayaqlarına  düşüb  yalvardım  ki,  məni bədbəxt  etmə,  bu  səkkiz  il  oxuduğu  kifayət

edər.  Bir  belə mal-dövlət  sahibidir.  Daha  nəyə ehtiyacı  var  ki,  cavan  ömrünü

qürbət  ölkədə çürüdə.  Mənim  də sözümə qulaq  asmadı.  Dedi:  "Gərək  mənim

oğlum  universitet  qurtara!"  Özün  de  bilirsən  ki,  istər  dünya  alt-üst  olsun,

Əmiraslan ağa dediyindən dönməz.

H a d i l ə l ə.  Ağanın  o  xasiyyətini  mən  də bilirəm.  İndi  fikrim  budur  ki,

Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm,

ağamı axtarıb taparam.

G ö v h ə r x a n ı m (təəccüblə). Sənmi?

H a d i l ə l ə. Bəli,  mən.  Gecələr  yata  bilmirəm,  xəyalıma  cürbəcür  fikirlər

gəlir. Deyirəm, bəlkə, o təhlükədədir, məni imdada çağırır, mənsə burada istirahət

edirəm. Yox, xanım, daha səbir edə bilmərəm, getməliyəm.

G ö v h ə r x a n ı m. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı?

H a d i l ə l ə. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də

ağanın  mənə nə ehtiyacı  var?  Qulluğunda  duran  xidmətçilər  çoxdur.  Mənim

getməyimdən  xəbəri  olmayacaqdır.  Sizin  də bu  sirri  kimsəyə deməyəcəyinizə

əminəm.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə