Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

Milli Kitabxana

85

qoydunuz.  İndi  dindən,  məzhəbdən  çıxıb  öz  vətənlərini,  ata-analarını  atəşə tutub



qırırlar.  Dünyanın  axırıdır.  Üləma  buyurmuşlar  ki,  vay  o  zamandan  ki,  aradan

şəriət,  din,  böyük-kiçiklik,  ağa-nökərlik  götürülə.  Bax,  indi  həmin  zamandır  ki,

gəlmişdir.

Ə m i r a s l a n  a ğ a. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?

M o l l a S a d ı q. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün

danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.

Ə m  i  r  a  s  l  a  n    a  ğ  a. Çox  xoş  gəlmişsən.  Gözüm  üstə yerin  var.  Bu  gün

mənimlə bərabər  tüfəng  götürüb  o  dediyin  dinimizi,  şəriətimizi  düşməndən

mühafizə edəcəksən. Yoxsa, boş yerə nə vəz edirsən?

M e h r ə l i b ə y. Əmiraslan ağa düz buyurur.

M o l l a S a d ı q. Mən ömrümdə əlimə silah almamışam.

H a c ı İ m a m q u l u. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.

Ə m i r a s l a n a ğ a. İndi götürərsiniz.

M o l l a S a d ı q. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir

ağanın  başına  çevir,  azad  et.  Mən  də bu  yolda  ölənlərimizi  dəfn edərəm  ki,  allah

onların günahlarından keçsin.

H a c ı İ m a m q u l u. Məni də arvad-uşaqların keşiyini çəkməyə təyin et.

Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.

Ə m i r a s l a n  a ğ a. Səlimbəy, nə üçün qayıtdın?..

S ə l i m b ə y. Heydər bəy qaytardı.

Ə m i r a s l a n a ğ a. Heydər bəy? Nə üçün?..

H e y d ə r b ə y. Muxtar  bəyin  dəstəsi  qırmızılar  tərəfindən əhatə olunub

təslimə məcbur olmuşdur.

Ə m i r a s l a n a ğ a. Ah, nə fəna xəbər?! Bəs Muxtar bəyin özü necə olubdur?

H e y d ə r b ə y. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri

onu  yaralı  halında  Qayadibi  kəndinə aparmışlar.  Xülasə,  onun  barəsində heç  bir

düz xəbər yoxdur.

Ə m i r a s l a n a ğ a. Uçurum dərəsini boşaltmamısan ki?

H e y d ə r b ə y. Xeyr,  lakin  qırmızılar  cəmi  qüvvəsini  Qayadibi  kəndinə

atmış. Mənim müqabilimdə heç kəs yoxdur.




Milli Kitabxana

86

Ə m  i  r  a  s  l  a  n



a  ğ  a. Ona baxma,vaxt ki,qırmızılar Qayadibini almaq

fikrindədir,  Uçurum  dərəsinin  böyük əhəmiyyəti  var.  İndi  sənin  qüvvəni  daha  da

artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.

H e y d ə r b ə y. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb

həlak edərəm, fəqət geriyə çəkilmərəm.

Ə m i r a s l a n a ğ a. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy,

sən yaralısan burada qal. Arvad-uşaqları "Laçın yuvası"na topla. Səlim bəy, biz də

Qayadibinin köməyinə gedək.

Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.

C ə f ə r q u l u. Ağa, Qayadibi kəndini bolşeviklər aldı.

Qorxurlar.

M o l l a S a d ı q. Buradan qaçmaq! İndi buraya gələrlər.

H a c ı İ m a m q u l u. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Sakit!  Qorxaq  yassarlar!  Cəfərqulu,  Qayadibi  çox

möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa, dönüklük olmuşdur?

C ə f ə r q u l u.  Xeyr,  ağa,  bizimkilər  çox  mərdanə vuruşurdular,  ancaq  iki

səbəb təslimə bais oldu. Biri, kəndin qaya tərəfi tutulub atəş açılması...

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Qoşuna  bələdçi  olmasa,  o  yolu  kimsə bilməz.  Yəqin

kəndçilərdən bir binamus çıxmışdır.

C ə f ə r q u l u. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.

Ə m i r a s l a n a ğ a. Bəs kimdən çıxmış?

C ə f ə r q u l u. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.

B ə y l ə r. Ay binamus!

M o l l a S a d ı q. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi,

bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.

H a c ı İ m a m q u l u. Ah, oğlum sağ imiş, gəlib çıxdı.

M e h r ə l i b ə y. Elə biqeyrət oğul heç gəlib çıxmayaydı.

Ə m i r a s l a n a ğ a. İkinci səbəb?

C ə f ə r q u l u. Ağa, soruşma, deməyə cürət etmirəm.

Ə m i r a s l a n a ğ a. Sənə əmr edirəm, de!




Milli Kitabxana

87

C ə f ə r q u l u. İkinci səbəb qırmızıların başında duran şəxs...



Ə m i r a s l a n a ğ a. O kimdir?

C ə f ə r q u l u. Cahangir ağa!

H a m ı. Ah!

Ə m  i  r  a  s  l  a  n

a  ğ  a (əlini  xəncərin  dəstəsinə qoyur )  Sus!  Qorxudan

gözlərinizə qaranlıq  çöküb,  kimi  isə mənim  oğluma  oxşatmışsınız.  Mənim

nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.

Ədil bəy və Hadi lələ daxil olurlar.

Ə d i l  bəy.  Bu  partıltını,  gurultunu  eşitmirsiniz?  Bu  nə toplaşıb  söhbət

etməkdir?

M e h r ə l i b ə y. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun

uğrunda canlar fəda etməyə yığışmışıq.

Ə d i l b ə y. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi

gözəlcəsinə bilirəm. Nə üçün "vətən, millət" deyə bağıraraq, bu məzlum kəndliləri

qırdırırsınız?  Onların çoxu  hələ öz  mənfəətlərini  anlamamışlar,  onun  üçün  də

qırmızılarla  müharibə edirlər.  Fəqət  tezliklə anlayacaqlar.  Onda  süngünü

bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə

salan  Qırmızı  Ordunun  müqabilindəmi  durmaq istəyirsiniz?  Necə oldu  kolçaqlar,

yudeniçlər, denikinlər?

Məni  bölük  komandiri  axırıncı  dəfə olaraq  sizin  yanınıza  göndərmiş.  Qan

tökülməmiş təslim olmağınızı tələb edir.

S ə l i m b ə y. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı

dəfə olaraq, deyirsiniz.

Ə d i l b ə y. Birinci dəfə bu Hadi-lələ təslim əmrini gətirmişdir.

Ə m i r a s l a n a ğ a. Elə təklif olmamış, ola da bilməz.

Ə d i l b ə y. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?

H a d i l ə l ə. Bəli.

Ə m i r a s l a n a ğ a. Pəricahan mənə bir şey deməmişdir.

H a d i l ə l ə. Xanım məktubu oxuduqdan sonra cırıb atdı.

Ə m i r a s l a n a ğ a. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.)

Pəricahan!

Pəricahan xanım çərkəs libasında, üstü əslihəli daxil olur.

P ə r i c a h a n x a n ı m. Məni çağırırsan, əmücəm?



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə