Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

Milli Kitabxana

101


V ə l i

b ə y.  Hey,  get  ey  fələk,  hey!  Keçmişdə o  hadim  vaxtımda  bir

axşamçağı küçə ilə gedirdim. Qəflətən bir şey partladı. Dedim yəqin məni atdılar.

O vaxtı düşmənlərim çox idi. Baxıb gördüm ki, bir həmşəri şahbalut partıltısı imiş.

Şahbalutu  ayağımla  vurub  küçə ilə bir  elədim.  İndi  qəzanın  işinə bax  ki,  özüm

şahbalut  qavurub  satıram.  Hanı  keçmiş  dövran!  Dəmlər  o  dəmlər  idi,  zaman  o

zaman idi!

A ğ a Ş i r ə l i. Vəli bəy, mən də keçmişdə, o gözəl vaxtda bir gecə restoranda

yoldaşlarımla  (indiki  yoldaşlarımı  demirəm  ha)  kef  edirdim.  Hər  cür  içki  içib

sərxoş  olan  zaman  həmin  indi  bu  halva  satan  dostumuz  Ağa  Saleh  gəlib  çıxdı.

Dedi: sizin hamımızı ştraf edəcəyəm, nə üçün mənsiz kef edirsiniz. Gərək bu saat

stol  təzələnə!  Konyak,  vodka  meydana  gələ.  Qavurmaçı  Mehrinin  də adı  yaman,

özü dadlı qavurması da burada hazır ola. Ağa Salehin də bir sözü iki olmazdı. Bəli,

qavurma hazır oldu. Biz də təzədən lül qənbərqulu olduq. Ah, dəmlər o dəmlər idi,

zaman o zaman idi!

A ğ a S a l e h. Düzdür, dəmlər o dəmlər idi. Fəqət biz də müdəm məst olub,

bizə dərin quyu qazan bolşeviklərə kömək edən molla nəsrəddinləri vaxtında tələf

etmədik.


V ə l i b ə y.  Bunu  Ağa  Saleh  doğru  deyir.  Molla  Nəsrəddinin  jurnalından

kəndli-fəhlə məsələsi düşməyirdi.

A  ğ  a Ş  i  r ə l i.  Onda  mənim  də yanığım  var.  Ah!  Bir  gəlib  buraya  çıxaydı,

onun o uzun hənalı saqqalında bir tük qoymazdım!

V ə l i b ə y.  Mən də onun  ala-bula əmmaməsini bu saca salıb şahbulat  kimi

qavurardım.

A ğ a Ş i r ə l i. Aman! Ya rəbb! Odur, Molla Nəsrəddin gəlir.

Molla Nəsrəddin daxil olur, onlara diqqətlə baxır.

M o l l a N ə s r ə d d i n.  Səlaməleyküm,  ey  sabiq  ağalar,  xozeyinlər,  indi

qavurma, halva satan füqərayi-kasibo!

A ğ a S a l e h. Əleyküməssəlam,  ey  bizləri  bu  günə qoyan  fitnə fücur  Xacə

Nəsir, qoca Nəsir!

M o l l a N ə s r ə d d i n. Hə! İndi mən deyənə gəlmisiniz!

V ə l i b ə y. Oylə ki, sən biz bəylərə külüng vururdun, axırda bu günə düşəcək

idik. Müdam biz mülkədarların əleyhinə yazdın:

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,

Toxum əkməyə dehqanları neylərdin, ilahi,



Milli Kitabxana

102


İş rəncbərin, güc öküzün, yer özününkü,

Bəyzadələri, xanları neylərdin, ilahi.

A ğ a S a l e h. Fəhlələri də bizim üstümüzə qaldırmağa yazırdın:

Fəhlə, Özünü sən də bir insanmı sanırsan?

Pulsuz kişi, insanlığı asanmı sanırsan?

O qədər belə yazdın ki, axırda onlar da üsyan edib bizləri bu günə saldılar.

M o l l a  N ə s r ə d d i n.  Hə,  başa düşürəm.  Siz  ağa xozeyinlər mənə sud

qurmuşsunuz. Onda mən müqəssirin də danışmağa haqqı varmı?

A ğ a Ş i r ə l i. Var, söylə görək nə deyəcəksən?

M o l l a N ə s r ə d d i n.  Ağa  Şirəli,  mən  siz  dövlətlilərə belə nəsihət

etmədimmi?

Dövlətli, amandır! Özünü salma bəlaya

Fəhlə sözü haqq olsa da, baxma o sədayə.

A ğ a S a l e h. A hiyləbaz molla, sənin bu kələyini biz də duymuşduq. Fəhlədə

sənin sözlərini tərsinə anlamaq lazımdır.

M o l l a N ə s r ə d d i n (kənara). Doğrudan da, kələyimi duymuşlar. Görüm

bunların əlindən necə xilas oluram? (Onlara.) indi mənim barəmdə fikriniz nədir?

V ə l i b ə y. Mən əhd eləmişəm ki, sənin o əmmaməni bu şahbalut qazanında

yandıram.

A  ğ  a  Ş  i  r ə l i.  Mən  də səni  xurd-xəşil  edib  bu  qavurma  qazanında  Molla

Nəsrəddin qavurması bişirəm.

A ğ a S a l e h. Mən də Molla Nəsrəddin halvası yoğuram.

Vəli bəy şabalıd çömçəsini, Ağa Şirəli qovurma çömcəsini, Ağa Saleh halva bıçağını

götürüb Molla Nəsrəddinin üzərinə hücum edirlər.

M o l l a N ə s r ə d d i n. Qaradavoy, qaradavoy!

V ə l i b ə y.  Sizlərin  dövlətindən  köhnə hökumət öz  qaradavoyları ilə təşrif

apardılar...

M o l l a N ə s r ə d d i n (qoltuğundan Qafar verdiyi kağızı çıxarıb göstərir.)

Məni  döymək  olmaz!  Bu  möhürlü  kağızı  görürsünüzmü?  Hünəriniz  var  mənə bir

çırtma vurun, hamınızı tutub çekaya salarlar.




Milli Kitabxana

103


Onlar kağızın nə olduğuna fikir verməyib möhürdən qorxurlar.

A ğ a S a l e h. Molla əmi, biz sənlə zarafat edirdik.

V ə l i b ə y və A ğ a Ş i r ə l i.  Buyurunuz  bizə qonaq  olunuz.  Molla

Nəsrəddin.  Görürəm  mənim  gəlməyimdən  ovqatınız  təlx  olubdur.  Çox  şadıq.

Keçmiş günahlarımızı boynumuza alırıq.

A ğ a Ş i r ə l i. Xeyr, xeyr. (Oxuyurlar.)

Söylədik aldatmıyalım fəhləni, fəhləni,

Əldə də oynatmayalım fəhləni, fəhləni.

Yer verin azad eliyək kəndlini, kəndlini

Dəhridə dilşad eliyək kəndlini, kəndlini

Biz vəli bunlara qulaq vermədik, vermədik

Bu gələcək işləri biz görmədik, görmədik.



Pərdə

ÜÇÜNCÜ  ŞƏKİL

Səhnə bir  küçə göstərir,  Molla Nəsrəddin  sabiq  ağaların əlindən  xilas  olduqdan  sonra

kommunxoz  idarəsinə getmək  istəyir. Lakin  o  sözü  unudub  küçədən  gedən  adamlardan

soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.

M o l l a N ə s r ə d d i n. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım

var.

R ə c ə b. Bizim molla ilə yoldaşlığımız tutmaz. Bizim sənətimiz başqa şeydir.



C a v a d. Rəcəb, qoy  kişi  sözünü desin. Kim bilir, bəlkə yoldaşlığımız tutdu.

Görmürsən ki, bura adamına oxşamır. Bəlkə molla libasında... o söz.

R ə c ə b.  Doğru  deyirsən.  Molla əmi,  buyur  görək,  bizdən  nə soruşmaq

istəyirsən?

M o l l a N ə s r ə d d i n. Sizdən bir söz soruşmaq istəyirəm. Ancaq yadımdan

çıxıbdır.  Nə edim,  qoca  kişiyəm,  hafizəm  yoxdur.  Pinəçi  Qafar  ilə Mirzə Fərəc

öyrətdilər, yenə də unutdum. Belə qozdur, xozdur, buna oxşayan bir sözdür.

C a v a d. Molla dayı, bizdən çəkinmə, malıym əsil adını de.

R ə c ə b.  Molla əmi,  biz  də aramızda  sövdə edəndə guya  qoz  alırıq,  kişmiş

satırıq, deyirik. Lakin əsil alış-verişimiz başqa şeydir... o söz.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə