Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

Milli Kitabxana

129


Ş a h s ə n ə m. Bəli, mənəm.

Q a f a r. Burada nə qayırırsan?

Ş a h s ə n ə m. Tratira gəlmişəm.

Q a f a r.  Çox  qələt  etmisən,  səfeh  qızı,  səfeh. Əl-ayağın qırılmamış  qalx,

qabağıma düş.

Ş a h s ə n ə m. Ölsəndə getməyəcəyəm. Bəs bir belə arvad burada nə qayırırlar.

Q a f a r. Canına dərd qayırırlar, Düş qabağıma.

G ü l p ə r i.  A  Qafar,  Şahsənəm  doğru  deyir.  Bəs  bu  qədər  arvadların ərləri

yoxdur. Yoxsa elə qeyrətli bir tək siz çıxmısınız.

Q a f a r. Allahu əkbər, bu papaqdır, yoxsa sizin başınızdakı yaylıq. (Papağını



yerə vurur.) Ədə,  bura  bax,  müsəlman  arvadı,  teatr?  Bəs  bizim  namusumuz,

qeyrətimiz harada qaldı?

M i r z ə F ə r ə c. Adə, Qafar, Qafar buradayam.

Q a f a r. A kişi, buraya gəl.

M i r z ə F ə r ə c. Adə, yerimiz burdadır. Sənin bilitin də məndədir.

Q a f a r. Adə, bilit cəhənnəmə, arvadlar buradadır.

M i r z ə F ə r ə c. Adə, hansı arvadlar?

Q a f a r. Şahsənəm ilə Gülpəri.

M i r z ə F ə r ə c. Gülpəri də?

Q a f a r. Hə, hə, tez ol gəl.

M i r z ə F ə r ə c  (onlara  tərəf  gələrkən).  Ey  dad-bidad Ərdəbil.  Gülpəri,

nadürüst qızı nadürüst. Hərgah sabah açılar,  səni paraxoda  qoyub birbaş Ərdəbilə

göndərməsəm,  mənim  atama,  babama,  yeddi  qat əcdadımın ərvahinə lənət  olsun.

Qalx, köpəyin qızı köpək.

G  ü l p ə r  i.  Ölsən  də getməyəcəyəm.  Bəs  bir  belə arvadların ərləri  yoxdur.

Yoxsa kişi təkcə siz çıxmısınız?

M i r z ə F ə r ə c. Bəli, müsəlman ancaq bizik. Arvad nədir, teatr nədir?

Arvadların əllərindən  tutub  dartırlar,  sıradan  qırağa  çıxardırlar.  Onlar  da  dartınıb

əllərindən çıxırlar. Zalda qaçırlar. Qafar ilə Mirzə Fərəc onları qovurlar.

Pərdə



Milli Kitabxana

130


ÜÇÜNCÜ  ŞƏKİL

Pinəçi Qafarın evi

M i r z ə F ə r ə c. Qafar, sən bunlardan muğayat ol, məndə gedib axund Molla

Qasım ağanı çağırım, gəlib bu binamusların talağını versin.

Q a f a r.  Yaxşı  get.  (Mirzə Fərəc  çıxır.)  Bax,  bura da  teatr  deyil.  And  olsun

atamın ərvahinə,  bir  balaca  o  yan-bu  yan  eləsəniz,  elə bir  sillə çəkərəm  ki,

yerinizdə qalarsınız.

Ş a h s ə n ə m. Allah vurub səni, hünərindir əlini qaldır.

G ü l p e r i. Yaxşı, siz bizi boşayarsınız, biz də o siz bəyənmədiyiniz kişilərə

ərə gedərik. Onlar da tez-tez bizi teatra apararlar.

Q a f a r.  Allahü-əkbər,  lənət  sənə kor  şeytan.  İndi  durub  ikisini  də boğub

öldürəcəyəm, ha.

Ş a h s ə n ə m. Allah vurub səni. Durub səni o qədər döyərik ki, arvad boşamaq

da yadından çıxar.

Q a f a r. Arvadın hünəri nədir ki, kişiyə əl atsın.

Ş a h s ə n ə m. Bax, hünəri belədir.

Durub  onunla  tutaşır.  Gülpəri  də köməyə gəlir.  Qafarın  ayağından  çəkir,  Qafar  yıxılır,

onu yumruqlayırlar. Bu halda Mirzə Fərəc və onun dalınca Molla Qasım daxil olurlar.

Q a f a r. Ədə, Mirzə Fərəc, qoyma, arvadlar heyimi kəsdilər.

Arvadlar Qafarı buraxıb Mirzə Fərəcin üstə düşürlər, yumruqlayırlar. Molla aralaşdırır,

ona da bir-iki yumruq dəyir.

M o l l a Q a s ı m. Ay bacılar, bir toxtayın. (Arvadlar dayanırlar.) Bəs mollaya

belə ehtiram edərlər?

Ş a h s ə n ə m.  Bir molla ki,  gecə yarısı  bu  iki  səfehin  sözünə baxıb  biz

biçarələrin talağını verməyə gələ, elə axundun ehtiramını saxlamazlar.

Q a f a r. Arvad, bəsdir, bizi biabır etdin.

M o l l a Q a s ı m. Usta Qafar, bir arvad ki, biz ruhanilərə, biz şəriət ərlərinə

biehtiramlıq elədi, onu boşa getsin. Şəriət də belə buyurub.

Q a f a r. Düz buyurursan, ağa.

Ş a h s ə n ə m. Kül sənin başına a belə ər! A qanmaz kişi, görmürsən bu molla

nə deyir. Mən sənin arvadınam, yoxsa bu şorgöz mollanın?



Milli Kitabxana

131


M o l l a Q a s ı m.  Usta  Qafar,  bu  sözdən  sonra  bu  arvadın nigahı  pozuldu.

İndi canın azaddır.

Ş a h s ə n ə m. Belə kül molla başına.

M o l l a Q a s ı m. İndi bu arvaddan sual-cavab edin. A bacı, sən bilirsən ki,

biz ruhanilər müsəlman arvadlarına teatra getməyi haram buyurmuşuq?

G ü l p ə r i. Bilmirəm.

M o l l a Q a s ı m. Bilmirsən, indi bil.

G ü l p ə r i. Bəs kişilərə necə?

M o l l a Q a s ı m. Onlara da nəhy etmişik.

G ü l p ə r i. Bəs niyə gedirlər?

M o l l a Q a s ı m.  Gərək  getməsinlər,  günah da etməsinlər. Lakin arvad ilə

kişidə fərq  vardır.  Şeytan  həzrət  Adəmi  aldada  bilmədi.  Amma  Həvvanı  aldatdı.

Behiştdən  hər  ikisini  çıxartdı.  Kişini,  o  oyun  çıxardanlar  yoldan  çıxara  bilməzlər.

Arvad isə naqisüləql olar. Tez aldadarlar.

G ü l p ə r i. Ay molla, bilirəm, sən bizim nigahımızı geri oxumağa gəlmisən.

Sən heç zəhmət çəkmə. Mən kəbinimi halal edib canımı azad edirəm. Elə rəhmətlik

atam məni, gözləri yaslı bu qoca kaftara vermişdi.

M i r z ə F ə r ə c.  Nəmənə?  Qoca  kaftar?  İndi  ki,  bele  oldu  daha  səni

boşamıram.

G ü l p ə r i. Ölsən də boşanacağam!..

M i r z ə F ə r ə c. Mən də boşamayacağam.

Q a f a r.  İndi  ki,  iş  bu  məqama  çatdı,  Şahsənəm,  mən  də səni  boşamalı

olmadım.

Ş a h s ə n ə m. Ölsən də boşanacağam!

M o l l a Q a s ı m.  Bir  mənə də qulaq  asın.  Görürəm  siz  arvad  boşayan

deyilsiniz. Mənim zəhmət haqqımı veriniz, çıxım gedim.

Q a f a r. Nəmən? Sən nə qayırdın ki, zəhməthaqqı da istəyirsən?

M i r z ə

F ə r ə c.  Rəhmətliyin  oğlu,  bu  gecə yarısı  gəlib  arvadlarımızı

əlimizdən almaq istədiyin bəs deyil, bir də zəhmət haqqı istəyir.

Q a f a r. Biz arvadlarımızı boşamaq istəmirik.

M  o l  l a

Q  a  s  ı  m.  Cəhənnəmə boşayınız.  Mənim  zəhmət  haqqıma  nə

deyirsiniz?

M i r z ə F ə r ə c. Uzun müşərrəf eləmə, dur rədd ol!



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə