Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

Milli Kitabxana

126


Q  a  f  a  r.  Lənət  sənə,  kor  şeytan.  Arvad,  aydınca  de  görüm,  məndən  nə

istəyirsən? Səni başa düşə bilmirəm.

Ş a h s ə n ə m.  Qafar,  görürəm, əllərin  qabar  olan  kimi, beynin  də

qabarlayıbdır. Başına söz girmir.

Q a f a r. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin.

Ş a h s ə n ə m. Belə mən onu deyirəm ki, mən kimdən əskigəm. Məşədi İbadın

arvadı Keçəl Püstədənmi? Kərbəlayı Qulamın arvadı Cızdalan Nabatdanmı? Yoxsa

dəllək Kərbəlayı Cəfərin arvadı ağzıəyri Fatmadanmı? Di cavab ver.

Q a f a r.  Hə,  beləcə,  indi  başa  düşdüm.  Sən  mənnən  paltar  davası  eləyirsən,

eləmi?


Ş a h s ə n ə m. O da var. Amma indiki davam başqa şeydir.

Q a f a r. Onda başla gəlsin.

Ş a h s ə n ə m.  Yaxşı,  a  Qafar,  niyə məni  "Şah  İsmayıl",  "Eşq  və intiqam",

"Hacı Qara" ya aparmırsan?

Q a f a r. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, mən də görüm başıma nə

çarə qılıram.  Bu  kasadlıq  vaxtda  mən  səni  üç  ziyarətə necə aparım,  arvad,  Şah

İsmayılın  qəbri  uzaq  ölkədədir.  O  ki  qaldı  "Eşq  və intiqam",  "Hacı  Qara"

ziyarətgahlarına,  onların  nə adlarını  eşitmişəm,  nə də müqəddəs  qəbir-şəriflərini

görmüşəm.

Ş a h s ə n ə m. Yaxşı, a Qafar, bəs bilmirsən, onda hər axşam sən də, dostun

Mirzə Fərəc  də evdən  çıxıb  bir  də gecə yarısı  gəlirsiniz.  De  görüm,  haradan

gəlirsiniz?

Q a f a r. Arvad, sənə min dəfə demişəm, minbir dəfə də deyirəm: biz hər gecə

Məşədi Əlibalanın çayçı  dükanına  yığışırıq.  Orada  dərviş  baba  şirin-şirin

hekayələr,  maraqlı  nağıllar  söyləyir,  biz  də qulaq  asırıq.  Sonra  da  qəsidə oxuyur.

Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr haradan gəldiyimizi bildinmi?

Ş a h s ə n ə m. Bu şirin dil ilə məni aldada bilməzsən. O günü mən də, Gülpəri

də hamamda  idik.  Tratirdən  (teatr.)  söhbət  açıldı.  Məşədi  İbadın  arvadı  Püstə

əllərini  belinə qoyub  bizə fors  atırdı.  Loğa-loğa  danışıb  deyirdi  ki,  ay  yazıqlar,

allah  sizi  piti  bişirməyə,  cəhrə əyirməyə yaradıbdır.  Siz  evdə qalıb  gecə-gündüz

işləyirsiniz, ərləriniz  də tratirlarda  kef  çəkirlər.  "Şah  İsmayıl"  oyununa  getdim,

Mirzə Fərəc  ilə Usta  Qafarı  orada  gördüm.  "Eşq və intiqam",  "Hacı  Qara"

oyunlarına getdim, yenə də onları orada gördüm.



Milli Kitabxana

127


Q a f a r. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırıncı sübut odur ki,

yalan  dediyinə görə qurban  olduğum  imam  Cəfər  Sadıq  onun  ağzını əyibdir.  Bu

imam özü düz danışan adam olduğuna görə, yalan deyəni sevmir. O arvad görəsən,

kimi görübsə bizə oxşadıbdır.

Ş a h s ə n ə m. A Qafar, yəni sən bilmirsən ki, mən haraya getmək istəyirəm?

Q a f a r. Ziyarətə.

Ş a h s ə n ə m. Hə, o ziyarəti də tratirdə göstərirlər?

Q a f a r. Nə mənə? Səni teatra aparım? Oyunbazxanaya? O möhtərəm axund-

mollalarımızın təqlidini çıxaran yerə?

Ş a h s ə n ə m. Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək

istəyirəm.

Q a f a r. Arvad, görürəm ağlın çaşıbdır. Bu axşam vaxtı bizi günaha batırma.

Dur, ağzını suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatra getdi nədir?

Arvadlar gərək evdə otursun, pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.

Ş a h s ə n ə m.  Qafar,  mən  özgə şey  bilmirəm.  Bu  saat  durub  məni  "Eşq və

intiqam" tratrina apararsan.

Q a f a r. Arvad, görürəm, sən dəli olmusan. Mən necə səni eşqbazlıq teatrına

aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür... Onu görən gündən

bəri az qalmışam on yeddi rükət namaz əvəzinə, yüz on yeddi rükət qılam.

Ş a h s ə n ə m.  Bax,  Qafar,  adamın  boynuna  beləcə qoyarlar  ha.  Bəs  sən

deyirdin ki, oraya getmirəm. Dur bu saat dinməz-söyləməz məni tratiraya apar.

Q a f a r.  Arvad,  yaxşısı  budur  ki,  sənin  qol-qabırğanı  sındırmamış  buradan

gedim.

Geyinib gedir.



Ş a h s ə n ə m. Cəhənnəmə get, gora get. İndi  mən də tratira gedəndə görüm

sən nə deyəcəksən.

Gülpəri daxil olur.

G ü l p ə r i.  Salaməleyküm,  ay  Şahsənəm  bacı.  Şahsənəm. Əleyküməssəlam,

ay Gülpəri. Arvad, çarşafını yerə qoy, otur, Qafardan söyləyəcəyəm.



Milli Kitabxana

128


G ü l p ə r i. Bəs özü hanı? Teatra getdi?

Ş a h s ə n ə m. Ay arvad, onu haradan bildin?

G ü l p ə r i. Dünən Qafar bizdəydi. Mirzə Fərəc ilə söz qoydular ki, bu  gecə

teatra  getsinlər.  Mənim  kişim  soruşdu  ki,  Qafar,  hansı  teatra  gedək,  o  da  dedi:

bulvarın yanındakı... Şoqəribin adı yadımdan çıxdı. Hə, satır-alır.

Ş a h s ə n ə m. Ay qız, elə deyil. Mənim yaxşı yadımdadır ki, onda bir it sözü

də var. Hə, yadıma düşdü. Satır ağ it. (Satiragit).

G ü l p ə r i. Hə deyəsən, sən düz deyirsən. Dur ora gedək.

Ş a h s ə n ə m. Qafargil bizi görsələr necə olsun?

G ü l p ə r i. Çarşafa bürünərik, tanıya bilməzlər. Deyirlər  o teatra çox arvad-

uşaq gəlir, onların içində bizi haradan tanıya bilərlər.

Ş a h s ə n ə m. İndi ki, belə oldu, qoy tanısınlar. Bəs başqa arvadlar nə üçün

gedirlər?

G ü l p ə r i.  Doğru  deyirsən.  O  günü  Nabat  deyirdi  ki, ərim  ilə oraya

getmişdim. Orada cinlər yerin içindən çıxıb şeytan ilə danışırlar.

Ş a h s ə n ə m. Ay arvad, nə əcəb qorxmamış?

G ü l p ə r i. Necə qorxmamış, bərk qorxubdur. Hətta istəyibdir durub qaçsın,

əri əlindən  tutub  saxlayıbdır.  Deyibdir  ki,  qorxma,  onlar  cin  deyil,  adamlardır,

onların oyunlarını çıxardırlar.

Ş a h s ə n ə m. Daha durma, vaxt keçir, gedək. Yoxsa oyunu başlarlar.

G ü l p ə r i. Gedək.

Gedirlər.



Pərdə

İKİNCİ ŞƏKİL

Əhvalat  Satiragit  teatrının  zalında  vaqe  olur.  Teatrın  səhnəsi pərdə ilə qapalı.

Sıralar  teatra  gələnlər  ilə doludur.  Mirzə Fərəc  dal  sırada  oturmuş.  Qafar  birinci

sırada baxa-baxa Mirzə Fərəci axtarır.

Q  a f  a r.  Adə,  görəsən,  mənim  yoldaşım  harada  oturubdur.  (Birdən  gözü



arvadına sataşır.) Arvad, sənsən?


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə