Milli Kitabxana
132
Q a f a r. Bas bayıra!
M o l l a Q a s ı m. Allah sizin bərəkətinizi kəssin. Bu gecə vaxtı məni avara
etdiniz.
M i r z ə F ə r ə c. Sənə deyirəm, uzun müşərrəf etmə! Dur rədd ol!
Molla söylənə-söylənə gedir.
Ş a h s ə n ə m. Ay qız Gülpəri, dur biz də bunların acığına dəniz kənarına
gəzməyə gedək.
G ü l p ə r i. Dur gedək.
Qapıya tərəf gedirlər, Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.
M i r z ə F ə r ə c və Q a f a r. Hara gedirsiniz?
G ü l p ə r i və Ş a h s ə n ə m. Bulvara, gəzməyə.
Vuruşurlar.
M i r z ə F ə r ə c və Q a f a r. Biz də gedirik.
Onlara qoşulub gedirlər.
Pərdə
Milli Kitabxana
133
BİR EŞQİN NƏTİCƏSİ
Bir pərdəli, iki şəkilli
İŞTİRAK EDƏNLƏR
K ə r b ə l a y ı N ə b i - əlli yaşında, şişman.
Ş ö v k ə t - on iki yaşında, qaçqın bir qız, Kərbəlayı Nəbinin xidmətçisi.
P ə r i c a h a n - 35 yaşında, Kərbəlayı Nəbinin qulluqçusu.
M o l l a R ə h i m
M ə ş ə d i S ə f d ə r q u l u
Kərbəlayı Nəbinin kirayənişinləri.
Q ı z x a n ı m - Məşədi Səfdərqulunun arvadı.
M a r a l x a n ı m - kommunist.
Ə l i - onun oğlu, səkkiz yasında.
Ş i r ə l i.
İki milis nəfəri.
BİRİNCİ ŞƏKİL
Səhnə Kərbəlayı Nəbinin qonaq otağını göstərir, otaq bəzəkli bir otaqdır. Üç
tərəfdən qapı açılır.
P ə r i c a h a n (otağı nizama salarkən söylənir.) Kişilərdə heç vəfa olmazmış.
Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür, yaşı da əlli beşdən
yuxarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında
cavan kimi gah oxuyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir
söz, eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən
başqa burada arvad yoxdur. Ağa əvvəllərdə də mənlə mazaqlaşardı, məni
çimdiklərdi, mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaxşı iş olardı ki, birdən
ağa məni alaydı, bu evə xanım edəydi. Odur oxuya-oxuya gəlir.
K ə r b ə l a y ı N ə b i (əlində həna daxil olur.)
Məzəlim, ay məzəlim,
Gözəlim, ay gözəlim.
Mən səni çox sevərəm.
Mən səni çox sevərəm.
Milli Kitabxana
134
Ay qız ey, irəli gəl. ( Pəricahan irəli gəlir, saqqalını göstərərək.) De görüm, bu
nədir?
P ə r i c a h a n. Buy, ay ağa, nə deyirsən? Saqqaldır, dayna.
K ə r b ə l a y ı N ə b i. A kişilər, bu qız düz iyirmi beş ildir ki, mənim evimdə
qulluqçudur. Mən bu "dayna" sözünü buna tərk etdirə bilmədim. A mürtəd qızı,
mürtəd! Xeyr, saqqal deyil.
P ə r i c a h a n. Ağa bəs nədir?
K ə r b ə l a y ı N ə b i. Nə bilim nədir? Süpürgə çöpüdür. Koldur, kosdur,
qanqaldır. Hər nə zibil isə, ancaq saqqal deyil.
P ə r i c a h a n. Ay ağa, nə danışırsan? Üzdə də qanqal bitərmi?
K ə r b ə l a y ı N ə b i. Elə məndə onu səndən soruşmaq istəyirdim. Bu gün
məni, sən kafir qızı, taytuşlar yanında biabır etmisən. Hər kəs görür, deyir ki,
Kərbəlayı Nəbi, nə bərk qocalmısan. Balam, mən haradan qoca oldum? Çox olsa,
çox olsa, otuz beş sinnim var.
P ə r i c a h a n. Vaxsey, ay ağa, nə deyirsən? Demək, mən bu evə qulluqçu
gələndə sən on yaşında uşaq idin?
K ə r b ə l a y ı N ə b i. Kəs səsini, kafir qızı kafir. Dəli şeytan deyir bu saqqalı,
bığı qırxdır tök yerə, 25 yaşında cavan ol. Onda da söyəcəklər ki, Kərbəlayi Nəbi
komsomol olubdur.
P ə r i c a h a n. Ağa, Maral xanım, belə bizim qonşumuz hər gün küçədən
gedəndə mənə deyir ki, gəl səni də kluba yazım.
K ə r b ə l a y ı N ə b i. Ay qız, nə deyirsən? Kluba!
P ə r i c a h a n. Ağa, vallah, doğru deyirəm. O axşam Məşədi Səfdərqulu yenə
piyan gəlib yazıq Qızxanımı döyməyə başladı. Onun qışqırığına Maral xanım gəlib
çıxdı. Vallah, ağa, Məşədi Səfdərqulunun üstə elə qışqırdı ki, kişi qorxusundan
piyanlığından lap ayıldı. Maral xanım dedi ki, bir də eşidəm sən arvadını döyürsən,
ya incidirsən, tutub çekaya salacağam.
K ə r b ə l a y ı N ə b i. Çekaya?
P ə r i c a h a n. Bəli, çekaya!
K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu kafir qızı haradan gəlib mənə qonşu
oldu? Pəricahan, bolşeviklər kafirdirlər, onlar allahı inkar edirlər. Peyğəmbərə,
imama, müctəhidə, pirə inanmırlar. Birdən ağlını unudub onlara qoşularsan, onda
inkir-minkirə nə cavab verəcəksən. Məgər cəhənnəmin odundan qorxmursan?
P ə r i c a h a n. Xeyr, ağa, mən elə dinsizlərə qarışmaram, arxayın ol.
Milli Kitabxana
135
K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu şeytanı sən haradan mənim yadıma
saldın. Lap ovqatımı təlx etdin. Xülasə, xalasına lənət, gələk saqqal məsələsinə. Bir
de görüm, mənim bu saqqalım əvvəllərdə nə tövr olardı?
P ə r i c a h a n. Ağa, qapqara şəvə kimi.
K ə r b ə l a y ı N ə b i. Belə atan oldu rəhmətlik. Onu şəvə kimi edən kim
olardı?
P ə r i c a h a n. Belə mən. Həftədə iki dəfə, üç dəfə xına qoyub yuyardım,
saqqalın da qapqara kömür kimi olardı.
K ə r b ə l a y ı N ə b i. Bəs onu indi niyə etmirsən, a zalım qızı?
P ə r i c a h a n. Ağa, dedim yəqin xanımın yasını saxlayırsan, onun üçün də
saqqalına xına qoymursan.
K ə r b ə l a y ı N ə b i. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın
günahı nədir ki, bu günə düşsün?
P ə r i c a h a n. Ağa, buyurarsan, elə bu gecə saqqalına xına qoyaram.
K ə r b ə l a y ı N ə b i. Gecə nədir? Elə indicə bu xınanı suya qoyarsan, bir
azdan sonra da saqqalıma qoyarsan. Bu gecə xeyir işim var.
P ə r i c a h a n. Ağa, o necə xeyir işdir?
K ə r b ə l a y ı N ə b i. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki, eşq
topuğuma vurubdur?
P ə r i c a h a n. Ay ağa, eşq adamın başına vurar.
K ə r b ə l a y ı N ə b i. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də,
ayağıma da, hətta bağırsaqlarıma da vurubdur, cəmi vücudum eşq oduna yanır. Bu
dəmdə mənə bir spiçka vursan, şam kimi əriyib tökülərəm. Mən qabaqda eşq-
məşqə inanmazdım, deyərdim, ele şey yoxdur, onu şairlər icad ediblər. Demə,
kişilər doğru deyirmiş. Nədir eşq? "Məhəbbət bir bəla şeydir, giriftar olmayan
bilməz". Vallahi ki, belədir. İndi Pəricahan, iş sənə qalıbdır.
P ə r i c a h a n. Ağa, mən razıyam.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim ağıllı Pəricahanım.
P ə r i c a h a n. Ancaq, ağa, gərək bir az səbir edək, el bizə nə deyər? Bir aydır
ki, xanım ölübdür, heç olmasa qoy qırxı çıxsın.
K ə r b ə l a y ı N ə b i. Xeyr, xeyr, eşq məni yaman hala salıbdır. Davam edə
bilmirəm. Gərək bu gecə nə tövr olsa iş bitsin. El özü çox yaxsı bilir ki, müsəlman
olan şəxs, heç bir gün də arvadsız dura bilməz.
P ə r i c a h a n. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?
Dostları ilə paylaş: |