Milli Kitabxana
145
M ə ş ə d i S ə f d ə r q u l u. Ha-ha-ha...
K ə r b ə l a y ı N ə b i. Ədə, a bic, nəyə gülürsən?
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, o da lotudur, sən öləsən şərabın
küpünə girir.
K ə r b ə l a y ı N ə b i. A kişi, nə danışırsan? Vay sənin zatına lənət, a bele
molla.
Şövkət daxil olur.
Ş ö v k ə t. Ağa!
K ə r b ə l a y ı N ə b i. Belə can, nə buyurursan mənim gözəlim, məzəlim?
Ş ö v k ə t. Pəricahan deyir ki, o sənə siğə olanda çalğıçı gətirmişdin. İndi mənə
də gətirsənə. Axı mən də oynamaq istəyirəm.
K ə r b ə l a y ı N ə b i. Belə mənim bu gözlərim üstə, mənim nazlı balam. Get
Pəricahana de ki, Şirəlini buraya çağırsın. Tarını da gətirsin.
Şövkət gedir.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, qız ilə aranı yaman sazlamısan, ha.
K ə r b ə l a y ı N ə b i. Sən öləsən məşədi, özümü on səkkiz yaşında cavan
kimi hiss edirəm.
M ə ş ə d i S ə f d ə r q u l u. Şərabdan da vurub qızmış şirə dönəcəksən.
K ə r b ə l a y ı N ə b i. Ədə, məşədi, gərək qızın yanında içməyəm. Yoxsa
məndən ürküb qaçar.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, sənin toruna düşən haraya qaça bilər?
K ə r b ə l a y ı N ə b i. Əlbəttə, küçələrdə dilənçilik edən bir qızı gətirib özümə
arvad etmişəm. Daha niyə öz vəliyyinemətinə şıllaq atsın?
Ş i r ə l i (əlində tar daxil olur.) Salamünəleyküm kərbəlayı, toyun mübarək
olsun.
K ə r b ə l a y ı N ə b i. Əleyküməssəlam Şirəli, səndən çox razıyam, mənim bu
işimdə çox zəhmət çəkmisən.
Ş i r ə l i. A kişi, təki sən belə toylardan tez-tez edəsən, mən də gələm.
Gülüsürlər.
Milli Kitabxana
146
M ə ş ə d i S ə f d ə r q u l u. Ədə, Şirəli,o gorbagorun qızı evə qayıtdı?
Ş i r ə l i. Qızxanımın qol-qıçını elə sındırmamısan ki, bir də xarabana qayıtsın.
M ə ş ə d i S ə f d ə r q u l u. Hələ ona o da azdır.
Ş i r ə l i. Kərbəlayı, süfrə ziynətini stolda görmürəm.
K ə r b ə l a y ı N ə b i. Bu piyaniskələr məni lar təngə getirdilər. (Şkafı açıb
şərab çıxardır.) Ala bu biri, bu da biri, bu da biri.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bundan Fatıya tuman olmaz.
K ə r b ə l a y ı N ə b i. Ədə, sən doymaz oğlu doymazsan.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bunun biri mənim, biri sənin, biri bu
cənabın. Bəs mollanın payı? Siz öləsiniz mən öz payımdan bir damcı da ona
verməyəcəyəm, zalım oğlu il uzunu mənim xərcimə içir.
Ş i r ə l i. Aşna, kişinin haqqında böhtan deyirsən. Mən insafımdan keçə
bilmərəm, pul o yazığınkı olur, içmək də sənlə mənim. Ona da bir tula payı veririk.
Dinə de bilmir, çünki qorxur ki, paxırını açaq.
K ə r b ə l a y ı N ə b i. Görürəm, siz yaxşı sirr saxlayırsınız. Yəqin mənim
içməyimi də ona söyləmisiniz.
Gülüşürlər.
M ə ş ə d i S ə f d ə r q u l u. Əlbəttə, sizin içinizdə kişi bir özümü görürəm.
Apaçıq içirəm. Heç kəsdən gizlətmirəm.
Ş i r ə l i. Kərbəlayı, yenə gözləyəcək adamın var?
K ə r b ə l a y ı N ə b i. Xeyr, bircə Molla Rəhim qalıbdır.
M ə ş ə d i S ə f d ə r q u l u. O, şərabın qülqüləsini eşidən kimi burada hazır
olacaqdır.
K ə r b ə l a y ı N ə b i. Onda buyurunuz başlayaq. (Əyləşirlər, fincanları şərab
ilə doldururlar.)
Ş i r ə l i. Bu piyaləni kərbəlayının sağlığına içək və arzu edək ki, belə
siğələrdən çox etsin və biz dostları da unutmasın.
M ə ş ə d i S ə f d ə r q u l u. Sağol, kərbəlayı, bugecəki kefini allah ömrünə
hesab etsin.
K ə r b ə l a y ı N ə b i. Sağ olun, əziz dostlarım.
İçirlər.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gör mürtəd qızı mürtəd nə deyir. Kərbəlayı
qocadır. İş sinndə deyil, ürək cavan olsun.
Milli Kitabxana
147
M o l l a R ə h i m təğyiri-libas daxil olur.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gəldə, kərbəlayının xeyir işində də içməyib
haçan içəcəksən?
M o l l a R ə h i m. Adə, məni kərbəlayının yanında biabır etmə.
Ş i r ə l i. A kişi, kərbəlayı əhli-ruhdur, işlərdən baxəbərdir, buyur.
Molla Rəhim əyləşir.
M ə ş ə d i S ə f d ə r q u l u. İndi mollanın payını meydana çıxar.
K ə r b ə l a y ı N ə b i. Ədə, bəs nə fikir edirsən? Nə qədər içirsən, iç, dalı
bağlıdır.
M ə ş ə d i S ə f d ə r q u l u. Ha, belə de, mən də gülə-gülə içim. Şirəli,
mollanın piyaləsini doldur.
Şirəli doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.
K ə r b ə l a y ı N ə b i. Şair bu sözləri yəqin mənim məzəlicə gözəlimə
deyibdir:
Əzizim, gözlərim, canım, üzün göstərgilən ayə,
O düşsün torpağa, merac elə sən ərşi-əlayə.
M o l l a R ə h i m. Əhsən, əhsən.
İçirlər.
Ş i r ə l i. Kərbəlayı, şərab, nə şərab, adama ruh verir. Sağ ol.
K ə r b ə l a y ı N ə b i. Nuşican.
Piyalələri doldururlar.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də dostumuz əhli-ruh Molla Rəhimin
sağlığına içək, arzu edək ki, belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən
də bizi məhrum etməsin.
M o l l a R ə h i m. Əzizlərim, dünyanın ləzzəti iki şeydir: biri bu şərabdır, biri
də zənən. Əbəs yerə şair bunları tərif etmir, bu iki şeyi
Milli Kitabxana
148
dünyadan götür, gör yerdə nə qalır. Şərabın nəhyi biz ürəfa üçün deyil, avam
üçündür.
Ş i r ə l i. Kişi haqq söz deyir. Şərab, qadın, fəqət şərab Kərbəlayının şərabı
kimi köhnə və qadın da onun zövcəsi kimi on yaşında olmalıdır.
M o l l a R ə h i m. Sağ ol!
İçirlər.
K ə r b ə l a y ı N ə b i. ( oxuyur.)
Zahid, çox eyləmə məni təklifi-cənnətə,
Mən qoymaram behiştə qədəm nazlı yarsız.
M o l l a R ə h i m.
Saqi kərəm eylə cam gəzdir,
Durma, qədəhi müdam gəzdir.
Dövrana çox etibar qılma.
Gəzdir qədəhi, qərar qılma.
Ş i r ə l i. Belə mənim başım üstə.
Piyalələri doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni içək bizim Şirəlinin sağlığına və
təvəqqə edək ki, bir az bizim üçün çalsın.
Ş i r ə l i. Ancaq bu şərt ilə ki, mən çalım, Molla Rəhim də oynasın.
M o l l a R ə h i m. Xeyr, xeyr, mən bacarmaram. O, kərbəlayının işidir, eşq
başına vermuş. Sən çalsan o davam etməyəcəkdir.
Pəricahanla Şövkət daxil olur.
P ə r i c a h a n. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca
oynayım.
Ş ö v k ə t. Vay dədə, vay, burada çaxır içirlər. Yox, mən istəmirəm, mən
gedirəm.
K ə r b ə l a y ı N ə b i. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil,
qırmızı şərbətdir. Görmürsən, Molla Rəhim də içir. Molla
Dostları ilə paylaş: |