sapı ayağmdan çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damm içində cik-cik
edə-edə gah uçurdu, gah yorğan-döşək yükünün üstə oturub mürgüləyirdi. Lakin
damdan bayıra çıxmırdı.
Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı.
Günəşin şəfəqi damm bacasmdan içəriyə düşmüşdü. Ala-cəhrə cik-cik edərək
damda uçurdu. Birdən bacadan çıxıb getdi.
Ah, quşum qaçdı! - deyə M əmmədağa qışqırdı.
Qorxma yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, -
deyə Tağı əmi onu sakit etdi. Doğrudan da, bir azdan sonra yenə də cik-cik edərək
bacadan içəri uçdu.
Bu sevimli quşcığaz tamam qış damda yaşayıb baharda bağa uçdu. Lakin köhnə
məkanmı və dostlarmı unutmayıb gahdan bir ziyarət edirdi.
İLANLARLA MÜBARİZƏ
Yazm isti günlərindən başlamış payızm əvvəlinə kimi, bağlarda gəzdikdə, dar
doqqazlarla getdikdə, koluqda, qulançarlıqda biz uşaqlar, özümüzü zəhərli
ilanlardan gözləməliyik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində
qıvrılıb yatmış ilanı hardan gorub, özümüzü bu müzür heyvandan mühafizə
edəydik? Dostumuz koramal otlarm arası ilə hərəkət etdikdə məlum olurdu. Amma
zəhərli ilanlar məlum olmurdu. B ir yay olmayırdı ki, ilan uşaq vurmamıs olsun.
Onlar da bizdən paylarmı yaxşıca alardılar. İsti günlərdə çəpərlərin döşü ilanlarla
dolu olardı. Onlar yuvalarm dan çıxıb özlərini günə verərdilər. Biz də dəstə
bağlayıb onlarla müharibə edərdik. H ər birimizin əlində uzun çomaq olardı. Kimin
gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub
öldürərdi. H ər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı.
Bilmirəm haradan çıxmışsa, guya kərtənkələlər ilanlara ağu verirlər, ona görə
bunları da düşmənlər sırasma qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda
o, belə cavab verdi:
Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. özləri də zəhərli həşəratı
yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli
dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki
tuluğun içindədr. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralmm qanma qarışır, onu
zəhərləyib öldürür.
Tağı əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.
TAĞT ƏMİNİN TƏRLANI
Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi
bildirçin tutardı. Qızılquş ilə qırqovul, kəklik, turac ovuna gedərdi,
Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənə tapşırırdı. Quşlara nə
qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi.
- Bax, ət yağlı olmasm, - deyə Tağı əmi dübarə tapşırardı.
M ən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim.
Quşun bağmı qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu
muşqururdum. Ac quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca
buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsm,
tuta bilməyim.
Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu,
tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək
ova hazırlayırdı. Bir müddət ac saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra
əlinə cücə götürərək heyətin o biri başmdan çağırırdı. Tərlan cücəni gördükdə uçub
əlinə qonurdu. Cücənin tuklərini yolmağa başlayırdı. Ətini deddikdə Tağı əmi
cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub
gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət
götürürdü. Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi.
Bu tərlanm caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib ələ batırdı.
İki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ götürmək mümkün deyildi.
Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl
üstündə bağlı idi. M ən və M əmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu.
Biz qaçaraq gəldik. Onda gördük ki, Tərlan, M əmmədağanm bir yaşmda bibisi
oğlu Əyyubu basmarlayıb cücə kimi altma alıbdır. Arvadlar da quşu tutub çəkirlər
ki, uşağı buraxsm.
Nə qayırırsımz? - deyə qışqırdım. - Quşu çəkməyin, yoxsa uşağm ətini
qopardar. - Cəld arvadlan kənar edib tərlanm ayaqlarmı sıxmağa başladım. Quşun
caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə heyəcana gəlmişdilər ki,
quşu boğub öldürmək istəyirdilər. M ən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi
özü gəlib çıxdı. Arvadları sakit edərək dedi:
Yaxşı, m ən quşumu bu gündən damda saxlayacağam.
Siz də
uşaqlarmızdan muğayat olub, başma buraxmaym.
Tərlanm Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan
qırmızı şeyə həris idi. Harada görsəydi üstünə atlanardı. Tağı əminin bu tərlanı
axırda m əşhur bir quş oldu.
AXTAR VƏ ŞƏNGÜL
Axtar və Şəngül Tağı əminin ov tulaları idi. A xtar erkək, Şəngül qancıq idi.
Axtar qısaboylu, gödəktüklü, bozrəngli, görkəmsiz tula idi. Gödək, m əxmər kimi
hamar, düm ağ rəngli, üstü qara xalı və zolaqlı tükü var idi. Beli, ayaqlarm, burnu
incə idi. Qaşlarmm üstündə iki gözə bənzəyən xalı vardı.
Bu tulalarm zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar
qaşqabaqlı, tənbəl, İstirahət sevən tula idi.
Şəngül diribaş, şən, mehriban, sevimli bir heyvan idi.
İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə -
bəli, gülər, - deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həytdə uzanıb özünü günəşə
verir. Şəngül isə oynamaq istəyir. Nə etsin?
Kimlə oynasm? Bozdar köpəkləmi? O, qocalmış, gözlərinə pərdə gəlmiş
heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda
Bozdar nədənsə acıqlanıb onu boğmuşdu: Ondan bəri Bozdar ilə yaxm lıq etmirdi.
Tənbəl də olsa, yenə öz yoldaşı Axtar, Şəngül qısıla-qısıla gedib, Axtarm
ayağmdan çəkməyə başladı. A xtar başmı qaldırıb, dişlərini ağardaraq mırıldadı.
Şəngül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan sonra Şəngül gəlib Axtarm
qulağmdan yapışaraq çəkməyə başladı. Acıqlı A xtar qalxaraq onun üstə hücum
etdi. Şəngül qoyub qaçdı. Axtar yenə uzanıb yatm ağa məşğul oldu. İndi Şəngül
onu başqa yol ilə təngə gətirməyə başladı. Axtarm üstündən o tərəf-bu tərəfə
tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamaymca Şəngül ondan əl
Dostları ilə paylaş: |