Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığmı
çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasmı
ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!
Ə liq u lu daxil olur.
Ə 1 i q u 1 u. Nə buyurursan, ağa?
H a c ı M u r a d . M ən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.
Ə 1 i q u 1 u. Baş üstə, ağa can.
H acı M u rad çıxır
Ə 1 i q u 1 u. (yalqız). Çox çalışdım ki, M əhərrəm bəy məni kəndə göndərsin,
orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan.
Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma m ən də şəhərdə
qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula məlum
edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm.
Yox, burada yaşam aq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb
qaçmaq lazımdır. (Abbasını götürüb) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəqin
Hacı M urad məni imtahana çəkib, onda da bu abbası ilə, ay qoca kaftar, mənə
Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən.
Pullarm, qızıllann yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun
əlindən qurtanb Əliqulunun çənginə düşdün.
H a c ı M u r a d . (daxil olur.) Otağı təmiz etdinmi?
Ə 1 i q u 1 u. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)
H a c ı M u r a d . Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxaym
ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.
Ə 1 i q u 1 u. Ağa, bayaq ərz etdim ki, mənim dünya malmda tamahım yoxdur.
H a c ı M u r a d . Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.)
Heç bu zamana adamma oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil.
Görək nə təhər olacaqdır. Bu gecə də pis yuxu görmüşəm, allah axırmı xeyir etsin.
Məni o gördüyüm şeytanm şərindən
hifz etsin. (Gülzar qorxa-qorxa içəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli
gəl, əyləş. Bir az ata-bala dərdləşək. Heç, qızım, gəlib əhvalımı soruşmursan.
Demirsən ki, bir qoca atam var, qoy gedim dərdi nədir, səri nədir.
G ü 1 z a r (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz.
H a c ı M u r a d . Qızım, səni həmişə qəmgin, bikef görürəm, niyə dinmirsən?
Danışmırsan? Nəyin əskikdir. De alım.
G ü 1 z a r. Ağa, hər şeyim var, şükür allaha, heç bir zaddan kəsirim yoxdur.
H a c ı M u r a d . Bəs niyə heç qaşqabağm açılmır? Elə bil ki, gəmilərin
dəryaya batıb, qərq olubdur. Allaha şükür, mənim kimi atan var, sən niyə qəm
çəkəsən?
G ü 1 z a r. Xeyr, ağa, bir qəmim yoxdur. Hərgah danışmıram, ona da səbəb
yoldaşsızlıqdır.
H a c ı M u r a d . Doğru deyirsən. Yoldaş lazımdır. Can yoldaşı. Axirət
yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca
atan sənə bir elə yoldaş tapıbdır ki, çıraq götürüb cəmi dünyanı axtarsan, tayı-
bərabəri tapılmaz.
G ü 1 z a r. Xeyr, ağa, mən elə yoldaş demirəm.
H a c ı M u r a d . Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza
nə təhər yoldaş lazım olduğunu bilməsin. Ah qızardm. Ha-ha-ha! İndi tap görüm,
kimi deyirəm. Tapa bilmirsən? Əlbəttə, elə şəxsdir ki, yatsan yuxuna da girməz.
Dövləti, pulu həddən aşıbdır. Qapısmda xidmətçinin sayı-hesabı yoxdur. Özü də
şəhərimizin birinci bəyidir. Yenə tapa bilmirsən? Nökəri də qapımızda xanıma
müntəzirdir.
G ü 1 z a r (təşvişlə). M əhərrəm bəy?!
H a c ı M u r a d . Afərin, qızım, yaxşı tapdm, heç belə nişanlı ağlma gələrdimi?
Özü gəlib mənə elçi düşdü.
G ü 1 z a r. Ağa, m ən heç kəsə ərə getmək istəmirəm.
H a c ı M u r a d . Bilirəm, qızım, məni çox istəyirsən. M əndən ayrılmaq
istəmirsən. Doğrudur, mənim üçün də çətindir, ancaq görürsən ki, m ən də günü
gündən geri gedirəm. B ir ayağım burdadır, bir ayağım gorda. Səni belə qoyub
getsəm, qəbrdə rahat olmaram. Amma indi arxaymam. Bilirəm ki, qızımı bir elə
şəxsə vermişəm ki, hər böyük məclisdə hamı xanımlardan başda əyləşəcəkdir.
Zərif paltarlar geyib, cavahirləri üstünə taxıb, yanm da qul-qaravaşla qonaqlığa
gedəndə,
cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir,
M əhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu
şəhərimizdə olmamış ola.
G ü 1 z a r. Ağa, hərgah bunları mənə deməkdən qəsdin odur ki, məni onun
malına, puluna aldadasan, onda səhvin var. M ənim dünya malmda tamahım
yoxdur.
H a c ı M u r a d . Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik
ibarətdir maldan, dövlətdən.
G ü 1 z a r. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşm. M ən
heç vaxt M əhərrəm bəyə getməyəcəyəm.
H a c ı M u r a d . Qızım, deyəsən şadlığmdan dəli oldun. Sən xeyir-şərini
anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasmı da
zalım hesab edər, vəhalonki, onlar balasmı istədiyindən edirlər.
G ü 1 z a r. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, M əhərrəm bəyə
getmərəm.
H a c ı M u r a d . Bu sənin axırmcı sözündür?
G ü 1 z a r. Bəli.
H a c ı M u r a d . Çox əcəb, m ən sənin xoşbəxtliyini istəyirəm. M əhərrəm
bəydə könlün yoxdur, bəs İmranla necə?
G ü 1 z a r (sevinclə). Ağa, m ən səndən utanırdım, mənim ondan başqa bir
kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim
məhəbbətim ondadır.
H a c ı M u r a d . Paho, siz mənsiz söz verib qurtarmışsmız, mənim xəbərim
yox imiş! (Rişxəndlə) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, m ən Hacı
Muradı yaxşı tanımamısmız. Daha bəsdir, m ən elə bilirdim ki, sən öz xeyrini başa
düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.
G ü 1 z a r (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığm gəlsin, məni
bədbəxt etmə. Bu tökülən göz yaşım a rəhm in gəlsin. İki cavanm ahmdan qorx.
H a c ı M u r a d . Yox, yox, mən dediyimdən dönmərəm. Arvadm göz yaşı, ya
bir şeh, gün çıxar, qurudar.
G ü 1 z a r. Ata, allahdan qorx. M əhəbbət yolunda tökülən göz yaşmı heç zad
quruda bilməz.
H a c ı M u r a d . Çəkil. M əhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm,
əmələ gətir.
Dostları ilə paylaş: |