H a c ı M u r a d . Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?
M ə h ə r r ə m b ə y . Ay hacı, indiki adamlarda halal, haram nədir? Borc
vermək nədir?
H a c ı M u r a d . Doğru buyurursunuz, bu saat bazardan gəlirəm. Səhərdən o
dükanm, bu dükanm qabağmı kəsdirib, müamiləsiz-zadsız verdiyim borcları ala
bilmirəm. (Im rana) İmran, qadan alım, zəhm ət çək Quluya de çay gətirsin.
İm ran çıxır
M ə h ə r r ə m b ə y . İndi de görüm, qardaş sən nə tövr gün keçirirsən?
H a c ı M u r a d . Heç soruşma, mənim günüm it günü. Adamm bişirib-
düşürəni gərəkdir, qulluq edəni gərəkdir, yoxsa nökər-qulluqçudan nə rahatlıq
olacaqdır?
M ə h ə r r ə m b ə y . Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün
rahatlıq ilə keçsin.
H a c ı M u r a d . Ay sağ olmuş. M ənim ömrüm keçmişdir, qocalıqda nə
yorğalıq. M ən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha
şükür, nəyin əskikdir? Altı-yeddi mədaxil gətirən göyçək qız al, gətir evinə qoy,
gecə-gündüz başma dolansm.
M ə h ə r r ə m b ə y . Hacı, doğru buyurursan. Özümündə xahişimdən keçir,
ancaq hanı elə qız?
H a c ı M u r a d . Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə necə qız
alıram?
M ə h ə r r ə m b ə y . M ən hazıram və səni də o işdə vəkil edirəm. Ancaq
bayzadələrdən olmasm. Özün bilirsən ki, mənim onlam an qədimdən aram yoxdur.
H a c ı M u r a d . Yaxşı, bəylərə qələmçəkdik. Qaldı sövdəgər sinfi. Onlar da
neçə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?
M ə h ə r r ə m b ə y . Sövdəgər qismindən hamıdan artıq həqiqi dostum sənsən.
M ən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı.
O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm nə
tövr istəyirsən elə et.
H a c ı M u r a d . Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, dəxi
nə üçün özgə qapısma gedək? Əvvəl evin içi, sonra bayırı.
M ə h ə r r ə m b ə y . Hacı, hərgah öz qızmızı buyurursunuzsa, m ən onu
İmrana nişanlı bilirəm.
H a c ı M u r a d. A pir olmuş, aslan meydanma tülkü çıxa bilərmi? Tərlan
yerini sar tuta bilərmi? B ir de öz qapımdakı gədəyə qız verm ək mənə eyib gətirər.
M ə h ə r r ə m b ə y (kənara). Kəməndime yaxşı düşdü, bu gün-sabah təşrif
aparar, pulları da mənə qalar. (Hacı M urada) Ancaq, hacı, bir iş var, bəlkə qız
mənə gəlmək istəmədi?
H a c ı M u r a d . Ne danışırsan, a kişi? Atanm xahişi olanda qızm nə ixtiyarı
var razı olmaya (kənara). Yaxşı düşdü toruma, bu gün-sabah təşrif aparar, pulları
mənə qalar.
M ə h ə r r ə m b ə y . Hacı əmi, indi işi qət olunmuş hesab edək?
H a c ı M u r a d . Bəli, bəli. Ancaq özünüz bilirsiniz ki, mənim heç zadım
yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma.
M ə h ə r r ə m b ə y . Əlbəttə, hər bir xərci öhdəmə götürərəm və sonra da
mənim evimin və qeyri şeyimin ixtiyarı sənnən olacaqdır.
H a c ı M u r a d . Çox gözəl, çox yaxşı. Allah bu qohumluğu qayim-qədim
etsin. (Qulu podnosda üç stəkan çay gətirir. Verəndə birini salıb sındırır.) Ay ayı
oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq.
Q u 1 u. Ağa elə bildim ki, İmran ağa da buradadır.
H a c ı M u r a d . Çox qələt etdin. Adam gəlib əvvəl qonağm hesabmı bilər.
Sonra da ona görə çay gətirər.
Q u 1 u. Baş üstə, ağa, bundan sonra buraya qonaq gəlsə, çayı qonağm sayma
görə gətirərəm.
H a c ı M u r a d . Bəs niyə qənd gətirməmisən?
Q u 1 u. Ağa qənd salmışam.
H a c ı M u r a d . Yenə də qələt etmisən. Bəlkə biri çayı şirin içməyəcəkdir.
Dişləmə içəcəkdir.
Q u 1 u. Ağa, dedim yanm da qonaq var, bəlkə salma içəcəksiniz.
H a c ı M u r a d . Zalımoğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get.
Q u 1 u (gedirkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.
H a c ı M u r a d . Görürsən bu zalım uşaqları mənim başım a nə iş gətirir?
M ə h ə r r ə m b ə y . Bəli, yaxşı nökər adamm canmı rahat edər, amma pisi
ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür,
nökər tutmuşam, bir düzgün, yaxşı qulluq yetirən fağırm biridir. Göndərim gəlsin
pulsuz-zadsız sizə qulluq etsin.
H a c ı M u r a d . Çox sağ olun. M ərhəmətin artıq olsun. Göndər gəlsin, ta
Qulunun murdar üzünü görməyim. Məhərrəm bəy, buyur çay iç, ağzmı şirin et.
Çay özü də şirin kimi bir şeydir. A kişi, deyirlər ki, çaym əsli yerində ki, ibarət
olsun Çindən, çayı qəndsiz içirlər. Amma bizim adamlar müəllimlərindən ağıllı
çıxmışlar. Qəndi istəkana doldurub doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yeni
əslində bir şey deyil. Artıq xərcdir də...
M ə h ə r r ə m b ə y . Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir.
Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. Məsələn: toy işində,
vay işində m əsrəf olan xərclər kimi.
H a c ı M u r a d . Yox, onlar da dədə-babadan qalma adətlərdir. Tərk etmək
lazım deyil. Ancaq bu kürsü, çəngəl-bıçaq və qeyri-izafə şeylər ki, yenilər adət
etmişlər, qızm cehizində verilsin, bax bu bir şey deyil. Allah əl veribdir yeməyə,
diz veribdir əyləşməyə.
M ə h ə r r ə m b ə y (kənara). Bəli, işarəsini anladım. (Hacı M urada) Hacı,
indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.
H a c ı M u r a d . Çox əcəb, get m ən də vaxtmda sənə məlum edərəm.
M ə h ə r r ə m b ə y (qalxır.) Hacı, xudahafiz.
H a c ı M u r a d . Xudahafiz. Get, allah amanmda olasan. (.Məhərrəm bəy
çıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, M əhərrəm bəy özü gəlib qızıma
elçi düşdü, amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan
xəbəri yoxdur. İndi qaldı İmranm bir cür başmı əkib İrana göndərmək. (Çağırır.)
Qulu, Qulu!
Q u 1 u (daxil olur.) Nə buyurursan, ağa can?
H a c ı M u r a d . Canma dərd buyururam. M əni M əhərrəm bəyin yanm da
biyabır etdin.
Q u 1 u. Ağa, mən nə elədim?
H a c ı M u r a d . Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də
qabiliyyətin yoxdur.
Q u 1 u. Ağa, adam gərək doğru danışsm, sən soruşursan, m ən də düzünü
deyirəm. O ki qaldı çaym tökülməyi, onda da təqsirim yoxdur, çünki padnos elə
köhnədir ki, ortası qozbel adamm beli kimi qalxıbdır. İçində istəkan da durmur.
Dostları ilə paylaş: |