DÖRDÜNCÜ PƏRDƏ
Səhnə birinci p ərd ən in m ən zərəsin i g östərir. H əy ətd ə sk am y an ın q arşısın d a b ir m asa,
üstü n d ə bir neçə kitab. Q əm ər k ita b ların şəklinə b ax ark ən g ö zü n ə bir m əktub sataşır.
Q ə m ə r (məktubu əlinə götürüb). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv
edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda məlum olar. Yox,
özgənin məktubunu oxumaq qəbih şeydir. Qoy başmı açıb oxuyum, onda məlum
olar, dalmı oxumaram. (M əktubu paketdən çıxarıb oxuyur.) "Ey qəlbimin sultanı,
sevgili Çingizim!" Paho, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir.
Gərək oxuyam. (Oxuyur.) "Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan
çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, dəxi səbir edə
bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə
rəhmin gəlisin". Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən
mənlə belə dost imişsən? M ənə bir çox məktub yazmışsan, heç birində işarə edə
bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə
imiş. Çingizə ah çəkdirən nə imiş. (M əktubu gizlədib kağız yazır.) Zöhrə xanım,
məktubu belə yazarlar, özü də şeir ilə.
Y a s ə m ə n (içəridən). Qəmər, Qəmər!
Q ə m ə r. Gəlirəm.
G edir, Ç in g iz o taq d an çıx ır, m asay a tə r ə f gəlir, Q əm ərin y azd ığ ı kağızı əlin ə götürür.
Ç i n g i z. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb.
Deyəsən şeirdir. (Oxuyur.)
Ey gərdişi ədalı Şəmsi,
Ey fəzanm nazlı sultanı.
Kainatı şad edən sənsən,
Cahana nur verən sənsən.
Ziyan ilə yaşar.
Qəmə mübtəla Qəmər.
Ha-ha-ha...
Q əm ər d ald an gəlib kağızı o n u n əlin d ən dartıb alır.
Q ə m ə r. Başqasmm m əktubunu oxumaq qəbih şeydir. Belədirmi, bəradərim
Çingiz?
Ç i n g i z. Elədir, bacım Qəmər.
Q ə m ə r. Bəs nə üçün oxuyursunuz?
Ç i n g i z. Çünki məktub deyil, şeirdir. Şair şeir yazır ki, insanlar onu oxuyub
ləzzət aparsmlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şeirlərlə sən
ədəbiyyatımızda yeni bir cığır açırsan. Daha bundan sonra şeirdə nə qafiyə, nə
məna lazım deyil.
Q ə m ə r. Necə? M ənim şeirimdə m əna yoxdur?
Ç i n g i z. M ən ki tapa bilmirəm. Bəlkə, özünüz o pünhan mənanı izhar
edəsiniz.
Q ə m ə r. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şeirinin mənasmı anlamağa sən
hələ xamsan, püxtə olmağa çox səfər gərək...
Ç i n g i z. Qəmər!
Q ə m ə r. Bəli.
Ç i n g i z. Gözlərimə bax.
Q ə m ə r (onun gözlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir.
Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsünəndə
başqa lətafət, basqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə
həsəd aparır.
Ç i n g i z. Ha-ha-ha...
Q ə m ə r. Bax belə, yoxsa qaşqabağmı tökəndə üzün Cəbi lələnin
gülümsəməsinə bənzəyir.
Ç i n g i z. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşmı dinlə.
Q ə m ə r. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən
məndən min səkkiz yüz saniyə böyüksən.
Ç i n g i z. Ha-ha-ha... Qəmər bu gün mən sənlə bacarmayacağam. Ona görə
rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasmız. M ənə dərs oxumağa
mane olmayasmız.
Q ə m ə r. Çingiz, daha zarafatı buraxdım.
Ç i n g i z. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.
Q ə m ə r. Məsələn...
Ç i n g i z. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində
nə olsa açıb mənə söyləyərdin. M əndən gizlin bir sirrin olmazdı, indi isə onu
görmürəm.
Q ə m ə r. M ən də səndə təğyir görürəm.
Ç i n g i z. Məsetən...
Q ə m ə r. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib
saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.
Ç i n g i z. Elə bu?
Q ə m ə r. Bəli, elə bu!
Ç i n g i z. M ənim ulduza baxmağımda sən nə sirr görürsən?
Q ə m ə r. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan?
Ç i n g i z. Çünki o ulduz qeyrilərindən parlaqdır. M ən onu çox sevirəm.
Q ə m ə r. Elə mən də bunu bitmək istəyirdim. O ulduzun adı nədir?
Ç i n g i z. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər.
Q ə m ə r. Daha adı yoxdur?
Ç i n g i z. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adma da
Diana deyirdilər.
Q ə m ə r. Bəs, ərəblər o ulduza nə deyirlər?
Ç i n g i z. Bilmirəm, gərək ki... Zöhrə.
Q ə m ə r. Ha-ha-na... gərək ki... Zöhrə.
Ç i n g i z (acıqlı). Çəkil!
Q ə m ə r. Gedirəm, gedirəm acığm tutmasm.
Bir az gedib dayanır. Çingiz başmı əlləri ilə tutub fikrə gedir. Qəmər gizli
daldan onun boynunu qucaqlayıb saçlarmdan öpür, qaçır.
Ç i n g i z. Qəmər. (Qalxıb otağına gedir.)
Q ə m ə r (yalnız). Ey zavallı qardaşım, görürəm, aslan ürəyini eşq atəşi
yandınr. Söndürmək istəyirsən fəqət bacarmırsan. Çünki atəş bütün vücudunu
almış, damarlarma yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir
rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacm Qəmər də Şəms oduna
yanır.
Y asəm ən və Piri b ab a k o m ad an çıxırlar.
Y a s ə m ə n. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi?
Q ə m ə r. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı.
P i r i b a b a. Əlbəttə, yaxşı olardı, yoxsa səhərdən axşama kimi kitabdan əl
çəkmir.
Y a s ə m ə n. Çingiz.
Dostları ilə paylaş: |