Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə63/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   59   60   61   62   63   64   65   66   ...   140

Ş ə m s i b  ə y.  Nəzərinizcə bundan başqa şey  qadma lazım deyil?

Ş a h b a z   b ə y .   M ən bilmirəm,  sən bilirsənsə de.

Ş  ə m  s  i  b  ə y.  Ümdəsi  məhəbbət,  sonra  ərin  gözəl,  mehriban rəftarı.  Bunlarm 

hansı  sizdə  olubdur?  Anamı  qız  ikən  pul  gücünə,  gözü  yaşlı  özünüzə  zövcə 

etmişsiniz.  Sonra  gözəl rəftar ilə könlünü  alıb  özünüzə rağib  etmək əvəzinə,  həmin 

bu evi  şərabxanə,  çəngixanə edib,  onun incə  qadmlıq hissini  ayaqlarmız  altma salıb 

tapdalamışsmız.

Ş a h b a z   b ə y .   Yalan!  Bunun  hamısı  Həcərin  düzəltməsidir.  M əni  sizin 

nəzərinizdən salıb  düşmən etmək fikridir.  Sizi məndən uzaqlaşdırmaqdır.

Ş  ə  m  s  i  b  ə  y.  Bizi  sizdən  uzaqlaşdıran  anamız  deyil,  sizin  fəna  əməlinizdir. 

Uşaq  ikən  biz  bacı-qardaş  sizdən  bir  mehriban  söz  eşitmədik.  Həmişə  evə  sərxoş 

gəlmisən,  biz  də  qorxumuzdan  qaçıb  otağımızda  gizlənmişik.  Bədbəxt  anamız  bizi 

bağrma  basıb  biz  ilə  bahəm  göz  yaşı  tökübdür.  M ən  deyərdim,  ana,  dur  buradan 

qaçaq,  deyərdi:  Bala,  haraya  qaçaq,  adam da öz  evindən  qaçarmı,  bizə nə  deyərlər. 

Yenə  səbir  etməli.  Anamız  bizi  bu  evdə  belə  saxlayıbdır.  Biz  böyüdükdə  də 

tutduğunuz binamus  əməllərdən xəcalət çəkib,  Şahbaz bəyin övladları  olduğumuzu 

gizlətmişik.

Ş a h b a z   b ə y .   Sus,  nadürüst,  daha  sən mənim  övladım  deyilsən,  çıx haraya 

istəyirsən  get!  Gözümün  önündən  sürün.  (Şəmsi  bəy  çıxır.)  Az  qalmışam  bunlarm 

əlindən baş  götürüb yenə Firəngistana qacam.

Səfı  bəy daxil  olur.

S  ə  f   i  b  ə  y.  Dayı,  deyəsən  yenə  Şəmsi  ilə  sözləşmisən,  çox  hirsli  gedirdi, 

mənə də məhəl qoymadı.

Ş a h b a z   b ə y .   Gör  mənə  nə  deyir,  Şahbaz  bəyin  övladı  olmaqdan  xəcalət 

çəkirəm.

S ə f  i b  ə y.  Odur ki,  düşmənimizin oğlu ilə də dostluq edir.

Ş a h b a z   b ə y .   Kim ilə?

S ə f  i  b ə y.  Əlimərdanm oğlu Çingiz ilə.

Ş a h b a z   b ə y .   Nə deyirsən.  Cingiz odur Rusiyada.

S  ə  f  i  b  ə  y.  Xeyr,  Çingiz  bir  aydır  ki,  anası,  bacısı  ilə  Piri  babanm  yanm da 

olur.

Ş a h b a z   b ə y .   Səfi,  Şəmsi  Çingiz ilə dostluq etməz.



S ə f  i  b ə y.  Çağırm,  mənim yanım da özündən soruşun.

Ş a h b a z   b ə y .   Xavər, Xavər!




X  a v ə r.  Nə buyurursan,  ağa?

Ş a h b a z   b ə y .   Şəmsi bəyi buraya çağır.

X  a v ə r.  Şəmsi bəy  getdi.

S ə f  i  b ə y.  Zöhrə xanım evdədirmi?

X  a v ə r.  Bəli,  evdədir.

S ə f  i  b ə y.  Çağır gəlsin.

X a v ər gedir.

Ş a h b a z   b ə y .   Sən  Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan?

S  ə  f   i  b  ə  y.  O  da  qardaşmdan  geri  qalmaz.  Dayı,  Çingizə  bir  elə  tələ 

qurmuşam  ki,  əlimdən  qurtarası  deyil.  Çingiz  guya  gizlin,  hökumətin  əleyhinə 

işləyir.  Onu  həbs  edib  tutduracağam,  həbsxanaya  göndərəcəyəm.  Yolda  guya 

qaçırdı deyə  güllələdəcəyəm, necə tədbirdir.

Ş a h b a z   b ə y .   Çox  gözəl  tədbirdir.  Daym  İlyas  bəyin  qanmı  yerdə 

qoymursan.

Z ö h r ə   x a n ı m  (daxil olur.) Bibioğlu, xoş  gəlmisən.

S  ə  f   i  b  ə  y.  Sağ  ol,  dayıqızı...  Zöhrə,  səndon  bir  şey  barəsində  məlumat 

istəyəcəyəm.  Rica edirəm düzünü deyəsən,  əyləş.

Z ö h rə  oturur.

Z ö h r ə   x a n ı m .   Demək,  məndən silist edəcəksiniz.

S  ə  f  i  b  ə  y.  Bəli,  buyurunuz  görüm,  bir  ay  bundan  irəli  ananız  H əcər xanım, 

qardaşmız  Şəmsi bəy  ilə  Züleyxa xanımgilə  qonaq  gedərkən,  yoldan dönüb  haraya 

getmişsiniz?

Z ö h r ə   x a n ı m .   Piri babagilə.

S ə f  i  b ə y.  Doğru!  Orada kim ilə  görüşmüsünüz?

Z ö h r ə   x a n ı m .   Piri baba,  Yasəmən və  qızı  Qəmər ilə.

S ə f  i  b ə y.  Daha kim in ilə?

Z ö h r ə   x a n ı m .   Onu demərəm.

S ə f  i  b ə y.  Nə üçün?

Z ö h r ə   x a n ı m .   Çünki məcburam.

S ə f  i  b ə y.  Sizi məcbur edən kimdir?

Z ö h r ə   x a n ı m .   M ənim vicdanım.

Ş a h b a z   b ə y .   Yox,  sənin  anan  Həcər  xanım!  M ənim  düşmənlərim  onun 

dostudur,  dostlanm  düşməni.



S  ə  f  i  b  ə y.  Siz  demək istəmirsiniz,  m ən deyirəm.  Orada  siz,  bizim nəslimizin 

düşməni,  quldurbaşı  Əlimərdanm oğlu Çingiz ilə  görüşmüşsünüz, belədirmi?

Z ö h r ə   x a n ı m .   Elədir.

S ə f  i  b ə y.  Bəs nə üçün bunu demək istəmirdiniz?

Z ö h r ə   x a n ı m .   Çünki bu yolda tökülən  qanı  daha kifayət bilirəm.  Atalarm 

ədavətinin övladlarma keçməyini  artıq bilirəm.

Ş a h b a z   b ə y .   M ənim övladlanm m  heç birində  qeyrət,  namus  olmadığmı  da 

mən bilirəm.

Z ö h r ə   x a n ı m .   Ata,  qeyrət,  namus  gözləyən  şəxs,  gərək  bu  ədavətin 

binasmı qoymayaydı.

Ş a h b a z   b ə y .   Səsini kəs,  Həcərin  qızı.

S  ə f  i  b  ə y.  Dayı,  doğru deyirsən,  bunlann heç  birində  qeyrət,  namus yoxdur. 

Əmiləri İlyas bəyin  qatili  Əlimərdanm oğlu ilə dostluq edirlər.

Ş a h b a z   b ə y .   Bunlarm belə olmağma yenə də Həcər baisdir.

S ə f  i  b ə y.  Zöhrə, bu səfər ikinizin də təqsirinizdən keçirəm.  Bir də  Çingiz ilə 

mülağat  etsəniz,  məni  əfv  edəsiniz,  onda  sizin ilə başqa cür rəftar edəcəyəm,  çünki 

qulluq  qohum-əqrəba tanımaz.  Zöhrə,  onu bil  ki,  Çingiz  hökumətin ziddinə  işləyir, 

mən onu həbs edəcəyəm.

Ş a h b a z   b ə y .   Sən Gəncədə neçə  gün qalacaqsan?

S ə f  i  b ə y.  Üç-dörd  gündən artıq qala bilmərəm.  Dayı,  vaxt keçir,  gedək.

Ş a h b a z   b ə y .   Səfa,  Səfa!

S ə f  a (daxil olur.) Nə buyurursan,  ağa?

Ş a h b a z   b ə y .   Çamadanı  götür  faytona  qoy.  (Səfa  götürüb  aparır.)  Səfi 

halımı  görürsən,  ata bir yerə  gedəndə  evini  oğluna tapşırar.  O  da  olmasa  arvadma, 

qızma.  H əcər  xanım  məni  görmək  istəmir.  Oğul  elə,  qız  belə.  Bunlar  hamısı  dua 

edirlər ki,  mən bu müalicədən  şəfa tapıb  salamat qayıtmayam.

Z ö h r ə   x a n ı m .   Ata,  sənin  azannm   xasiyyəti  elədir  ki,  hammı  özünə 

düşmən  hesab  edirsən.  Xeyr,  biz  istəyirik  ki,  sən  Gəncədən  bu  azardan  sağalıb 

salamat gələsən, biz də rahat olaq.

S  ə  f   i  b  ə  y.  Dayı  qızı  doğru  deyir,  sən  əsəbi  məcazsan.  İnşallah  Gəncədən 

sağalıb  gələrsən, bu qara fikirlər də başmdan çıxıb  gedər.

Ş a h b a z   b ə y .   Yenə ümidim sən qızımadır.  Xudahafiz.  (Onu  öpür.)




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə