H ə c ə r x a n ı m . Qəmər, bu mənim oğlum Şəmsi bəy, bu da qızım Zöhrədir.
Tanış olunuz.
Q əm ər o n lara əl v erir, q o n aq lar P iri b ab a tərəfə gəlirlər.
P i r i b a b a. Həcərxanım, çox xoş gəlmişsiniz, səfa gətirmişsiniz, mən qocanı
yad etmisiniz, buyurun əyləşin.
O tururlar.
H ə c ə r x a n ı m . Züleyxa xalama qonaq gedirik, dedim dönüb sizlə görüşüm.
Çoxdan bəridir ki, sizdən xəbərim yoxdur. Yaxşı oldu ki, Qəməri də gördüm,
maşallah, gözəl qız olubdur.
Y a s ə m ə n. Qəmər on gündür ki, dərslərini qurtarıb gəlibdir. Dedi ana, gedək
bu yay da Piri babaya qonaq olaq, o da təkdir.
P i r i b a b a. Xalisə vəfat edəndən bəri burada Topal ilə ikimiz oluruq.
Yasəmən istədi məni də kəndə öz yanm a aparsm, razı olmadım, çünki balıq susuz
yaşaya bilm əyən kimi, m ən də meşəsiz ömür sürə bilmərəm.
H ə c ə r x a n ı m . Çingizdən nə xəbər var?
Q ə m ə r. Mənə yazmışdı ki, iki gündən sonra çıxacağam, gərək bu gün-sabah
gəlib çıxsm.
Ş ə m s i b ə y. Çingiz həkimlikmi oxuyur?
Q ə m ə r. Bəli.
Z ö h r ə x a n ı m . Yenə Kiyev şəhərində oxuyur?
Q ə m ə r. Bəli, orada oxuyur.
H ə c ə r x a n ı m . Uşaqlar, durun gedin bir az meşədə gəzin.
Y a s ə m ə n. Qoyun çayı təzələyim, içsinlər, sonra gedərlər.
H ə c ə r x a n ı m . Zəhmət çəkməyin, bir azdan sonra gedəcəyik. Xalam bizi
gözləyir.
P i r i b a b a. Nə tələsirsən? Buradan Züleyxa xanımgilə yarım saatlıq yoldur,
bir az rahat olub çörək yeyərsiniz, sonra gedərsiniz. Ona kimi də cavanlar meşədə
gəzərlər. Qəmər də bu gün məni meşə sultanı təyin edibdir. Təzə sultanm hökmü
belədir, gərək tabe olasmız.
G ülüşürlər.
Ş ə m s i b ə y. Meşə sultanı Piri babadan rica edirəm ki, mənə öz ormanmda
bir qədər ov etməyə izin versin.
P i r i b a b a. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.
Ş ə m s i b ə y. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar,
buyurunuz.
H ə c ə r x a n ı m . Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan
sonra gedəcəyik.
Ş ə m s i b ə y. Yaxşı, deyərəm.
G edirlər.
Y a s ə m ə n. Xudaya, Çingizi de bunlar ilə belə mehriban görsəydim dünyada
bir qəmim olmazdı.
H ə c ə r x a n ı m . Yasəmən, iyirmi ildir ki, m ən bədbəxt ana, oğlum Çingiz
üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrma
basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma m ən yad kimi
kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı?
P i r i b a b a. H əcər xanım, bugünə kimi səbir etmisiniz, yenə də etməlisiniz.
Yoxsa cümlənizi böyük bəlaya salarsmız. İndiyə kimi sirr açılmayıbdır, bundan
sonra da açılmamalıdır.
Y a s ə m ə n. H əcər xanım, m ən də sizdən rica edirəm ki, məni bəlaya
salmayasmız, m əgər m ən Çingizə doğma ana kimi baxmamışam?
H ə c ə r x a n ı m . Dogru deyirsən, sən Çingizə həqiqi analıq etmisən. Ölənə
kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm.
P i r i b a b a. Həcər xanım, indi bizim seyimiz onda olmalıdır ki, ataları kimi
cavanlarm da arasma ədavət düşməsin.
H ə c ə r x a n ı m . Piri baba, Çingizin burada olmasmm xətası çoxdur, Şahbaz
bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf
edələr.
Y a s ə m ə n. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan
Çingizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram.
P i r i b a b a. H əcər xanım, Çingizin gələcəyi üçün heç fikirləşmisinizmi?
H ə c ə r x a n ı m . Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki,
dayısı oğlu Əli bəyin qızmı ona ala və cəmi mülkünü də
onlarm adma keçirə. Əli bəyin qohum-əqrəbası çoxdur, ona heç kəs bata bilməz.
Yasəmən, sən bu fikrə nə deyirsən?
Y a s ə m ə n . M ən nə deyəcəyəm? Çox gözəl fikirdir.
Q əm ər, Z ö h rə və Şəm si bəy daxil olurlar.
Q ə m ə r. Ha-ha-ha...
Z ö h r ə. Ha-ha-ha...
H ə c ə r x a n ı m . A qızlar, deyin görüm, nəyə gülürsünüz?
Q ə m ə r. Piri baba, bu saatdan sən sultanı əzl edib yerinə Şəmsi bəyi təyin
edirəm.
P i r i b a b a. A qızım, buna səbəb nə olmuş?
Q ə m ə r. Şəmsi bəyin bimisl ovçu olmağı.
Z ö h rə gülür.
Ş ə m s i b ə y. Qəmər bəyim, rica edirəm məni Piri babanm yanm da xəcil
etməyəsiniz.
Z ö h r ə x a n ı m . Xeyr, gərək nağıl oluna, yoxsa mən Piri babanm əzlinə razı
deyiləm.
Ş ə m s i b ə y. Onda qoyun m ən özüm söyləyim.
Z ö h r ə x a n ı m . Xeyr, m ən razı deyiləm. Qoy Qəmər söyləsin.
Ş ə m s i b ə y. Nə etməli, siz iki, m ən tək, Qəmər bəyim, söyləyiniz.
Q ə m ə r. Piri baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə
Şəmsi bəy, bizim ölkənin birinci ovçusu, xeyli nəzakət ilə qoşalüləsini çiynindən
çıxarıb...
P i r i b a b a. Ov etdikdə, ovçunun tüfəngi əlində hazır olmalıdır.
Z ö h r ə x a n ı m . Buda onun özünə arxaym olmasma bir sübut.
Q ə m ə r. Dovşan dayanıb durmuşdu. Şəmsi bəyin gülləsi açıldı, dovşan
yerindən tərpəndi. Güllənin biri də açıldı, dovşan yenə qaçmadı. Burada Zöhrə
xanım ilə inən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü.
G ülüşürlər.
P i r i b a b a. Görünür, dovşan uzaqda durmuşmuş.
Z ö h r ə x a n ı m . Xeyr, Piribaba, sonar ölçdük, bizim ayağımız ilə dovşan on
iki addımda durmuşdu.
Dostları ilə paylaş: |