bəyin nəslini qırıb, yer üzündən məhv edəm. Onun əmisi oğlu Tağı bəyi və nökəri
Fərəci öldürüb qaçaq düşdü.
Y a s ə m ə n. Piri baba, nə vaxt ki, bədbəxtlik bizə üz verməmişdi, Əlimərdan
məni sevib mehriban dolanırdı. Qəmər qəziyyəsindən sonra büsbütün dəyişilib,
arvad admı yanm da çəkmək mümkün deyil. Mənlə xudahafiz edendə dedi ki,
Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam. Baba, dönmüş
taleyim burada da məni ərimin yanmda xəcil etdi, qız doğdum.
P i r i b a b a. Qəm etmə, qızım, övlad şirin olar. Özün görəcəksən ki, necə
əzizləyib sevəcəkdir.
Y a s ə m ə n. Allah sən deyən kimi edəydi, baba.
P i r i b a b a. Qorxma, elə də olacaqdır, bax, bu meşə sahibi Həsənqulu ağa da
oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. M ən bu sinnə çatmışam,
amma atanm qıza elə m əhəbbət bağladığmı görməmişəm, eşitməmişəm. Bax, bu
evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə,
Züleyxa xanım da qaravaşları ilə burada yaşardı. Xalisə onun istəkli
qulluqçularmdan biri idi. Ağanm ondan başqa övladı olmadı. İndi bu meşənin
sahibi həmin Züleyxa xanımdır. Yasəmən, Əlimərdan da qızmı inşallah elə
sevəcəkdir.
Y a s ə m ə n. Ah, o günü görsəydim, ölməzdim.
P i r i b a b a. Xalisə gəlib çıxmadı. Xörək nə vaxtı bişəcəkdir?
Y a s ə m ə n. Odun yoxdur, olsaydı durub özüm bişirərdim.
P i r i b a b a. Onda, mən durum oduna gedim, ona kimi də Xalisə gəlib çıxar.
(Baltarıı və ipi götürüb gedir.)
Y a s ə m ə n (yalnız, çağanı beşikdən götürüb). Xudaya, dərgahma el götürüb
dua edirəm, mənə əta etdiyini - bu məsum balanı ata məhəbbətindən məhrum etmə.
(Laylay çalır.)
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gül bağm olsun,
Kölgəsində yatasan.
Balam, a laylay.
Gülüm, a laylay, a laylay.
M ən aşiqəm balasm,
Laçm verməz balasm.
M ən balamı istərəm,
Balam istər balasm.
B u h ald a h əy ət qapısı döyülür. Y asəm ən gedib açır, H ə cə r x an ım q u cağ ın d a bir körpə
u şaq daxil olur.
H ə c ə r. Yasəmən, nə təəccüblə mənə baxırsan? Yoxsa məni tanımırsan?
Y a s ə m ə n. Bilmirəm, yuxu görürəm, ya doğrudan da H əcər xanımı görürəm.
H ə c ə r
x a n ı m . Doğru deyirsən, Şahbaz bəyin arvadı quldurbaşı
Əlimərdanm evində, bu yuxu deyil nədir? Gəl, otur dərdimi sənə söyləyim.
(Skamyada otururlar.) Yasəmən, irəlidə sən mənim xidmətçim olmusan. Xeyr,
səhv etdim, xidmətçim yox, sevgili bacım olmusan, sirr yoldaşım olmusan.
Yasəmən, o günləryadm dadırm ı?
Y a s ə m ə n. Bəli, yadımdadır.
H ə c ə r x a n ı m . Başımızda eşq sevdası, ürəyimizdə məhəbbət atəşi, son
Əlimərdanı sevirdin, m ən N adir bəyi. Sən məhəbbət uğrunda cəfa çəkdinsə de,
axırda sevgilinə gedib, məramma çatdm. Lakin mənim baharım solub, zimistan
oldu. Yadmdadırmı, bir gündə iki şəxs mənə elçi düşdü, biri sevdiyim, söz
verdiyim Nadir bəy, o biri bədəxlaq, bədxasiyyət, çaxır içən, günlərini
meyxanalarda keçirən
Ş a h b a z b ə y . N adir bəy kasıb, Şahbaz bəy dövlətli. Borc boğazma çıxmış,
mülkü, evi Şahbaz bəyin yanm da girovda olan atamm meyli kimdə olması məlum
idi. Yadmdadırmı, m ən Şahbaz bəyə getmək istəmədim.
Y a s ə m ə n. Bəli, yadımdadır. Atanız dedi: Həcər, Şahbaz bəyə getməsən,
özümü öldürəcəyəm.
H ə c ə r x a n ı m . Anam da saçlarmı yoldu ki, bizi bədbəxt etmə, küçələrə
salma. Axırı m ən razı oldum. Şahbaz bəyə gözləri yaşlı getdim. O gündən
cəfalarım, bəlalarım başlandı... Şahbaz bəy evimi cürdüxanaya, qumarxanaya
döndərib, çəngilər ilə kef etməyə başladı. N adir mənim göz yaşım a dözə bilməyib
baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə
çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanm bacısı Qəmərin namusuna toxundu.
Y a s ə m ə n. Ah, indi məni də gözü yaşlı qoyan o binamus oldu.
H ə c ə r x a n ı m . Yasəmən, o zaman, o iki körpəm olmasaydı, biri Şəmsi, o
biri Zöhrə, inan ki, mən də özümü Qəmər kimi qayadan atmışdım.
Y a s ə m ə n. Yazıq Qəmər, qardaşım İbada nişanlı idi. Bir-birlərini çox
istəyirdilər. Sonra İbad da gedib Əlimərdanm qaçaq dəstəsinə
qoşuldu. Piri babanm deməyinə görə siz altı aydır ki, Züleyxa xalanızm yanmda
olursunuz və heç kəsə də görünmürsünüz.
H ə c ə r x a n ı m . Doğrudur, orada gizli olmağımm sirrini gılmişım sənı açıb
söyləyım və səndən kömək istəyəm. Başqası məni anlayıb dadıma çatmayacaqdır.
Y a s ə m ə n. Söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Özünüz
bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm.
H ə c ə r x a n ı m . Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonar, qəflətən
Nadir bəy gəlib çıxdı. "Həcər, sevgilim, bu iki ilin müddətində dünyanı səyahət
edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. A xırda sənin fəraqma dözə
bilməyib gəlmişəm" - deyə fəryad etdi. Yasəmən, biz qadmlar hissimiz ilə
yaşayırıq. Biz qadmlar ürəklərimizin quluyuq. M ən də eşq atəşinə yandım, nəticəsi
bu... (Oğlunu göstərir.)
Y a s ə m ə n. Demək, bu uşaq Nadir bəyindir? H əcər xanım. Bəli, mənə tənə,
məzəmmətmi edəceksən? Mənə lənət, nifrətmi edəcəksən?
Y a s ə m ə n. Mən? Xeyr!.. Başqalarmı bilmirəm. İndi söyləyiniz görüm,
məndən nə kömək istəyirsiniz?
H ə c ə r x a n ı m . Nadirlə belə qət etmişik ki, mən Şahbaz bəydən boşanıb
azad olacaqdım, sonra ona gedəcəkdim. Ah, fələk cəmi səadətimi, ümidimi bir
anda puç etdi. Bir ay bundan əvvəl N adir xəstə düsüb şam kimi əridi, axırda söndü.
(Ağlayır.)
Y a s ə m ə n. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gözlərini silir.)
H ə c ə r x a n ı m . Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki,
təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağmı xəbər
verir, indi anlayırsanmı?
Y a s ə m ə n. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır.
H ə c ə r x a n ı m . Bəli, onu da ancaq sən bacararsan.
Y a s ə m ə n. Nə tövr? Unutmaymız ki, siz mənim ərim Əlimərdanm düşməni
Şahbaz bəyin arvadısmız. Sizlərdən buraya gəliş-gediş ola bilməz.
H ə c ə r x a n ı m . M ən onlarm hamısmı fikir etmişəm. Ona görə də oğlumu
həmişəlik sənə verirəm. Üç gündür ki, doğmuşam. Sənin qızm da həmin vaxtda.
Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar.
Dostları ilə paylaş: |