H ə c ə r x a n ı m . Piri baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir
baxım.
S ə f i b ə y. Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?
H ə c ə r x a n ı m . Siz bilirsiniz ki, Yasəmən mənim sevgili xidmətçim
olmuşdur. Onun və bu məsum uşağm nə günahı var? (Yasəməndən uşağı alıb
öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.
T üfəng səsi gəlir.
S ə f i b ə y. Həcər xanım, gedək.
H ə c ə r x a n ı m . Xudahafiz. (Gözlərini silir, gedirlər.)
Y a s ə m ə n. Ey uca tanrı, mən də sevgili ərimi sənə tapşırıram.
Pərdə
İKİNCİ PƏRDƏ
B irinci p ərd ən in m ənzərəsi. B irin ci p ərd əd ən iyirm i il keçibdir.
P i r i b a b a. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan.
Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzmdan od parladıqda ovu yerdə
görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımm qüvvəti
azalmış. İndi səni qaldırıb qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. O,
qaqqıltı ilə sanki deyir, ey piri-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil,
rahat ol, daha vaxtm keçmiş. Bəli keçmiş... (Yasəmən samovarı gətirib süfrəyə
qoyur.) Y asəmən Qəmər durubdurmu?
Y a s ə m ə n. Qəmər sübh tezdən durub meşəyə gedibdir.
P i r i b a b a. Erkən durm aq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman
meşə rütubətdir, gəzməsin, dağa çıxsm, təmiz hava udsun.
Y a s ə m ə n. Qəmər şəhərdə o qədər darıxıb, sıxılıbdır ki, buraya gələndən
bəri evdə oturmaq istəmir. Deyir: Ana can, doqquz ay dərs zamanı günlərimi
sanamışam ki, yay fəsli haçan gələcəkdir ki, Piri babama qonaq gedəm, doyunca
meşəni, dağı, çəməni gəzəm.
P i r i b a b a. Qoy gəzsin, yesin, içsin, hala gəlsin. Ancaq gəzməyə yoldaşı
yoxdur. M əni tutur ki, Piri baba dur gəzməyə gedək. Deyirəm,
ay qızım, babam n nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqlarm ilə
yeriş etsin. Deyirəm, səbir et, qardaşm Çingiz gəlsin o zaman ürəyiniz istədikcə
gəziniz.
Y asəm ən çay tö küb P iri b ab ay a verir.
Y a s ə m ə n. Piri baba, Qəmər ilə Çingizi görəndə elə bil ki, dünya mənimdir.
Necə mehriban bacı-qardaşdırlar. Necə məni sevib ehtiramımı saxlayırlar. Çingiz
ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısmı oxutdu.
P i r i b a b a. Çingiz çox ağıllı, kamallı cavandır.
Y a s ə m ə n. Allah sevgili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu.
Q əm ər q u cağ ın d a çiçək və əlin d ə d əsm al b ağlısı daxil olur.
Q ə m ə r. Baba, sabahm xeyir.
P i r i b a b a. Qızım, aqibətin xeyir.
Q ə m ə r. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir?
P i r i b a b a. Qızım, kirpidir.
Q ə m ə r. Vay, baba nədən bildin?
P i r i b a b a. Dəsm ahna bax, özün bilərsən.
Q ə m ə r (baxır.) Hə, kirpinin tikanlan dəsmalı dəlib çıxıbdır.
P i r i b a b a. Bu kirpini nə edəcəksən?
Q ə m ə r. Sənin bostanm a buraxacağam.
Y a s ə m ə n. Qızım, bu heyvan bostanı tərk edər.
Q ə m ə r. Piri baba, beləmi?
P i r i b a b a. Yox, ağıllı qızım, fikrini anlayıram. Kirpi bostanm qurdlarmı
yeyib tələf edər, onu salamat saxlar.
Y a s ə m ə n. Qızım, bunu sən haradan bilirsən?
Q ə m ə r. M ən kitabda oxumuşam. Piri baba da təbiətin içində yaşayıb, görüb-
gütürübdür. Baba, təzə qoruqçunu aparım bostanma buraxım. (Gedir.)
P i r i b a b a. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir.
Y a s ə m ə n. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim
kəndli qızlan öz ayağı çarıqlılarma ərə getmirlər.
P i r i b a b a. Nə üçün getmirlər? Ürək elmə-zada baxmaz. Səni bəyzadələr
istəyirdilər, bəs nə üçün getmədin?
Y a s ə m ə n. Çünki Əlimərdanı sevirdim. Biz m üsəlmanca oxumuşuq. Onlar
kimi elmimiz yoxdur. (Qəmər daxil olur.) Qızım, gəl otur, çaym soyuyur.
Q ə m ə r (çay içərkən). Baba, indi tap görüm, bu çiçəkləri nə edəcəyəm?
P i r i b a b a. Dəstə tutub otağma qoyacaqsan.
Q ə m ə r. Yox, baba, bilmədin. Bunlardan tac hörüb sənin başma qoyacağam.
Səni bu meşənin, bu bağlarm sultanı edəcəyəm.
G ülüşürlər.
P i r i b a b a. A qızım, mənim bu qoca qulaqlarıma gahdan bir gəlib çatır ki,
rəiyyətlər üsyan edib padşahlarmı taxtdan salırlar. Sən də təzədən mənim başıma
tac qoymaq istəyirsən.
Q ə m ə r. Onlar öz rəiyyətlərilə ədalətlə rəftar etməyiblər, onlara zülm ediblər,
onun üçün də taclarmı itiriblər. Fəqət sən öz vəzifəni çox yaxşı ifa etmisən. Ona
görə də meşə əhli məni öz tərəflərindən vəkil seçib hüzurunuza göndəriblər ki, bu
tacı qəbul edib onlara sultan olasan.
G ülüşürlər.
P i r i
b a b a. Qızım, bu gətirdiyin vəkalətnaməyə tülkülər, dovşanlar,
kəkliklər, qırqovullar da qol çəkirlərmi?
Q ə m ə r. Onlar tərəfindən bir qədər narazılıq oldu, fəqət əksəriyyət səni
özlərinə sultan seçdilər.
P i r i b a b a. Qızım, bu meşənin sultanlığım qəbul edirəm, bu şərtlə ki, sən də
mənə vəliəhd olasan.
G ülüşürlər.
Q ə m ə r. M ən qəbul edirəm. (Qapı döyülür.) Birdən Çingiz ola.
G edib qapını açır. H ə cə r x an ım , Z ö h rə xanım , Şəm si bəy daxil olurlar.
H ə c ə r x a n ı m . Qəmər, nə gözəl, nə göyçək qız olmusan. (Onu öpür.)
Y a s ə m ə n. Ah, nə əziz qonaqlarım gəlmiş. (Həcər xanım ilə görüşürlər.)
Buyurunuz, buyurunuz, Piri baba çox şad olacaqdır.
Dostları ilə paylaş: |