P i r i b a b a. Əlimərdan, bu işdən əl çək, su sənəyi axırda suda smar.
Ə 1 i m ə r d a n. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır.
İ b a d. Piri baba, biqeyrət olub uzun ömür sürməkdənsə, namus üstə cavan
ölmək daha əfzəldir.
P i r i b a b a. Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. Gəlin, mən qoca
babanızm nəsihətinə qulaq asm.
Ə 1 i m ə r d a n. Əmi, ac qonaqları nəsihət ilə doydurmaq olmaz, nəyin varsa
əmr et gətirsinlər, yeyək.
Y a s ə m ə n. Bir azca səbir ediniz, bu saat hazır edim.
Ə 1 i m ə r d a n. İbad, xörək hazır olunca biz də bir az rahat olaq.
O tağa tə r ə f yönəlirlər. Y asəm ən o n ların qabağım kəsib.
Y a s ə m ə n. Ay, oraya getməyiniz.
Ə 1 i m ə r d a n. Nə üçün?
P i r i b a b a. Orada Xalisə çimir.
Ə 1 i m ə r d a n. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha.
İ b a d. Piri baba bizim kimi cavanları yarı yolda qoyub keçər.
Ə 1 i m ə r d a n. Kürd qızı, buraya palaz sal oturaq.
Yasəmən palaz salır, Əlimərdan və İbad tüfəngləri ağacdan asıb otururlar. Bu
halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb.
Ə 1 i m ə r d a n. Kim ola?
P i r i b a b a. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını açır.)
Ə 1 i m ə r d a n. Topal?
C ə b i. Sahib.
Ə 1 i m ə r d a n. Haradan gəlirsən?
C ə b i. Bulaqdan, sahib.
Ə 1 i m ə r d a n. Ətrafda qaraltı-zad görünürmü?
C ə b i. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır.
Ə 1 i m ə r d a n. Get pusquda dur, şübhəli adamlar olsa cəld gəlib xəbər ver.
C ə b i. Baş üstə, sahib. (Gedir.)
İ b a d. Təzə uyezdni naçalnik Səfi bəy bizim müqabilimizə çıxmaq ilə
qubematordan malades almaq istəyir.
Ə 1 i m ə r d a n. Eybi yoxdur, buyursun, onu daknyaz Vaçinadzenin gününə
salaram.
P i r i b a b a. Bir neçə vaxtdan bəri meşədə strajniklər görünür. Birinə rast
gəlib soruşdum: burada nə qayırırsmız? Cavab verdi ki, Səfi bəyin əmrinə görə
yolları qaçaqlardan mühafizə edirik.
İ b a d. Ha-ha-ha... Piri baba çox yaxşı mühafizə edirlər, allah onları
bədnəzərdən saxlasm. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir,
Razyonnı poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar.
Yoldaşlanmız da xəzinəni qulluğumuza gətirdilər.
Ə 1 i m ə r d a n. Əmi, mənim qorxumdan hökum ət qulluqçuları cürət edib
kəndliləri incidə bilmirlər. M ənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də
pulları ilə mənə tövçü verirlər. M ən kəndliləri onlarm zülmündən saxlayıram.
Yasəmən xörək gətirib süfrəyə qoyur, bu halda meşədən tüfəng səsi gəlir.
Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər.
Ə 1 i m ə r d a n. Əmi, xudahafiz. Kürd qızı, Çingizdən muğayat ol. Bir igid,
qoçaq oğlan m eydana çıxarmağı səndən tələb edirəm.
Y a s ə m ə n (onların qabağım kəsib). Qoymaram, sizi öldürərlər.
Ə 1 i m ə r d a n. Məni öldürərlər, yerimdə oğlum Çingiz qalar.
G edirlər.
Y a s ə m ə n. Xudaya, dəxi səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar.
Yeddi ay həsrətini çəkdiyim sevgili ərim ilə belə görüşdük. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, göz yaşı tökm ədən nə çıxar?
Y a s ə m ə n. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan.
X a l i s ə n ə n ə (gəlir.)Ə limərdan getdimi? Vay, qızım, ağlayırsan?
Y a s ə m ə n. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk m ən zavallmı elə
tilsimə satıbdır ki, sevgili ərimin gəlməsi mənim üçün qorxu, getməsi bəla.
(Ağlayır.)
X a l i s ə n ə n ə . Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir
ağ günü də var.
B u h ald a Səfı bəy, p ristav v ə ü cstrajn ik daxil olurlar.
S ə f i b ə y. Tərpənməyin! Piri kişi, Əlimərdanm yerini de.
P i r i b a b a. Səfi bəy, Əlimərdan burada yoxdur.
S ə f i b ə y. Yalan deyirsən, quldurbaşı qardaşm oğlunu ələ vermək istəmirsən.
Fəqət mən sənə dedirdərəm. Bunları almız.
S trajn ik lər onları əhatə edirlər.
P i r i b a b a. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur
axtar.
S ə f i b ə y. M ən dedim ki, sən özün yerlərini göstərəsən, təki həm bu
arvadları, həm də özünü Sibir sürgünündən xilas edəsən. İndi Əlimərdan buradan
çıxsa, tənbehin böyük olacaqdır. Tüfənglərinizi bunlarm döşlərinə tutun.
(Strajnikiər tuturlar.) Belə hazırda durarsmız, üzərinizə tüfəng açılsa, üçünü də
güllələyib yerə yıxarsmız. Sən, İsrafil bəy, dalımca gəl.
K o m ay a girirlər. B ir azd an so n ra cıxırlar.
P r i s t a v. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı.
S ə f i b ə y. Doğru.
Bu halda H ə c ə r xanım otaqdan çıxıb qaçaraq gəlir.
H ə c ə r x a n ı m . Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz?
S ə f i b ə y. Çünki Əlimərdanı burada gizlədib yerini demək istəmirlər.
H ə c ə r x a n ı m . İndi sizə məlum oldu ki, Əlimərdan burada ola bilməz.
S ə f i b ə y. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Piri
babagilə.) Azadsmız, H əcər xanım siz burada nə qayırırsmız?
H ə c ə r x a n ı m . Şəhərə gedirdim, buraya döndüm ki, Züleyxa xalamm
sifarişini Piri babaya yetirəm.
S ə f i b ə y. O yolda duran fayton sizinkidirmi?
H ə c ə r x a n ı m . Bəli.
S ə f i b ə y. Həcər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm.
Əlimərdanm quldur dəstəsi meşədədir. M ən onu əhatə etmişəm. Bu gün dayım
İlyas bəyin intiqammı ondan alacağam. Buyurunuz gedək, adam qoşum sizi
xalanızgilə aparsmlar. Şəhərə getmək mümkün deyil.
Dostları ilə paylaş: |