Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə55/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   51   52   53   54   55   56   57   58   ...   140

R  i  z  v  a  n.  Bu  şeytan  icadı  konyakdır.  Bunu  içib  məst  olanları  və  nə  halda,  nə 

cür pis işlər tutduqlarmı  görmüşsünüz.

S  a d ı  q  k i  ş i.  Hə,  adamı  qızmış  aslana döndərdiyini  anladım.

R i z v a n.  Bu da tiryəkdir.  Həbbini  atanları nə hala salır,  onu da görmüşsünüz. 

A s 1  a n.  Ey hərif, bizi bunlarla aldadırdm?

R i z v a n.  Bu da əsrardır.  Bunu çəkən adam bir hala duşür ki,  at ləpiri kimi  su, 

onun gözündə bir böyük çay  görünür.  Paltarmı  soyunur ki,  o  çayı üzüb keçsin.

G ülüşürlər.

T  e y m u r.  Vay  sənə lənət, hərif gör bizi nəyə öyrədirmiş?

A s 1  a n.  Teymur,  deyəsən o bizi  aldadan şəxsə oxşayır.

R i  z  v  a n.  Onun  özüdür,  ancaq libasmı  dəyişdirmiş.  Bir  az  bundan  irəli  başqa 

surətdə  qızlarmızı  aldadıb dağlara aparmaq istəyirdi,  mən qoymamışam. 

Q a r a H ü s e y n .   Bəs nə üçün bunu tutub həbsə  almırsmız?

R i z v a n.  Tutulacaqdır və cəzasmı da alacaqdır.  Qoyun görək kimdir. 

H ə s ə n q u l u .   Kim olacaqdır?  Şərir fəsadçmm biri.

Ş e y t a n.  Rütbəmi azaltma.

R i z v a n.  Bəs sən kimsən?

Ş e y t a n (üst libasını  atır.)  Şeytan.

C ü m 1 ə  s i.  Şeytan!

Ş e y t a n.

Ey vay, bu nə  aləm, bu nə dövran, bu nə halət?

Nərdən yetib insanlara boylə mələkiyyət?

Bu bəndələrim-qullarım hər an mənə tabe,

Olsunmu o zəhmətlərim indi hamı zayə?

Qan yağdıraram  fitnə ilə ərzə  səmadən,

Qorxmam nə bəşərdən,  nə mələkdən, nə  qəzadən:

Beş guşəli yıldız məni məğlub  edir ey vah,

Mənsə yenə öz qüvvəmi-naçizimə  gümrah.

Qaçmaq, bunlarm əmri olubdur mənə mükül,

Etmək gərək ol Asiyadə fitnəni təşkil.

Ha, ha, ha!

Pərdə



EŞQ VƏ  ENTİQAM

Beş pərdəli, yeddi şəkildə faciə

İŞTİRAK EDƏNLƏR

Ə l i m ə r d a n  -  q uldur dəstəsin in   atam anı.

İ  b  a d  -  on u n  yoldaşı.

P  i  r i  b  a b  a -  o v çu  m eşə  qarovulçusu.

Y a s ə m ə n   -  Ə lim ərd an ın  arvadı.

X a l i s ə   n ə n ə   - P iri  b ab an ın  arvadı.

Ç  i  n  g  i z  -  su rətən  Ə lim ərd an ın  oğlu,

Q  ə  m  ə  r -  Ə lim ərd an ın   qızı.

C  ə  b  i  - Ə lim ərd an ın   nökəri.

Ş a h b a z b ə y  -  m ü lk əd ar bəy.

H ə c ə r   x a n ı m  -  on u n   arvadı.

Ş ə m s i   b ə y   -  on u n  oğlu 

Z ö h r ə   x a n ı m  -  on u n   qızı.

S  ə  f  i  b  ə y -  q əza naziri.

X   a v  ə  r - x idm ətci  qız.

H e y d ə r q u l u   - 

}nökərlər 

S  ə  f  a 

P  r i  s t a v.

S t r a j n i k l ə r .

BİRİNCİ PƏRDƏ

S əhnə  m eşə  için d ə  ağac  ç əp ərlə  hasarlan m ış  bir h əy ət göstərir.  H ə y ətin   sağ tərə fın d ə  Piri 

b ab an ın   k o m ası,  sol  tərəfd ə  m eşə  sahibi  H ə sə n q u lu   ağ an ın   ik im ərtəbəli  evi  g ö rünür, 

H əy ətd e  n eçə  y erdə  sk am y alar  qoyulm uşdur.  Y asəm ən   k o m an ın   on ü n d ə  o turub  ö z ü n ü   günə 

verir.  Y an ın d a  bir  beşik.  P ə rd ə   qalx d ıq d a  P iri  baba  çiy n in d ə  tü fən g ,  əlində  qırqovul  daxil 

olur.

P i r i  b  a b  a.  Yasəmən,  gör sənə nə kök qırqovul ovlamışam.



Y a s ə m ə n.  Ah, nə  gözəl  qırqovuldur.

P  i  r  i  b  a  b  a.  Qızım,  gərək  bu  gün  də  durmayaydm.  Özünü  gözlə,  yoxsa 

üzülərsən.

Y  a  s  ə  m  ə  n.  Baba,  doğrudur,  m ən  şəhərdə  tərbiyə  almışam,  amma  əslim 

kürddür.  Bizim arvadlar köç üstündə  atdan düşüb,  doğarlar, yenə



atı  minib  köçdən  qalmazlar.  Üç  gün yatdığım  kifayət  edər.  Ürəyim darıxdı,  çıxdım 

ki,  özümü bir az havaya verim.

P  i r i  b  a b  a.  Bəs, Xalisə haradadır?

Y  a  s  ə  m  ə  n.  Xalisə  nənə  bulaqdan  su  gətirməyə,  həm  də  çağanm  əsgilərini 

yum ağa gedibdir.

P i r i  b  a b  a.  Topal  gəlib  çıxdımı?

Y a s ə m ə n.  Xeyr.

P  i  r  i  b  a b  a.  Görəsən,  nə  qəziyyə  üz  verdi  ki,  bu üç  günün  ərzində  gəlib  çıxa 

bilmədi.  (Tüfəngi  ağacdan asıb  Yasəmənin yanm da oturur.)  Yasəmən,  Əlimərdanm 

sədası bizim torpaqdan gəlir,  görünür İrandan bu tərəfə keçmişdir.

Y  a  s  ə  m  ə  n.  Ah,  baba,  bu nə  ömürdür ki,  mən  sürürəm.  Bu  gün tamam yeddi 

aydır ki,  Əlimərdan məni burada qoyub  özü qaçaq olmuşdur.  Bu uzun müddətdə nə 

gecə, nə  gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır.  (Ağlayır.)

P  i  r  i  b  a  b  a.  Yasəmən,  səbir  et,  naşükür  olma.  Allaha  dua  et,  ürəyin  təsəlli 

tapsm.  Bu  bəlalar,  bu  cəfalar  ki,  sən  çəkirsən,  hamısı  Əlimərdanm  ucundandır. 

Rəhmətlik  qardaşımm  cəmi  xasiyyəti  oğlu  Əlimərdana  keçmişdir.  Atası  kimi 

təkəbbürlü,  kinli,  höcət,  qoçaq  bir  dəliqanlıdır.  Hansı  bir  rəiyyət  qızınm  irz- 

namusuna ağaları toxunmamışdır?

Ya  s  ə  m  ə  n.  Allah  o  ağaları  dünya  üzündən  m əhv  edəydi,  ta  bizlər  də  rahat 

gün  görəydik.

P  i r i  b  a b  a.  Nə  etməli,  qızım,  dünya belə  gəlib,  belə  də  gedəcəkdir.  Qüvvətli 

zəifi  basacaq,  əzəcək,  zalım  məzlumu  incidəcək,  m əhv  edəcək,  dövlətli  kasıbı 

sıxacaq,  boğacaqdır.  Qızım,  bunlar tək insanda deyil,  heyvanda da belədir.  Tamam 

qırx  ildir  ki,  m ən  bu  meşədə  ömür  sürürəm.  Bu  bağlarda  ov  edirəm.  Hər  bir 

heyvanm,  quşun,  həşəratm  yaşayışm a  diqqət  etmişəm.  B ir  də  görürsən,  bir  tərlan 

kəklik  ovlayıb  qaya  başm da yeməyə  məşğuldur.  Qəflətən  ondan  qüvvətli  bir  şahin 

ildırım  kimi  şığıdı,  onun  əlindən  aldı,  havaya  qalxdı.  Bax,  böcəkləri  qurbağalar, 

onlan ilanlar,  ilanları da kirpilər yeyib tələf edirlər.

Y  a  s ə  m ə  n.  Baba,  onlar heyvandır,  anlamır,  ağılları yoxdur.  Bəs bu  insanlar 

nə üçün bir-birlərini  qınrlar?

P  i r i  b  a b  a.  Qızım, biri dövlət üstə,  biri  şöhrət üstə,  biri tamah üstə,  səbəbləri 

çoxdur.  M ənim  qardaşım  oğlu  Əlimərdan  da  qeyrət,  namus  üstə.  Mənim 

nəsihətimə  qulaq asmadı,  dedi  gərək  Şahbaz



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə