İKİNCİ ŞƏKİL
S əhnə dəm irçi d ükanm ı göstərir. Ə li k ö rü k basır, T ey m u r ilə A sla n dəm ir döyürlər.
T e y m u r. Oğlum, körüyü bas, yoxsa yorulmusan?
Ə 1 i. Xeyr, babacığım yorulmamışam.
A s 1 a n. Yorulma, oğlum, sən zəhmətkeş balasısan, sən işdən qorxma, qoy iş
səndən qorxsun.
Ş eytan səy y ah lib asın d a daxil olur.
Ş e y t a n. Atəş... cahanda varsa tərifə layiq bir şey, o da sənsən, Ey yandırıcı
od, səni gördükdə qəlbim şad olur, ruhum rahat. Ey qırmızı işıq, səni mən çox
sevirəm!
A s 1 a n. Yoldaş, sən kimsən?
T e y m u r. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.
Ş e y t a n. Doğru, m ən atəşpərəstəm, çünki xamırım oddan yoğrulmuş, odu
mən çox sevirəm.
A s 1 a n. Yoldaş, bizim torpaq azadə bir yerdir. H ər kəs nəyə sitayiş edirsə
etsin. Burada din, məzhəb üstə qovğa yoxdur, müsəlman, xristiyan, büdpərəst,
atəşpərəst, hamısı insandır, bizə qardaşdır.
Ş e y t a n. Pəh, pəh, nə gözəl məslək! Ey azərbaycanlılar m ən səyyaham,
dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz
çox bəxtiyarsmız... Əfsus ki... qonşu düşmənləriniz bunu puç edəcəklər...
R izv an daxil olu r, Ş eytan o n u görm ür.
T e y m u r. Kimlər?
Ş e y t a n. Gürcülər ilə ermənilər.
A s 1 a n. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə
hökumətlə getdi.
Ş e y t a n. Ha-ha-ha. Ey sadədil azərbaycanlılar! Siz qəflətdəsiniz, ermənilər,
gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam
deyərək, müharibə üçün plan çəkirlər. İndi burada siz nə qayınrsmız?
A s 1 a n. Kəndli qardaşlanm ız üçün əkin aləti qayırırıq.
Ş e y t a n. Bu işləri buraxmız, gecə-gündüz siz də onlar kimi qılmclar,
xəncərlər qayırmız, fürsəti fövtə verən aqil deyil, divanədir. Keçmişinizi yada
salm. Siz eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar.
T e y m u r. Sən kimsən? Bunu haradan düzəltmisən?
Ş e y t a n. O zaman mən burada idim.
R izv an p u sq u d an çıxıb irəli gəlir.
R i z v a n. Doğrudur, o zaman sən burada imişsən. Buna şəkkim yoxdur.
Yoldaşlar, bayaqdan bəri m ən bu hərifi diniəyirəm. Bunun kim olduğunu
anlayırsmızmı?
A s 1 a n. Kim olduğunu bilmirəm, lakin sözlərindən, gözlərindən şərarət odu
yağır. M ən bunu görürəm.
R i z v a n. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir.
Bunlara provakator deyərlər. Bunlarm əsil adları Şeytandır. Yoldaşlar, bunlara
aldanmaymız, gürcü, erməni zəhmətkeşləri bizə düşmən deyillər. (Şeytan yox
olur.) O nlan bizlərlə toqquşduranlar belə şeytanlar idi. Harada belə araqarışdıran
adam gördünüz, tutub bizə veriniz. (Dönüb baxır.) Bax, hərif giriz vermiş. Hərgah
düz adam idi, nə üçün qaçdı?
T e y m u r. Yoldaş Rizvan, qorxmaym. Belə fitnələrə aldanmarıq.
Qonşularımız ilə qardaşlığı pozmarıq.
R i z v a n. Elə də lazımdır, indi iş dalmca. (Çıxır.)
A s 1 a n. Oğlum, Əli, körüyü bas!
Pərdə
ÜÇÜNCÜ ŞƏKİL
Səhnə Sadıq kişinin komasmı göstərir, həyətdə Nazpəri corab hörür, Gülpəri
paltar və Şahpəri də köynək tikirlər. Şeytan səyyah libasmda, qoltuğun da bir qutu
həyətə daxil olur.
Ş e y t a n (qızları başıaşağı işləyən halda gördükdə öz-özünə). Nə gözəl fürsət!
Bu Həvva övladlarmı aldadıb buradan aparmalı. Sonra, qızlarmızı düşmənlər
aparmış, deyə fitnə salmalı... (Q ızlara.) Ya rəb,
bunlar nə gözəl qızlardır. Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
G ü 1 p ə r i. M ənimki Gülpəri.
N a z p ə r i. M ənimki Nazpəri.
Ş a h p ə r i. Mənimki də Şahpəri.
Ş e y t a n. Demədimmi siz pərisiniz? Simalarmız buna şahiddir. Siz kimi
pərilərə belə işlər yaraşarmı? Toxda, gözəlim. (Nazpərinin əlini əlinə alıb.) Bu
şümşad kimi barmaqlara nə yaraşar, gözəlim?
G ü 1 p ə r i. Xm a yaxmaq.
G ülüşürlər.
Ş e y t a n. Bunlarm nə gözəl səsləri var? Sanki səma musiqisidir, bu sədalar.
(B irya q u t üzük Nazpərinin barmağına taxır.) İndi baxmız.
G ü 1 p ə r i. Ah, nə gözəldir? Necə parlaqdır? Kaş mənim elə bir üzüyüm
olaydı!
Ş e y t a n. Səbir et, gözəlim, sənin barmağma başqa bir qaş yaraşar, bax, o da
bu! ( Alm az üzüyü onun barmağına taxır.)
Ş a h p ə r i. Doğrudanda nə yaraşıqlıdır!
Ş e y t a n. Mənim qutumda sizlərə layiq şeylər çoxdur. (Rəngbə-rəng şüşə
muncuqları göstərir.)
G ü 1 p ə r i. Ah, nə gözəl şeylərdir!
Ş e y t a n. İndi siz pərilərə nə lazımdır?
Ş a h p ə r i . O şey ki, bizim kəndli atalarımızda yoxdur. Pul lazımdır ki, bu
şeyləri sizdən alaq.
N a z p ə r i. Şahpəri düz deyir. Bizim atalarımız kasıbdır.
G ü 1 p ə r i. Kaş bu şeyləri bizə göstərməyəydin, baba!
Ş e y t a n. Gözəl şey görmək savabdır. Görürəm bunları almağa sizdə pul
yoxdur, lakin mən də sizin köməyinizə möhtacam. Hərgah mənim təklifimi qəbul
edərsinizsə, bu üzükləri sizə bağışlaram.
G ü 1 p ə r i. M ən qəbul edərəm.
N a z p ə r i. M ən də.
Ş e y t a n. Çox sağ olun! İndi dediyimə yaxşı fikir veriniz. M ən böyük
təbibəm. Qədim bir tibb kitabm da oxumuşam ki, sizin bu dağlarda bir növ çiçək
bitir. Bu çiçək indiyə kimi müalicəsi tapılmayan vərəm xəstəliyinə dərmandır. M ən
bu məqsədlə uzaq vətənimdən buraya gəlmişəm. Bu daşları da satıb özümə yemək
və yol xərci düzəldirəm.
Dostları ilə paylaş: |