zamana qoyunuz. İndi mətləb üstə gələk. Oğlum, daym ilə belə qət etmişik ki,
cümə axşamı Qonçanı köçərək, çünki məhərrəmül-həram yaxmlaşır. Buna sən nə
deyirsən?
M ə m m ə d. Nə deyəcəyəm? İxtiyar sahibisiniz.
M i r K a z ı m a ğ a . Çox əcəb. İndi ikinci məsələyə keçək. Sənə iki yol
seçmişəm ki, din-islama xidm ət edəsən; biri, Kərbəlayı-müəllayə gedib təhsilini
bitirəsən, sonra da gəlib camaatımıza vəz edəsən. Digəri, mərsiyəxanlıqdır. Bu
axırmcı müqəddəs vəzifəni yürütməyo indi də hazırsan. Gözəl səsin var. Demək,
övladım iki təriq: vaizlik, rövzəxanlıq, hansm a meylin artıq isə onu seç.
M ə m m ə d. Ata, çox dərin düşüncələrdən sonra özümə bir müqəddəs, bir
müstəqim təriq seçmişəm. Sənin məqsədin m ən fərzəndini bir sahib-minbər
görmək deyilmi ki, o minbərdən vətəndaşlarımı, dindaşlarımı doğru yola dəvət
edim?
M i r K a z ı m a ğ a . Bəli, nami-mübarəki qoyulmuş sən övladmdan cəddimiz
bunu tələb edir.
M ə m m ə d. Ata, indi dinlə, gör övladm nə gözəl, nə müqəddəs bir minbər
bəyənmiş?
M o l l a F ə t t a h . Söylə, yoxsa, bayaq məni şübhəyə salmışdm.
M ə m m ə d. Ata, tərif etdiyim m inbərdən sizlər kimi quru vəz etmək yox,
həyatı təsvir edən maraqlı vəqələr, dəhşətli, qanlı faciələr söyləyorək, göstərərək,
camaatı doğru yola dəvət edəcəkdir - bu övladm.
M i r K a z ı m a ğ a . Əhsən, əhsən, oğlum.
M ə m m ə d. Zalım lann sitəmlərini, məzlumlarm qanlı göz yaşlarmı
göstərərək, qəlbləri lərzənak edəcəkdir - m ən övladm.
M o l l a F ə t t a h . Əhsən, afərin bacıoğlu.
M i r K a z ı m a ğ a . O minbəri-müqəddəsin ismi nədir, övladım?
M ə m m ə d. Səhnədir ismi onun, pədərim.
M o l l a F ə t t a h . Səhnə nədir?
M ə m m ə d. Dayım, səhnə ayinəsidir həyati-bəşərin!
M i r K a z ı m a ğ a . O səhnə hansı müqəddəs binadır?
M ə m m ə d. Bəli, doğru, o, müqəddəs binadır, çünki orada yüksəlir həqiqət
bayrağı, orada yanır haqq ocağı. Ora bir ədalətxanədir ki, hər kəs vicdanən əməlinə
görə ya mükafat, ya da mücazət alır. Ora bir ibrətxanədir ki, hər kəs orada çirkin
əməlini görüb də ibrət alır, istiğfar edir, insafa gəlir.
M o l l a F ə t t a h . Atan səndən sorur ki, o hansı binadır?
M ə m m ə d. O binanm adı teatrdır.
M i r K a z ı m a ğ a v ə M o l l a F ə t t a h . Nə? T eatr?
M ə m m ə d. Bəli, teatr.
M i r K a z ı m a ğ a . Teatr! Lotularyığm cağı.
M ə m m ə d. Xeyr, ürəfa ocağı.
M o l l a F ə t t a h . Ş eytanyuvası!
M ə m m ə d. Xeyr, mələk otağı.
M i r K a z ı m a ğ a . O ram eyxanadır!
M ə m m ə d. Xeyr, ora ibrətxanadır.
M o l l a F ə t t a h . Sən babı olm usan?!
M ə m m ə d. Xeyr, m ən haqq yolu tapmış bir insan olmuşam.
M i r K a z ı m a ğ a . Sən dəli olm usan?!
M ə m m ə d. Xeyr, m ən aqil olmuşam.
M o l l a F ə t t a h . Bunlarm hamısma bais o babı M olla Calaldır.
M i r K a z ı m a ğ a . Ağa, doğru deyirsən, odur.
M ə m m ə d . Nahaq yerə M olla Calalı müqəssir edirsiniz. O sizdən geriyə
qalmaz. O da sizin kimi... saç qoyanlara, çəkmə geyənlərə, rusca oxuyanlara kafir
deyənlərdəndir.
M i r K a z ı m a ğ a . Bəs səni bu şeytan yoluna kim və nə vadar edir?
M ə m m ə d. M əgər mənim tutduğum yol şeytan yoludur? Orada nə edəcəyimi
söyləmədimmi?
M o l l a F ə t t a h . Söylədin, orada oyunbazlıq, mütrüblük edəcəksən.
M i r K a z ı m a ğ a . Ah! Ürəyim partlayır! Seyid övladı oyunbazlıq?! Oğul, o
qoyduğum ad sənə haram olsun! Cəddim səni tezliklə əlimdən alsm!
M o l l a F ə t t a h . M ən qızımı belə mürtədə vermərəm. Bu saat M olla Vəlini
çağırıb nigahmı pozduracağam.
M ə m m ə d. Bax, şəriəti bu günə salmışsmız, ehkami-diniyyəyə belə əməl
edirsiniz.
M o l l a F ə t t a h . Necə?
M ə m m ə d. Kəriməniz öz ixtiyariləmi mənə gəlmiş?
M o l l a F ə t t a h . Bəli.
M ə m m ə d. Onda çağırmız gəlsin və öz ixtiyarilə də nigahmı geri oxutsun.
Şəriətin yolu budur, daymı.
M o l l a F ə t t a h . Sus! M ənə şəriət öyrətmə. Dini-islamda sənin kimi dəliyə
nigah yoxdur. Bu burası. Səni şəkdən çıxarmaq üçün də
qızımı bu saat buraya gətirdərəm, görərsən ki, sən divanədən ikrah edib əl
çəkəcəkdir. Tükəzban! Tükəzban!
T ükəzban daxil olur.
T ü k ə z b a n . Nə buyurursan, qardaşım?
M o l l a F ə t t a h . Bu saat gedib Qonçanı gətirərsən.
T ü k ə z b a n . A qardaş, belə toy olurmu? Qoy qövm-əqrəbamı yığıb qayda ilə
toy edim. Qonça anadan yetimdir, niyə onu tay-tuş yanm da xar edirsən? Niyə
könlünü smdırırsan.
M i r K a z ı m a ğ a . Tükəzban, sənin toyun yasa döndü!
T ü k ə z b a n . V ay! Ay kişi nə deyirsən? Ölənimiz kimdir?
M i r K a z ı m a ğ a . Bu oğlun Məmməd.
T ü k ə z b a n . A kişi, nə deyirsən? Sən allah, mənlə belə zarafat etmə.
M i r K a z ı m a ğ a . Arvad, oğlun dəli olmuş, dəliyə də qız vermək şəriətlə
caiz deyil.
M ə m m ə d. Ana, bunlar deyirlər ki, mən dəli olmuşam. M ən də istəyirəm ki,
Qonça gəlsin, özündən soruşum ki, m ən dəliyə yoldas olmaq istəyir, ya yox?
T ü k ə z b a n . Elə bu? Gör məni necə qorxutdular! Oğlum bunlar yalan
deyirlər. Sənin eşqindən dəli-divanə olan Qonçadır.
M o l l a F ə t t a h . Heç vaxtı!
T ü k ə z b a n . A qardaş, nə deyirsən? Bizdən nə pislik gördün ki, daha qızmı
vermək istəmirsən? Vallah, verməsən Qonça özünü öldürəcəkdir, ya da M əmmədə
qoşulub qaçacaqdır. Bu saat gedib gətirərəm, görərsən, doğru deyirəm, ya yox.
(Ç ıxır.)
M i r K a z ı m a ğ a . Bu işlərdə m üqəssir mən özüməm. Nə üçün o islam
torpağmı buraxıb bu viranəyə gəldim. Nə bilim, dedim ki, bura mənim vətənimdir,
ata-babalanm m xaki-paki buradadır, qoy ölsəm də burada ölüm. Heç bu günlərimi
düşünmədim, övladlarımm fikrinə qalmadım.
M o l l a F ə t t a h . Əlbəttə, səhvətmisən. Gərək gəlməyəydin. İndi mən özüm
də Ərəbistana köçmək fikrindəyəm. Bu işləri ki, m ən görürəm, bir az çəkməz
burada m üsəlmanlıq nişanəsindən heç bir zad qalmaz.
T ükəzban G ülsüm , Q o n ça ip ək çarşafa b ü rü n ə rə k daxil olurlar.
Dostları ilə paylaş: |